MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə72/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   68   69   70   71   72   73   74   75   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

222 



Almaniyadakı  miqrant  icmasının  özlüyündə  nə  demək  olduğunu 

izah etmək lazımdır. 

Yeni antiimmiqrant siyasətinin gizlin səbəbi  

2009-cu  ilə  olan  məlumatlara  görə,  ölkədə  yaşayan  82  milyon 

nəfərdən  7,22  milyon  nəfəri  əcnəbilərdir.  Əcnəbilərin  1/4  hissəsi 

türklər  və  kürdlərdir.  Keçmiş  Yuqoslaviya  respublikalarının 

vətəndaşları  12,5  faizə  qədər  təşkil  edir.  İmmiqrantların  15 

faizindən  çoxu  Yaxın  Şərq  və  Şimali  Afrika  ölkələrindən  (Livan, 

İordaniya,  Suriya,  İraq,  Misir,  Əlcəzair,  Mərakeş  və  s.),  həmçinin 

Əfqanıstandan  olanlardır.  12  faizi  isə  qara  Afrika  ölkələrindən 

(Somali,  Nigeriya  və  s.)  olan  gəlmələrdir.  Bununla  yanaşı  onu  da 

qeyd  edək  ki,  ana  dili  alman  dili  olmayan  8  milyona  yaxın  insan 

artıq AFR vətəndaşlığı alıb və formal baxımdan miqrant sayılmırlar. 

Beləliklə, hazırda Almaniyanın demək olar ki, hər 5 sakinindən biri 

alman deyil. 

1991-1999-cu  illərdə  Almaniyaya  xalis  miqrant  axını  3,2  milyon 

nəfər  təşkil  edib.  Lakin  XXI  əsrin  artıq  ilk  onilliyində  bu  axın 

azalıb. 2000-2008-ci illərdə bu ölkəyə cəmi 970 min miqrant gəlib. 

Özü  də  2008-ci  ildə  son  30  ildə  ilk  dəfə  olaraq  56  min  nəfərlik 

mənfi saldo qeydə alınıb. 2009-cu ildə Almaniyaya 721 min adam 

daxil olub, bu ölkəni isə 734 min nəfər tərk edib. Göründüyü kimi, 

elə  almanların  özləri  də  Almaniyadan  getməyə  başlayıb.  Təkcə 

2009-cu  ildə  155  min  etnik  alman  öz  ölkəsini  tərk  edib.  Özü  də 

əsasən  öz  ölkəsinin  gələcəyinə  ümid  və  inamını  itirən  ixtisaslı 

mütəxəssislər  çıxıb  gedirlər.  Onlar  İsveçrəyə,  Avstriyaya, 

Kanadaya, ABŞ-a, Yeni Zelandiyaya və Avstraliyaya köçürlər. 

Bu  amil  alman  siyasi  elitasını  öz  baxışlarını  yenidən  nəzərdən 

keçirməyə vadar edən birinci səbəbdir. Axı çoxsaylı hiyləgərlik və 

kələklərə  baxmayaraq  Almaniya  bu  elita  tərəfindən  heç  də  köklü 

sakinlərin  də  tərk  etdiyi,  qaçıb  getdiyi  polietnik  dövlət  orqanizmi 

kimi yox, milli və monoetnik dövlət kimi təqdim edilir. 

Bu cür qəfildən ―ayılıb dərketmənin‖ ikinci və heç də az əhəmiyyət 

kəsb  etməyən  səbəbi  isə  acı  iqtisadi  reallıq  idi.  2008-ci  il 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

223 


böhranından  sonra  qəti  şəkildə  aydın  oldu  ki,  Avropa  İttifaqı 

ölkələrinin  böyük  hissəsi  ya  reanimasiya  palatasındadır,  ya  da  bu 

palatanın  astanasındadır.  Mahiyyət  etibarilə  indiki  Avropa  İttifaqı 

Fransanın nisbi dəstəyi nəzərə alınmaq şərti ilə yalnız Almaniyanın 

hesabına ayaq üstdə durur. 

Alman iqtisadiyyatı hazırda təkcə sürətli artım tempinə malik deyil, 

o,  həm  də  bir  daha  sübut  etdi  ki,  məhsulları  Çin,  Braziliya, 

Hindistan  və  bir  sıra  digər  dövlətlər  tərəfindən  alınan  unikal  bir 

sektora -  maşınqayırma sektoruna malikdir. 

Xatırladaq  ki,  Almaniya  iqtisadiyyatının  bel  sütunu  olan  alman 

maşınqayırması  2009-cu  ildə  ağır  itkilərə  məruz  qaldı.  O  zaman 

sifarişlərin  həcmi  58  faiz  azaldı,  nəticədə  bu  sahənin 

müəssisələrində  33  min  iş  yeri  ixtisar  edildi.  Müəssisələrin 

istehsalının ümumi həcmi 24,5 faiz azaldı. Lakin artıq 2010-cu ilin 

birinci  rübündə  şirkətlərin  məcmu  dövriyyəsi  2009-cu  ilin  analoji 

dövrü  ilə  müqayisədə  8,7  faiz  artdı.  Həmin  ilin  aprelində  isə 

sifarişlərin miqdarı 2009-cu ilin analoji ayı ilə müqayisədə 36 faiz 

çoxaldı. 

Lakin  əgər  Almaniya  tədricən  Çin,  Braziliya,  Hindistan  və  digər 

dövlətlərin  getdikcə  artıb  inkişaf  edən  iqtisadiyyatından  da 

məhsuldar 

olmağa 


başlayırsa, 

həmçinin 

onun 

rəqabətə 



davamlılığının 

əsas 


şərti 

mürəkkəb 

və 

elmtutumlu 



maşınqayırmadırsa, 

onda 


yarım 

əsr 


əvvəl 

Almaniyanı 

xarabalıqlardan  çıxarıb  bu  səviyyəyə  qaldırmış  milyonlarla  az 

təhsilli  və  mədəni  baxımdan  yad  miqrantlar  indi  ona  lazım  deyil. 

Axı  maşınqayırma  müəssisələrində  nə  türklər,  nə  əfqanlar,  nə  də 

misirlilər  çalışmır,  yeni  mürəkkəb  texnikanı  onlar  yaratmır,  onlar 

elm  sahəsində  də  praktiki  olaraq  yoxdurlar.  Küçə  ticarəti, 

bərbərxanalarda,  avtoservisdə  çalışmaq  və  yaxud  sadəcə  olaraq 

sosial müavinət hesabına yaşamaq - onların əsas məşğuliyyəti budur 

(hələ  narkotik  ticarətini,  fahişəxanalar  işlətməyi  və  buna  bənzər 

digər  işləri  demirik).  Bunlar  isə  Almaniyanı  üzdə-öndə  saxlayan 

işlər deyil. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

224 



Miqrantları cəlb etmək tərəfdarlarının əlində əvvəllər daşdan keçən 

əsas var idi - Almaniya iqtisadiyyatının inkişafını təmin etmək üçün 

bu  sahəyə  əcnəbilərin  axını  lazımdır.  Amma  məlum  oldu  ki, 

miqrantdan  miqranta  fərq  var.  Demoqrafik  vəziyyətin  pis  olduğu 

Almaniyanın  şərq  torpaqlarındakı  peşə  məktəblərində  almanlar 

çatışmırdı.  Almanlar  bu  problemi  nəinki  təkcə  təhsil,  həm  də  iş 

yerləri  zəmanəti  verdikləri  gənc  polyakların  hesabına  uğurla  həll 

etdilər. 

Rəsmi  Berlinin  öz  daxili  siyasətini  yenidən  nəzərdən  keçirməsinin 

üçüncü əhəmiyyətli səbəbi büdcənin sosial-iqtisadi xərcləri məsələsi 

oldu. Səndələməkdə olan Avropa İttifaqına yardım etmək baha başa 

gəlir  və  vəziyyətdən  çıxış  yolu  yalnız  sosial  proqramların 

genişlənməsindədir. 

Lakin bu, artıq Almaniyanın özündə də çoxsaylı etirazlar doğurub. 

Almanları  başa  düşmək  olar.  Onlar  ispanlardan,  yunanlardan, 

irlandlardan və ya italyanlardan fərqli olaraq daşınmaz əmlak və ya 

maliyyə  sektorunda  ―şar  üfürmə‖  siyasəti  yürütməmişdilər. 

Almanların  maaşlarının  artımı  isə  son  8  ildə  inflyasiyanı  praktiki 

olaraq  üstələməyib.  Məhz  buna  görə  də  alman  hakimiyyət 

orqanlarının  antiimmiqrant  ritorikası  ona  indi  ―bir  güllə  ilə  iki 

dovşan vurmaq‖ - cəmiyyətin diqqətini təzə tapılmış ―düşmənlərə‖ 

yönəltmək  və  eyni  zamanda  sosial  ödənişlərin  həcmini  azaltmaq 

imkanı verir. 

Bütün yuxarıda sadaladıqlarımızı bu kontekstdən nəzərdən keçirsək

onda  aydındır  ki,  Tilo  Sarrasinin  əvvəllər  Almaniya  üçün 

ağlasığmaz olan kitabının nəşri kimi onun çıxışları da, siyasətçilərin 

multikulturalizmə ölüm hökmü çıxarması da eyni zəncirin müxtəlif 

həlqələridir. Almaniya rəsmən bəyan etdi ki, o, iqtisadiyyat, elm və 

sənaye  sahələrində  özünün  dünyadakı  lider  mövqelərini  qoruyub 

saxlamaqda maraqlı olan alman dövləti idi və belə olaraq da qalır. 

Bu  ölkənin  təhsilsiz  və  mədəni  baxımdan  yad  immiqrantlar  üçün 

limiti artıq tam bitib. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə