MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

ya yaş pambıqla sildikdə iz və ya ləkə qalmırdı. 
Orta əsrlərdə kağızı ahərləmənin bir sıra üsulları olmuşdur. Bunlardan ən sadəsi yumurta
ağının şamla əridilməsi və kağıza sürtülməsidir ki,  buna “yumurta ahəri”  deyilir.  Quruduqdan
sonra kağız quru sabun sürtülmüş möhrə ilə parıldadılırdı. Ahərləmədə nişasta üsulundan da
istifadə edilirdi ki buna “nişasta ahəri” deyilirdi. Bu da möhrə ilə eyni cür parladılırdı. Bunlardan
əlavə, düyü həlimi ilə də ahərli kağız emal edilirdi ki, buna “düyü ahəri” deyilirdi. Möhrəli kağız-
larda mürəkkəb və boya silinəndə izləri qalır,  ahərli kağızlarda isə belə etdikdə əvvəlki yazı
tamamilə silinirdi [bax: 43, s.42].    
Müxtəlif ölkələrdə istehsal edilmiş kağızlar özlərinin həm xarici görkəminə,  həm də daxili
keyfiyyətinə görə bir-birindən fərqlənirdi. Tarixin müxtəlif dövrlərində istehsal olunmuş kağızlar
arasında da bu cür ayrılıqlar diqqəti cəlb edir. Paleoqrafik tədqiqatlar zamanı həmin fərqlərin
aşkara çıxarılması konkret əlyazmanın harada istehsal olunmuş kağız üzərində və hansı
dövrdə köçürüldüyünü müəyyənləşdirməyə imkan verir.  Məsələn,  məlumdur ki,  XIV əsrin
Avropa kağızı möhkəm və bir qədər bozumtul,  XV əsrin kağızı isə nazik və ağ idi [bax:  48, 
s.524]. Həmçinin “göyümtül kağız (qalın göyümtül kağız nəzərdə tutulur) bir qayda olaraq XVIII
əsrin sonu – XIX əsrin əvvəllərini göstərir.  Bu əlamət,  demək olar ki,  şəksizdir və gözlə
müəyyən edilə bilər. Sıxılmış göyümtül kağızı sıxılmış tünd göy rəngli kağızdan fərqləndirmək
lazımdır… Bu kağız XIX əsrin birinci yarısında, daha dəqiqi isə          XIX əsrin ikinci rübündə
buraxılmışdır” [182, s.59].
Xəttatlar sətirləri düzgün,  yəni düz xətt boyunca köçürmək üçün üstünə sıra-sıra ipliklər
keçirilmiş xüsusi müqəvvadan bir alət kimi istifadə edirdilər.  Bu alət kağızın altına qoyulur, 
üstünə barmaq gəzdirilərək,  kağızda ipliklərin izi buraxılırdı.  Yazı bu cizgilər üzərinə yazılırdı
[197,  s.291].  Xəttatların istifadə etdikləri bu alət “mistər”  (yəni xətkeş),  mistərin izi qoyulmuş
kağız isə “mistərli // mistərlənmiş kağız” adlanır. 
Mistərlənmiş belə kağız nümunələri Azərbaycan əlyazmaları arasında tez-tez rast gəlir.    
Bir sıra hallarda mistər xətləri kağızın istehsalı prosesində “su nişanı”  şəklində kağızın
içərisinə həkk edilirdi.  Adi xəttat mistərləməsindən fərqli olaraq,  sənaye variantında kağıza
üfüqi düz xətlə yanaşı, şaquli xətt də əlavə edilirdi. Belə üfüqi xətlərə paleoqrafiyada  “vercer”, 
şaquli (perpendikulyar) xətlərə isə “pontüzo” deyilir.   
Katib tarixi verilməyən yazılı abidələrin köçürülmə dövrünün müəyyən edilməsində kağızın
xarici əlamətləri ilə yanaşı,  daxili xüsusiyyətlərinin,  başqa sözlə,  onlara vurulmuş sənaye su
nişanlarının (filiqranların) öyrənilməsi mühüm rol oynayır.    
Filiqranlar və onların paleoqrafiya üçün əhəmiyyəti
Məlumdur ki, birinci dəfə filiqrandan 1282-ci ildə İtaliyanın Fabriano şəhərində buraxılmış
kağızda istifadə olunmuşdur.  Həmin kağızda təsvir olunan ilk filiqran sadəcə xaç şəkli idi. 
Sonralar gül,  öküz başı,  tərəzi,  dairə içərisində hərf yazılmış filiqranlar təsvir olunmuş, səna-
yenin inkişafı filiqranların daha da mürəkkəbləşdirilməsinə gətirib çıxarmışdır. Mütəxəssislərin
tədqiqatı nəticəsində Avropa kağızlarında ümumiyyətlə 4  mindən artıq filiqranın işləndiyi he-
sablanmışdır.
“Əvvəllər su nişanları fabriki, kağızın növünü və dəyərini göstərmək üçün işlədilirdi” [182, 
s.35].  Ümumiyyətlə isə filiqranların işlədilməsinin əsas məqsədi ticarət markasını qəlp kağız
istehsalından qorumaq olmuşdur.
Filiqran düzəltmək üçün adicə məftil müvafiq naxış,  fiqur və ya yazı şəklində qatlanıb, 
kağız istehsal edən şəbəkəyə qoyulur,  bununla hələ nəm olan kağız kütləsində quruyandan


sonra işığa tutanda görsənəcək izlər buraxılırdı [187, s. 56].
Filiqranların öyrənilməsinə XIX əsrin sonlarından başlanmışdır.  Onların tədqiqi,  bir
tərəfdən,  kağız sənayesinin tarixini öyrənmək baxımından maraq doğurursa,  digər tərəfdən, 
bunun paleoqrafik araşdırmalar üçün daha önəmli olduğu şəksizdir.   
Su nişanlarının öyrənilməsinə ilk dəfə Rusiyada ciddi fikir verilmişdir. N.P.Lixaçov “Bumaqa
i drevneyşie bumacnıe melğniüı v Moskovskom qosudarstve”  (SPb,  1891)  və “Paleoqrafi-
çeskoe znaçenie bumacnıx vodənıx znakov”  (SPb,  1899)  kitablarını nəşr etdirmək üçün külli
miqdarda tarixi məlum əlyazma və sənədləri öyrənməli olmuşdu. O, 4 mindən artıq su nişanını
cidd-cəhdlə öyrənmiş, sistemləşdirmiş və bərpa etmişdi [182, s.36]. 
Tarixi məlum əlyazmalar əsasında filiqranların dəqiqləşdirilməsi,  bir tərəfdən,  kağızın hər
hansı bir növünün istehsal yerini və tarixini aşkara çıxarmağa xidmət edirsə,  ikinci tərəfdən, 
istehsal yeri və tarixi dəqiqləşdirilmiş kağızlar onların üzərində yazılmış naməlum tarixli mətnlə-
rin hansı dövrdə,  bəzən hətta hansı ildə köçürüldüyünü müəyyənləşdirməyə imkan verir, 
habelə beynəlxalq əlaqələr tarixi haqqında tədqiqatlar üçün maraqlı faktlar təqdim edir. Buna
görə də filiqranların öyrənilməsi üçün N.P.Lixaçovun tətbiq etdiyi metod həmişə aktual olaraq
qalmaqdadır.  
Sonralar ayrı-ayrı ölkələrdə - Almaniyada,  Rusiyada,  Belorusiyada,  Pribaltikada, 
Bolqarıstanda və b.  yerlərdə su nişanlarının öyrənilməsi məsələsinə diqqət yetirilmiş,  o
cümlədən bu sətirlərin müəllifi və Əli Məmmədbağıroğlu tərəfindən Azərbaycan əlyazmaların-
dakı filiqranların tədqiqinə ilk cəhd göstərilmişdir. 
Müasir dövrdə,  bir tərəfdən,  bu və ya digər kağızın yazı üçün nə vaxt işlədildiyini
müəyyənləşdirməkdən ötrü əlyazmanın yazıldığı və ya köçürüldüyü tarix əsas götürülürsə, 
digər tərəfdən, əksinə, filiqranların özünü öyrənməklə,  onların istehsal tarixini müəyyənləşdir-
məklə müvafiq tarixi qeyd olunmayan əlyazma kitablarının yazılma və ya köçürülmə tarixini
müəyyən etmək olur. 
“Filiqran ilk növbədə əlyazmanın yazıldığı tarixi deyil, kağızın nə zaman və harada yaran-
dığını dəqiq müəyyənləşdirə bilər. Bu tarixi əlyazma nüsxəsinin yazıldığı tarix kimi qəbul etmək
olarmı? Əlbəttə, yox. Ç ünki kağızın yaranma zamanı ilə yazılma zamanı arasındakı fərq ticarət
əlaqələrinin intensivlik dərəcəsindən və ticarət edən ölkələr arasındakı məsafədən çox asılıdır” 
[43, s.43]. 
Bolqar alimi V.Nikolayev bu fərqin 30 ilə yaxın olduğunu göstərir [157, c.1, s.2].
Əlyazmanın bir deyil, bir neçə müxtəlif su nişanlı kağızda yazılması onun tarixinin daha da
dəqiqləşdirilməsinə səbəb olur. Su nişanlarının tutuşdurulması bütün əlyazmanın yazılış tarixini
dəqiqləşdirir.
Adətən əlyazmanın su nişanlarına əsasən təxmini tarixi kağızın işlədilməsi tarixinin aşağı
və yuxarı həddinə əsasən müəyyən edilir. Tutaq ki, bir əlyazmada iki su nişanına rast gəlirik, 
onlardan biri (daha qədimi) 1535-ci ilə, ikincisi (sonrakı) isə 1557-ci ilə aiddir. Bu halda su ni-
şanları əlyazmanın 1535-1557-ci illər arasında yazıldığını göstərir.  Lakin təcrübədən məlum
olur ki, əlyazmanın tarixinin su nişanlarına əsasən müəyyənləşdirilməsi orta hesabla on il fərq-
lənə bilər. Ancaq burada da səhvə yol vermək mümkündür [182, s.35].  
Azərbaycan alimləri Azərbaycan əlyazmalarındakı filiqranların tədqiqinin qarşıda duran
mühüm vəzifələrdən biri olduğunu göstərmişlər [bax: 43, s.44]. 
Şərq və Qərb kağızlarının qalınlıq,  codluq,  bozluq       və s.  əlamətlərinə görə bir-birindən
fərqlənən xüsusiyyətləri vardır,  lakin onların ən əlamətdar xüsusiyyəti Qərb kağızlarında
filiqranların mövcudluğu, Şərq kağızlarında isə onların olmamasıdır.
Müşahidələr Azərbaycan əlyazmalarındakı filiqranların aşağıdakı xüsusiyyətlərini qeyd


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə