MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

variantındakı qoşmalardan dastan mətninin aşıq müəllifinin adını müəyyənləşdirmək mümkün
olur. Bu hal hətta müəllifin adı göstərilməmiş yazılı mətnlərdə də təsadüf edir. Məsələn, ilk ana-
dilli abidələrimizdən olan “Mehri və Vəfa” poemasının iki məlum əlyazma nüsxəsində müəllifin
adı ayrıca göstərilməsə də,  Məhəmməd Kəminənin köçürdüyü B-5655  şifrəli əlyazmada rast
gələn
Umma, İsa, necə bir qeyli-qal
Dilə haqdan kim, qılasan ittisal
beytindəki ada müvafiq olaraq poemanın müəllifi müəyyənləşdirilmişdir [68,  s.9].  Eləcə də
“Vərqa və Gülşah” poemasının müəllifinin Yusif Məddah olduğu mətndəki
Yusifi-Məddahi biçarə anun, 
Eşqi yolunda fəda eylər canun
misraları [46, s.10], “Qissei-Yusif” əsərinin müəllifinin Qul Əli olduğu buradakı
Bunu düzən zəif bəndə adı Əli, 
Yarlığağıl, əya rəhim, asi qulu…
Rəhmət ğılğıl, əya rəhim, Qul Əliyə
ifadələrinə əsasən [47,  s.3],  eləcə də “Yusif və Züleyxa”  məsnəvilərindən birinin müəllifinin
adının Suli Fəqih [32,  s.3], digərinin isə müəllifinin adının Həsən olduğu [bax: 4] tədqiqatçılar
tərəfindən müvafiq beytlərə əsasən dəqiqləşdirilmişdir.          
Belə hallarda adın çəkildiyi poetik parçanı çıxanda qalan mətn əsasında əsərin müəllifinin
adını öyrənmək mümkün olmur. 
Yazılı mətnin müəllif problemləri şifahi mətndən fərqlənir.  Yazılı mətnin ilkin (müəllif) 
variantı adətən müəllifin özü tərəfindən yazıya alınırdı və əksər hallarda məhz müəllif birinci
katib funksiyasını yerinə yetirirdi.  Zənn etmək olar ki,  mütləq əksər hallarda müəllif yazıları
mövcud olmuşdur.  Yalnız müəllifin xüsusi nüfuz qazandığı dövrdən sonra,  saray mühitində
mədrəsə şəraitində və ya fərdi-pedaqoci fəaliyyəti zamanı xüsusi katibin və ya tələbələrin
birinci katib kimi yazı xidmətindən istifadə etməsi mümkün ola bilərdi. 
Məsələn,  dahi Füzulinin katibin xidmətindən faydalandığı məlumdur,  ancaq təzə-təzə
ilhama gəldiyi və ya hələ böyüklük şan-şöhrəti qazanmadığı gənclik illərində onun öz şeirlərini
özünün yazıya köçürmədiyini heç kəs israr edə bilməz. 
Böyük şairin yumorla qələmə aldığı məşhur
Qələm olsun əli ol katibi-bədtəhririn
Ki, fəsadi-rəqəmi sözümüzi şur eylər. 
Gah bir hərf süqutilə qılur nadiri nar,
Gah bir nöqtə qüsurilə gözi kur eylər
misraları bir sıra tədqiqatlarda nümunə çəkilmiş və geniş şərh edilmişdir. Füzuli dühasına xas
dixotomiya bu şeirin təkcə ayrı-ayrı ifadələrində deyl, bütövlükdə əhatə edilmiş fikirdə də özünü
göstərir: bir tərəfdən, belə başa düşmək olar ki, “katibi-bədtəhrir” Füzulinin diqtə etdiyi sözləri
yazarkən diqqətsizlikdən avtomatik səhvlərə yol verirmiş, digər tərəfdən isə, katibin daha çox
həmin qüsurlara yazılı mətnin üzünü köçürən zaman sözləri düzgün oxumadığı hallarda yol
verə biləcəyi göz önünə gəlir. Deməli, Füzulinin avtoqrafları mövcud olmuşdur, ancaq onlardan
heç biri bugünkü elm aləminə məlum deyildir. 
Böyük Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusi Elxanilər sarayında və ya
Marağada,  sözsüz ki,  katib və tələbələrinin yazı xidmətindən istifadə etmişdir,  buna
baxmayaraq, onun öz əli ilə 1250-ci ildə yazıb-tamamladığı “Tərcümei-Süvəril-kəvakib”  mətni
zəmanəmizə gəlib çatmışdır. 


Beləliklə,  nə baş verirdi və necə olur ki,  bu gün orta əsr əlyazmalarından həddən ziyadə
çoxunun müəllifini aşkarlamaq mümkün deyil? 
Məlumdur ki,  Qədim Misirdə,  bütün qədim ölkələrdə olduğu kimi,  müəllif anlayışı ictimai
fikrə möhkəm daxil olmamışdı. Ancaq belə düşünmək olmaz ki, guya müəlliflik anlayışı qədim
misirlilərə tamamilə yad idi: bir çox hallarda müəllifin adı əsərin mətninin lap əvvəlində verilirdi
[135, s.74].
Bu hal çox uzunömürlü olmuş və sonralar ərəb müsəlman prozaik mətnlərinin (xüsusən
elmi mətnlərin) tərtibində də özünə yer almış, ənənəyə çevrilərək həm də bütün analoci fars və
türk mətnlərinə yayılmışdır. Beləliklə, arxetip müəllif yazılı mətnlərində (avtoqraflarda) müəlliflər
özlərinin müəlliflik hüquqlarını təsbit etmiş və bununla hüquqlarını qoruduqlarını göstərmişlər. 
İstər müəllif əlyazmalarında,  istərsə də katiblər tərəfindən köçürülmüş sonrakı tam nüsxə
variantlarının əvvəlində,  bir qayda olaraq,  mütləq əksər hallarda müəllifin adı göstərilirdi. 
Əlyazmanın sonunda isə:  
1) müəllif kolofonunda müəllifin və əsərin adı göstərilirdi;
2) həm müəllif və həm də katib kolofonlarında müəllifin və əsərin adı göstərilirdi;
3) müəllif öz kolofonunda əsərin adını göstərdiyi halda, öz adını çəkmirdi;  
4)  müəllif kolofonunda müəllif və əsərin adı göstərilmədiyi halda,  katib kolofonunda həm
müəllifin, həm də əsərin adı qeyd edilirdi.     
Göstərmək lazımdır ki, orta əsr Azərbaycan əlyazmalarında mütləq əksər hallarda titul və-
rəği olmadığından,  katiblərin çox vaxt hətta frontispisdə əsərin adını ünvan şəklində və ya
başlıq sətirdə göstərməyəcəyindən ehtiyatlanan müəlliflər öz adlarını “amma bə’d”dən qabaq
gələn müəllif başlanğıcında qeyd edir,  buradaca əsərin adını göstərir və yığcam məlumat
verməyi lazım bilirdilər ki,  bu da onların öz müəlliflik hüquqlarına necə qayğı ilə yanaşdığını
göstərirdi. 
Müəlliflər (adətən irihəcmli,  çoxcildli elmi əsərlərdə)  öz adları və əsərin adı haqqında
müəllif kolofonunda da məlumat verirdilər. 
Bəs necə olur ki, heç də bütün əlyazmalarda bugünkü tədqiqatlar üçün mühüm əhəmiyyət
kəsb edən belə zəngin məlumatlar bizə gəlib çatmamışdır?  Bunun yalnız müəllifdən asılı
olmayan, lakin müxtəlif obyektiv və subyektiv səbəblərlə bağlı tərəfləri vardır. 
Əsas obyektiv səbəbi hər şeydən əvvəl kitabların özünün evlərdə və kitabxanalarda
saxlanma şəraiti ilə bağlıdır. Kitabın cildi, frontispisi və kolofonu (eləcə də əvvəldən və sondan
bir və ya bir neçə vərəği) sıradan çıxırdı: 
1) əvvəldən frontispis sıradan çıxır, kolofon isə qalırdı - bununla müəllif (və əsər) haqqında
müəllif başlanğıcındakı məlumat itir, kolofondakı məlumat isə qalırdı;
2)  kitabın sonundakı kolofon sıradan çıxır,  frontispis qalırdı - bununla kolofondakı müəllif
və əsər haqqında (eləcə də başqa) məlumatlar itir, frontispis məlumatları qalırdı.
Göstərilən hər iki halda əlyazmadan müəllif və əsər haqqında məlumat əldə etmək olur.  
3)  həm frontispis,  həm də kolofon sıradan çıxır,  bununla əsərin müəllifi və adı haqqında
(eləcə də başqa) məlumatların izi itirdi.  
Məsələnin əsas subyektiv səbəbi isə katiblərlə bağlı idi: 
1) katib əsərin “amma bə’d”dən əvvəlki hissəsini (müəllif başlanğıcını) köçürmürdü. Bunun
özünün də obyektiv və subyektiv səbəbləri olurdu.  Obyektiv səbəb katibin əlinin altında olan
nüsxədə həmin informasiyanın yoxluğundan,  subyektiv səbəb isə katibin əlyazmaya,  əsərin
özünə, onun müəllifinə fərdi və bəzən ideoloci münasibətlərindən irəli gəlirdi;
2)  katib əsərin müəllif sonluğunu yazmırdı və bunun da obyektiv və subyektiv səbəbləri
həmin məsələlərlə bağlı olurdu;  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə