MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

mətnin yazıldığı tarixi böylə bir ölüm  tarixindən  çıxarmağa çalışmaq doğru nəticə verəməz.
Əski türk ailələrində bir adət var idi: birisi doğuldumu və ya öldümü və yaxud zəlzələ, aclıq, 
xəstəlik,  istila kibi mühüm hadisələr zühur etdimi,  vəq’ənin tarixi ailənin böyüyü və yaxud
oxumaq biləni bir iki sətirdə evdə bulunan layətt’yin bir kitabın (əlaləksər – Qur’anın) başına və
ya sonuna qeyd edərlərdi.  Osman paşa adlı zatın ölümünün qeydi də bu surətlədir.  Bu kibi
qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna baxılamazdı.  Ola
bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətn çox köhnə bir zamanda yazılmışdır” [1,   
s.51-52].
Eləcə də Həsənin B-2333  şifrəsi altında saxlanılan “Yusif və Züleyxa”  əlyazma
məsnəvisinin sonluğunda (132
b
)  yazılmış “Nadir şahın gəlişi.  Hicrəti-nəbinin 1148-ci ilində” 
qeydi abidənin köçürüldüyü tarixi deyil, onun miladi 1735-ci ildən qabaq yazıldığını göstərir. 
Müəlliflər çox vaxt öz təvəllüdlərini də müəmma ilə göstərməyə üstünlük verirdilər. 
Katiblər isə müəllifin təvəllüdünün verilməsində müəllifin öz müəmmasından istifadə edir və
bəzən onun vəfat tarixini göstərmək üçün özləri katib müəmması yaradırdılar. 
Minlərlə yazılı abidənin müəllifləri məlum deyildir və bunun əsas səbəblərindən biri həmin
əlyazmalarda müəllifin adının qeyd edilməməsidirsə, ikinci əsas səbəb bununla bağlıdır ki, heç
də dövrümüzə gəlib çatmış bütün mətnlər indiyə qədər tam oxunub qurtarmamışdır.  Paleoq-
rafiya,  eləcə də bütövlükdə mənbəşünaslıq və mətnşünaslıq işlərinin ən məsul və şərəfli və-
zifələrindən biri müvafiq informasiya ilə təchiz edilməmiş elmi və bədii əsərin müəllifinin müəy-
yənləşdirilməsidir.
*
Əlyazmaların elmi-paleoqrafik təsvirini verən mütəxəssislər kataloqların
tərtibi zamanı buna xüsusi diqqət yetirirlər. 
Görünür, müəllifin adının müəyyənləşdirilməsi məsələsində birinci  növbədə əsərin dilindən
və müəllifin milliyyəti problemindən çıxış etmək lazımdır.  Belə ki,  əgər əsər türk dilində (türk
dillərindən birində)  yazılmışdırsa,  müəllifin milliyyətcə türk olduğu qətidir - nə ərəblər,  nə də
farslar türkcə,  demək olar ki,  heç bir əsər yazmamışlar.  Əsər fars dilində yazılmışdırsa, 
müəllifinin ərəb olması ehtimalı minimuma enir, çünki ərəblər içərisində farsca bir şey yazanları
barmaqla hesablamaq olar
**
- belə əsərin müəllifi ilk növbədə farslar və türklər içərisindən axta-
rılmalıdır. Ərəbcə yazılmış əsərin müəllifini tapmaq isə ən çətin məsələdir, çünki ərəb elminin
və mədəniyyətinin inkişafında ərəblərin özü ilə yanaşı, ilk növbədə türklər və farslar da yaxın-
dan iştirak etmişlər - ərəbcə əsər hər üç millətin nümayəndələri tərəfindən yazıla bilərdi.          
Digər tərəfdən, buna da diqqət yetirmək lazımdır ki, müasir rus və Qərb şərqşünaslığında
əsərin dilinə görə müəllifin milliyyətinin müəyyənləşdirilməsi məsələsi düzgün konsepsiyaya
əsaslanmadığından dolaşıq vəziyyətə düşmüşdür.  Şərqşünaslar türklərin,  o cümlədən
azərbaycanlıların yüzillər boyu üç dildə yazıb-yaratdığını nəzərə almır, ərəbcə yazmış müəllifin
ərəb,  farsca yazmış müəllifin fars olduğunu qəbul edirlər.  Bundan asan heç nə ola bilməz. 
Məsələn,  İ.Y.Kraçkovski kimi görkəmli alim göstərir ki,  Tusi ikidilli olduğu üçün,  həm ərəbcə, 
həm də farsca yazdığı üçün eyni dərəcədə həm ərəb, həm də İran mədəniyyətinin nümayən-
dəsi sayıla bilər [136, c. 4, s.112]. Avropalılar Tusini ümumiyyətlə ən böyük fars alimlərindən
biri hesab edirlər [136, c. 4, s.115]. V.V.Bartold Mahmud Kaşğarini Orta Asiya haqqında yazılı
mənbələr deyil, bu ölkə ilə şəxsi tanışlığı əsasında yazmış, demək olar ki, yeganə ərəb müəllifi
sayır,  İ.Y.Kraçkovski isə yalnız bunu etiraf edir ki,  “o özü türk mənşəli olmuşdur”  [136,  c.  4, 
s.268].
                                                          
* Ялбяття, щеч дя бцтцн ялйазмаларын дейил, йалныз елми вя мядяни ящямиййят дашыйан мятнлярин мцяллифляринин 
мцяййянляшдирилмяси тяляб олунур.  
**
Яряб алими Ибн ял-Фцвати фарс дилини юйрянмишди, фарсдилли  китаблары ориъиналда охуйур, юзц дя бу дилдя ясярляр 
йазырды [бах: 173, с.21].


Müəllifin milliyyətinin müəyyənləşdirilməsi üçün mətni tam oxumaq və ya heç olmasa, 
orada işlənmiş onomastik vahidlər sistemini aşkara çıxarmaq, mətndəki ekzotik məqamları və
realiləri, lokallaşdırıcı elementləri, müəllifin dil-üslub xüsusiyyətlərini, milli təfəkkür tərzini öyrən-
mək lazım gəlir. Bununla yalnız təxmini məsələlər (qabarıq faktlar) işıqlandırılır, ancaq bundan
müvafiq tədqiqatı genişləndirmək üçün açar kimi istifadə etmək olar.  Bu həm də əsərin
bugünkü baxımdan hansı ölkənin ərazisində yazıldığını müəyyənləşdirməyə imkan verir.  Mə-
sələn, məhz elə göstərilən xüsusiyyətlərinə görə “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin
eposun
Azərbaycan ərazisində formalaşmış
variantı əsasında
yazıya
köçürüldüyü
dəqiqləşdirilmişdir.
Müəllifin şəxsiyyətinin müəyyənləşdirirlməsi daha çətin və mürəkkəb məsələdir.  Bunun
üçün ilk növbədə əlyazmanın bütöv bir əsərimi,  yoxsa ondan yalnız iqtibasımı əhatə etdiyini
dəqiqləşdirmək mühüm rol oynayır.  Əgər əlyazma tam əsərdirsə və katib tərəfindən müəllif
başlanğıcı və sonluğuna toxunulmamışdırsa, onda, məsələn, bəsmələdən və ya “amma bə’d”-
dən sonrakı “başlanır”,  katib kolofonundan əvvəlki “bitir”  kataloci məlumatı öyrənilə,  müəllifi
məlum olan başqa əlyazmaların müvafiq paleoqrafik parametrləri ilə tutuşdurula bilər.             
“Orta əsrlərdə Yaxın Şərqdə,  o cümlədən Azərbaycan klassik poeziyasında şairin öz lirik
əsərlərinin sonunda tarix yazması dəbdə olmamışdır.  Bu dövrün şairləri yalnız son beytdə
(məqtədə) təxəllüs yazmaqla şeirin kimə aid olduğunu bildirirdilər” [51, s.102].
Buna görə də,  ayrı-ayrı şeirlərin yazılma tarixinin öyrənilməsinə cəhd etməyin mənası
yoxdur.  Tədqiqatçı daha çox iri həcmli əsərlərin yazılması və köçürülməsi tarixlərini
araşdırmağa meyl edir.  
Mətnin müəllifinin olması (daha dəqiq desək,  müəllifli mətn)  transfoneliterasiya zamanı
əsərin dil və üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsində başlıca rol oynayır. Belə ki: 
1) müəllifli mətn ədəbi dil normalarına uyğun tərzdə, 
2) müəllifsiz mətn (folklor mətni) isə ümumxalq dilinə uyğun tərzdə nəşrə hazırlanır.
Əlbəttə,  bu məsələdə də ortaya çıxa biləcək bütün nüanslar nəzərə alınmalıdır:  müəllifin
dili ümumxalq dilindən fərqlənməyə də bilər. 
Katiblər kitabın əsas yaradıcıları kimi
Görkəmli rus tarixçisi N.M.Karamzin qeyd edir ki,  “qədim rus katibləri yazıçılardan daha
böyük iftixara layiqdirlər:  birincilər,  demək olar ki,  həmişə öz adlarını köçürdükləri kitabların
sonunda yazırdılar,  ikincilər isə tərif və tənqiddən canlarını qurtarmaq üçün öz adlarını gös-
tərmirdilər” [126, s.545].  
Yazının meydana gəldiyi çağlarda və inkişafının ilk dövrlərində xüsusi yazı yazmaq peşəsi
yox idi,  yazını kəşf edənlər,  əlifba tərtib edənlər özləri,  həmçinin cəmiyyətin sosial
ierarxiyasında yüksək mövqe tutanlar,  ilk növbədə isə kahinlər yazı işi ilə məşğul olurdular. 
Məsələn, Yeni Babil dövründə məhz kahinlər katiblik vəzifəsini yerinə yetirirdilər [106, s.6].
Bununla yanaşı, antik dövrün ayrı-ayrı cağlarında dünyanın müxtəlif yerlərində yazı inkişaf
etdikcə bu işlə xüsusi məşğul olanlar zümrəsi meydana gəlməyə başlayırdı.  Bir şumer
leksikoqrafik abidəsində hətta 29 katib vəzifəsinin adı sadalanır, baş və kiçik katiblər, həmçinin
məbəd və çar katibləri haqqında məlumat verilirdi [106, s.8]. 
Kitab mədəniyyətinin meydana gəlməsi isə katiblik sənətinin başqa fəaliyyət növləri
içərisindən ayrılmasında müstəsna rol oynamış oldu.  İ.F.Fixman göstərir ki,  hələ Qədim
Misirdə dəqiq vəzifə bölgüsü var idi:  kitabı katib köçürür,  illüminator isə onu bəzəyirdi [112, 
s.139]. Beləliklə, yazı yazmaq ayrıca bir peşə növünə çevrilirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə