177
– Axırı qızımın uşagı oldumu?
Gəlin başı ilə “hə” işarəsi verir.
– Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur,
sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıy-
la göstərir ki, beləsindən olub.
Üç dolma, on beş loxma
Beş qız əminin himayəsində idi. Əmi həftədə bir dəfə donluq
alır və həftədə bir dəfə dolma bişirirlər. Ana qızlara tapşırır ki, ye-
məkdən sonra əmoza dua edin. Qızlar deyirlər:
– Allah, sən yetir, üç dolma, on beş loxma. Allah sən usta
qaqaşı saxla, üç dolma, on beş loxma. Allah sən usta qaqaşı saxla.
Qız özü heylə gəlif
Çimərliyə birinci dəfə gedən iki şəkili təəccüblərini saylaya
bilmirlər. Biri deyir:
– Ə… ona bax ey… qızı soyunduruf yanına qoyuf.
O biri onun səhvini belə düzəldir:
– Ə… o soyundurmiyitdi ki, qız özü heylə gəlitdi.
Tərəkəmə tut yeyir
Dağdan gələn vaxt 4-5 tərəkəmənin qabağına bir mecvayı tut
qoyurlar. Quraxsımış tərəkəmələr tutu şapalaxla yeməyə
başlayırlar.
– Ə, tutu şapalaxla yeməzlər. Tutu bir-bir yeyərlər.
Tərəkəmə cavab verir?
– Ə, sən diyən hünü şöfdəlidi. Bir-bir ağzaa qoyuf çeynəmə-
miş udursan.
178
Ölməsə savabı çox olardı
Kəndli deyir:
– Molla əmi, uşaq neçə gündür xəstələnib, qızdırması çox
olur, gözünü açıb dünyaya baxmır.
Molla bir dua yazıb uşağın atasına verir.
Bir neçə gün sonra yolda xəstə uşagın atasıyla molla görüşür.
Molla xəbər alır:
– Uşaq necədir?
Ata deyir:
– Molla əmi, uşaq öldü.
Molla cavab verir:
– Ölməsəydi, duanın savabı çox olardı.
Əzrayılın üzü qara olsun
Bir nəfərin istəkli bir dostu xəstələnir, yorğan-döşəyə düşüb
uzun müddət yatır. Bir gün, yalan-gərçək, söz yayılır ki, dostu
ölüb. Həftələr keçir. Bir də görür ki, dostu əlində hasa hardansa
gəlir. Bu şəxs xəstə olduğu vaxt ona baş çəkmədiyini xatırlayıb
başını aşağı salır. O dünyadan qayıdan dostuyla görüşəndən sonra
isə dilinə gətirməyə başqa söz tapmadıgından deyir:
– Əzrayılın üzü qara olsun, onun yalanı olmasaydı, indi mən
qabağında xəcalət çəkməzdim.
Dəli Mehdinin ağıllı cavabı
65
Şəkidə bir adam yaşayırdı. Ona camaat Dəli Mehdi deyirdi.
O, həmişə bazarda sakit-sakit gəzərdi. Dindirib-danışdıranda mə-
zəli söhbətlər edirdi.
Bir dəfə də, kimsə kişinin qabagını kəsib deyir:
– Ay Mehdi, nə durmusan, kimə tamaşa edirsən?
Mehdi deyir:
– Habı adamlara baxıram. Onnarın yarısı yuxarı, yarısı da
aşağı gedir. Çaşıb qalmışam. Hayındı hamı bir səmtə getsə, mən
179
də onlara qoşulub gedərəm. Daa məəttəl qalmaram. Hansı tərəfə
gedim, bilmirəm.
Əlini belindən götürməyən oğlan
Bir arvadın oğlu tənbəl və çox yeyən olur. O, heç bir işin qul-
pundan yapışmazmış. Həmişə tində əli belində dayanarmış.
Bir gecə oğlan, həmişəki adəti üzrə anasını yuxudan oyadıb
deyir:
– Məni həyətə apar.
O, məhləyə çıxıb ayax yoluna girər-girməz, quyunun üstündəki
tir qırılır. Oğul düşür quyudakı çirkabın içinə. Ana haylayıb qon-
şudan adamlar çağırır. Onlar gəlincə oğlan xirtdəyə qədər batır.
Qonşular gəlib oğlanı bir təhər çıxardırlar. Anası görür ki, oğ-
lunun əlləri yenə də belindədi. Deyir:
– Anan boyaa qurban olsun, xirtdəyəcən çirkaba batıbsan, ye-
nə əlo belinnən götürmürsən...
Oglanlaro hansı yaxşıdı
Bir kişinin iki oglu olur. Ondan soruşurlar:
– Hansı oglundan çox razısan?
- Böyük oglumdan çox razıyam, balacadan yox.
Səbəbini soruşanda kişi deyir:
– Kiçik oglum gah yalan danışır, gah da dogru. Həfrayı
məssəf
66
qalıram. Böyük oğlum isə həmişə yalan danışır. Məni
həfrayı qoymur. Ona görə də böyük oğlumdan çox razıyam.
Raması bir az əyilib
Bir gün şəkili uşagıyla maşında gedirmiş. Uşaq beli əyilmiş
bir arvad görüb atasından soruşur:
– Ata, o arvada nolub? Niyə əyri gəzir?
Atası gülərək cavab verir:
– Ə, heş nə, raması bir az əyilib.
180
Muştuluğu qaytar
Bir gün ogul anasına deyir:
– Ana, pulum yoxdu. Sən maa borclusan. Borcoo qaytar.
Ana soruşur:
– Mən saa hardan borcluyam? Sən havaxt maa pul vermisən?
Oğul bildirir:
– Mən anadan olanda dədəm saa 25 manat muştulux veritdi.
Mən olmasaydım, saa kim pul verərdi? O pulu qaytar, vəssalam.
Ya Rəbbim, mənim düyünümü aç
Fağır bir kişi hər gün bazara gedər, qazandığı pula buğdadan,
düyüdən, undan alıb evə qayıdarmış. Bu kişi kasıb olmasına,
işinin pis gətirməsinə görə həmişə öz-özünə danışır:
– “Allah sən mənim düyünümü aç!” - deyə Allaha dua eliyir-
di.
Bir gün bu kişi qazandığı pula 3 girvənkə düyü alıb “Allah
sən mənim düyünümü aç!” - deyə-deyə evə tərəf gəlirmiş. Yolda
arxın üstündəki ayax körpüsündən keçəndə onun yaylığının düyü-
nü açılır, düyü suyun içinə tökülür.
Pərtləşən kişi üzünü qibləyə tutub deyir:
– Ya Rəbbim, axı mən yaylığın düyününü aç deməmişdim,
mənim düyünümü aç demişdim.
Səndən karvan vuran olmaz
Oğul anasını yuxudan oyadır:
– Dur, məni çölə apar.
Oğlan görür ki, gözəl aylı gecədir. Anasına deyir:
– Ay ana, nə karvan soyası, nə sarvan vurası gecədi.
Anası qayıdır ki:
– Ə, rahatlanmağa
67
da ananın tumanınnan yapışıb gedirsən.
Səndən karvan-zad soyan olmaz… Tez işini gör, yuxum gözüm-
dən tökülür.
Dostları ilə paylaş: |