Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə27/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

 
56
səlləm 

 buyurur: «Məndən sonra Peyğəmbər yoxdur»
162
. Əbu Hureyrə 
radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 buyurdu: «Məni əvvəlki Peyğəmbərlərlə müqayisə etdikdə, bu o 
şeyə  bənzəyir ki, bir insan gözəl bir bina tikir, onu bəzəyir və evin bir 
kərpicini qoymur. Camaat evə baxdıqda deyirlər: «Necə ola bilər ki, o bu 
kərpici qoymağı unudub?» Mən isə  həmin o, sonuncu kərpicəm»
163

Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  buyurdu: «Mənim isimlərim 
var. Mən Muhəmmədəm, mən Əhmədəm, mən Məhi (məhv edici) Allah 
mənimlə küfrü məhv edər. Mən Həşirəm – insanlar mənim ayaqlarımın izi 
ilə  həşr olunurlar. Mən Akibəm. Akib isə  məndən sonra Peyğəmbər 
göndərilməyəndir»
164
.  
2. Allah Onu Ən Yüksək Məqama Yüksəldib - Ən yüksək məqam isə 
şəfaət məqamıdır. Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 orada şəfaət 
edəcək. «Gecənin bir vaxdı durub yalnız sənə xas olan əlavə namaz qıl. 
Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin». 
(əl-İsra 79). Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 buyurdu: 
«Qiyamət günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm. 
İlk şəfaət edən və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam»
165

3.  Hər Bir Peyğəmbər Öz Qövmünə, O İsə Hamıya Göndərilmiş 
Peyğəmbərdir - «Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş 
Peyğəmbəriyəm».  (əl-Əraf 158).  (Ey Muhəmməd!) Biz səni bütün 
insanlara müjdə verən, qorxudan bir Peyğəmbər göndərdik. Lakin 
insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər 
göndərdik. Allahın buna şahid olaması  (sənə) kifayət edər».  (ən-Nisa 
79). Cabir - radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu 
aleyhi və səlləm 

 buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç 
bir Peyğəmbərə verilməyib…  Hər bir Peyğəmbər müəyyən bir qövmə 
göndərilib mən isə hamıya göndərilmiş Peyğəmbərəm»
166
 
4. Peyğəmbərimiz Xəlildir -  Məhəbbətin  ən yüksək dərəcəsi olan 
Xəlillik dərəcəsinə Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  də 
çatmışdır.  Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi məni də  xəlil 
etmişdi
167
. Bu hədis Xəlil  İbrahimə, məhəbbət isə Muhəmmədə aid bir 
məqamdır deyənlərin fikirlərini məhv edir. Çünki Məhəbbət digər insanlar 
haqqında da sabitdir. «Allah tövbə edənləri, təmiz və pak olanları sevər». 
                                                 
162
 Əbu Davud 4/98,121, Tirmizi 4/498,499, Musnəd 5/16,41,46. 
163
 Buxari, Müslim. 
164
 Buxari, Müslim. 
165
 Müslim, Əbu Davud 4673, Musnəd 2/540. 
166
 Buxari, Müslim.  
167
 Müslim.  


 
57
(əl-Bəqərə 222). «Şübhəsiz ki, Allah müttəqiləri sevər». (Ali-İmran 76). 
«Allah yaxşılıq edənləri sevər». (Ali-İmran 134). Beləliklə  xəlillik 
İbrahimə, həbiblik Muhəmmədə xas olduğunu söyləyənlərin sözlərinin 
tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik 
isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin 
bilin ki, bu hədis zəifdir. İbn Abbas - radıyallahu anhu 

 rəvayət edir ki, 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 buyurdu: «İbrahim Allahın 
Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və övünmürəm»
168
 
5. Qurani Kərim - «De ki: «Şahidlik baxımından nə daha böyükdür? 
Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona 
(gələcəkdə)  yetişəcək kimsələri (Qiyamətə  qədər)  xəbərdarlıq edib 
qorxutmağım üçün vəhy olunub». (əl-Ənam 19). «Aləmləri qorxutmaq 
üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə (Muhəmmədə)  nazil 
edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). Əbu Hureyrə 
- radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

  buyurdu: «Peyğəmbərlərdən elə bir peyğəmbər yoxdur ki, ona 
bəşərin məğlub olaraq inandığı (bir möcüzə) verilmiş olmasın. Möcüzə 
olaraq mənə verilən şey isə Allahın mənə vəhy etdiyi Qurandır»
169
.  
6. Allah Onun Həyatına And İçmişdir - Allah  şərəfini ucaltmaq və 
hörmətini artırmaq üçün həyatına and içdiyi tək insan Peyğəmbər 

 
sallallahu aleyhi və  səlləm 

 dir. «(Ya Rəsulum!)  Canına and olsun ki
onlar məstlikləri  (küfrləri) içində  sərgərdan  (şaşqın)  vəziyyətdə durub 
qaldılar.  (Lutun nəsihətini qəbul etmədilər)».  (əl-Hicr 72).  İbn Abbas 
radıyallahu anhu 

 deyir ki: «Allah Muhəmməd 

 sallallahu aleyhi və 
səlləm 

  dən daha dəyərli heç kimsəni yaratmamışdır. Allahın ondan 
başqa bir kimsənin həyatına and içdiyini bilmirəm».  
7. Peyğəmbərin İsminin Zikr Edilməsi - Peyğəmbər 

 sallallahu aleyhi 
və səlləm 

 in İsmi Qurani Kərimdə 4 yerdə zikr edilmişdir: «Muhəmməd 
ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də Peyğəmbərlər gəlib-getmirlər. 
Əgər o, ölsə  və ya öldürülsə, siz gerimi dönəcəksiniz?  (Dininizdən 
dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha 
heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər». (Ali 
İmran 144).
  «
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası 
deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın 
Rəsulu  (elçisi)  və Peyğəmbərlərin sonuncusudur. Allah hər  şeyi 
biləndir!»  (əl-Əhzab 40).  «İman gətirib yaxşı  əməllər edənlərin, 
Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə  (Qurana) inanların 
                                                 
168
 Tirmizi 3620 qərib hədis. Sənədi zəif. 
169
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə