Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

 
124
danışığını  dinləmək,  anlamaq  mümkündür.  Belələrinin  nitqi  cansız,  təsirsiz  və    qüsurlu  olur.  Düzgün  nitqə 
yiyələnmək  üçün  qrammatikanın  qaydalarını  bilməkdən  əlavə,  ədəbi  dilin  digər  normalarına  da  riayət  etmək 
lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər 
seçilməli,  həmin  sözlər  düzgün  tələffüz  edilməli,  canlı  sözün  təsir  gücünü  artıran  vasitələrdən  yerində  və 
məqsədəuyğun  istifadə  olunmalıdır.  Nitqin  düzgünlüyü  üçün  başlıca  şərtlərdən  biri  ifadə  edilən  fikrin  reallıqla 
bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən 
nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür. 
Nümunəvi  nitqin  mühüm  şərtlərindən  biri  də  cümlələrin    düzgün  qurulmasıdır.  Bu  cəhətdən  natiqin  nitqi 
başqalarından    fərqlənməlidir.  O,  dinləyicilərlə  ünsiyyətin  bütün    formalarında  fikrini  dolğun,  sanballı,  aydın  və 
təsirli  cümlələrlə  ifadə  etməyi  bacarmalıdır.  Danışıq  prosesində  yaxşı  cümlə  qurmaq  məqsədilə  fikirləşmək  və 
nümunəvi  cümlələr  düzəltmək  mümkün  deyildir  və  buna  ehtiyac  da  yoxdur.  Belə  bacarıq  xüsusilə  natiqlərdə 
möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir
Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, 
sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, aforizmlərdən məqamında 
bəhrələnsin. 
Danışan  bu  vasitələrlə  ən  incə  mətləbləri  dinləyicilərə  çatdıra  bilməlidir.  Belə  obrazlı  ifadələr    yerində, 
məqamında  işləndikdə nitq xoşagəlimli olur, onun  bədiiliyi, təsir gücü artır. 
Deməli nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə 
ə
dəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya,  nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır.  
 
N TQ N TƏM ZL Y . Danışıq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli 
ə
dəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Belə nitq dil vasitələrinin təhrif olunması ədəbna, 
ə
dəbi dilin normalarından kənara çıxmağa yol vermir. Əlbəttə,  hər bir şəxs öz nitqində həmişə bu tələbləri ödəyə 


 
125
bilmir.  Bəzilərinin nitqi düzgün, təmiz olmur, kələ-kötür olur. Belə nitq dilin təmizliyinə zərbə vurur. Dilin, nitqin 
təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizmlərdir. Bəzilərinin nitqində həddən 
artıq yerli şivə və dialekt sözləri işlədilir.  kincisi, nitqdə varvarizm, vulqarizm və jarqonizmlərdən istifadədir. 
Heç bir ehtiyac olmadan nitq dialektizm, varvarizm, jarqonizm və əcnəbi sözlərlə yüklənir. Dialektizmlərin 
ə
dəbi nitqdə işlədilməsi və tətbiq olunması mümkündür. Azərbaycan həyatını, kəndini təsvir edən, milli kolorit 
yaradan hər bir yazıçı əsərində dialekt sözlərinə müraciət edir, dialekt leksikası işlədir. Bədii nitqdə dialektizmlərin 
işlədilməsinə çox ehtiyatla yanaşmaq lazımdır.  
Bədii üslubdan kənarda dialektizmlərin işlədilməsi arzuolunmazdır. Elə ziyalılar var ki, onlar öz nitqlərində 
ə
cnəbi sözlərdən, dialektizmlərdən, loru sözlərdən,  jarqonlardan bol-bol istifadə edir. Belə ziyalıların nitqini 
«ədəbilikdən uzaq ziyalı nitqi» adlandırmaq olar. 
Bədii əsərlərdə dialektizmlərin tez-tez yersiz işlədilməsi özünü doğrultmur, onların xüsusən nəsr əsərlərində 
yersiz işlədilməsi fikrin asanlıqla anlaşılmasına maneçilik törədir.  
        Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır: 
1)
  Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir: 
2)
  Əcnəbi  sözlər  lüzumsuz  işlədilməməlidir.    Bəzi  hallarda  natiqlər  heç  bir  ehtiyac  olmadan  nitqlərini  çətin, 
mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin 
kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. 
3)
  Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri 
tamamlaya  bilmir,  zəruri  sözləri  tapmaqda  çətinlik  çəkirlər.  Bu  səbəbdən    danışan  yersiz  fasilələr  etmək 
məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas  etibarilə, deməli, məsələn, 
türkün məsəli, ən azı, ona görə ki,  beləliklə, adı nədir, adını sən de. 
 
4)
  Jarqon  sözlərin  və  ifadələrin    işlədilməsi  (məsələn;  znaçit,  voobşe,  temboli,  mejdu  proçim)  məqbul 
sayılmamalıdır. 


 
126
5)
  Mədəni  danışıqda  başqasını  təhqir  etmək,  heysiyyətinə  toxunmaq  məqsədini  daşıyan  söyüş  və  qarğışlara, 
ə
dəbsiz,  təhqiramiz,  qeyri-etik  sözlərə,  ifadələrə 
(anqırmaq,  bağırmaq,  soxuşdurmaq,  xosunlaşmaq, 
donquldanmaq,  qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, 
qırıldamaq, burnunu soxmaq,  kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıldamaq, 
hürkmək, xoruzlanmaq və s.) yer verilməməlidir. 
6)
  Äèëèí òÿìèçëèéèíÿ õÿëÿë ýÿòèðÿí ñþç ãðóïëàðûíäàí áèðè äÿ àðqîëàðäûð. Ôðàíñûç äèëèíäÿí êå÷ìèø áó òåðìèí 
àëòûíäà ìÿùäóä äàèðÿäÿ èøëÿíèá áàøãàëàðûíûí áàøà äöøìÿäèéè øÿðòè èôàäÿ âÿ éà ñþç íÿçÿðäÿ òóòóëóð. 
 
N TQ N ZƏNG NL Y . Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və 
təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az 
təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o 
qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal 
verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin 
yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır. 
Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda 
yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.  
Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi 
üslubda isə zəifdir. 
 
Nitqin  zənginliyi  üçün  başlıca  meyar  danışanın  (yazanın)  geniş  söz  ehtiyatına  malik  olmasıdır.  nsan 
təfəkkürünün  hüdudu  sonsuzdur,  dildə  sözlərin  miqdarı  bununla  nisbətdə  məhduddur.  Natiq  bu  cəhəti  nəzərə 
almalı,  hər  hansı  bir  mətləbi  aşkarlayarkən  daha  münasib  sözlərdən  –  sinonimlərdən,  antonimlərdən,  frazeoloji 
birləşmələr  və  ibarələrdən,  digər  məcazlardan,  intonasiya,  üslubi  vasitələr  və  s.-dən  məharətlə  istifadə  etməyi 
bacarmalıdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə