Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc


«Öz  əlinizlə  özünüzü  təhlükəyə  atmayın».  »



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

 
103 
«Öz  əlinizlə  özünüzü  təhlükəyə  atmayın».  » 
(«Bəqərə», 195) 
Yaxşısı  budur  ki,  Əli(ə.s)-nin  hüzuruna  gedib  bu 
barədə onunla məsləhətləşək. 
Əli(ə.s)-nin məsləhəti. 
Adını  çəkdiyimiz  on  iki  nəfər  şəxs  Əli(ə.s)-nin 
hüzuruna gəlib ərz etdi:  
__ 
Ey 
möminlərin 
əmiri, 
həqiqətən, 
sən 
müsəlmanların rəhbəri olmağa ən layiqli şəxssən, çünki biz 
Rəsuli-əkrəm(s)-dən eşitmişik: 
«Əli haqq ilə, haqq isə Əli ilədir. Hansı yerdə haqq 
varsa, Əli də oradadır». 
Biz məscidə gedib Əbu Bəkri həzrəti-Mühəmməd(s)-
in  minbərindən  aşağı  düşürmək  qərarına  gəlmişik.  Bu 
barədə  sizinlə  məsləhətləşib  fikrinizi  bilmək  istəyirik,  hər 
nə buyursanız, ona da əməl edək. 
Əli(ə.s) buyurdu:  
__ 
Əgər belə etsəniz, onlarla sizin aranızda çaxnaşma 
düşər.  Siz  isə  sürmə  və  duz  kimi  azsınız.  Müsəlmanlar 
yığışıb Peyğəmbərlərinin sözündən çıxmış və Allahı təkzib 
etmişlər.  Mən  bu  baradə öz əhli-beytimlə  məşvərət etdim. 
Onlar  da  susmağı  məsləhət  bildilər.  Çünki  müxaliflərin 
Allaha  və  Peyğəmbərin  Əhli-beytinə  olan  kin  və 
düşmənçiliyindən 
xəbərdar 
idilər.  Onlar  cahiliyyət 
dövrünün  kin-küdurətini  yaşadanlardır  ki,  o  zamanın 
intiqamını  bu  gün  almaq  istəyirlər.  Əbu  Bəkrin  yanına 
gedin.  Peyğəmbərdən  mənim  barəmdə  eşitdiyinizi  ona 
deyin.  Onu  şübhədən  çıxarın  ki,  qoy  öz  inadından  əl 
çəksin.  Allahın  Rəsulunun  əmrindən  çıxdığına,  onunla 
müxalifət  etdiyinə  görə  Allah  qarşısında  çəkəcək  cəzasını 
ona başa salıb xatırladın. 
 
104 
Həmin  on  iki  nəfər  cümə  günü  məscidə  gəlib 
(Peyğəmbər(s)-in vəfatının dördüncü günü  idi)  minbərinin 
ətrafında əyləşdilər. 
Əbu  Bəkr  minbərə  çıxan  zaman  onlardan  hər  biri 
(dəlil  gətirməklə)  Əli(ə.s)-nin  hüququnu  müdafiə  edib, 
onun 
fəzilətləri 
barədə 
həzrəti-Mühəmməd(s)-in 
buyurduqlarını ona xatırlatdılar.
42
 
Sözə  ilk  başlayan  Xalid  ibn  Səid  oldu.  Sonra  qalan 
mühacirlər,  axırda  isə  ənsarlar  öz  sözlərini  növbə  ilə 
dedilər. 
Nəql olunur ki, onlar sözlərini bitirdikdən sonra Əbu 
Bəkr  minbərin  üstündə  çarəsiz  qalıb  onların  əleyhinə 
bundan başqa ağıllı bir söz deyə bilmədi:  
__ 
Sizin  əmiriniz  olmağa  mənim  ləyaqətim  yoxdur. 
Mən sizlərdən üstün deyiləm. Mənə etdiyiniz beyəti pozun. 
Ömər ibn Xəttab çığırdı:  
__ 
Ey  ləyaqətsiz,  minbərdən  aşağı  düş.  Qüreyşin 
gətirdiyi  sübutlara    cavab  verə  bilmirsənsə,  niyə  belə  bir 
vəzifədə  əyləşmisən!?  Allaha  and  olsun,  qərara  gəlmişəm 
ki,  səni  bu  vəzifədən  götürüb  yerinə  Hüzeyfənin  azad 
etdiyi qulamı Salimi qoyum. 
Əbu  Bəkr  minbərdən  aşağı  düşdü,  Ömərin  əlindən 
tutub  onu  öz  evinə  apardı.  Üç  gün  evdə  qalıb 
Peyğəmbər(s)  məscidinə  gəlmədilər.  Dördüncü  gün 
çəkişmə  oldu.  Dörd  gün  idi  ki,  Əbu  Bəkr  və  Ömər  evdən 
çölə çıxmamışdı.  Xalid  ibn Vəlid  min  nəfərlə Əbu Bəkrin 
evinə gəlib belə dedi:  
__ 
Niyə  evdə  oturmusunuz?  Allaha  and  olsun,  Bəni-
Haşim  (sizin  yoxluğunuzdan  istifadə  edib)  xilafətə  göz 
dikmişdir. 
                                                
42
 Bu mükalimə «Nasixüt-təvarixi xüləfa» kitabında öz əksini 
tapmışdır. səh.32,40.  


 
105 
Bir tərəfdən də Hüzeyfənin azad etdiyi qulam Salim, 
eləcə  də  Məaz  başlarına  yığdıqları  tərəfdarları  ilə  oraya 
gələrək  dörd  min  nəfərdən  ibarət  bir  qoşun  yaradıb, 
qılınclarını  siyirərək  Ömər  ibn  Xəttabı  qabağa  salıb,  Əbu 
Bəkri məscidə gətirdilər. Ömər sözə başlayıb belə dedi:  
__ 
Ey  Əli(ə.s)-nin  səhabələri,  Allaha  and  olsun,  əgər 
sizlərdən  biri  dünənki  (yəni  dörd  gün  bundan  qabaqkı  ) 
sözü dilinə gətirsə, başını bədənindən ayıracağıq. 
Xalid ibn Səid ayağa qalxıb Ömərə xitabən söylədi:  
__ 
Ey  Səhhak  Həbəşiyyənin  oğlu,  tərəfdaşlarının 
çoxluğu  və  qılınclarınızla  bizi  hədələyirsən?  Allaha  and 
olsun, sayımız gözə az çarpsa da, qılınclarımız sizinkindən 
daha  itidir,  lakin  Allahın  höccəti  bizimlə  olduğundan  biz 
çoxluq  təşkil  edirik.  Allaha  and  olsun,  əgər  imamımızın 
(Əli(ə.s)) 
itaəti 
qarşımı 
almasaydı, 
onun 
əmrini 
gözləmədən  qılınc  çəkib  öz  haqqımı  almaq  və  vəzifəmi 
tamamlamaq  üçün Allah yolunda sizinlə cihad edərdim. 
Həzrəti-Əli(ə.s) Xalid ibn Səidə buyurdu:  
__ 
Allah-təala  sənin  mövqeyini  və  müdafiə  əzmini 
gördü, sənin səyinin mükafatını qəbul etdi, əyləş.  
Xalid oturdu. Bu zaman Salman ayağa qalxıb dedi:  
__ 
Allah  böyükdür,  Allah  böyükdür.  Əgər  yalan 
danışıramsa, 
hər 
ikisi 
kar 
olsun, 
iki 
qulağımla 
Peyğəmbər(s)-dən  eşitmişəm:  «Bir  zaman  gələr  ki, 
qardaşım  və  əmim  oğlu  öz  səhabəsindən  bir  neçə  nəfərlə 
məsciddə  oturar,  bu  zaman  cəhənnəm  itlərindən  bir  dəstə 
onu və əshabını öldürməyə gələr». İndi mənim heç şübhəm 
yoxdur  ki,  Peyğəmbər(s)-in  buyurduğu  həmin  cəhənnəm 
itləri elə sizsiniz. 
Ömər  bu  sözü  eşidən  kimi  bərk  acıqlandı,  ayağa 
qalxıb Salmana hücum etdi. Əmirəl-möminin Əli(ə.s) cəld 
 
106 
qalxıb  Ömərin  yaxasından  yapışdı  və  onu  saxladı.  Daha 
sonra Həzrət onu yerə yıxıb buyurdu:  
__ 
Ey Səhhak Həbəşiyyənin oğlu, əgər Allahın hökmü 
və Rəsulullah ilə bağladığım əhd olmasaydı, indi sənə başa 
salardım ki, bizlərdən hansımız qüvvətli və qalib, hansımız 
məğlubuq! 
Sonra Əli (ə.s) üzünü öz əshabına çevirib buyurdu:  
__ 
Qalxın,  gedin.  Allah  sizə  rəhm  eləsin.  Allaha  and 
olsun  ki,  bundan  sonra  məscidə  daxil  olmayacağam. 
Qardaşlarım  Musa  və  Harun  kimi.  Bəni-İsrail  Musaya 
demişdi:  
«Sən  və  rəbbin  gedin  onlarla  vuruşun,  biz  burada 
oturmuşuq». 
Allaha and olsun, Rəsuli-Əkrəm(s)-in qəbrini ziyarət 
və  Allahın  hökmünü  icra  etməkdən  başqa  vaxt  mən 
məscidə  daxil  olmayacağam,  çünki  Peyğəmbər(s)-in 
qoyduğu  qanunu  təxirə  salıb  xalqı  heyrət  içində  və 
sərgərdan buraxmaq olmaz. 
Əmirəl-möminin Əli(ə.s)-nin nitqi. 
Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri 
qəməri,  təxminən  916-cı  il  miladi)  Əbu  Heysəm  ibn 
Teyhana əsaslanaraq belə yazır:  
«Bir 
gün 
əmirəl-möminin 
Əli(ə.s) 
Mədinədə 
(məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra 
belə bir söhbətə başladı:  
__ 
Dəni  yetişdirən  və  insanı  yaradan  Allaha  and 
olsun,  əgər  siz  elm  və  kamalı  mədənindən  çıxarsaydınız, 
suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən 
götürsəydiniz,  yolun  aydın  tərəfini  tutub  haqqın  yolu  ilə 
getsəydiniz,  nicat  yolları sizə  aydın olub İslam  ayini sizin 
üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə 
faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə