Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

 
107 
yaşamazdı.  Hətta  ərazimizdə  məskunlaşan  kafirlər  də 
əmin-əmanlıq  içərisində  yaşayardılar,  lakin  siz  zalımların 
yolunu  tutdunuz.  Bu  işıqlıqda  dünya  sizin  üçün 
qaranlıqlaşdı.  Elm  və  kamal  qapıları  üzünüzə  bağlandı. 
Özünüzə  qapılıb  dininizdə  ixtilaf  saldınız.  Elminiz 
olmadan  Allah  dinində    fitva  verdiniz.  Siz  yolunu 
azmışların  yolunu  gedərək  pak  yolu  itirdiniz.  Haqq 
rəhbərlərini  boşlayıb  saya  almadınız.  Sübh  açılanda  öz 
mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ 
çıxanda  zikr  əhlindən  (Əhli-beyt(ə.s))  soruşarsınız.  Biz 
sizə fitva verəndən sonra deyərsiniz: «Elm elə budur». (Bu 
cür  bizim  elmdə  və  kamalda  üstünlüyümüzü  dilinizlə 
deyərsiniz.)  Lakin  belə  deməyinizin  sizə  heç  bir  təsiri 
yoxdur.  Əməl  meydanında onlara  itaət edəndə  isə,  əksinə, 
onlara  müxalif  hərəkət  edib  bu  əmrləri  qulaqardına 
vurursunuz.  Arxayın  olun.  Tezliklə  əkdiyinizi  biçib 
əməllərinizin mükafatını alacaqsınız. 
Dəni  yetişdirən  və  insanı  yaradan  Allaha  and  olsun 
ki,  mənim  sizin  sahib  və  rəhbəriniz  olduğumu  çox  gözəl 
bilirsiniz.  Mən  həmin  şəxsəm  ki,  sizə  mənə  itaət  etmək 
tapşırılıbdır.  Onun  elminin  nurunda  sizin  nicat  yolunu 
tapmağınız  üçün  alim  mənəm.  Sizin  Rəbbinizin,  eləcə  də 
Peyğəmbərinizin  seçdiyi  şəxs,  xeyrinizi  bilən  mənəm.  Az 
müddətdən  sonra  sizlərə  vəd  olunan  şey  (Allah  əzabı) 
qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək. 
Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq. 
Siz  öz  imamlarınız  ilə  məhşur  olaraq  Allah  dərgahına  üz 
gətirəcəksiniz.  Allaha  and  olsun,  əgər  mənim  Talutun
43
 
                                                
43
 Talut saleh və qüvvətli bir gənc idi. Calut ilə döyüşmək üçün Şimuil 
Peyğəmbər tərəfindən döyüşə göndərildi. O bəni İsrail tayfasından az 
bir dəstə ilə Calut ilə döyüşüb qalib oldu. Bu hadisə «Bəqərə» 
 
108 
yoldaşları  qədər  və  ya  Bədr  döyüşünün  müsəlman 
cəngavərləri  miqdarında  (313  nəfər  idilər)  döyüşçüm 
olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə 
haqq  gələnə  qədər  sizi      qılınclayardım,  çünki  bu 
qılınclamaq  küfr  və  nifaq  yolunu  bağlamaq  üçün  yaxşı, 
dostluq  və  güzəştlə  keçinməkdən  tutarlıdır.  İlahi,  bizim 
aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən». 
Əbu  Heysəm    (ravi)  yazır  ki,  sonra  Əli(ə.s) 
məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan 
ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu 
qoyunların  sayı  qədər  Allahı  və  Rəsulunu  istəyən 
şəxslərdən  ibarət  döyüşçülərim  olsaydı,  mütləq  bu  milçək 
yeyən 
uşaqları 
hökmranlıqlarından 
ayırardım». 
(«Rövzətül-kafi», səh.32) 
Dost dar gündə tanınar.  
Əbu  Heysəm  yazır  ki,  Əli(ə.s)  həmin  günü  başa 
vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu mühafizə 
etmək üçün o Cənaba beyət etdi. 
Əli(ə.s) onların beyətinin həqiqiliyini yoxlamaq üçün 
tapşırdı  ki,    gedin,  sabah  başı  qırxılmış  halda  «Əhcarüz 
zeyt»-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin. 
Onlar  getdilər.  Əli(ə.s)  özü  də  başını  qırxıb  səhərisi 
həmin  küçəyə  getdi.  Orada  oturub  üç  yüz  altmış  nəfər 
kişini  gözləməyə  başladı,  lakin  onlardan  cəmi  beş  nəfər 
başı qırxıq halda oraya yığışdı. İmam Əli(ə.s) əllərini göyə 
qaldırıb  ərz  etdi:  «İlahi,  sən  gizlətdiyimiz  və  aşkarda 
saxladığımızdan  agahsan.  Yerdə  və  göydə  heç  bir  şey 
səndən  gizli  deyil.  Məni  müsəlman  öldür.  Məni  saleh 
əməlli  insanlara  qovuşdur.  Bilin  və  agah  olun,  and  olsun 
Kəbəyə,  onun  Sahibinə,  (nüsxəyə  uyğun)  and  olsun 
                                                                                             
surəsinin 246-252-ci ayələrində gəlmişdir. Həmin  xütbədə Talutun adı 
çəkildiyinə görə «Talutiyyə xütbəsi» də adlanır. 


 
109 
Müzdəlifəyə  (Ərəfata)  və  Minada  cəmərəni  (xırda  daş) 
atmaq üçün  hacıları oraya  yetirən  iti gedən dəvələrə,  əgər 
Peyğəmbər(s)-in  vəsiyyəti  və  əhdi  olmasaydı,  müxalifləri 
fəlakət  xəndəyinə  atıb  ölüm  şimşəklərini  onların  üzərinə 
yağdırardım.  Onlar  tezliklə  sözümün  mənasını  başa 
düşəcəklər».
44
 
 
Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək 
istəməsi və Müaviyənin tənəsi. 
Tanınmış  İslam  tariçisi  İbn  Əbil  Hədid  yazır  ki, 
Fatimə(s.ə)  mədinəlilərin  evinə  gedib  onları  Əli(ə.s)-ni 
himayə  etməyə  çağırırdı.  Müaviyənin  bu  barədə  həzrəti-
Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:  
«Adamların  Əbu  Bəkrə  beyət  edən  günü  gecə  öz 
həyat  yoldaşını  dəvəyə  mindirib  Həsən  və  Hüseynin 
əlindən  tutub  Bədr  əhli  və  ilk  müsəlman  olanların  yanına 
gedib  onları  öz  tərəfinə  dəvət  etməyin  mənim  heç 
yadımdan  çıxmır.  Zövcən  və  uşaqlarınla  birgə  sənin 
haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa 
dedin  ki,  gəlin  Rəsulullahın  yavərinə  beyət  edin,  ancaq 
dörd-beş  nəfərdən  başqa  heç  kim  sənin  sözünü  qəbul 
etmədi.  Canıma  and  olsun,  əgər  sən  haqq  olsaydın,  onlar 
sənin  sözünü  qəbul  edərdilər.
45
Lakin  sənin  etdiyin  iddia 
batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və 
yetişə  bilməyəcəyin  bir  şeyə  (xilafətə)  əl  atdın.  Səni 
xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin 
sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki, 
                                                
44
 «Rövzətül-kafi» səh. 33 
45
 Müaviyənin həzrəti-Əli(ə.s)- nitəhqir etməsinə baxmayaraq, İmam 
Əli(ə.s) heç vaxt geri çəkilməmiş, son nəfəsinə qədər bu çürük, mənfur 
rejimi devirmək üçün mübarizə aparmış, həmişə xalqı haqq tərəfə 
çəkmişdir. 
 
110 
əgər qırx  nəfər  möhkəm döyüşçüm olsa (tərəfdarım olsa), 
hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların 
Allahı sənin tərəfində deyildir.»
46
 
Malik ibn Nüveyrənin etirazı. 
«İltihabu-niranil-ihzan» 
kitabının 
xülasəsində 
mühəqqiqlərdən  bəzisi  (Mühəqqiqi-Feyz)  belə  bir  mətləbi 
qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:  
«Əbu  Bəkrin  beyəti  sona  yetən  zaman  Malik  ibn 
Nüveyrə  (Mədinədən  bir  qədər  aralı  öz  tayfasından  ayrı 
yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-
Mühəmməd(s)-dən  sonra  kimin  xəlifə  olacağını  yaxından 
öyrənmək məqsədi ilə Mədinəyə gəldi. 
O  gün  cümə  günü  idi.  Malik  məscidə  daxil  olduqda 
Əbu  Bəkrin  Peyğəmbər(s)  minbərində  oturub  xütbə 
oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman 
dedi:  
__ 
Bu, Təym tayfasındandır? 
Dedilər: 
__ 
Bəli.   
Malik soruşdu:  
__
Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi 
tapşırdığı şəxs 
__
  Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s)) 
Müğeyrə ibn Şöbə dedi: 
__ 
Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra 
başqa  bir  hadisə  baş  verir  (əvvəl  Əli(ə.s)-nin  xilafəti 
məsələsi var idi, indi başqasının.) 
Malik dedi:  
                                                
46
 Müaviyənin bu əsassız ittihamınabaxmayaraq, Əli(ə.s) –nin elə bir 
mühitdə həmin hərəkəti onun nə qədər möhkəm iradəyə malik 
olduğunu bir daha sübut edir. Beləliklə, nəinki O, mühitdən qorxmadı, 
hətta imkanı qədər etiraz edib xalqı əməli surətdə ona arxa çevirərək 
mənfur rejimi devirmək üçün mübarizəyə dəvət edirdi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə