Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 
88
 
Əlbəttə, bir məqalədə professor X.Məmmədo-
vun çoxşaxəli və geniş elmi sferanı  əhatə edən elmi 
pedaqoji və ictimai-siyası fəaliyyətini hərtərəfli əhatə 
etmək məntiq və reallıqdan çox uzaq olardı. Lakin 
onun qələminin məhsulu olan 15-dən çox monoqrafi-
ya, dərslik, dərs vəsaiti, magistratura tələbələri üçün 
tədris proqramları və 100-ə qədər elmi məqalələrinin 
əsas mahiyyəti haqqında oxucularda tam təsəvvür ya-
ratmaq üçün az da olsa verilmiş  məlumatlar kifayət 
edər.  
Məlumdur ki, yaxın keçmişdə Azərbaycan tari-
xinin real tədqiqi, xalqımızın soykökü, dövlətçilik ta-
riximiz, azərbaycanlıların soyqırımı 300 ildən artıq 
xalqımıza qarşı çevrilmiş erməni təcavüzü, terroru və 
vandalizmi, diaspora, Azərbaycan lobbiçiliyi, siyasi 
partiyaların tarixdə yeri haqqında tədqiqatlar aparmaq 
və əsərlər çap etdirmək siyasi ideoloji baxımdan keç-
miş sovet siyasi rejmi tərəfindən qadağan olunmuş 
mövzular idi. Məhz belə bir dövrdə X.Məmmədovun 
bu məsələlərlə ciddi maraqlanması və davamlı olaraq 
silsilə əsərlər çap etdirməsi onun öz əqidəsinə nə də-
rəcədə sadiq olduğunu bir daha nümayiş etdirir. Hə-
min yaxın keçmişdə suverenlik, müstəqillik, aşkarlıq 
və demokratiya kimi çox aktual məsələlərin tədqiqinə 
həsr olunmuş elmi əsərlər müəllifi olmaq hər kəsə 
müyəssər olmurdu və buna görə də müəllifdən əlavə, 
müəyyən qədər peşəkarlıq, bacarıq və yazı vərdişləri 


 
89
 
nə sahib olmaqla yanaşı, ondan vətəndaş cəsarəti, ira-
də, qətiyyət, dözümlülük kimi şəxsi keyfiyyətlər də 
tələb olunurdu. Bütün bu cəhətlər isə X.Məmmədo-
vun əsas xarakterik cizgilərinə tamamilə uyğundur.  
Alimin  şəxsi keyfiyyətlərindən irəli gələn və 
diqqəti cəlb edən cəhətlərdən biri də onun peşəkar ya-
zı üslubuna malik olması və elmi ədəbi dilinin sadəli-
yidir. Onun özünə  məxsus tarixi faktlara söykənən 
nəqletmə, müşahidə, paralellər aparmaq üsulları var. 
Çətin ifadələri işlətməkdən həmişə yan keçir. Əksinə, 
məcazi, düşündürücü, sətiraltı  mənalarla dolu olan 
ifadə və vasitələrdən daha geniş istifadə etməyi xoşla-
yır.  Şübhə yoxdur ki, bu da onun respublikanın bir 
neçə ali məktəbində rəhbər vəzifələrdə çoxillik səmə-
rəli elmi pedaqoji fəaliyyət göstərməsindən irəli gəlir.  
Ölkə ictimaiyyətinə məlum olduğu kimi profes-
sor X.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı 
həm də geniş ictimai, siyasi fəaliyyətlə də məşğuldur. 
Onun hələ tələbəlik illərindən qoşulduğu milli azadlıq 
hərəkatı və bu istiqamətdə apardığı elmi tədqiqat işlə-
ri XX yüzilliyin 90-cı illərində Azərbaycanda baş ve-
rən Milli Müstəqillik dövründə daha da geniş vüsət 
almağa başladı. O, bu proseslərdə çox yaxından işti-
rak etmiş, respublika ictimaiyyəti tərəfindən çox yük-
sək qiymətləndirilən çoxsaylı əsərlər yazmışdır.  


 
90
Müstəqilliyimizin bərpasından sonrakı illərdə o 
Azərbaycanda Prezident seçkilərinin keçirilməsində
Milli Məclisə deputat seçkilərinin təşkili və keçiril-
məsində, Azərbaycan Respublikası Konstitusiyasına 
edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən Referen-
dumda və  bələdiyyə seçkilərinin formalaşmasında 
çox dəyərli yazılar yazmış, çıxışlar etmiş, bu istiqa-
mətdə ölkə  əhalisinin maarifləndirilməsində  səmərəli 
ictimai fəaliyyət göstərmişdir.  
Onun gündəlik gördüyü işlər içərisində  həm 
respublikamızın, həm də Ağcabədi rayonunun ictimai 
-siyasi həyatındakı  fəaliyyəti də mühüm əhəmiyyətə 
malikdir. Aparılan abadlıq, quruculuq, yaşıllaşdırma 
işlərində professor X.Məmmədovun və rəhbərlik etdi-
yi Ağcabədi filialının professor - müəllim və  tələbə 
heyətinin az da olsa əməyi vardır. Çünki gənc nəslin 
gələcək fəaliyyətini əməklə, həyatla əlaqələndirilməsi 
prinsipi də belə işlərdə formalaşır.  
Zaman-zaman professor X.Məmmədovun ço-
xillik səmərəli, elmi pedaqoji fəaliyyəti xalqımız və 
dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, yaz-
dığı  dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, tərtib 
etdiyi proqram və digər əsərləri təkrar-təkrar nəşr edi-
lərək xalqın, xüsusi ilə də böyüməkdə olan gənc nəs-
lin istifadəsinə verilmişdir. Indiyənə kimi bir çox təl-
tiflərə layiq görülmüş X.Məmmədov son dövrlər bu  


 
91
 
sahədəki uğurlarının sayını bir qədər də artırmışdır. 
O, Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 
«Fəxri fərman«ı ilə təltif edilmiş, «Qızıl qələm» mü-
kafatına layiq görülmüş və «Ilin nüfuzlu ziyalısı» fəx-
ri adını almışdır. Onun əsərlərinin elektron variantı 
dünyanın bir çox kitabxanalarının fonduna daxil ol-
muş, müəllifin adı YUNESKO-nun «dünyanın gör-
kəmli elm adamları» adlı siyahısına daxil edilmiş
haqqında respublikamızda və xaricdə çap olunmuş 
ensiklopediyalarda və  məlumat nəşrlərində çoxsaylı 
yazılar verilmişdir. 
Unutmaq olmaz ki, professor X.Məmmədov 
ulu öndərimiz Heydər Əliyevinin Azərbaycanşünaslıq 
elminin formalaşması haqda olan çağırışına ilk cavab 
verən ziyalılardan biri kimi indi də həmin istiqamətdə 
çox qiymətli tədqiqat işləri aparır və milli məfkurəmi-
zin keşiyində vüqar və qeyrətlə dayanır.  
Bu cəhətdən alimin hələ 2004-cü ildə «Azər-
baycanın qurtuluşu» və «Böyük xilaskar» kitablarının 
təqdimat mərasimində söylədiyi çox qiymətli məruzə-
sindən bir fikrə diqqət yetirmək yerinə düşərdi: O, de-
mişdi: «XX yüzilliyin ikinci yarısı Azərbaycan tarixi-
nə Heydər  Əliyev erası adı ilə daxil olmuşdu. Buna 
görə də gələcəkdə yazılan əsərlərdə qurtuluş tariximi-
zin başlanğıc, ilk dövrünü ötən əsrin 80-ci illərinin or-
talarından yox, yaxud 90-cı illərdən yox, 60-cı illərin 
sonlarından, Heydər Əliyevin Azərbaycana siyasi rəh 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə