Təqdim edilmiş cədvəldən aydın olunur ki, göstərilmiş
müddət ərzində RƏB-in nizamnamə fondu nisbətən sabit qalsa
da, onun ən yaxşı göstəricilər əldə etdiyi 1996-cı ildə vəsaitləri
xeyli təzələnsə də, sonrakı illər ərzində köhlənməsi müddətinə
görə tamamilə sıradan çıxmaq ərəfəsinə çatmaqdadır. Nəhayət
müəyyən səbəblərə görə 1996-cı ildən etibarən bazar
proseslərindəki qeyri-mütərəqqi meyllər və Respublika Əmtəə
Birjası mənfi maliyyə nəticələri ilə birlikdə işləməsinə gətirib
çıxarmışdır. Gələcəkdə iqtisadiyyat sağlamlaşmasa müəssisə və
regionlar səviyyəsində əyalətçilik meylləri, şəxsi mənafelər və
korrupsiya cilovlanmasa birjalar cəmi bazar iqtisadiyyatı
ümumən daha ciddi problemlərlə qarşılaşa bilər.
4.6. Birja fəaliyyətinin dövlət tənzimlənməsi
təcrübəsi
Müxtəlif ölkələrdə birjaların formalaşdırılması
prosesində onların makro və mikro səviyyələrdə fəaliyyətinin
tənzimlənməsi ilə əlaqədar çoxsaylı problemlər aşkar
edilmişdir.
Həmin problemlərin
başlıcası
ondan
Ödənilmiş
vergilər,
cəmi (%)
23
7,
46
17
58
,6
3
14
39
3,
2
0
12
45
,3
0
24
2,
80
27
0,
14
-
-
mənfəətdən
23
1,
80
17
66
,1
9
20
59
,9
0
-
0,
08
-
6,
44
Orta maaş
4,
1
8,
6
30
,2
43
,5
34
,8
18
,4
40
Xeyriyyə
üçün
20
,0
40
,0
-
-
-
-
-
Maliyyə
nəticələri
67
8,
4
51
41
,5
23
64
8,
1
-1
73
95
,8
-1
15
97
,9
37
01
,1
-5
42
9,
8
ibarətdir ki, hər bir ölkədə fəaliyyət göstərən birjalar böyük
miqyasda maddi resursları və pul vəsaitləri kütlələrindən
istifadə edərək, əllərində güclü iqtisadi, sosial və hətta siyasi
imkanları cəmləşdirirlər. Bütün bu məsələlər birjaların
dövlətlərin həyatında əhəmiyyətli iqtisadi və sosial rol
oynadığından bəhs edir. Misal üçün, Avropa ölkələrinin əmtəə
və fond birjaları onların fəaliyyəti miqyası və coğrafi əhatəsini
nəzərə alsaq görərik ki, onlar nəinki spaniya, Portuqaliya,
ngiltərə və b. ölkələrdə, hətta bütün dünyada tələb, təklif,
qiymətlər, informasiya prosesləri, beynəlxalq səviyyədə bir çox
strateci problemlərin həlli və digər aktual məsələlərə ciddi təsir
göstərə bilirlər. Müxtəlif növ birjaların nəzarətsiz fəaliyyəti
nəticəsində baş verəcək xoşagəlməz iqtisadi proseslərin
qarşısını almaq məqsədilə və Avropa ölkələrində hökumətlərin
mövqelərini möhkəmləndirmək üçün bu qitədə çoxları birjaları
dövlət nəzarətində saxlamağı üstün tutmuşdur.
Onu xatırlamaq gərəkdir ki, ilk dövrlərdə Avropa
qitəsində yaradılan əmtəə, fond və valyuta birjaları özbaşına
sahibkarlıq fəaliyyətinin fəallaşması və region və ölkələr
arasında təsərrüfat-iqtisadi əlaqələrin inkişafının zəruri
elementləri kimi meydana gəlmişlər. Lakin müxtəlif ölkələrdə
birjalar öz fəaliyyət dairələri və miqyasını genişləndirdikcə
hökumətlər öz təsir dairələrini itirdikləri üçün vahiməyə
düşərək, onları bağlamış və yaxud öz nəzarəti altına almağa
çalışmışlar. Təbiidir, illər boyu öz ilkin adları, əmlakı və
hökmranlıqlarını (məhsul çeşidləri, bazarları və s.) elə birjalar
saxlaya bilmişlər ki, onların fəaliyyət göstərdikləri ərazidə
maraqlarının müdafiə edilməsinə dövlət məmurları və hüquq-
mühafizə orqanları işçiləri də cəlb olunmuşlar. Beləliklə,
müəyyən mənada birjalar məhsulların bölgüsü, təkrarən
bölgüsü əksər hallarda strateci malların satışı və cəmiyyət
üzvlərinin böyük məbləğdə dövriyyəyə buraxılan pul
vəsaitlərini işlədən və bununla böyük imkanları, dövlətin və
ayrı-ayrı şəxslərin maraqlarına toxunan real qüvvəyə –
hakimiyyətə çevrilir. Həmin hakimiyyəti verən birjalar
vasitəsilə təcrübədə əmtəə istehsalçılarına, vasitəçilərə, alıcılara
və ümumiyyətlə, cəmi ictimai-iqtisadi proseslərdə iştirak
edənlərin əksəriyytinə təsir göstərmək imkanları əldə olunur.
Əsasən bu səbəbə görə əksər ölkələrin dövlət apparatı birjalara
qarşı bir qədər qısqanclıq, ehtiyat və eyni zamanda diqqətlə
yanaşırlar.
Beynəlxalq
miqyasda
yüzilliklərdən
keçərək
quldarlıq, feodalizm və kapitalizmin əyani şahidi olan Avropa
ölkələri və ABŞ birjaları bəzən elə proseslər və böyük
kommersiya sövdələşmələrinə cəlb olunmuşlar ki, öz
təsisçiləri, təşkilatçıları və idarəedənləri arasında bu dərəcədə
həyati əhəmiyyətli əmtəə resursları və maliyyə potensialının
kommersiya və təsərrüfat risklərindən irəli gələn böyük
məsuliyyətə görə xeyli müddət ərzində həyəcan və təşviş içində
saxlamışlar. Beləliklə, təcrübədə bir çox birjalar öz
fəaliyyətlərini sığorta etmək, kəskinləşən bazar rəqabəti
şəraitində əmtəə istehsalı, bölgüsü, satışı və s. uğrunda faydalı
iri sifarişləri əldə etmək üçün gələcəkləri naminə dövlət
himayəsində
olmaqlarını
və
onun
yardımından
bəhrələnməklərinə üstünlük verirlər. Əgər birja rəhbərləri və
dövlət təşkilatları arasında qarşılıqlı anlaşılma və güzəştlər
olmasa, onda bazar prosesləri qeyri-müəyyənlik və idarə
olunmamazlıq təhlükəsi altında qalıl. Bazar iqtisadiyyatı
şəraitində bu cür vəziyyət bazarın özünün prinsiplərinə zidd
olduğu üçün çoxlarını qane etmir, çünki idarə olunmayan azad
kapitalist təsərrüfatçılığı sistemi yoxdur. Birjalara və cəmi
bazar proseslərinə gəldikdə isə, onların idarə olunması
ölkələrdə qəbul olunan qanunlar, icraedici və nəzarətedici
strukturların yaradılması, sərt məhdudiyyətlər və ya liberal
həvəsləndirici tədbirlərin görülməsi və digər yollarla həyata
keçirilir. Misal üçün, əgər birjalar hökumətin iqtisadi siyasətinə
məhəl qoymur, bazar iqtisadiyyatının dövlətin qanunlarına
riayət etmirlərsə, onda onları reallığa qaytarmaq və dövlətin
Dostları ilə paylaş: |