Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
127
əsərlərinə nəzər salsaq klassik ədəbiyyatın ənənəvi və qəliblənmiş mövzularından
olan İlahi eşqin bu ədəbiyyatdakı önəmli yerini görərik:
Yunis sen kendini görme ibadet et mahrum kalma
Qayri şeyə gönül verme Allah sevgisi var ikən.
(Yunus Emre, 1983: 182)
* * *
Aşk oduna yanar isem, dahi şirin gelir bana
Canım feda olsun, beni bu aşk oduna atana.
(Yunus Emre, 1983: 217)
Və ya:
Məhəbbət şahının mövlasıdır eşq,
Həqiqət mülkünün əlasıdır eşq.
Nə əvvəl var, nə axir mülki-Həqqə,
O mülkü-qüdrətin binasıdır eşq.
Müqəddəs beyti-məmurun əzəldən,
Ədəbsiz bicəhət binasıdır eşq.
(Gülşəni, 2006: 168)
Füzuliyə gəlincə o, eşqi sonu olmayan zövq kimi dəyərləndirərək yazır:
Eşqdir ol-nəş`eyi-kamil kim, ondandır müdam,
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
* * *
Ey Füzuli, intihasız zövq buldum eşqdən,
Böylədir hər iş ki, həqq adilə qılsan ibtida.
(Füzuli, 1958: 51)
Məhz bu intihasız eşqin nəticəsidir ki, şair Qurani-Kərimin qiraətinin
xətasızlığını nəzmə çəkərək İslam əhlinin nəzərinə şeirin ahəngdarlığı ilə çatdırır.
“Xəta” ərəb mənşəli sözdür. Etimoloji mənasına gəlincə:
1. “səhv etmək”; 2. “yolunu azmaq” anlamına gəlir (Баранов, 1985: 225).
Təsəvvüf anlamı kimi xəta – şur və eşq cazibəsinin təsiri ilə salikin xətası kimi
izah edilir (Göyüşov, 2001: 200).
Məhəmməd Füzuli yaradıcılığında “xəta” özünü iki şəkildə göstərir:
1. Qurana bağlı xətalar (tələffüz, qiraət, tərtib, yazı).
2. Bəşər övladının davranışına bağlı xətalar (günah, səhv, yalan və s.).
inci bölməni də öz növbəsində aşağıdakı hissələrə bölə bilərik:
1. Allah kəlamının vahid, səhih mətninin kitab daxilində tərtibi;
2. Quranın təcvid qaydalarına əsasən tilavəti;
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
128
3. Quranın avazla qiraəti;
4. Fərdin (qarenin) avazı.
Quran – səcli nəsrdir. Bu baxımdan da hərflərin səsi, ahəngi, müsiqililiyi onun
bəlağət gözəlliyini təmin edən əsas amillərdəndir. Quran hərfləri səs baxımından
elə sıralanmışdır ki, hər hərfin səsi musiqi kimi gəlir, bu musiqinin təsiri qəlbləri
yumşaldır, ruhları Qurana doğru cəlb edir. Bu avazın bəlağət və ecazı, sözsüz ki,
fərdin qabiliyyətinə - avazına bağlıdır.
Əsas mәtn.
Ey xəta ləfzilə Quranın şükuhun sındıran,
Möcizi-ayəti-Qurandan həzər qılmazmısan?
Hər əlif xəncəri-xunrizi-burrandır sənə,
Xəncəri-xunrizi-burrandan həzər qılmazmısan?
Həkimi-kamilin daruş-şəfayi-hikmətin,
Etmək istərsən xərab, ondan həzər qılmazmısan?
(Füzuli, 1958: 379)
Füzuli yaradıcılığında Allaha, Peyğəmbərə, insanı haqq yoluna aparan qanun
və ehkamlara böyük sevgi, hörmət və ehtiramla yanaşır. Sözünün qüdrəti ilə oxu-
cusunu da buna dəvət edir. Şair qeyd etdiyimiz qitədə Quranı səhvlərlə oxuyanlara,
onun şükuhunu, əzəmətini sındıranlara qarşı çıxır, üzünü həmin adamlara tutaraq
Şərq və Qərbin ən nəhəng dahilərinin nur aldığı, aqil adamların faydalandığı
Quranın möcüzəvi, təkrarolunmaz ecazkar ayələrini xətalarla oxumaqdan həzər
qılmalarına çağırır. Müəllif “Qurani-Kərimin möcüzəvi ayələri” – ifadəsi ilə
müqəddəs kitabın bütün məna çalarlarına – ibrət, hikmət və nəsihətlərinə işarə
etməklə, fikrini insanı daha çox düşündürməyə vadar edən tərzdə, həm də Quran
üslubuna xas poetik forma – istifhəm üstündə nəzmə çəkərək oxucusunu “xəta”
sözü ilə üzləşdirir, bu sözün məna qatları ilə bizlərdə xüsusi hiss və duyğular
oyadan Allah-təala kəlamının Ona nazil olduğu ərəb dilində səsləndirilməsi yol-
larına – Qurani-Kərimin tilavətinə işarə edir.
Ərəb əlifbasının inci hərfi olan “əlif” həm sıra yerinə görə, həm qamətinin
düzlüyü baxımından ədəbiyyatda Allahın rəmzi işarəsi kimi çıxış edir. Mənbələrdə
bu hərfin məna yükü ilə bağlı müxtəlif fikirlər qeyd edilir: “Ərəb əlifbasının ilk
hərfi, “Allah” sözü bu hərflə başlayır. Əlif varlığın başlanğıcı və Tanrıya işarədir.
Haqqın adları əlifdə cəmləşib və bu rəmzlə yeganə varlığın substansiyasını ifadə
etmək olur. Deməli, əlif əzəl anlamına və Haqqın əhədiyyət mərtəbəsinə işarədir”
(Göyüşov, 2011: 76).
Təşbeh üstündə qurulmuş növbəti misrada əlif xəncəri-xunziri-burranla
müqayisə edilir. Müəllif əlif hərfinin qüdrətini qabarıq şəkildə oxucusuna
çatdırmaq üçün bu ifadəni sual üstündə, özü də yeni məntiqi vurğu ilə təkrarlayaraq
xətanın adi “xəta” olmadığını və Quran oxuyanların bundan həzər qılmalarını
təkidləyir.
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
129
Qurani-Kərimin mətnində təkrir olduqca geniş şəkildə işlədilmişdir. İbn
Qüteybə qeyd edir ki, Quran, hədis və qissələrdə olan təkrar deyimlər insanları
qəflətdən ayıltmaq üçündür (Quliyeva, 2008: 58). Füzuli də məhz fikrinin insan-
larda təsir gücünü artırmaq üçün Quran bəlağətinin əsas üslubi xüsusiyyətlərindən
olan təkrirdən istifadə etmişdir.
Allahın “Əsmaül-hüsna” adlanan adlarından inə (həkim – hikmət sahibi)
müraciət edən Füzuli kamil həkimin hikmətli şəfaət evini – Allahın hikmət
xəzinəsini xarab edənlərə daha müraciət edərək onların bu xətadan daşınmalarını
tövsiyyə edir.
Sadrul – İslam dövrünün cəmiyyətə ən böyük ətası olan Qurana dərindən bələd
olan şair “xəta – ləfz” ifadəsi ilə nələrə işarə etmiş olur? Sözsüz ki, “xəta” sözü
altında ilk işarə – Allah kəlamının vahid və səhih mətninin kitab daxilində tərti-
binədir.
Qurani-Kərimin “Ön söz”ündə qeyd edildiyi kimi: “Peyğəmbər”
əleyhissalamın çox əshabəsi Qurani-Kərimi əzbər bilər, hər hansı ayənin nazil olma
səbəbini, hökmünü, dəqiq mənasını ondan soruşub öyrənərdilər. Müxtəlif ərəb
qəbilələrinə mənsub olan bu əshabələrin hər i mətni sabit saxlamaq şərti ilə Allah
kəlamını öz ləhcəsinə müvafiq tərzdə oxuyardı. Bu zaman qiraətdə müəyyən
fərqlər əmələ gəlirdi. Məhəmməd əleyhissalamın özü buna izn verərək belə
demişdi: “Quran yeddi ləhcədə nazil olmuşdur. Sizin üçün hansı ləhcədə mümkün-
dürsə, həmin ləhcədə də oxuyun”.
Yeddi rəqəmi bildiyimiz müəyyən sayın ədədi deyil, qədim ərəblərdə işlənən
intəhasız çoxluq mənasındadır (Bünyadov; Məmmədəliyev, 1997: VIII).
Yuxarıda qeyd etdiyimiz rəqəm ədəbiyyata da sirayət edilərək nəzmə
çəkilmişdir ki, bunu çox klassiklərin, o cümlədən, Gülşəninin yaradıcılığında da
görürük:
Yedi müshəf kimi vəchündən oxur,
Kəlami-eşqi ayət-ayət. (Gülşəni, 2006: 43)
Lakin Peyğəmbərin vəfatından sonra vəziyyət dəyişməyə başladı. Quranın
qiraətindəki savti fərqlər bəzən ləfzi fərqlərə gətirib çıxarırdı, bəzi sözlərin yaxın
və oxşar səs tərkibli başqa sözlərlə əvəz edilməsinə səbəb olurdu (Bünyadov;
Məmmədəliyev, 1997: VI). Nəticədə, müsəlman icmasının müxtəlif firqələrə
bölünməsi, müqəddəs kitabın təhrif olunması təhlükəsi yarandı. Ümmətin ağıllı
başçıları bu barədə düşünməyə, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa məcbur
oldular (Bünyadov; Məmmədəliyev, 1997: VI).
Quranın yenidən vahid sistem əsasında toplanılmasının başqa səbəbi də vardır.
Bu haqda Cəlaləddin Süyuti belə yazmışdır:
.دحاو عضوم يف عومجم ريغ نكل (ص) ﷲ لوسر دهع يف هلك بتك نارقلا ناك دق و
“Quran Peyğəmbərin (s) zamanında yazılmışdı. Lakin yerdə və surələri ardıcıl
şəkildə deyildi (İsmayılzadə, 2006: 344).
Dostları ilə paylaş: |