Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
124
Xülasa
Quran müsəlmanın müqəddəs kitabı olmaqla yanaşı, onların mədəniyyət,
ədəbiyyat və incəsənətinə nüfuz etmişdir. Müsəlman xalqları məhz Quranın söz-
məna gözəlliyindən, kamilliyindən doğan möcüzə müqabilində öz ədəbi
yaradıcılığını cilalamış, onun fəth etdiyi zirvənin xəyalı ilə sözü bəlağətlilik
baxımından zinətləndirmişlər.
“Qurani-Kərim” bütün insanlar üçün hidayət kitabıdır və təkcə oxunmaq üçün
nazil olunmamışdır. Onu oxumaqla yanaşı, müqəddəs ayələr haqqında düşünməli
və orada buyurulmuş göstərişlərə əməl edilməlidir. Allahın kəlamının düzgün
oxunulması müsəlman üçün ən vacib məsələlərdəndir.
Öz sözlərini Quran nuru ilə cilalayan və dəyərləndirən Füzuli qitələrinin ində
bu məqama (“xəta” məsələsinə) toxunur.
Şairin sənətində “xəta” Qurana bağlı xətalar (tələffüz, qiraət, yazı), şur və eşq
cazibəsinin təsiri ilə “salikin xətası” – kimi özünü göstərir. Fərdin (qarenin) avazı
da önəmli məsələlərdəndir, çünki onun səsinin ahəngi qəlbləri yumşaldır, ruhları
Qurana doğru cəlb edir.
Açar Sözlәr: Quran, Müsəlman Şərqi, İlahi eşq, bəşəri eşq, xəta, günah, ləhn,
böyük xəta, kiçik xəta.
Abstract
Koran is sacred book for all Moslems, and in the same time it had greatest in-
fluence on literature, art, all culture of Moslem world. Moslem peoples improved
their artistic creativity, basing on miracles, coming from wordy and semantic beau-
ty of this divine book, enriched their eloquence in desire to be closer to it’s peak.
Koran is the light for all peoples, it isn’t sent for reading only. While reading
Koran one must think deeply about the sense of sacred “ayahs” and follow all di-
rections, contained in them. Correct reading of Koran is one of most important
duties for each moslem.
Great poet Mohammad Fizuli always addressed to Koran in his works. In one
of his poetic works- “kita”- poet touched very important issue- “problem of delu-
sion”. In Fizuli’s creativity all forms of delusions, such as pronunciation, reading
and writing- are considered as “delusion of faithful”, happened as result of influ-
ence of love and sense beauty. The voice of reader is also of great importance here,
because the voice beauty has also beneficial influence on listeners, mollifies their
heart, brings their spiritual beginning nearer to Koran.
Keywords: Koran (Qur’an), Moslem East, divine love, universal love, sin, the
great delusion, small delusion.
Резюме
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
125
Являясь священной книгой мусульман, Коран также оказал огромное
влияние на культуру, литературу, искусство всего мусульманского мира.
Мусульманские народы совершенствовали свое художественное творчество в
свете чудес, исходящих из словесной и смысловой красоты этой
божественной книги, обогащали свое красноречие, желая приблизиться к ее
вершинам.
Коран является книгой-светочем для всех народов и ниспослана свыше не
только для чтения. Читая Коран, необходимо глубоко вдумываться в смысл
священных аятов и следовать всем указаниям, данным в них. Правильное
прочтение Корана - слова Аллаха- является одной из важнейших
обязанностей каждого мусульманина.
Великий поэт Мухаммед Физули, всегда опиравшийся на священную
книгу, в одной из своих «кыта» затрагивает очень серьезный вопрос – т.н.
«вопрос заблуждения». В творчестве поэта все формы «заблуждений,
преткновений», связанные с Кораном, а именно произношение, чтение,
написание- представлены как «заблуждения правоверного», случившиеся в
результате влияния, оказываемого очарованием любви и сознания. Голос
каждого чтеца также является важным компонентом в данном вопросе,
поскольку именно красота голоса человека, читающего вслух священную
книгу оказывают благотворное влияние на слушателей, смягчает их сердца и
приближает их духовное начало к Корану.
Ключевые слова: Коран, мусульманский Восток, божественная любовь,
общечеловеческая любовь, грех, великое заблуждение, малое заблуждение.
Giriş
Müsəlman Şərqi mədəniyyətində sözün və söz sənətinin xüsusi yeri vardır və
bəşər tarixində türkdilli, farsdilli və ərəbdilli ədəbiyyata istər ideya-məzmun
dərinliyi, istərsə də söz-üslub gözəlliyi baxımından alternativ yoxdur. Bu da onun
iki əsas mötəbər qaynağından irəli gəlir:
1. Yerli folklor və bədii dil-üslub ənənələri;
2. İslam mədəniyyəti və özəlliklə də, Qurani-Kərimin bəlağət möcüzəsi.
Şərqdə klassik irsin qeyri-adi söz-məna incəliyi, bənzərsiz poetik düzəni, bu
düzənin qəliblənmiş nizamlı kateqoriyaları ilk növbədə dünya mədəniyyətinin söz
abidəsi olan Qurandan qaynaqlanır. Müsəlman xalqları məhz Quranın söz-məna
gözəlliyindən, kamilliyindən doğan möcüzə müqabilində öz ədəbi yaradıcılığını
cilalamış, onun fəth etdiyi zirvənin xəyalı ilə sözü gəlin kimi zinətləndirmişlər.
Qurani-Kərim bədii söz sənəti üçün örnək olaraq XX əsrin əvvəllərinədək öz
təsirini davam etdirmişdir (Quliyeva, 2008: 18).
Tədqiqatçılar bu mövzuya müxtəlif cəhətlərdən yanaşmışlar. Zənnimizcə,
burada iki istiqamət diqqəti daha çox cəlb edir:
1. Quranın mövzu və məzmun gözəlliklərinin bədii söz sənətinə təsiri.
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
126
2. Quranın bəlağət, bədiiyyat və üslubi qurumunun söz sənətinə təsiri
(Quliyeva, 2008: 48).
Əbədi və əzəli İlahi eşq və bu eşqin çeşidli növlərini öz yaradıcılığında əks
etdirən Füzuli sənəti qeyd etdiyimiz məzmun çalarlarının qaynağı olmaqla yanaşı
bədii estetik duyğu yaradan ahəngdar düzən və harmoniyanın vəhdətidir.
İslamda aləmin təsviri sözlə-Quranın poetik düzümü, səs ahəngi və emosional-
estetik təsiri ilə başlandı (Göyüşov, 2011: 60). Bu da Quranın ecazkar məzmun və
söz dəyərinin vəhdət şəklində sənətkarların yaradıcılıq bəlağətinin meyarı kimi
çıxış etməsi ilə nəticələndi. Quranın rəngarəng söz, üslub, məna və poetik
möcüzələri ədəbiyyata geniş şəkildə sirayət etdi.
Klassik ədəbiyyatda Quran ayələrindən həm İslamın müqəddəs kitabı, həm
möhtəşəm sənət abidəsi, həm əxlaqi-mənəvi qaynaq, həm də yığcam, ibrətamiz
ifadələr şəklində istifadə edilmiş, bununla da, şairlər öz sözlərinin etibarını
artırmağa çalışmışlar. Qurandan istifadə sadəcə şair və ədibin Tanrı kəlamına xas
olan rəğbətinin bəyanı deyil, həm də sənətkarın ifadə etdiyi düşüncələrin daha
təsirli və məzmunlu olmasına xidmət edir (Quliyeva, 2008: 140).
Alman alimi Q.E.fon Qrunebaum “Концепция плагиата в арабской теории”
adlı məqaləsində qism alimlərin fikrinə cavab olaraq Qurandan “təzmin” vasitəsi
ilə istifadəni plagiat deyil, şairin fikrinin tamamlanması və ya təsdiqlənməsi kimi
dəyərləndirir. Bu da sənətkar qarşısında sözün dəyərini, sözün sehrini,
ecazkarlığını, yeni-yeni məna çalarlarından istifadəni vəzifə kimi önə çəkir.
Məhəmməd Füzuli şeiri daima təravətlidir. Şairin hər misrasının, hətta ayrı-ayrı
kəlmələrinin arxasında arif və kamil insanın dərin elmi biliyi dayanır. Tanınmış
türk alimi prof., Dr.Alu Nihad Tərlanın sözləri ilə desək: “Fuzili devrinin sayılı
alimlerindendir. Edebiyatın en derin ve en ince noktalarına kadar inen zekaya
sahipdir. Samimi lirizm ve hassasiyyet içinde sürüklenir gibi gördüğümüz şair,
arada öyle zeka parıltısı gösterir ki, insan, san`atkarın bu derece kendinden geçmiş
halde iken nasıl zekasını böyle keskin hale getirebildiğine hayret eder. Lakin bu
zeka, öyle gizli işler ki, asırlar bunun farkına varmamış və onu daima derin aşkının
ateşleri içinde yanan samimi aşık olarak tanımıştır” (Tarlan, 2005: 14).
Klassik әdәbiyyatda İlahi eşq
Füzuli yaradıcılığı İlahi eşqin: Allahın liyinin, mütləq iradə və qüdrətinin,
Hz.Məhəmməd və ona olan sevginin, axirət həyatının, Cənnət və cəhənnəmin,
İslam mütəsəvviflərinə aid qissələrin, Allahın zikrinin və bu kimi mövzuların
tərənnümçüsüdür. Şairin yaradıcılığında İlahi eşqlə yanaşı bəşəri eşqin çeşidli
növləri də öz əksini tapıb.
İlahi eşq İlahinin bəşəriyyətə sevgi ilə göndərdiyi misilsiz ətasıdır. Bu
baxımdan da ilk növbədə Allahı tanımaq, İlahi eşqin məşuqu olmaq, Ona ürəkdən
sarılmaq, əməli salehlik uğrunda mübarizə aparmaq lazımdır. Əks təqdirdə
“Ümmul-kitab”ın möhtəşəmliyini anlamaq mümkün olmaz. Məhz elə buna görə də
klassik əsərlərdə İlahi eşqin vəsfi geniş yer tutur. Müxtəlif dövr şairlərinin
Dostları ilə paylaş: |