Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə27/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         67 

 

Böyüyünə söykənib yuxulamağım gəldi, 



Yuxuladığım yerə biri gəldi, 

Üzəngisini tərpədib giyov (kürəkən) gəldi). 

Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dil və Ədəbiyyat İns-

titutunun  folklor  arxivində  toplanmış  materialların  təhlili  göstərir  ki,  Ahangaran 

rayonunun kəndlərində ulanların ifasının iki forması mövcuddur:  

а) ulanların musiqi müşayiəti olmadan oğlan və qızlar tərəfindən növbəli ifası;  

б) ulanların musiqi aləti, daha çox dombra və qavalın müşayiəti ilə solo ifası.  

Ulanın  “harpdoşlik”  (hərbdaşlıq-yarış)  deyişmə  formasında  ifası  zamanı 

musiqi alətindən  istifadə olunmur. Əgər oğlan əlində dombra ulan söyləyirsə, və 

ya  qız  qavalla  ifa  edərək  tək  ulan  oxuyursa,  o  halda  ənənəvi  mətnə  “yar-yar” 

nəqəratı  da  əlavə  olunur.  Bu  barədə  M.Alaviya  belə  yazırdı:  “Əgər  ulanı  mətnə 

“yar-yar” əlavə edilərək söyləyirlərsə, adətən dombra və ya qavaldan istifadə olu-

nur. Əgər ulanı “yar-yar”sız ifa edirlərsə, onda musiqi müşayiəti olmur. Xalq mü-

ğənniləri də dombrada çalaraq ulan ifa edirlər, əgər deyişmə olursa, onda musiqi 

alətindən istifadə olunmur” [2, 66].  

Ahangaran vadisində ulanın deyişmə şəklində ifası zamanı əks tərəflərin yer-

ləşməsinin də öz xüsusiyyətləri vardır. Yaşlı ifaçıların xatırladığına görə, toya gə-

lən qızlar evin ya da yurtanın (çadırın) içində, gənc oğlanlar isə evin ya yurtanın 

çölündə dövrə vurub otururdular. Gənclər ulanı oxumağa  başlayır, qızlar  isə  içə-

ridən cavab verirdilər. Təcrübəli ifaçılar ifa zamanı qəsdən ənənəvi mətni dəyişdi-

rir, təhqiramiz sözlər əlavə edirdilər. Əks tərəf isə cavabında söz oyunundan isti-

fadə edərək onların cavabını verməyə çalışırdı. Çünki ulan ifaçıları belə bir təsəv-

vürə  inanırdılar ki, “yят ўлан айтганнинг оти ўчсин” – (mənası - “pis söz işlə-

dənin  bütün  həyatı  əzabda  olar”).  Ulan  ifaçılığının  bədii  –  estetik  prinsiplərini 

əks  etdirən  bu  xalq  müdrikliyi  ulan  mətnində  aşağıdakı  şəkildə  əks  olunmuşdur: 

   

 

 



  

Уят ўлан айтганнинг оти ўчсин,  

Ўткир қайчи тилининг учин кессин,  

Бизга ёмон сўз айтган ўнгмай ўлар,  

Қуруқ ёғочни қучоқлаб умри ўтсин [11, 67]. 

(Pis danışan ifaçının adı unudulsun, 

İti qayçı dilinin ucunu kəssin, 

Bizə yaman söz atan əzabda olar, 

Çürük ağacı qucaqlamaqla ömrü ötsün ) 

 

Digər  dördlükdə  isə  deyilir  ki,  ulan  mətnini  korlayan  adama  müraciət  edi-



ləndə  belə,  əsil  ifaçı  xalq  mahnısının  gözəlliyini,  təmizliyini,  məzmunluluğunu, 

cazibədarlığını qorumalıdır:  

 Абулқосим, 

Айт, ўланнинг қолипи бузилмасин,  




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         68 

 

Ўланни кўтариб айт, охун бўлсанг,  



Билган билиб, билмаганлар ҳайрон қолсин [11, 170]. 

(Əbülqasim,  

Oxu, ulanın qəlibi pozulmasın, 

Əgər ifaçısansa, ulanı yüksəklərə qaldır, 

Bilən bilib, bilməyənlər heyran qalsın) 

 

Bu regionda qeydə alınmış ulanların daha bir fərqləndirici cəhəti ondan iba-



rətdir  ki,  onlara  xas  şeir  forması-qəlibinə  digər  mahnı  janrlarında  rast  gəlinmir. 

Yəni dördlüyün birinci misrası natamam formaya malikdir və dörd hecadan ibarət 

söz və söz birləşməsindən ibarət olur: 

Муратали, 

Сабоғидан қурийди Сирнинг толи, 

Ўлан айтган қалам қош кимнинг ёри, 

Савлатидан айлансин қизнинг бари [11, 171]. 

Bu formalı dördlüklərə  Ahangaran vadisində  yayılmış ulanlar arasında tez-

tez rast gəlinir.  

Birinci misradakı sözün hecalarının sayının az olmasına baxmayaraq, dörd-

lüyün  musiqililiyi  digər  misralarda  qafiyənin  saxlanmasının  və  intonasiyanın  sa-

yəsində  pozulmur.  Fikrimizcə,  ulanın  bu  qəlibi-forması  daha  qədimdir  və  ulan 

janrının təşəkkül dövrünün qalığı və arxaik forması kimi qorunmuşdur. Məlumdur 

ki,  dördlüyün  bu  arxaik  forması-qəlibi  “çinos”  (“cinas”),  yəni  “tuyuğ”  janrında 

Azərbaycan ədəbiyyatında qorunmuşdur (burada müəllif Azərbaycan folklorunun 

cinaslı bayatı formasını nəzərdə tutmuşdur – tərc.):  

Алмадан, 

Янаг ширин алмадан, 

Онадим қул узуннен, 

Худам руҳум олмадан [6, 47]. 

 

Yuxarıda göstərdiyimiz  bu örnək əsaslı şəkildə sübut edir ki, ulan  janrında 



mahnıların bu şəkildə quruluşu türk xalqlarının xalq lirikasının inkişafının arxaik-

qədim mərhələsinə aiddir. 

Ahangaran vadisinin ulan sənətinin özünəməxsusluğu həm də ondan ibarət-

dir  ki,  bu  bölgədə  qədim  ənənələr  günümüzədək  canlı  ifa  şəklində  qorunub  sax-

lanmışdır. Ulan ustadı Turdiəli Pardayev və onun daimi ulan “harpdoş”ı (hərbdaş 

–  rəqibi)  Küməxon  Qasımxanova  Anqren  şəhərinin  mərkəzi  mədəniyyət  evində 

“Ёш ўланчилар” («Gənc ulançılar») dərnəyi yaratmışlar. Onların səyi nəticəsində 

vadinin  bir  çox  kəndlərinin  toylarında,  Novruz  şənliklərində,  məhsul  bayramla-

rında və digər tədbirlərdə çağdaş dövrümüzədək ulanlar ifa olunur.  

Bütün  söylənilənlər  özbək  xalqının  qeyri-maddi  mədəni  irsinin  incisi  sayı-

lan qədim ulan  ifaçılığı  sənətinin  çağdaş dönəmdə də mövcudluğunun  və  inkişa-

fının bariz göstəricisidir.  




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə