Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə30/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         74 

 

 



Sarı  Aşığın  verdiyi  bu  cavab  da  məclisdəkilərin  xoşuna  gəlir.  Hamı  Sarı 

Aşığı  alqışlayır.  Bağlama  demək  növbəsi  Sarı  Aşığa  çatır.  Sarı  Aşıq  aşağıdakı 

məzmunda  təbrizli  aşığa  bağlamalar  deyir.  Təbrizli  aşıq  cavab  verə  bilmədiyi 

üçün uduzduğunu bildirərək məclis qarşısında sazını Sarı Aşığa verir: 

 

Mən aşıq buz dağlar, 



Qışda çalar buz bağlar, 

Aşıq bir hikmət görüb, 

Od içində buz bağlar. 

 

Aşıq deyər haraylar, 



Hər həftələr hər aylar, 

Dəryada bir gül bitib, 

Yandım deyim haraylar. 

 

Mən aşiq xıra-xıra, 



Su gəlir, xıra-xıra, 

Bir cansız bir canlını, 

Salıbdır xıra-xıra. 

 

Ədəbi söz xəzinəmizin bu günkü qədər saflaşıb büllurlaşmasında, zəngin-



ləşməsində Sarı Aşığın xidməti misilsizdir” (4, 4). 

Zəngilanın  “Kənd  həyatı”  qəzetinin  1971-ci  il  19  sentyabr  buraxılışında 

görkəmli  folklorşünas  alimimiz  Sədnik  Paşayevin topladığı  əfsanələr  silsiləsin-

dən olan “Qanlı da ağlar...” yazısında da çoxlu bayatılar vardır: 

“İki gənc bir-biri ilə dost olur. Bunlardan biri özünə toy edib evlənir. Toy-

dan  bir  neçə  gün  sonra  oğlan  sevgilisini  də  özü  ilə  götürüb  yaylağa  köçür,  bir 

bulağın  başında  alaçıq  qurur.  Oğlan  bir  gün  sevgilisindən  ayrılıb  qışlağa  gəlir, 

elə  həmin  günün  axşamı  da  yaylağa  qayıdır.  Oğlan  alaçığın  qapılığını  qaldırıb 

açanda gözlərinə inanmır. Görür ki, alaçıqda tanımadığı yad bir oğlan yatır. Oğ-

lan  səssiz-küysüz  geri  dönür.  Axtarıb  dostunu tapır.  Onlar  görüşəndə  oğlan  bir 

bayatı çəkir: 

 

Əzizim ovum qanlı, 



Getdim gördüm ovum qanlı. 

Kəkliyimi tərlan alıb, 

Ovçu qanlı, ovum qanlı. 

 

Dostu da ona bayatı ilə cavab verir: 



 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         75 

 

Əzizim ovun qanlı, 



Ovçu sənsən ovun qanlı. 

Kəs başını, axsın qanı, 

Görən desin: ovun qanlı. 

 

Oğlan dinməz-söyləməz yaylağa qayıdır. Sevgilisini və yatmış yad oğlanı 



oxa tutur, hər ikisini qanına qəltan edir. Sonra da kor-peşiman dostunun yanına 

gəlir. Öz həyacanını bir ilə ifadə edir: 

 

Əzizim yara qanlı, 



Sızıldayır, yara qanlı. 

Qəza-qədər üz verəndə, 

Yar da çıxar yara qanlı. 

 

Səhər hər tərəfə xəbər yayılır ki, təzə toy olmuş gəlini və dustaqlıqdan gəl-



miş cavan qardaşını kimsə alaçıqda oxa tutub, hər ikisi ölümcül  yaralıdır. Oba-

lardan  adamlar  axın-axın  bura  gəlir,  qardaşla-bacının  halına  yanır,  göz  yaşı  tö-

kürlər. İşdən xəbardar olub, oğlan da camaata qarışıb zülüm-zülüm ağlayır. Qar-

daşı  tanımasa  da  qız  tanımışdı  ki,  onları  oxa  tutan  öz  sevgilisidir.  Odur  ki,  qız 

oğlanın ağladığını görəndə dözmür, yanıqlı bir bayatı çəkir: 

 

Əzizim qanlı dağlar, 



Qovğalı, qanlı dağlar. 

Yar ağlar, bəlkə yalandı, 

Bəs nə üçün qanlı da ağlar? 

 

Öz  səhvini,  peşimançılığını  bildirmək  üçün  oğlan  da  bayatıya  bayatı  ilə 



cavab verir: 

 

Əzizim xaban dağlar, 



Qovğalı, xəban dağlar. 

Qəza-qədər eyləndə, 

Evləri yıxan da ağlar. 

 

Bundan  sonra  məsələ  aydınlaşır.  Qardaşla  bacını  dava-dərmanla  müalicə 



edib sağaldırlar. Oğlan üzr istəyir, sevgililər barışırlar. Həyatları yenidən başla-

yır. Bu münasibətlə şadlıq məclisi qururlar” (1, 4). 



Elmi nəticə. Tədqiqatlarımız nəticəsində bəlli oldu ki, folklorun lirik janr-

larına aid ən çox nümunələr məhz Zəngilandan toplanmışdır. Xüsusilə də bayatı-

lar bu bölgədə çox yayılmışdır. 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         76 

 

 



ƏDƏBİYYAT 

 

1.  Qanlı  da  ağlar  /  toplayanı  S.  Paşayev  //  “Kənd  Həyatı”  qəzeti  (Zəngilan),  19 

sentyabr, 1976 

2. Qaradərəli A. Sinədəftər // “Kənd Həyatı” qəzeti (Zəngilan), 8 sentyabr, 1990 

3. Rəvayətlər dəftərindən // “Kənd Həyatı” qəzeti (Zəngilan), 23 oktyabr, 1976 

4.  Rüstəmov  S.  Bir  deyişmə  haqqında  //  “Kənd  Həyatı”  qəzeti  (Zəngilan),  22 

fevral, 1976  

  

Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy

 

  

 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         77 

 

Azərbaycan folklorundan yeni nümunələr 



 

 

 

YARDIMLIDAN TOPLANAN FOLKLOR NÜMUNƏLƏRİ 

(II hissə) 

(Əvvəli ötən sayımızda) 

 

BAYATILAR 

Savalanım buz bağladı, 

Yannarın yarpız bağladı. 

Məni bir gəlin oxladı, 

Yaramı qız bağladı. 

   


 

 

Mixək əhdim ləgəndə, 



Mixək boynun əgəndə. 

Mən sənə nə demişdim? 

Xətirinə dəgəndə? 

 

Əzizim mərzə mən, 



Bitirmədim dərzə mən. 

Bivəfa yar əlinnən, 

Hara yazım ərzə mən? 

 

Əzizim natarazı, 



Yel vursun, natarazı. 

Kişini tez qocaldar, 

Arvadın natarazı. 

 

Əzizim nadan qarı, 



Köynəyi kətan qarı. 

Kişinin belin sındırar, 

Axşamnan tez yatan qarı. 

Söyləyici: Aşıq Gülağa, doğum tarixi 1934-cü il, təhsili orta, pensiyaçı, 

Ostair kəndi 

 

RƏVAYƏTLİ TAPMACALAR 

 

ARVADININ QARDAŞI MƏNİM DAYIMDIR 

 Bir  qadın,  bir  qız  yol  gedirmişdər,  hansısa  rayona,  hansısa  kəndə  gedir-

mişdər. Daldan bir dənə atdı gəlir. Deyir: 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə