Dədə Qorqud ● 2014/IV 78
– İküüzdən birüzü təryimə götürə bilərəm, hansınız minirsüüz?
Qız deyür:
– Mən minirəm.
Bu qız atdanır, minir bu kişinin təryinə. Qadın deyir:
– Ay canu yanmış, mən yaşdu adam, mən bunuynan təryləşmirəm, sən
bunnan niyə təryləşürsən?
Qız deyür:
– Bu özgə adam, kənar adam döyül. Bunun arvadının qardaşı mənim da-
yımdu.
İndi bu kişi qızın nəyidü?
Açması: Kişi qızın atasıdır.
Söyləyici: Malik Əliyev, təvəllüdü 1963, orta təhsilli, Ostair kəndi.
NEÇƏ QAZIQ?
Göynən bir dəsdə qaz uçurmuş. Yerdə də bir dənə qaz varıymış. Bı
yerdəki qaz göydəki qazdara deyir:
–Ey göynən gedən yüz qaz, məni də dəstəüzə götürün.
Qazdarın başçısı deyir:
– Biz yüz döyülük. Bizə biz qədər, bizim yarımız qədər, yarımızın yarısı
qədər, bir də sən olsan biz olaruğ yüz qaz.
Göynən nə qədər qaz uçurmuş?
Açması: 36 qaz (36+36+18+9+1=100)
Söyləyici: Malik Əliyev, təvəllüdü 1963, orta təhsilli, Ostair kəndi.
ADƏT-ƏNƏNƏLƏR
YARDIMLIDA TOY ADƏT-ƏNƏNƏLƏRİ
Toylar bizdə əvvəllər 7 gün olardu. Toylarda əvvəllər aşıqlar olardu – saz
aşıqları. Onnar dasdannar deyərdilər, məclis aparardılar. İndi toylarımız 1-2 sa-
hatduğdu.
Ağsaqqallarımız əyləşərdi toylarda. Orda dəyərri sözdər danışılardı, das-
dannarımızdan misallar çəkilərdi, söybətdər gedərdi. Toynu axırında “Bəy diva-
nı” deyilən bir şey vardı. Bəy oturardı bəy stolunda, bəyi tərənnüm eliyərdilər.
Bu, toylarımızın ümumi bir xüsusiyyəti idi. O vaxd oxumalar olardı, tapşırmalar
olardı, toylar bitəndə duvaqqapmalar olardı. Aşıqlar o duvaqqapma ilə toyları
bitirərdilər. Ama bu günnər çox təəssüf ki, bu adətdər qalmıyıb, onnarı görmü-
rüy. Nəyinki Yardımlıda, heç regionnarda da bu adət-ənənə qalmıyıb.
Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran
kəndi
Dədə Qorqud ● 2014/IV 79
MASALLIDA YAS ADƏTLƏRİ
Mən elektrikdə işdiyən vaxdıdı. Masallıda, mantyor işdiyirdim. Qəbirsan-
nığda meyidi qoydular ki qəbirə, qəbirin üsdünnən taxda qoyullar, xalça salıllar.
Üç gün molla oturur orda. Quran oxuyur. Üç günnən sora meyidin üsdün taxda-
lıyıllar. Bordigah kəndində (Masallının kəndidir – top.) mən özüm bunu gözüm-
nən görmüşəm. Qarolçudan soruşduğ:
– Bu nədü?
Dedi:
– Burda adətdü.
Yardımlıda belə adət yoxdu. Elə ölən günü basdırıllar üsdünü. Gəlib evin-
də yas mərasimi verillər.
Söyləyici: Dadaş Mansurov: 1923-cü il təvəllüdlü, 4-cü sinif təhsilli,
Ostair kəndi
HALAY HAQQINDA
I mətn
Yardımlıda halay da olub. Bizdə toyda “yallı“ gedilərdi, oxuya-oxuya. Ha-
lay da olardı. Nənələrimiz qaval götürərdilər, iki dəsdiyə bölünərdilər. Durardı-
lar qabağ-qabağa, halay deyib bir-birlərinə nəğmələr oxuyardılar. Bizim yadı-
mızda qalan bullardı. İndi bu, bəzi kəntdərimizdə qalıb.
Hamarkənd Sabir Rüstəmxannının kəndidi. Bax orada həmin adəti mən
gördüm. Nişanıya gəleylər, nənələrimiz qavalları götüreylər, mahnılar deyeylər.
Mən özüm durdum xeylax ona tamaşa elədim ki, bu adət-ənənəni hələ saxlayan-
nar var. Halay hələ qalmaqdadu.
Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran
kəndi
HALAY HAQQINDA
II mətn
Halay Hamarkətdə qalır. Məsələn, mənim yadıma gəlir. Zülüş kəndinnən
gəlmişdülər bizə. Bu Təzəxanımı aparanda, ollardan bir halay durdu, bırdən də
də bir Halay durdu. Başdadılar deyişməyə. Ollar dedü, biz dedüy. Orda həm Na-
zim məllimin nənəsi olub – Qunça televizorda göstəriblər, həm də mənim nə-
nəm olub. Böyük nənəm, ikisi də həmyaşıd olublar. Allah ikisinə də rəhmət elə-
sün. Bax olar əsil folklordular, ensklopediya idilər. Nə qədər söz bilirdilər.
Qunca nənənin dövründə televizor vardı, hərdən gəlib çəkərdülər, çəkiliş
vardu. Onu gəlib çəkiblər. Qunça nənənin lent yazısı qalıbdu. Hərdən Az. TV-də
göstərillər. Bizdə o çəkiliş qalmayıb, Az.TV-də qalıb, hərdən-birdən verillər.
Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran
kəndi
Dədə Qorqud ● 2014/IV 80
XALQ OYUNLARI
QAYIŞ GÖTÜRDÜ
Bizdə “Qayış götürdü” oynu olubdu. Onu yaşdı kişilərimiz də oynuyardı.
Dayirə çəkərdilər. Qayışdara düzərdilər həmin dayirənin içərisinə. Bir qrup
adam dayanardı, o qayışdarı verməməyə çalışardı. Kənardan kimsə gəlib o qayı-
şı götürməy isdiyəndə içəridəkilər əlindəki qayışnan onu vurardılar. Kim o qayı-
şı tutub şəkə bilərdisə, oyunçunu oyunnan çıxarardılar. Belə-belə oyun davam
edirdi, o dayirəni boşaldardılar. Sora təzə oyunşular, təzə qrup oyuna daxil olur-
du.
Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran
kəndi
HİL-HİL OYUNU
(Cözmərə)
Bu “Hil-hil” oyununa bizdə “Cözmərə” deyəllər. Ama “Hil-hil”də var,
“Cözmərə” də var, ikisi də var. “Hil-hil” oyununda biz yeri qazarduğ, balaca
ağajdan dayirəvi “hil” düzəldərdüy. Onun ətrafında 3 nəfər, 5 nəfər yer düzəl-
dib, ayağun qoyardı onun içinə. Onu zəbt eləməy olmaz.
Sora ağajdarnan onu qururduğ böyüy dayirənin üsdündə. Ağacı bu tərəf-
dən atıruğ, onu kim saldı, o, mərənin birini qazanır. Mərə – yəni ayağ qoymağ
üçün yuvadır. Elə-elə, axıra qalan başdıyır gedir 3-4 metr məsafədən o hili dayi-
rəyə salmağa çaleşey. Bu, otüsdü xakkey kimi bir şeydi. İndi o hili məriyə salıb
özü üçün yuva qazammağ lazımdı axı. Bu birilər isə onu qoruyur, imkan vermir.
Ta o vaxda kimi – o hili gətirib o məriyə salana kimi. Hili məriyə salannan sora,
tez o birilər yerin dəyişə bilirsə, buna imkan vermir. Yəni olar tez-tez bir birü-
nün yerin dəyişib, yuvasın dəyişeylər, zəbt eliyeyləy. Yox, bu imkan elüyüb tut-
dusa, tutdu. Kim qaldı-qaldı. Başdıyeylər oyunu təzədən davam elətdirməyə.
Belə-belə oyun davam edir.
Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran
kəndi
AŞIQLAR VƏ EL ŞAİRLƏRİ
BİZİM ARVAD
Heç bilmirəm neynəyim?
Dannayır üzümü hey bizim arvad.
Bilmirəm dərdimi kimə söyləyim?
Dannayır üzümü hey bizim arvad.
Elələri çoxdu bizim yerrərdə,
Bir toyuğu var, yumurtdayır çöllərdə.
İsdəyir saxlasın qaz bizim arvad,
Dannayır üzümü hey bizim aravad.
Dostları ilə paylaş: |