Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə22/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     51 
 
 
“Fani  dünya”,  “Gidi  dünya”  kimi  bir  dünya  deyildir.  Qeyd  olunan  təyinlər  orta 
əsrlər  dövrü  xalq  ədəbiyyatına,  o  cümlədən  aşıq  yaradıcılığına  ciddi  şəkildə 
sirayət  etmiş  və  nəticədə  “Yalan  dünya”  rədifli  şeirlər  silsiləsini  meydana  gətir-
mişdir. Onu da əlavə edək ki, bənzər görünmələrinə baxmayaraq, “Yalan dünya” 
ilə  “Yalançı  dünya”  anlayışları  bir-birindən  fərqlidir.  Mifoloji  strukturu  baxı-
mından  “Yalan  dünya”  müvəqqəti  olaraq  qurulan,  dağılan  və  yenidən  qurulan 
kosmosu,  “Yalançı  dünya”  isə  sakrallaşma  məkanı  olan  daimi  xaosu  işarələyir. 
“Yalan dünya” daha çox oğuz eposundakı “yum”larda da ifadə olunan “fani dün-
ya” mənasındadır. “Yalançı dünya” isə əslində ritual məkanıdır, oyun dünyasıdır. 
Oğuzlarda “O dünya” “uçmaq” və “damu”dur. Oğuzların “Fani” dünyası “gəlim-
li-gedimlidir”, “son ucu ölümlüdür”  və  heç kimə  qalmır.  Azərbaycan xalq  yara-
dıcılığında bu fəlsəfə “maddi və mənəvi” binar oppozisiyasında vəhdət təşkil edir 
və  sosial  kontekstdəki  bütün  motivlənmələrində  üstün  mövqeyi  “mənəvi”yə 
verir. Aşıq şeirndə dünyanın müvəqqətiliyini ifadə edən vasitələr onun daimiliyi-
nə  və əbədiliyinə xidmət edir. Bunun üçün ən çox  və ən populyar  ifadə  “Süley-
man  mülkü”dür.  “Süleymannan  qalan  dünya”  “Süleymana  qalmır”,  “Süleymana 
qalmayan dünya” heç kimə qalmır: 
 
Gəl bir səndən xəbər alım, 
Süleymandan qalan dünya. 
Əzəli gül kimi açıb, 
Axırında solan dünya (Xəstə Qasım). 
 
Bu və bunun kimi onlarla fərqli  şəkillərdə  ifadə olunan sadə xalq  fəlsəfəsi 
dünyanın  əbədiliyi  düşüncəsini,  maddiyyata  bağlılığın  mənasızlığı  fikrini  möh-
kəmləndirir. Beləliklə, Orta çağ oğuzcasındakı  “Fani dünya” orta əsrlərin  sonla-
rının  Azərbaycan  aşıq  şeirinə  “Yalan  dünya”  işarəsi  ilə  daxil  olur.  Göründüyü 
kimi, “Yalan dünya” sosial məzmunludur və “gerçək dünya”nın işarəsidir. Amma 
“Yalançı  dünya”  isə  dünyanın  mifoloji  xarakterini  təsvir  edir.  Başqa  deyilişlə 
“Yalançı  dünya”  gerçək  olmayan  dünyadır.  Burada  “yalançı”  sözü  xaosu  ifadə 
edə  bilirsə  də,  dünya  sözü  oğuzlar  üçün  mifoloji  kosmogenez  terminologiyası 
üçün ilkin anlayış kimi götürülə bilmir və ehtimal ki, sanskritcədən alınmış, sami, 
hind  və  İran  dillərində  işlənən  “dünya”  sözü oğuz  mifologiyasının  təməl  termin 
rolunda  çıxış  etmək  imkanını  da  itirir.  Mütləq,  oğuzların  özlərinin  öz  dillərində 
xaos  və  kosmos  anlayışları  olmalıdır  və  təbii  ki,  oğuz  mifinin  təməl  anlayışları 
oğuzca  ifadə  olunmuşdur.  Sonrakı  dövrlərdə  bu  anlayışların  əvəzlənməsi  də 
mümkündür. Belə  bir əvəzlənmə  xaos və kosmos haqqında təsəvvürləri  bildirən 
söz  yuvasına  ekstralinqivistik  vahidlərin  daxil  olmasına  imkan  verir.  Bu  zaman 
mif  paradiqmatik  səviyyədə  genişlənir  və  təməl  anlayışlar  bu  paradiqma  cərgə-
sinə qarışır və arxaikləşir.  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     52 
 
 
Kosmoqoniyanın  strukturu  xaos-kosmos  binar  oppozisiyasında  gerçəklə-
şir.  Xaosda  kosmosun  qurulması  üçün  ora  kosmos  elementinin  daxil  olması 
lazımdır.”Yalançı  dünya”ya  daxil  olan  element-Təpəgöz  xaos  təsəvvürünü 
ehtiva  edir.  Bu  o  deməkdir  ki,  Təpəgöz  mif  strukturunun  nüvəsini  təşkil  edən 
xaosu özündə təmsil edir və kosmosa daxil olur. Bu nümunədə kosmos “Yalançı 
dünya”dır.  Çünki  əgər  iki  zəruru  və  minimum  struktur  elementindən  biri-
Təpəgözün xaos elementi olması  məlumdursa, o zaman  yerdə qalan,  yəni  “Ya-
lançı dünya” kosmos olacaqdır. Beləliklə, Təpəgöz oğuz kosmosuna –“Yalançı 
dünya”ya  daxil  olur  və  onu  sosial  səviyyədə  simvolizə  edən  Oğuza  qarşı  çıxır. 
Yeni kosmosun qurulması və Oğuzun xilası Basat vasitəsilə gerçəkləşdirilir.  
 ”Yalançı  dünya  yüzündə  bir  ər  qopdı”  (8,  100)  cümləsində  ifadə  olunan 
fikir “dünyaya bir adam gəldi” deməkdir. Buradakı dünya ritual məkanının hafi-
zələrdən  silinməmiş  izlərini  özündə  saxlayam  oyun  dünyasıdır.  Buradakı  “bir 
ər”  qeyri-müəyyəndir  və  xaos  elementinin  kosmosa  daxil  olmasını  göstərir. 
Təpəgöz xaos elementi kimi kosmosa daxil olur və onu dağıdır. Kosmos özünü 
xaos elementindən mühafizə etməyə çalışır, Basat vasitəsilə Təpəgözü öldürərək 
ondan  xilas olur və özünü  yenidən  bərpa edir.  Kosmos  müvəqqəti olaraq quru-
lur, dağılır və hər dəfə yenidən xaosdan keçərək onda qurulur. Kosmos saydığı-
mız  bu  dünya  müvəqqəti  dünyadır,  qarının  dediyi  “Yalançı  dünya”dır,  Qorqu-
dun dediyi  “Fani dünya”dır. Xaos isə tam əksinə, daimidir və  içində kosmosun 
qurulmasını  təmin  edir.  Bu  yalançı  dünyanın,  fani  dünyanın,  gəlimli-gedimli 
dünyanın son ucu ölümlüdür. Tanrıçı oğuzların təsəvvüründə qiyamət anlamına 
gələn  “sağış günü” də var. Oğuzlar bunu bilir və  əbədi dünyaya  “uçmaq” üçün 
yum verirlər, behiştə gedə bilmək üçün dua edirlər.  
S.Rzasoya  görə,  “Basat-Təpəgöz”  boyu  oğuz  mifoloji  dünya  modelinin 
kosmoloji  strukturunun qorunub qaldığı təkcə bu  faktla əlamətdar deyildir. Bu-
rada  Kosmos-Xaos  qarşıdurma  qoşası  kosmoloji  məkan  strukturu  səviyyəsində 
məhz öz “Oğuz-Yalançı dünya” adı  ilə tam bərpa oluna bilir” (8, 185). Burada 
Təpəgözün aid olduğu dünya özünün xaos xarakterli olması, xtonik elementlərlə 
zənginliyi  və  demonoloji  fəaliyyəti  ilə  səciyyələnir.  Bu  da  xaos  mifinin,  mifdə 
xaosun, eposda xaos obrazının aşkarlanmasına imkan verir. Əlbəttə, bu mifoloji 
dünya  modelinin  paradiqmatik  stukturunu  təşkil  etməkdədir.  Burada  mifin 
strukturu həm epos paradiqmasında, həm də özünün paradiqmatik  strukturunda 
müşahidə olunur. 
“Yalançı  dünya”  “Təpəgözün  mənsub  olduğu  xaosu  bildirmək  üçün  işlə-
dilmir. Təpəgözün yaşadığı mağara xtonik məkanı-yeraltını bildirir və oğuz kos-
mosuna  qarşı  durur.  Oğuz  mifində  dünya  şaquli  strukturuna  görə  üç  elementin 
iki tərəfli qarşıdurmasından ibarətdir: Göy-Yerüstü-Yeraltı (7). 
Belə ki, boyda Təpəgözlə Basat arasında Basatın kimliyi barəsində dialoq 
olurTəpəgöz onun mənsub olduğu dünyanı soruşur: 
“Qalarda-qoparda yigit, yerin nə yerdir? (10, 102). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə