Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə25/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     58 
 
 
N.Nərimanova  və  tərəfdarlarına  –  azərbaycanlı  kommunistlərə  verəndə  güman 
etmişdilər  ki,  müstəqillik  qorunub  saxlanacaqdır.  Bolşeviklərin  milli  proqramı-
na, Leninin “Müstəqil Azərbaycan” ideyasına inanan N.Nərimanov da bu ümid-
lə Bakıya qayıtmış, rəhbər vəzifə tutmağa razı olmuşdu. Bu münasibətlə 1922-ci 
ildə Türkiyədə mühacirətdə olan Əhməd Ağaoğlu N.Nərimanova müraciətlə ya-
zırdı:  “Sizin  kimi  doğru  və  səmimi  bir  şəxsin  bütün  türk  aləminin  keçirməkdə 
olduğu fəci böhran zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün 
faydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi iş başındasınız... 
və ikimiz də daşıdığımız fikir və qənaətlər içərisində hər şeydən üstün olan türk-
lüyə xidmətdəyik” (3, s.69). 
Həmin dövrün siyasi rəhbərliyində N.Nərimanov başda olmaqla sağ cinah-
da duranlarla sol cərəyan – Sarkis (A.Ter-Danilyan), A.Mikoyan, V.Lominadze, 
K.Yeqorov və b. qarşı-qarşıya dayanmışdılar. Ədəbiyyatşünas-alim Yaşar Qara-
yevin yazdığı kimi, “N.Nərimanovun şəxsində milli şüurun KP ilə qarşıdurması 
da iyirminci ilin mayından başlayır. Sonralar da onun bütün dörd illik fəaliyyəti 
Stalin, Kaminski, Kirov, Orconikidze, Mikoyan, Sarkis və Mirzoyanın timsalın-
da hakim KP xətti ilə mübarizədə keçir” (4, s.654-655). Sağlar (nərimanovçular) 
milli  amilin, Azərbaycan  mənafeyinin gözlənilməsi  mövqeyində dayanmışdılar. 
Sollar isə sürətlə bolşevikləşdirmənin tərəfdarı idilər. Mərkəzin (Moskvanın) nü-
mayəndələri – S.Orconikidze, S.M.Kirov, İ.Stalin, V.Stasova “sollar”a arxa du-
rur və kömək edirdilər. 1920-ci ilin oktyabrında Q.Polonski Azərbaycan K (b) P 
MK-nın  birinci katibi təyin edildi. Bu təyinatla Azərbaycanın  bilavasitə Rusiya 
canişinləri tərəfindən idarə edilməsi dövrü başlandı. Noyabrda mərkəzin mövqe-
yini  möhkəmləndirmək  üçün  S.Orconikidze  “ümumi  siyasi  rəhbərliyi  öhdəsinə 
götürmək  şərtilə”  Bakıya  göndərildi.  Bu,  N.Nərimanovun  mövqeyinə,  onun 
siyasi nüfuzuna vurulan zərbə idi.  
1920-ci  il  aprelin 28-də  AK(b)P MK  Azərbaycan Müvəqqəti İnqilab  Ko-
mitəsini  Azərbaycanın  ali  siyasi  hakimiyyət  orqanı  elan  etdi.  İnqilab  Komitəsi 
elə  ilk  müraciətdən  XI  Orduya  qarşı  silahlı  müqavimət  göstəriləcəyi  təqdirdə 
terrora  əl  atacığını  bəyan  etdi.  Lakin  ilk  günlərdə  nə  xalq,  nə  də  milli  ordu 
tərəfindən XI Orduya qarşı elə bir ciddi müqavimət göstərilmədi. Bu, isə bir sıra 
obyektiv və subyektiv səbəblərlə bağlı idi:  
1)  hadisələrin  mahiyyətini  dərk  edən  və  işğalçı  qoşunlara  qarşı  çıxmağa 
qadir  olan  qüvvələr  başa  düşürdülər  ki,  yaranmış  qüvvələr  nisbətində  müqavi-
mət mənasızdır və saysız qurbanlarla nəticələnə bilər;  
2) 1918-ci ilin mart qırğınının dəhşətlərini yaşayanlar vahimə keçirir, dağ-
lara, meşələrə çəkilir və bu işin hansı sonluqla qurtaracağını gözləyirdilər; 
3) Azərbaycanda  yaşayan çoxsaylı rus, erməni  və digər  millətlərin  nüma-
yəndələri  XI  Ordunun  timsalında  özlərinin  müdafiəçilərini  görür  və  yaranmış 
qeyri-milli hökumətə üstünlük verirdilər. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     59 
 
 
4) işğalçı XI Ordunun önündə gələn türkiyəli zabitlər xalqa bildirirdilər ki, 
ordu Azərbaycanda qalmayacaq və buradan keçib Anadoluya, ölüm-dirim savaşı 
aparan Türkiyəyə köməyə gedəcək. 
5) Azərbaycan hökuməti xalqa baş verən hadisələrlə bağlı müraciət etmə-
di. Bu səbəbdən xalq ilkin dövrdə nə baş verdiyni anlaya bilmədi. 1920-ci il ap-
relin  27-dən  avqustun  25-dək  Azərbaycanın  16  qəzasında  İnqilab  Komitələri 
təşkil edildi. Bu komitələrdə fəaliyyət göstərən 70 nəfərdən 41-i kommunist idi 
(5, s.91). 
Aprel  çevrilişindən  sonra  Azərbaycanda  ilk  dövrdə  ali  qanunverici  və 
icraedici  orqan  kimi  Müvəqqəti  İnqilabi  Komitəsi  elan  edilmişdi.  Onun  tərkibi 
əsasən azərbaycanlılardan ibarət idi: N.Nərimanov – sədr, M.Hüseynov, Ə.Qara-
yev, H.Sultanov, A.Əlimov. Sovet Rusiyası Xalq Milli İşlər Komissarlığı Kolle-
giyasının üzvü olan N.Nərimanov Leninin göstərişi  ilə Zaqafqaziya  müsəlman-
larının  işləri  üzrə  komissar  təyin  olunmuşdu  .O, Bakıya  mayın  16-da  gəlmişdi. 
İnqilab  Komitəsi  aprelin  28-də  öz  qərarı  ilə  respublikanın  yeni  hökumətinin  – 
Xalq Komissarları Şurasının tərkibini təsdiq etdi. Yeni hökumətin sədri və Xalq 
Xarici  İşlər  Komissarı  N.Nərimanov  olsa  da,  bu  zahiri  xarakter  daşıyırdı.  Əsl 
həqiqətdə Azərbaycanda aprel çevrilişi nəticəsində hər birinin öz məqsəd və mə-
nafeyi  olan  müxtəlif  siyasi  qüvvələr  hakimiyyətdə  təmsil  olunmuşdu.  Bunları 
şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: 
a) Moskvanın siyasi  xəttini  Azərbaycanda həyata keçirən  müxtəlif  millət-
lərin nümayəndələrini təmsil edən qüvvələr; 
b) «Beynəlmiləlçi» azərbaycanlı bolşeviklər; 
c)  Xalqın  azadlıq  yolunu  sosializmdə  görən  milli  hissli  və  milli  baxışlı 
kommunistlər; 
ç) Siyasi çevrilişdən istifadə edib, Respublikada hakimiyyətə gəlmiş və in-
tiqam hissi ilə fəaliyyət göstərən erməni kommunistlərindən ibarət qüvvələr. 
Dəyişikliklər  həyata  keçirilərkən  yerli  şəraiti,  milli  adətənənələri,  dil  və 
din amillərini nəzərə almağı tələb edən N.Nərimanov hesab edirdi ki, respublika 
azərbaycanlı  kommunistlər  tərəfindən  idarə  olunmalıdır.  O,  bildirirdi  ki,  Azər-
baycanın  milli  simasını  səciyyələndirən  cəhətlər  ciddi  surətdə  saxlanılmalı  və 
gücləndirilməlidir. Azərbaycanın  «simasızlaşdırılmasının» qəti surətdə əleyhinə 
olan N.Nərimanov və onun tərəfdarları bütün hakimiyyəti əslində öz əlində cəm-
ləşdirmiş  Kommunist  Partiyasının  rəhbər  orqanlarında  azlıq  təşkil  edirdilər. 
Azərbaycanda fəaliyyət göstərən kommunistlərin əsas hissəsi qeyri-azərbaycan-
lılardan  ibarət  olduğu  üçün  respublikanın  müstəqilliyinin  müvəqqəti  hal  oldu-
ğunu öz əməllərində sübut edirdilər. Milliyyətcə erməni olan kommunistlər çox 
böyük  səlahiyyətli  Bakı  Partiya  Komitəsinin  ətrafında  birləşərək  öz  məkrli 
niyyətlərini  həyata keçirmək  istəyirdilər. Onlar 1920-ci  il  mayın 5-6-da keçiril-
miş  birinci  Ümumbakı  partiya  konfransında  şəhər  partiya  komitəsinə  və  onun 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə