Dədə Qorqud ● 2015/I I 64
Əlbəttə, bütün bunlar bolşevik təbliğatı idi, əsil həqiqətdə isə Azərbaycanın
bütün hüquqları əlindən alınmışdı. Belə ki, xarici işlər, hərbi-dəniz, yol-rabitə,
poçt və teleqraf, maliyyə, xarici ticarət, ərzaq və neft komissarlıqları ləğv edilib,
onların funksiyaları ZSFSR və SSRİ-nin müvafiq xalq komissarlıqlarına ve-
rilmişdi. 1921-ci ildə I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmiş
Azərbaycan Konstitusiyası əsasında yaradılmış 17 xalq komissarlığı saxlanıl-
mışdı.
Elə bu vaxtlar N.Nərimanov V.İ.Leninə yazırdı: «Əziz Vladimir İliç, görə-
sən «Müstəqil Azərbaycan» sözü sizin ağzınızdan çıxmayıbmı? … Çoxmilyonlu
xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz» (1, s.310). Lakin bu zarafat
deyil, Rusiya imperyasını bərpa etmək yolunda həyata keçirilən siyasətin real
təcəssümu idi. Məhz bu siyasətlə nəinki Azərbaycanın müstəqilliyi əlindən
alındı, hətta onun ərazi bütövlüyünə də qəsd edildi. Azərbaycanın bolşevikləş-
məsindən sonra Qarabağa, Naxçıvana, Zəngəzura və b. bölgələrə erməni təca-
vüzü davam edirdi.
2. 1920-ci il Aprel çevrilişindən sonra Azərbaycanda ədəbi-mədəni
durum
XX əsrin 20-ci illərində milli oyanış və istiqlal düşüncəsi qısa bir zaman
kəsimində əvvəlcə Azərbaycanın ictimai-mədəni həyatının ayrılmaz tərkib
hissəsinə, daha sonra isə hərəkətverici qüvvəsinə çevrilir. Məhz bu prosesin
qanunauyğun nəticəsi olaraq əsrin ikinci onilliyin sonlarında qısamüddətli bir
dövrdə – 1918-1920-ci illərdə olmuş olsa da, Azərbaycan müstəqillik qazanır.
Lakin az keçmədən keçmiş çar Rusiyasında gedən qırmızı inqilabın işğalçı
“Qızıl ordu” hissələri bolşevik bayraqları altında Bakıya daxil olur və beləliklə
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyulur. 1920-ci ilin aprel
inqilabı(Aprel çevrilişi) Azərbaycanda sovet hakimiyyətini bərqərar edir və qar-
şıdan gələn yetmiş illik uzun bir zaman ərzində Azərbaycan rus imperiyasının
yeni bir forması olan Sovet İttifaqının tərkibində “suveren” –“müstəqil” respub-
lika statusunda yer alır.
Bu dövrdə Azərbaycanda sosial və mədəni quruculuq, o cümlədən mədə-
niyyət, incəsənət və ədəbiyyat sahələrində bir sıra nailiyyətlər əldə edilmişdi.
Qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan folkloru və ədəbiyyatı
həmin dövrlərdə proletkultçuluğun təsirlərindən yan keçə bilməmişdi. Ümumiy-
yətlə, bu illərdə şair və yazıçıların əksəriyyəti respublika quruluşuna rəğbət bəs-
ləyirdilər. Nəinki rəğbət bəsləyir, hətta fəal həyat mövqeyi tutaraq bu məsələni
təhlil də edirdilər (7, s. 121).
Fəhlə-kəndli hökuməti sayılan Sovet hakimiyyəti özünün sadə xalqa, qara
camaata, o zamanın təbirincə deyilərsə, “əsrlər boyu istismarçıların zülmü və
əsarəti altında inildəmiş” zəhmətkeş kütlələrə bağlı bir quruluş olduğunu sübut
Dədə Qorqud ● 2015/I I 65
etmək üçün mövcudluğunun ilk illərindən başlayaraq aşağı təbəqələrin mənəviy-
yat və dünyagörüşünə bağlı olan dəyərlərə xüsusi qayğı ilə yanaşmaq istiqaməti
götürdü. Başqa mənəvi-mədəni sahələrdə olduğu kimi ədəbiyyat işində də “sa-
ray ədəbiyyatı” və “xalq ədəbiyyatı” meyarları tətbiq olundu. Həmin dövrün
məşhur “proletkultçuluq” nəzəriyyə və hərəkatına görə “saray ədəbiyyatı” yuxa-
rı təbəqələrə, istismarçı siniflərə, “xalq ədəbiyyatı ” isə yazıb-oxumaq bilməyən
sadə xalqa, istismar olunan zəhmətkeş “qara camaata” məxsus idi. Bu səbəbdən
də nadir istisnaları çıxmaq şərti ilə bütövlükdə klassik yazılı ədəbiyyat “saray
ədəbiyyatı” damğası ilə arxa plana atılır, “xalq ədəbiyyatı” – folklor isə zəhmət-
keş təbəqələrin yaradıcılıq məhsulu kimi önə çəkilirdi.
Bolşevik mətbuatı elə ilk illərdəncə “rədd olsun qəzəl, əruz ədəbiyyatı”
şüarı ilə çıxış edərək qəzəl-əruz sisteminə bağlı ədəbiyyatı yasaqlayır, buna qar-
şılıq olaraq şifahi xalq ədəbiyyatının toplanılıb yazıya alınmasının zəruriliyini
əks etdirən silsilə məqalələr nəşr edirdi. Göründüyü kimi, sovet dövlətinin siya-
si-ideoloji mövqeyi bütün əvvəlki tarixi dönəmlərdə ikinci dərəcəli sayılan şifahi
ədəbiyyatın ön plana çəkilməsi, zəhmətkeş xalqla bağlı olduğu üçün birinci də-
rəcəli sayılması imkanını yaratmışdı.
Sovet Azərbaycanında siyasi-ideoloji konsepsiyanın göstərdiyi istiqamət
üzrə hərəkət etmək üçün müəyyən təsisatlar və elmi-yaradıcı təşkilatların qurul-
masına zəruri ehtiyac hiss olunduğundan əvvəlcə bolşevik mətbuat (məsələn,
“Kommunist”, “Yeni yol”, “Azərbaycan kolxozçusu” və başqa qəzetlər), yara-
dıcı təşkilatlar (“Azərbaycan Ədəbiyyat Cəmiyyəti”, Proletar Yazıçıları İttifaqı),
eləcə də təhsil ocaqları (Dövlət Universiteti, Konservatoriya) nəzdində xalq ya-
radıcılığı qurumları və ya qrupları yaradılırdı. Bu yöndəki qaynar fəaliyyətin ta-
rixi inikasını həmin illərdə “Ədəbiyyat qəzeti”, “Kommunist”, “Yeni yol” və
“Azərbaycan kolxozçusu” qəzetlərinin, eləcə də “Dan ulduzu”, “Maarif işçisi”,
“İnqilab və mədəniyyət”, “Azərbaycanı öyrənmə yolu” məcmuələrinin səhifələ-
rində geniş yer almış folklor örnəklərinin mənzərəsindən açıq şəkildə görmək
mümkündür. Dövrün ədəbi-mədəni həyatına yaxından diqqət yetirsək, görərik
ki, “Ədəbiyyat qəzeti” demək olar ki, hər nömrəsində xalq ədəbiyyatı örnək-
lərinə geniş yer ayırır, bir çox hallarda isə xüsusi olaraq “Xalq ədəbiyyatı” səhi-
fəsi verirdi. “Kommunist” qəzeti kimi sırf siyasi istiqamətli bir mətbuat orqanı-
nın 1923-cü ildən başlayaraq “Xalq ədəbiyyatı həyatdan doğar” rubrikası altında
xüsusi folklor səhifəsi nəşr etməsi dövlət siyasəti səviyyəsində bu məsələyə nə
qədər böyük əhəmiyyət verildiyinin əyani göstəricisi idi (8).
Qeyd etmək lazımdır ki, 1925-ci ildə “Yeni yol” qəzeti respublikanın bü-
tün rayonlarındakı təhsil və mədəniyyət müəssisələrinə şifahi xalq ədəbiyyatı
nümunələrinin toplanılması üçün uyğun proqram və təlimat göndərmişdi. Həmin
təlimat əsasında Azərbaycanın əksər bölgələrində folklor nümunələrinin topla-
nılması işi həyata keçirilirdi. Bu materiallar redaksiyanın ünvanına göndərilir,
onlardan seçmə örnəklər ardıcıl şəkildə qəzetdə çap olunurdu (9, s. 9-12). Bu iş
Dostları ilə paylaş: |