Dədə Qorqud ● 2015/I I 70
AzOZFAN 1936-cı ildən SSRİ EA-nın Azərbaycan Filialı adlanmış, 1945-ci
ildən isə müstəqil akademiya – Azərbaycan SSR Elmlər Akademiyası statusuna
qaldırılmışdır (21, s.48). Göründüyü kimi sadalanan çeşidli adlar altında fəaliy-
yət göstərən bu elmi-təşkilati qurum əslində mahiyyət etibari ilə Azərbaycanda
Elmlər Akademiyasının ilk təməl daşı sayıla biləcək bir təsisat idi.
Əhatə dairəsi geniş miqyasa malik olan Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin xüsusi diqqət yetirdiyi əsas istiqamətlər içərisində şifahi xalq
ədəbiyyatı materiallarının toplanılması, nəşri və tədqiqi də önəmli yer tuturdu.
Cəmiyyətin bu yöndəki fəaliyyəti “Tarix və etnoqrafiya” şöbəsi nəzdindəki
“Folklor komissiyası” tərəfindən istiqamətləndirilirdi.
Folklor komissiyasına rəhbərlik edən Hənəfi Zeynallı ayrı-ayrı bölgələrə
elmi ezamiyyətlərin təşkil olunması, eləcə də ezamiyyətlərin nəticələrinin müza-
kirəsi işinə xüsusi diqqət yetirir, bu sahədəki fəaliyyətin elmi əsaslarda qurul-
masına var qüvvə ilə çalışırdı. Onun dövri mətbuat və ədəbi orqanlarda nəşr
etdirdiyi “Ağız ədəbiyyatı”, “Azərbaycan folkloru”, “Azərbaycan atalar sözü və
məsəlləri”, “Azərbaycan tapmacaları” sırasından olan dərin məzmunlu məqalə-
lərində folklorun toplanıb yazıya alınmasının üsul və vasitələri üzərində ayrıca
dayanırdı.
Görkəmli folklorşünas “Maarif işçisi” jurnalının 1926-cı ildə çıxan səkki-
zinci sayında folklor işi sahəsindəki mövcud vəziyyəti və perspektiv istiqamət-
ləri təhlil edərək yazırdı: “Toplayanlar geniş xalq təbəqəsi içərisinə girərək bu
materialı olduğu kimi alıb yazmayırlar. Yəni hər bir yerin özünəməxsus bir
şivəsi, bir leksikonu olduğu halda, o məhəllənin leksikonunu, ifadə şəklini, bədii
görüşlərini, cümlə quruluşunu, səslərdəki dəyişmələri tamamilə göstərmək üçün
hər bir kəsdən eşidilən bu materialları söyləyən adamın söyləyişini eynilə zəbt
etməyirlər” (22, s.28). Bu günün özündə də folklor toplayıcılığı sahəsində ak-
tuallığını qoruyub saxlayan bu elmi mülahizə, təəssüf ki, nə həmin dövrdə, nə də
sonrakı onilliklərdə lazımi səviyyədə diqqətə alınmamışdır. Bu səbəbdən də
uzun bir zaman ərzində folklor materiallarının dili ədəbi dilə yaxın bir ölçüyə
tabe etdirilmişdir ki, həmin cəhət sovet dönəmindəki folklor nəşrlərinin ən mü-
hüm qüsurlarından biridir.
Folklor komissiyasının sədri kimi Hənəfi Zeynallının diqqət yetirdiyi ikin-
ci bir məsələ-çoxvariantlılıq prinsipini nəzərə alaraq bir folklor mətninin bir çox
başqa variantları ilə birlikdə yazıya almaq zərurəti də olduqca diqqətçəkici idi:”
Öz təcrübəmdən göstərəcək olursam, eyni nağılın iki nağılçı tərəfindən müxtəlif
şəkildə yazıla bildiyini qeyd etmək lazım gəlir.”
Göründüyü kimi, ana mətnin müəyyənləşməsi üçün çox sayda variantların
yazıya alınması zərurətini irəli sürən Hənəfi Zeynallı bu yolla həm də zəngin
folklor arxivi yaradılmasına imkan açmağı düşünürdü. Folklor komissiyası səd-
rinin yuxarıdakı mülahizələri elmi ezamiyyə və ekspedisiyalar qarşısında nə
qədər ciddi tələb və vəzifələr qoyulduğunun da əyani ifadəsidir. Bu onu göstərir
Dədə Qorqud ● 2015/I I 71
ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklorun toplanması və nəşri
sahəsindəki fəaliyyəti ciddi elmi-nəzəri prinsiplər əsasında həyata keçirilmişdir.
İyirminci illərdə Hənəfi Zeynallı, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəmin-
li, Rəşid bəy Əfəndizadə, Salman Mümtaz, Hümmət Əlizadə, Əmin Abid, Ab-
dulla bəy Divanbəyoğlu (Sübhanverdixanov) və başqa folklorçuların, eləcə də
bu işə xüsusi maraq göstərən həvəskar toplayıcıların Azərbaycanın müxtəlif böl-
gələrinə uzunmüddətli səfərlərə – elmi ezamiyyətlərə yollanması və külli miq-
darda folklor materialları toplanması barədə ATTC-nin arxiv sənədlərində lazı-
mi qeydlər aparılmışdır (21, s.86-91).
İyirminci illərdə işıq üzü görən folklor kitablarının böyük əksəriyyəti mü-
vafiq elmi strukturlarda çalışan tədqiqatçılarının rəsmi plan işi olmuşdur. Bu isə,
təbii ki, Azərbaycanda bu sahədə keyfiyyətcə yeni bir mərhələnin başlandığını
göstərirdi.
İşin elmi nəticəsi. Bəhs edilən tarixi dövrdə proletkultçuluq Azərbaycan
folklorunda və ədəbiyyatında bu və ya digər şəkildə özünü göstərməyə başladı.
Proletkultçuluq və onun folklor və ədəbiyyatda özünü göstərmə xüsusiyyətləri,
onun başlıca müddəaları məqalədə öz əksini tapmışdır.
İşin elmi yeniliyi. XX əsrin 20-30-cu illərində Azərbaycan folklorunda və
ədəbiyyatında proletkultçuluq ənənələri getdikcə daha geniş vüsət almağa baş-
ladı. Bu dövr Azərbaycan ədəbiyyatında mövcud olan bu ənənənin ətraflı şə-
kildə öyrənilməsi məqalənin başlıca elmi yeniliyidir.
Tətbiqi əhəmiyyəti. Məqalədən XX əsr Azərbaycan folklorunda və ədə-
biyyatında proletkultçuluq ənənələri ilə məşğul olan, bu sahədə araşdırma apa-
ran alimlər, mütəxəssislər, ali məktəb tələbələri və magistirləri istifadə edə bi-
lərlər.
ƏDƏBİYYAT
1. Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə (XIX-XXI
əsrin əvvəli). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2010, 545 s.
2. İbrahimov Z. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi.Bakı,
Azərnəşr,1970,526 s.
3. Şəmsizadə N. Seçilmiş əsərləri. I cild, Elm, nəşriyyatı. 2008, 560 s.
4. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, Sabah, 1996, 712 s.
5. Əhmədov X. Azərbaycanda sovetlərin yaranması və möhkəmləndirilməsi
(1920-1925-ci illər). Bakı, Azər.SSR EA nəşr, 1966, s. 186.
6. Quliyev C. K istorii obrazovaniə Vtoroy respubliki Azerbaydjana. Baku, Elm,
1997, 374 s.
7. Əliyev K. Ədəbiyyat tarixinə bir baxiş. Bakı, “Elm və təhsil”, 2013, 302 səh.
8. Əliyeva-Kəngərli A. “Azərbaycan folklor kitabı” və folklorşünaslığın
təşkilatlanması problemi.Lit. az portalı, 27.06.2008
9. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər), Bakı, ADPU
nəşri, 1997.
10. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1982.
Dostları ilə paylaş: |