Dədə Qorqud ● 2015/I I 75
3.
Nəhayət islamda Burkut artıq bu mərhələdə tamamilə məhv edilib sı-
radan çıxmır, ancaq kult olaraq arxa plana kecir və islam ücün daha təhlükə ya-
ratmır.
İslamın dini təlim kimi müəyyən ritual, diskursiyaları əslində ilkin inam
və etiqadlardan qaynaqlanır. Bu baxımdan İslama trnasformasiya olunan bir çox
sakral formullar türk dünyaduyumu üçün bəlli olduğundan burada yeni motivdə
tənzimlənir və modelləşirdi.
İslamın bütöv böyük bir dini sistem olaraq ədəbiyyata, mədəniyyətə təsiri
müxtəlif zamanlarda fərqli ədəbi ötürülmə mexanizmlərilə müşahidə olunur.
“Ənənədən gələn ünsürlərlə” (7, 32), dini motiv, hadisələr, Quran təlimi, ayrı-
ayrı mifoloji obraz və elementlər poetik üsul, vasityə daxil olan İslam diskursu
burada yeni bədii təfərrüatlarda çıxış edir. Azərbaycan xalq şeiri, onun sənətkar-
lıq məsələləri, poetikasında islami motivlərin yer almasını şərti olaraq aşağıdakı
şəkildə qruplaşdırmaq mümkündür:
1. Dinin qəbulu, başlıca olaraq islam şəhadətinin lirik mətnlərin poetik
strukturunda yer alması;
2. İslam din xadimləri, peyğəmbərlərlə bağlı inancların bədii sənətkarlığın
vasitəsinə çevrilməsi;
3. Mifoloji vaxt, zamanın poetikləşməsi;
4. Mifoloji məkanın poetikləşməsi;
5. İslam dininə bağlı digər dini elementlərin xalq şeirində obrazlaşması;
İslamın böyük mədəniyyətlərə təsiri ilk növbədə dinin başlıca təlim sis-
temi – islamın qəbulu, onun ehkamlarının təbliğinə bağlanması ciddi siyasi təc-
rübəyə əsaslanmışdır. Bu mənada xalq şeirində islam motivləri mürəkkəb kon-
struksiyalarda poetikanı şərtləndirən başlıca üsul olmaqla, həm də dövrün islami
siyasətini öz axarında təbliğ etmişdir. İlk öncə İslamda şəhadət dinin əsas eh-
kamlarından olmaqla həm təkallahlığın ifadəsi, həm də islamı qəbul etməyin
başlıca ritualıdır. İslam şəhadəti “La ilahə illəllah” – “Allahdan başqa heç bir
ilahi varlıq, tanrı yoxdur” – formulu müsəlmanların bütün ibadətlərində, azana
daxil olmaqla işlədilməkdədir. Xalq dünyagörüşü, təsəvvürlərinə qoşulan bu di-
ni motivlər sonradan folklor lirikasında möhkəmlənməklə nəğmələrin struktur-
semantikasında “verbal magiyanın elementinə” (8, 77) çevrilmişdir. Xalq məra-
simləri – “yağış yağdırma”, toy, doğum mərasimi nəğmələrində İslam şəhadəti
formul olaraq lirik mətnlərin struktur tərkibinə qoşulmuşdur. Şəki-Zaqatala fol-
klorunda müşahidə edilən “yağış yağdırma” mərasimi, konkret olaraq İslam
şəhadətinə – “Lailah gəzdirmək” (yəni, İslam şəhadətini söyləməklə Allahdan
arzu diləmək – M.M.Abbasova) oyun mərasimi kimi də adlandırılmışdır. Oyu-
nun qaydasına görə, “14-18 yaşlı oğlanlar bir qucax gəndalaş qırıb gətirirdilər.
Sonra gəndəlaşın yoğun hissəsini bir yerdə möhkəm bağlayırlar. Oğlanlardan
biri üst paltarını soyunub həmin bağlamanın içinə girir. Qalan oğlanlar da onu
evbəev gəzdirib xorla ucadan nəğməni oxuyurlar:
Dədə Qorqud ● 2015/I I 76
La-ilahə-illahlah,
Yağış yağsın, ya Allah,
Bolluq olsun, ya Allah.
...Dəstə gəlib qapıyı çatanda suyu gəndalaşın içindəki oğlanın üstünə
əndərib deyərlər:
– Aman, ya Allah! Bax, belə yağış yağsın, bolluq olsun!” (3, 31). Yağışı
yağdırmaq üçün oxunan ovsun-nəğmənin İslam şəhadəti ilə formula edilməsi
burada insanın Allaha səslənmədəki magik söz sehrindən qaynaqlanır. Şəhadət
Allahın təklik və böyüklüyünü bildirdiyindən, insan da susuzluqdan dəf olun-
ması, yağışın yağdırılması sehrini eyni fövqəl gücdə axtarır. İslam Allahına ta-
pınma, onun qəbulu şəhadət formulunda doğum mərasim nəğmələrində də mü-
şahidə olunur. Doğuşun uğurla başa çatması, uşaq, ananın sağlamlığı və s. mo-
tivlərdə oxunan doğum nəğmələrində İslamı şəhadəti bilavasitə peyğəmbərin
dünyaya gəlişi, müqəddəsliyi, Allahın qüdrət və iman mətləblərində xatırlanılır.
Şeir texnikasında uyğun təkrarlar, assonans və alliterasiyalar və s. möv-
cudluğu ahəngdarlıq yaratmaq, ritmikliyin qorunması məqsədilə həm də mətn
parçalarının əlaqələndirilməsi rolundan da çıxış edir. Qeyd olunan xalq şeiri
numunələrində bəzən bu təkrarlar dini diskursda “sözün sehrli qüvvəsini güclən-
dirmək üçün sadəcə təkrarlanır”. Ənənəvi nəğmə mətnində çağrışlar təkrarlarla
poetik dilin özünəifadə formasında daha çox emosionallığa xidmət edir. Xalq
mərasimlərindən olan “Qodu-qodu” nəğməsində oxunan nəğmə mətnlərinin ar-
dınca xorla ifadə edilən “Allah! Allah!” təkrirləri bu baxımdan islam şəhadətinin
yerinə işlədilməklə məlum şeir parçasının mifik yanaşmada yeni bir layını təşkil
edir. Nəğmə mətnində Allaha müraciətin xüsusi bir şəkildə – xorla aparılması
əslində şeirin lirik intonasiyasında formal vasitəyə çevrilməklə həm də, dini-
magik çağırışda mərasimin məntiqi-semantikasını formalaşdırır.
İslam dini, dinin başlıca mifoloji, ritual, inam atributları bəzən kompleks
yanaşmada bütöv şeiri əhatə edir. Bu tip mətnlər xalq ədəbiyyatında daha çox
ovsun xarakterli dualar üçün səciyyəvidir. Ahıska türk folklorunda seçilən aşağı-
dakı «dua» mətnində dini-mifoloji obraz, silsilə motivlərlə verilməklə, çağırış
ekspressivliyində ifadə edilir:
Salxum-salxum Şəhəmmət,
Bir səvdügin Məhəmmət.
Yazi yazar əlləri,
Quran oxur dilləri.
Xasbaxçanın gülləri.
Ötüşür bülbülləri,
Cənnətdə bir qapi var,
Üstündə xancar – sapi var.
Cənnətdə bir quyi var,
İçində Zəmzəm suyi var.
Dostları ilə paylaş: |