Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə34/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   30   31   32   33   34   35   36   37   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     77 
 
 
Oni içər dərvişlər, 
Allah-Allah demişlər, 
Allah dedim oyandım, 
Sufralara boyandım, 
Əlif-Quran başidur, 
Cümləmizin işidur. 
Kim bu duayi oxusa, 
Yarın cənnət quşudur (1,27). 
Xalq məişətimizdə xəstəliklərin dəfi ilə bağlı ovsunların yaranmasında da 
islam düşüncəsindən gələn “formullu mətnlər” daha cox xarakterikdir: 
Yataram sağıma, 
Dönərəm soluma, 
Sığınnam sübhanıma. 
Bizdən salam olsun  
On iki imamımıza. 
Hasarbahasar olsun, 
Üstü təbəərək Allah. 
Mələhlər şahid olsun 
Dinimizə və imanımıza. 
Yeddi məleykəyə salam olsun. 
Əvvəli əlhəmdullah, 
Kilidi qülvhəllah.(22) 
İslam  övliyaları,  din  xadimləri,  ayrıca  peyğəmbər  və  onun  əshabələrinin 
xalq şeirində obrazlaşdırılması onların  möcüzə  və müqəddəsliklərinə olan  inam 
və etiqaddan irəli gəlməkdədir. Müşahidələr göstərir ki, Məhəmməd peyğəmbər 
və Əli  ibn Əbu Talub  xalq şeirində  xüsusilə  ehtiramla  yad edilib, onlara pənah 
aparılmaqdadır. Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni olan Əli İslam 
tarixinin  ən  ziddiyyətli  simalarındandır.  Möminlər  arasında  cəsurluq,  xeyirxah-
lıq timsalına çevrilən övliya şiəlikdə Məhəmməd  hakimiyyəti və  Allahla əlaqə-
nin  bilavasitə  varisi  kimi  qəbul  olunmuşdur.  Xalq  arasında  toplanan  onlarla 
rəvayətlərdə də Əli Məhəmmədin gizli meraclarından xəbər tutan, hətta Məhəm-
məddən öncə Allahla kəlmələşib, peyğəmbərlə meracda süfrə arxasında əyləşən 
bir övliya olaraq əfsanələşdirilir. Bu baxımdan Məhəmməd peyğəmbər və Əliyə 
səslənməklə  ondan  mədəd  umma  xalq  bayatılarında  daha  geniş  şəkildə  yayıl-
mışdır: 
Dərvişəm, kəskülüm var,  
 
  
Əzizim çək, məni çək, 
Bir bağda beş gülüm var.  
 
  
Dizindən çəkməni çək. 
Səslərəm mövla “Əli”,   
 
 
Düşdüm qəm dəryasına 
Sən anan müşkülüm var (21).    
 
Ya Əli, çək, məni çək (20). 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     78 
 
 
Aftafa vurdum daşa, 
Qum qovrula, su daşa 
Ya “Məhəmməd”, ya “Əli” 
Yazılıbdır bu daşa (20). 
Həzrəti Əlinin  xalq rəvayətlərində simvollaşdırılan əsatiri qılıncı (xəncər, 
bıçağı)  ovsun  nəğmələrinin  məzmununa  qoşulmaqla  öz  sakral  gücünü  əfsun, 
sehri  dağıtmaq,  məhv  etməkdə  xüsusi  obraza  cevrilir.  Xalq  məişətində  “Qurd 
ağzı bağlama” və “İlan duası” ilə bağlı alınan ovsunlar bu baxımdan xarakterik-
dir: 
Qurd-qurd kiş-kişi , 
 
 
 
 İlan-ilan əfiya 
Bağladım qurdun dişin,  
 
 
Mən yelənnəm səfiya, 
Mən də yurda safiyə,    
 
 
Kəlağayı kiş -kişi, 
Qurd mənə afiyə,  
 
  
 
Bağladım ilan dişi, 
Həzrəti Əlinin bıçağı    
 
 
Fatma ananın saçağı, 
Həzrət Əlinin xancar-pıçağı (20). 
 
Fatma  anamızın  saçağı  (20). 
 
 
 
İslam  tarixi  və  mifologiyasının  xalq  şeirində  yer  aldığı  mühüm  tərəflə-
rindən biri də zaman, vaxt anlayışının poetikləşməsidir. Bədii sənətdə, ümumiy-
yətlə zaman anlayışı real və mifoloji zaman ölçülərinə görə fərqləndirilir. Zama-
nın bədiiliyi daha çox onun demoramasiya olunmuş şərtiliyinə əsaslanır. Fəlsəfi 
kateqoriya  olan  zaman  bu  mənada  mifoloji  funksiyada  çıxış  edir.  Din  tarixi  və 
mifologiyasında zaman obrazının xalq şeirində işləkliyi real və magik ölüçüləri 
ilə  seçilməkdədir.  İkinci  bir  tərəfdən,  mifoloji  zaman,  vaxt  anlayışı  İslamda 
böyük tarixi gün – Qiyamətlə ifadə olunur. İslam mifologiyasında ölümdən son-
rakı  həyat-axirətə  inam  və  onun  təbliği  başlıca  yer  tutur.  Qiyamət  (yer  kürəsi, 
kainatın  dağılıb  məhv  olması),  həşr  (ölənlərin  təkrar  dirilməsi),  məşhər  (insan-
ların Allah qarşısında mizan-tərəziyə çəkilməsi), axirət (hər kəsin əbədi cənnət, 
yaxud cəza – cəhənnəmə göndərilməsi) əsasında yaradılışın qayə, hikmət və də-
lilləri  İslam  əxlaq,  mənəviyyat  məsələlərində  başlıca  yer  tutur.  İslamın  insan, 
mənəviyyat  və  cəmiyyət  məsələlərini  əhatə  edən  ölümdən  sonrakı  həyatın 
mifoloji  məkan,  obraz  və  s.  xalq  lirikasının  poetikasında  mühüm  tərəflərindən 
birini təşkil edir. 
İslamda “məhv olma”, “dağılma”, “hər şeyin süqutu” anlamında Qiyamət 
əsas əqidə prinsiplərindən olmaqla İslam  mifologiyasında bütün insanlar, cinlə-
rin  dirilib  məhşərdə  toplandığı,  insanların  bədən  üzvlərinin  onların  əməllərinə 
şahidlik etdiyi əməl günü olaraq göstərilir. 
Qiyamət,  eləcə  də  ona  bağlı,  “axirət”,  “həşr”,  “məhşər”  kimi  islami  ele-
mentlər  xalq  şeirində  simvolik  şəkildə  “konstruksiyalaşdırılan  məna  və  mo-
del”də  çıxış  edir.  Əşya,  hadisə  simvolunun  mahiyyətini  araşdıran  Losev  qeyd 
edir  ki,  “əşyanın  simvolu  onun  əksidir,  amma  passiv,  ölü  əksi  deyil,  özündə 
gerçəkliyin  gücünü  və  qüdrətini  daşıyan  əksidir,  çünki  bir  dəfə  alınan  inikas 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     79 
 
 
şüurda  işlənir,  fikirdə  təhlil  olunur,  hər  cür  təsadüflərdən  və  qeyri-vacib  cə-
hətlərdən təmizlənir, inikas həddinə əşyanın ancaq hissi tərəfi kimi deyil, daxili 
qanunauyğunluğu  kimi  çatır”  (19,  31).  Bu  mənada  insan  mənəviyyatı,  ağıl, 
ehtirasdan yol alan “xeyir və şər”in ayrılan zaman, məkan yığını “Qiyamət” ob-
razında ümumiləşdirilərək simvollaşır. 
Qeyd  edək  ki,  xalq  şeirində  “qiyamət”,  “məhşər”  əsasən  ayrılıq,  vüsal 
motivləri  üzərində  qurulan  lirik  şeirlərin  strukturunda  yer  almaqdadır.  Mifoloji 
görüşdə  haqq-ədalətin  Qiyamətlə  tarazlaşması,  Qiyamət  gününə  inam  əslində 
insanın  Dünyanın  idarə  olunmasındakı  dini-fəlsəfi  baxışlarını  sistemləşdirir. 
Yəni  davamlı  dünyalardan  olan  –  işıq,  qaranlıq,  xeyir,  şərdən  keçən  insanın 
Qiyamətdə dirilməsi öz əməlləri  ilə  yeni ruhi  aləmə qovuşmasıdır. Qiyamət bu 
baxımdan “üsul əd-din” in əsaslarından olmaqla sünnilər və şiələr üçün ilk dörd 
ehkamdan  biridir.  Xalq  lirikasında  Qiyamət  mifoloji  zaman,  vaxt  olaraq 
mifopoetik  formulda  fərqli  məzmun,  poetik  strukturda  çıxış  edir.  Xalq  şeirində 
Qiyamət  ilk növbədə uzaq tarixi  vaxt və zamandır. Bu zamanın qəbulu  insanın 
dərin  psixoloji  sarsıntısı  və  üzüntüsünün  mübaliğəylə  poetikləşməsindən  qay-
naqlanır: 
El getdi, binə qaldı, 
Yurdları yenə qaldı. 
Təbriz, sənlə görüşüm, 
Qiyamət günə qaldı.(20) 
Təbriz ayrılığı, psixoloji ovqatının dərinliyi, ümid və ümidsizliyi bayatıda 
bilavasitə “Qiyamət”in mifoloji kökü ilə birləşir. Vətən həsrəti – Təbrizlə görüş 
yaşanan real zamanın içərisində ümüdsizlik, ayrılıq vəd edir. İkinci bir tərəfdən, 
real zamanın insan ömrü üçün dayandığı vaxtdan Qiyamətə dönüşdə isə qovuş-
ma  ümüdü  var.  Verilən  bayatıda  həsrət,  itkinin  poetikləşdirilməsi  bilavasitə  qi-
yamətin  mifoloji  mənası  üzərində  qurulmuşdur.  Mifoloji  aspektdə  Qiyamət  – 
simvolik işarə kimi yalnız bir mənaya malikdir. Mifoloji baxışın bədii yaradıcı-
lıqda –  məcaz  sisteminə qoşulması  ilə çoxsaylı poetik görüntüləri  ifadə edə  bi-
lər. Mifopoetik sistemdə Qiyamətin simvol anlayışı ilkin və vacib olmaqla bila-
vasitə obrazın mifoloji təfəkkürdə yaranma, mənalandırılan spesifikliyinə bağlı-
dır.  Bu  baxımdan  bayatılarda  Qiyamətin  obrazlaşdırılması  ikinci  bir  tərəfdən 
sevgi  lirikası,  mənəvi-əxlaqi  problemlərin  motivi  üzərində  aparılır.  Sevgi,  mə-
həbbət mövzulu bayatılarda Qiyamət aşiqin qısqanclığı, məşuqəyə istəyinin po-
etik formulu kimi çıxış edir: 
Mən aşiq özgəsinə,  
 
  
Eləmi üzən günü, 
Sığındım özgəsinə.  
 
  
Asta bas üzəngini. 
Qiyamət o gün qopar,    
 
Qiyamət o gün qopar, 
Yan baxsa özgəsinə (21 ). 
  
Əl-əldən üzən günü (21). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə