Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə42/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     98 
 
 
Godecuğum bəxşiş verürsə, 
Rahmət göydən yağacaq 
Ver, Allahım, ver (12 ,83).  
 Qumuqlarda  yağışı  və günəşi çağırma  mərasimi  Zəmirə adlanır. Bu  mə-
rasim yalnız qızların iştirakı ilə həyata keçirilirdi. Mərkəzi Qumuq rayonlarında 
isə  mərasimi  uşaqlar  oynayırdılar.  İştirakçılardan  biri  əyninə  kicitkanın  gövdə-
sini  tikirdi.  Həmin  oğlan  əlində  təndirə  çörək  yapırmış  kimi  kürəyə  bənzəyən 
Zəmirə  sayılan  bəzədilmiş  bir  lövhə  tuturdu.  Xüsusi  Zəmirə  mahnılarını 
oxuyaraq  ev-ev  gəzirdi.  Uşaqlar  əldə  etdikləri  undan  kömbə  bişirtdirirdilər. 
Qadınlar  Zəmirəni  təşkil  edərkən  kişilər  də  çaya  gedib  “daş  oxumaq”  məra-
simini yerinə yetirirdilər. Zəmirə zamanı oxunan mərasim nəğməsi belədir: 
Ya zəmirə, zəmirə, halay, 
Zəmirəyə nə gərək, halay. 
Batman-batman su gərək halay, 
Dağarcığa nə gərək halay? 
Ayağına tikanlar, halay” (3,353). 
Kişilərin çaya gedib “daş oxumaq” mərasimi keçirməsi “Yada” mərasimi-
dir. Burada  yada daşına çayda oxunan ovsunlar nəzərdə tutulur. Eynən  “Qodu-
qodu” mərasimində Qodu daşına ovsun oxunub oda atıldığı kimi “Zəmirə” mə-
rasimində də daşa ovsun oxunub çaya atılır. Oda atanda yağış kəsir, çaya atanda 
isə yağış yağır. 
“Yada”  mərasimi  “Kudu”  Şaman  Tanrısına  aid  adla  birlikdə  günümüzə 
qədər gəlib çıxıb, uşaqlara  məxsus pak  və təmiz  dünyada  saxlanıb. Onu da de-
yək ki, “Bilqamıs” dastanında Bilqamısın Günəş tanrısı Utuya gildən heykəl dü-
zəltməsi, sonra taxtadan böyük bir masa çıxarıb üzərinə əqiqdən qayrılmış qabı 
balla,  lacivərddən  düzəldilmiş  qabı  isə  yağla  doldurub,  masanı  bəzəyərək  Utu 
üçün aparması (4,66 ) “Qodu-qodu” mərasimindəki Günəşi təmsil edən Çömçə 
gəlinin düzəldilməsi 
 Qoduya qaymaq gərək, 
Qablara yaymaq gərək, 
Qodu gün çıxarmasa,  
Gözlərin oymaq gərək. 
Yağ verin yağlamağa,  
Bal verin ballamağa. 
Qodu gülmək istəyir, 
Qoymayın ağlamağa” (1, 47). 
və ona da yağ, bal ziyafəti verilməsi ilə zahirən eynilik təşkil etsə belə daşa oxu-
nan ovsun mərasimin mahiyyətini açır: 
    
 
 
“Qodu daşı, 
    
 
 
Odu daşı, 
    
 
 
Qodu kəssin yağışı” (1, 12).  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     99 
 
 
Bir  sual  meydana  çıxır:  bu  ovsunda  adı  keçən  “Qodu  daşı”  Bilqamısın 
ziyafət  süfrəsində  varmı?  Doğrudur,  hər  dörd  mətndə  Günəş  ilahəsini  təmsil 
edən  büt  düzəldilir  və  ona  yağ-bal  bəxşiş  verilir.  Eyni  mərasim  yakutlarda  da 
“Kis-Tangara”  nın  bəzədilməsi, ona qurbanlar deyilib,  yanına  içki  və  yeməklər 
qoyulması ilə müşayiət edilir. Lakin məsələnin əsas mahiyyəti türk şamanlığında 
Günəş ilahəsini təmsil edən Qodu, Zəmirə, Çömçələ gəlin, “Kis-Tangara”,“ka-
balak yarpağı” və türk şamanlığı ilə heç bir əlaqəsi olmayan “Bilqamış” dasta-
nındakı Utunun gölgəsində itir.  
Qədim Misir, Yunanıstan, Skandinav mifologiyasında Günəş Tanrısı olub 
və ona dünyanı işıqlandırıb, onları fəlakətlərdən qorumaq üçün tapınıblar. Günəş 
və  Ay  kultu  Asiya  türkləri  arasında  geniş  yayılıb.  Cənub  türklərində  Günəş 
“Tanrı oğlu” kimi vəsf edilib. Altay türkləri “Gün ana”, “Günəş ana” müraciəti 
ilə Günəşə and içmişlər. IX əsr türk-uyğur şeiri “Tan Tanrı” da:  
“Körüqme Kün Tenqri, 
 Siz bizni kurtqarınq! 
 Körüqme Ay Tenqri,  
Siz bizni kurtqarınq!”  
 (Görən Günəş /Ay Tanrı, Siz bizi qoruyun!) bu, öz əksini tapmışdır. 
Qodu, Zəmirə, Çömçələ gəlin, “Kis-Tangara”, “kabalak yarpağı” yəni Gü-
nəş  ilahəsini  təmsil  edən  bütün  (heykəlin)  adı  ilə  adlanan  bir  mərasim  əslində, 
şaman mərasimi olaraq, bütövlükdə “yada” daşına bağlıdır və bu, günümüzə qə-
dər  qorunub  saxlanıb.  Qumuqlarda  “Zəmirə”  mərasimində  “daş  oxumaq”  üçün 
kişilərin çay kənarına getməsi,  “Qodu-qodu” mərasimində Qodu daşına oxunan 
ovsunlar  bütövlükdə  ümumtürk  folklorundakı  mərasimin  türk  şaman  düşün-
cəsinin məhsulu olduğunu göstərir. Müasir dövrdə “Qodu daşı” kimi adlanan bu 
daş əslində “Yada”  (Yava,  ç/cada,  çayın,  sata) daşıdır və onunla eyni funksi-
yanı  yerinə  yetirir. Sadəcə, daş  mərasimin adı  ilə adlanır ki, bu da heç təsadüfi 
deyil. Çünki  bu daş  mərasim zamanı  istifadə olunur. Mərasimlər arasındakı za-
hiri  bənzəyişlərdənsə  mahiyyət  eyniliklərinə,  bütöv  bir  mərasimin  “yada”  daşı-
nın  üzərində  durduğuna  diqqət  yetirsək  mərasimin  türk  şaman  mərasimi  oldu-
ğunu  daha  yaxşı  anlayarıq.  Müəlliflərin  əksəriyyəti  bu  zahiri  bənzəyişə  uyaraq 
hətta  “Günəş  tanrısı  Utunun  adı  Azərbaycan  folklorunda  bu  yaxın  zamanlara 
qədər “Qodu” şəklində yaşamışdır” – deyir (10, 111). Artıq deyildiyi kimi, Qo-
du “Bilqamış” dastanındakı Utunun adı deyil! 
Qədim  türklərdə  “Yada”  şaman  daşı  necə  olub  və  “yada”  şaman məra-
simi necə keçirilib?  
İnaclara görə, yağışı yağdıran “Yada”(Yava daşı ,ç/cada, çayın) daşı me-
şədə saxlanılır, yağmur yağdırması üçün odda qızardılır və sonra onu bir ağacın 
ucuna bağlayaraq, dua və alqış oxuyaraq havada fırladırdılar (5,133).  
 Göydən  yağmur  yağdıran  daş  haqqında  inanc  Şimali  Monqolustanda  da 
yayılıb. Dürbütlər bu daşa “çada”, tuvalılar və altaylar “cada” adı veriblər. Bəzi-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə