Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə39/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     89 
 
 
ustadlığını  və  Ağbaba  aşıq  mühitində  yerini  araşdırmaq  baxımından  tədqiqata 
cəlb edilən bu  yeddi rəvayət böyük əhəmiyyətə  malikdir. Bu örnəklərin tədqiqi 
digər el sənətkarları  ilə  bağlı rəvayətlərin  həm toplanıb  yazıya alınmasına, həm 
də tədqiqinə imkan yaradacaqdır. 
 
Aşıq  İsgəndər  Ağbabalı  Ağbaba  aşıq  mühitinin  cağdaş  aşıqları  arasında 
xüsusi fərqlənən el sənətkarlarındandır. Bu böyük aşıq istər Ağbaba saz havala-
rının,  istərsə  də  regional  dastan  və  aşıq  rəvayətlərinin  qorunub  saxlanmasında 
rol oynamış, sənət ənənələrini öz şəyirdlərinə ötürmüş, ağır məclisləri keçirmiş, 
yaddaşlarda dastançı aşıq kimi qalmışdır.  
Ağbaba aşıq mühitinə mənsub el sənətkarlarından Aşıq İsgəndər Ağbabalı 
yeganə aşıqdır ki, haqqinda çox sayda məqalə, ədəbi irsindən örnəklər müxtəlif 
kitablarda öz əksini tapmış, hətta haqqında bir kitab da yazılmışdır (1; 2; 3; 4; 5, 
16-20; 6, 46-47, 54-55; 7, 385-407; 8, 130-145; 9, 283-288, 295-298; 10). 
Aşıq  İsgəndər  Ağbabalı  el-oba  arasında  böyük  hörmət  sahibi  olduğundan 
haqqında  xeyli rəvayətlər  yaranmışdır. Təbii ki,  bu örnəklərin ancaq  bir  hissəsi 
toplanıb  yazıya alınıb. Buna  baxmayaraq  bu ustad aşığın  yaradıcılığı tam öyrə-
nilməmiş, onunla bağlı yaranan rəvayətlərin çoxu vaxtında toplanıb yazıya alın-
madığından  itib-batmışdır.  Professor  Məhərrəm  Qasımlı  da  bu  dediklərimizi 
göstərərək  onun  ustad  aşıq  olduğunu,  amma  vaxtında  öz  qiymətini  almadığını 
qeyd  edir:  “Çıldır  aşıq  mühitinin  bütün  silqətini  sinəsinə  toplamış  bu  ustad  sə-
nətkar  (Aşıq  İsgəndər  –  T.S.)  ən  zəngin  saz  və  musiqi  repertuarına  malik  aşıq-
lardan biri olsa da lazımınca qiymətləndirilməmişdir” (10, 189).  
Aşıq İsgəndər Ağbabalı ilə bağlı toplanıb yazıya alınan yeddi rəvatəti şərti 
olaraq  iki  yerə  bölmək olar: aşıq şeiri olan rəvayətlər, adi rəvayətlər. Toplanan 
rəvayətlərin üçü (“Aşıq İsgəndər Gümrüdə”, “Aşıq gördüyünü çağırar”, “Ermə-
ni”) ermənilərlə  bağlıdır. Bu rəvayətlərdən  biri (“Onun  sazı dilindədi”) adlı rə-
vayətdir. Aşıq şeiri işlənən rəvayətlərdə ya qoşma, ya da gəraylıya rast gəlinir.  
Maraqlıdır  ki,  toplanan  rəvayətlərdən  namərd  qonşularımızla  bağlı  olan 
örnəklər xüsusilə diqqəti cəlb edir. Gümrüdə Aşıq İsgəndər Ağbabalıya rast gə-
lən erməni ona valeh olsa da namərdliyini, pis xislətini gizlədə bilməyib deyir : 
“Absos-absos (hayıf-hayıf) ... Absos türksün, erməni olsaydin!” (11). Bu az imiş 
kimi erməni yenə aşığı çənəsinin altına salır: “Ara, ay aşux, bana bir tana erma-
nicax makam oxu” (11).  
Aşıq namərd qonşularımıza özünəməxsus cavab verir: 
Ötdükcə ürək açılır, 
Keçilməz yollar keçilir. 
And yeridi, and içili, 
Türkün babasının sazı (11) . 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     90 
 
 
Əlbəttə,  aşıq  burada  türkün  babasının  sazının  and  yeri  olması  ifadəsini 
təsadüfən  işlətmir.  O  bununla  fəxr  edir,  türk olduğuna  görə  qürur  duyur.  Təbii 
ki, bunu başqa el sənətkarlarının yaradıcılığında da görmək mümkündür. Məsə-
lən, Aralıqlı Aşıq İsmayılla bağlı bir rəvayətdə (“Qantarrı qıznan Aşıx İsmayıl”) 
aşağıdakı misralar xüsusi maraq doğurur: 
İsmayılım türk əridi, 
Bu dağların sərvəridi (12) . 
Bu motivi Aşıq Nəsib, Çorlu Məhəmməd, Aşıq Heydər və digər el sənət-
karlarının yaradıcılığında da görmək mümkündür . 
Adı  gedən  rəvayətdə  (“Aşıq  İsgəndər  Gümrüdə”)  aşıq  sazlı  dediyi  kimi 
sözlə  də  erməniyə  layiqli  cavab  verir:  “Əmbə  sazım  türk  sazıdı.  Dilənəndə 
türkcə danışır, ermənicəh bilmir” (11). 
Aşıq İsgəndərlə bağlı ikinci örnəkdə Bığlı Akopla olan bir əhvalat verilib. 
Orada  deyilir:  “Bığlı  Akop  üç  arax  gətirdir.  Arağın  ikisini  bir  qaba  töhdürüf 
içinə lavaş doğrayannan sonra qaşığı alır əlinə. Başdıyır yeməyə. Mürsəl də qa-
lan arağı boşaldır. Birini də gətirdir. Əmə onu da içif kutarır” (13). Aşıq bu əh-
valatı seyr eləyən kimi sazını sinəsinə basıb bədahətən Bığlı Akopa belə deyir: 
İki arax bir tavada 
Şorba idi görəsən? 
Quru lavaş doğradın ki 
Dorğamacmı törəsin? 
Bu yeməyin, ya içməyin 
Bilməm nədi yörəsi; 
Mən alışdım betər nara , 
Özünə üryan demə (13) . 
Aşıq İsgəndər erməniyə yoldaşlıq eləyən adamı da “tərif ” etməyi nutmur: 
Yanındakı bığlı xınzır, 
Sən onnan da ötəsən; 
El içində yox olasan, 
İlim-ilim itəsən. 
Yolun düşə qarayola, 
Cəhənnəmə gedəsən; 
Üfnətlisən, iy götürür, 
İy verər hər yan demə. 
Göründüyü kimi,  ikinci rəvayətdə ermənini daha bir pis cəhəti – içki alu-
dəçiliyi öz əksini tapıb. 
“Erməni” adlanan üçüncü rəvayətdə erməninin mənfi sifətləri ustalıqla ve-
rilmişdir.  Bunu  daha  əyani  olaraq  başa  düşmək  üçün  həmin  folkor  materialına 
nəzər salaq: “Bir gün Ağbabanın kəndlərinin birində toy imiş. Aşıq İsgəndər də 
ortada dövran eliyirmiş. Bu vaxt içəri üzü tühlü, yekəpər, uzunburun bir kişi içə-
ri girir. Aşıx  bunun  yönünnən-yöndəminnən erməni olduğunu  başa tüşür” (14). 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     91 
 
 
Bu  bir  neçə  cümlədə  erməninin  əsas  əlamətlərindən  biri  (uzunburun)  diqqəti 
çəkir, buna görə də aşıq onun erməni olduğunu o saat başa düşür.  
Erməni toya qarışıqlıq, dava-dalaş salmaq üçün belə deyir: “Ara, mana ba-
tan olarmı, man manam. Pul manda, güj manda, qol manda”. (14). Aşıq namərd 
qonşumuzun məqsədini yaxşı başa düşdüyündən ona olduqca tutarlı cavab verir: 
Çıxmırsan ortadan, bir yanda otur, 
Gədəlik eləmə, öz yerində dur. 
Adam ol nə olar sən də bir hovur, 
Şeytan tək ortada bitər erməni?! 
 
Aşıx İsgəndərəm, a gavır, eşit, 
Eləmə özünü biabır, eşit. 
Sizlərdə olmayıf heç abır, eşit, 
Gəl döymə döşünə hədər, erməni (14) . 
Şeirdən də göründüyü kimi, aşıq erməninin özünəməxsus sifətlərini (gədə-
lik eləyən, şeytan tək ortalıqda bitən, abırsız, hədər yerə döşünə döyən və s.) us-
talıqla göstərmişdir. 
Ermənilərlə  bağlı  rəvayətlərdən  hiss  olunur  ki,  namər  qonşularımız  ürəyi 
xıltlı olub bizə düşmən münasibət bəsləsələr də, maraqlıdır ki, onların bizim sa-
za-sözə  maraqları azalmayıb. Bunu onların aşığa  diqqətlə qulaq asmaları,  işlət-
dikləri ifadələrdə də sübut edir. Rəvayətlərin birində erməni yana-yana aşığa be-
lə  deyir:  “...erməni  olsaydın!”.  Burada  erməni  aşığın  ustadlığını  qəbul  etsə  də, 
onun  türk  olmasını  qəbul  edə  bilmir.  M.Allahmanlı  haqlı  olaraq  yazır:  “Azər-
baycan xalqı öz mədəniyyyəti, dil zənginliyi, ədəbiyyatı, aşıq yaradıcılığı ilə za-
man-zaman erməniləri əsarətdə saxlayıb” (15, 160). 
Aşıq İsgəndər Ağbabalı ilə bağlı rəvayətlərdən biri (“Onun sazı dilindədi”) 
onun  dedikcə  hazırcavab  olduğunu  təsdiq  etməkdədir.  Məclislərin  birində  bir 
nəfər aşığın hazırcavablığını yoxlamaq üçün deyir: “Mən ona mat qalmışam ki, 
bu Mahmud dayının  bilmədiyi  şey  yoxdu. Duranda ərşdən-kürşdən danışır. Elə 
dastan yoxdu ki, bilməsin. Əmə... mən ona mat qalmışam ki, niyə səni kimi aşıx 
olmuyuf ” (16). Aşıq İsgəndər həmin adama yığcam, amma mənalı cavab verir: 
“Sən  düz  deyirsən,  Mahmud  da  aşıxdı.  Əmbə  onun  bircə  fərqi  var  mənnən. 
Mənim sazım əlimdədi, onun sazı dilindədi” (16). 
Toplanan  folklor  materiallarından  biri  (“Aşıx  İsgəndər  Ağbabalıynan  kir-
naz kişinin əhvalatı”) adi məişət əhvalatı üstündə qurulmuşdur. Burada Ağbaba 
bölgəsinin sərt qışı təsvir olunur. Qeyd olunur ki, boranda Aşıq İsgəndər Ağba-
balı özünü bir təhər bir evin qapısından içəri salır. Bu olay rəvayətdə belə veri-
lir:  “Aşıx  içəri  keçif  salam  verənnən  sonra  keçif  bir  tərəfdə  oturdu.  Belə  baxdı 
ki,  əvin  kişisi  qapının  dalında,  əmə  arvat  yuxarı  başda  oturuf.  Olur  olanda... 
Aşıx yol gəlmiş, üşümüş, özü də ac...” (17). Bu cəmi bir neçə cümlə Aşıq İsgən-
dər  Ağbabalının  durumunu,  eləcə  də  o  evdəki  mənzərəni  olduğu  kimi  göstərir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə