Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə40/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     92 
 
 
Aşıq ev sahibinin pis durumda olduğunu da, baş verən olayı da ustalıqla dilə gə-
tirir: 
Başımı apardı başı batmışın, 
Döymürsən , döymürsən, qıcan, ay kişi.  
Soyuxdan donmuşam, çay-çörəyin yox, 
Əlbət ki, fənikər acan, ay kişi. 
 
Bəlkə orucsunuz ömrü uzunu ? 
Demirəm boğazla əmlik quzunu. 
Mürdəşirlər yusun sənin üzünü, 
Bir az tüstü görsün bacan, ay kişi.  
 
Yemiyif-işmiyif varı yığmısan, 
Qupquru quruyuf özün yıxmısan . 
Kişi, elə bil ki, gordan çıxmısan, 
Sənə gərəh deyil bu can, ay kişi ? 
 
Arvat şir kimidi, sən dofşan kimi, 
Titəyir dizdərin danışan kimi. 
Kişi dəyilsənmi, dolan xan kimi, 
Quru şirin sözdü “hacan ”, ay kişi. 
 
İsgəndər bu işi salar dillərə, 
Yayılar hər yana, yetər ellərə. 
Başına tökərsən daha külləri, 
Olarmı qapını açan, ay kişi (17). 
Burada  verilən  rəvayətlərdən  biri  (“Aşıx  İsgəndərnən  molla”)  yenə  ustad 
aşığın  hazırcavablığını  göstərən  folklor  örnəklərindəndir.  Rəvayətdə  təsvir  olu-
nur  ki,  məclisə  gələn  mollanın  üç  arvadı  olsa  da  o,  dördüncü  arvadı  da  almaq 
fikrindədir.  
Buna baxmayaraq molla aşığı görən kimi onu acılamaqdan qalmır: “Yenə 
nədi sazı əlinə alıf gəlifsən, bu mürtdətdihdi axı” (18). Amma el sənətkarı mol-
lanın  bu  sözlərindən  özünü  itirməyib  həm  onu  layiq  cavab  verir,  həm  də  onun 
eyiblərini üzünə deyir. 
Boynun tirə dönüb, peysərin qat-qat, 
Sənə bəs deyilmi söylə üç arvat. 
Nəfsin gözün dağla, eşqin daşin at, 
Batmaz ki, barmağın bala, a molla (18). 
Aşıq İsgəndər Ağbabalı ilə bağlı sonuncu rəvayət (“Aşığın sözü”) əvvəlki 
rəvayətlərdən xeyli seçilir. Bu, 88-ci ilin hadisələri ilə səsləşsə də el sənətkarının 
öncə iki sualı ilə cəlbedicidir, adamı özünə çəkir. Burada aşığın qaçqın düşməsi 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     93 
 
 
belə göstərilir:  “Adam  nə qədər qaçqın, köçgün olar-bilmirəm. Həyə, 88-ci  ilin 
qaçaqaçında Aşıx İsgəndər də gəlif Şəmkirə düşdü. Burda ikicə balaca otağa sı-
ğındı” (19). 
Maraqlıdır,  burada  aşığın  adamlara  ünvanladığı  suallar  belədir:  Adamlar 
həmişə haraya çox gedirlər?  Adam qocalanda daha çox haraya gedir?  Adamlar 
bu sualları cavablandıra bilmədiklərindən özü sualların ikisini də təxminən eyni 
cavab  olduğunu  anladaraq  deyir  ki,  adamlar  həmişə  doğulub  boya-başa  yetdik-
ləri yerlərə daha çox gedərlər, qocalanda da bu yerlərə tez-tez baş çəkərlər. Aşıq 
bundan sonra öz dərd-sərini belə dilə gətirir: 
İsgəndər yurdsuzun kefi saz olmaz, 
Qocanın ağrısı, odu az olmaz.  
“Qaçqın” , “didərgin”nən acı söz olmaz, 
Bu sözü dillərdən itirən olsa (19). 
Burada  aşıq  özünün  ağır  durumunu  qeyd  etsə  də,  “qaçqın”  ,  “didərgin” 
sözlərinin onun qəlbini parçaladığını adamlara anladır. 
Zənnimizcə, Aşıq İsgəndər Ağbabalı ilə bağlı rəvayətlərdə aşıq şeirinə tə-
sadüf olunması elə-belə deyil, əslində Qars-Çıldır aşıqlarının və el şairlərinin ya-
radıcılığında  sənət  ənənəsidir.  Bunu  toplanıb  yazıya  alınan  digər  rəvayətlərdə 
(“Aşıx  Nəsif  Balıxlıda”,  “Əhvalat”  -  Yetim  Əsgərlə  bağlıdır,  “Qantarrı  qıznan 
Aşıx İsmayıl”, “Aşıx Hamza”, “Aşıx Balakişi”, “Aşıx Nəsivin Dədə piri ziyarat 
etməsi” və b.) də aşıq şerinin müxtəlif formalarına rast gəinir. Həm də bu örnək-
lərdə adları çəkilən Aşıq Nəsib (Ağbaba bölgəsindəndir), Aşıq İsmayıl (Çıldırın 
kəndlərinin birindəndir), Aşıq Həmzə və Balakişi (hər ikisi də axsıqalıdır) Qars-
Çıldır  deyilən  ərazidə  tanınmış,  daha  doğrusu  keçmiş  Qars  vilayətinin  ustad 
aşıqları sayılırlar. Deməli rəvayətlərdə aşıq şeirinə rast gəlinməsi adi bir təsadüf 
deyil,  əslində  Qars  vilayətinə  mənsub  el  sənətkarlarının  yaradıcılığında  xüsusi 
bir ənənədir .  
Burada verilən folklor örnəklərində işlənən aşıq şeirləri böyük əhəmiyyətə 
malikdir. Çünki bu qoşma, gəraylı və divanilərə Aşıq İsgəndər Ağbabalının işıq 
üzü görən kitablarında təsadüf olunmur. İkincisi, bu aşıq şeirlərinin  hansı  məq-
sədlə yazılması da bu rəvayətlərdən bəllidir. Bu folklor örnəklərinin bir özəlliyi 
də  burada  dialekt  sözlərin  kifayət  qədər  verilməsidir.  İndi  həmin  rəvayətlərdə 
rastlanan  bəzi  dialektlərə  nəzər  salaq:  “Gavır”  (govur,  dinsiz-imansız  adam), 
“əmbə”  (amma),  “əmə”  (amma),  “kirnaz”  (xəsis,  simic),  “yarımdünya”  (yekə-
pər,  iri  adam),  “qıcan”  (qıcanmaq  sözündəndir,  sağ  əlini  qaldırıb  kimisə  vuran 
kimi  özünü  göstərmək),  “fənikmək”  (həddən  ziyadə  acmaq),  “hacan”  (hay  can 
anlamındadır), “həmməşə” (həmişə), “gənə” (yenə), “makam” (Anadolu türkcə-
sində saz havası anlamında işlənir) və s. bu qəbildəndir.  
Bu araşdışdırmadan aşağıdakı nəticəyə gəlmək olar. 
1. Bu rəvayətlər Aşıq İsgəngər Ağbabalının həyat və yaradıcıığında böyük 
əhəmiyyətə malikdir. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     94 
 
 
2.  Rəvayətlərin  əksəriyyətində  aşıq  şeirinin  müxtəlif  növlərinə  rast  gəlin-
məsi məsələsi Qars-Çıldır vilayətinə mənsub el sənətkarlarının yaradıcılığındakı 
sənət ənənəsi ilə bağlıdır. 
3. Bu folklor örnəklərində namərd qonşularımızın mənfi sifətləri ustalıqla 
təsvir olunur. 
4.  Burada tədqiqata  cəlb  edilən  yeddi  rəvayətdə  işlənən  dialekt  sözlər  re-
gional  aşıq  mühiti  baxımından  Ağbaba  aşıq  mühitinin  özünəməxsusluğunu  əks 
etdirir.  
5.  Bu  folklor  örnəkləri  regional  folklor  örnəkləri  kimi  də  əhəmiyyətlidir. 
Rəvayətlərdə rastlanan dialekt sözlər və ifadələr bu folklor materiallarının xüsu-
si özəlliyini və təbiiliyini də göstərməkdədir. 
İşin nəticəsi. Tədqiqata cəlb edilən bu folklor örnəkləri Aşıq İsgəndər Ağ-
babalının  sinədəftər, məqamında söz deməyi  bacaran ustad aşıq olduğunu, eyni 
zamanda el-oba arasında aşığın hörmət-izzət sahibi olduğunu təsdiqləməkdədir. 
İşın elmi yenilyi. Aşıq İsgəndərlə bağlı rəvayətlərin araşdırılması göstərdi 
ki,  bu  ustad  aşıq  istər  hazırcavablığına,  istərsə  də  bədahətən  söz  söyləməsinə 
görə  Ağbaba  aşıq  mühitinin  tanınmış  el  sənətkarıdır.  Bu  sənətkarın  özünəməx-
susluğu verilən rəvayətlərdəki şeirlərin tədqiqindən daha aydın görünməkdədir. 
Rəvayətlərin şərti olaraq bölünməsi və araşdırılması, eyni zamanda aşıq şeiri iş-
lənən rəvayətlərin regionallığı işin elmi yeniliyini tamamlayır. 
İşin tətbiqi əhəmiyyəti. Bu tədqiqat el sənətkarları ilə bağlı folklor mate-
riallarının  toplanıb  yazıya  alınması  və  tədqiq  olunması  baxımından  əhəmiyyət-
lidir. Zənnimizcə, bundan sonra ayrı-ayrı el sənətkarlarının həyat və yaradıcılığı 
ilə  bağlı  folklor  örnəkləri  həm  toplanıb  yazıya  alınacaq,  həm  də  tədqiqata  cəlb 
olunacaqdır.  
  
ƏDƏBİYYAT 
 
1. Məmmədov B. Telli sazın sədaları. “Əmək” qəzeti, 10 aprel 1983-cü il. 
2. Nəbiyeva C. Çal, aşıq, çal. “Şərq qapısı” qəzeti, 2 aprel 1983-cü il. 
3. Raşayev S. Ağbabalı Aşıq İsgəndər. “İnsan və zaman” qəzeti, 31 mart 2006-cı il. 
4. Ağbaba A. Çıldır yadigarı. “Folklor və etnoqrafiya” dərgisi. 2006, IV. 
5. Duman dağı bürüdü (tərtib edəni: T.Səmimi). Bakı, 2000. 
6. Azərbaycan aşıq şeirindən seçmələr (tərtib edənlər:  Ə.Axundov, İ.Abbaslı, H. 
İsmayılov). II cliddə. I cild. Bakı. Şərq-Qərb, 2005. 
7. Aşıq Göydağlı P. Ağbabadan köç gəldi. Bakı. Ozan, 1999. 
8. Azərbaycan folklor antologiyası. Ağbaba folkloru (tərtib edənlər: H.İsmayılov, 
T.Qurbanov).VIII kitab. Bakı. Səda, 2003. 
9. Şamil Ə., Şamil Ə. Aşıq İsgəndər. Bakı. Gənclik, 1980. 
10. Qasımlı M. Aşıq sənəti. Bakı. Ozan, 1996. 
11. Söyləyəni: Durar Ququş oğlu, 60 yaşında (Ağbaba bölgəsi, Hamasa kəndi). 
12. Söyləyəni: Cəlil baba, 101 yaşında (Ağbaba bölgəsi, Qaraçanta kəndi). 
13. Söyləyəni: Alışan baba, 83 yaşında (Ağbaba bölgəsi, Hamasa kəndi) . 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə