Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə48/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     111 
 
 
idi. O, 3 il ərzində Vamberinin (1832-1913) dərslərində Osmanlı, uyğur, tatar və 
çagatay dillərini öyrənmiş və bu sahədə bir sıra tədqiqat əsərləri yazmışdır. 
Dilçilik sahəsində böyük uğurlara imza atan Kunoşun həyatını Budapeştdə 
küçədə  gəzərkən  rastlaşdığı  Türkiyədən  gələn  bir  qənnadçı  dəyişdirir.  Alim  bu 
qənnadı dükanına girir və dükanın sahibi ilə uzun-uzadı türk dilində söhbət edir. 
O, bu söhbət əsnasında qənnadçının danışdığı türkcənin  müəllimi  Armin Vam-
berinin  universitetdə  onlara  öyrətməyə  çalışdığı  türkcədən  çox  daha  fərqli 
olduğunu  anlayır.  Bu  mövzuda  Vamberi  ilə  Kunoş  arasında  uzun-uzadı  müba-
hisə yaranır və bu polemikanın sonunda Kunoşun “görəsən, türk millətinin xalq 
ədəbiyyatı varmı?” sualına Vamberi  “bildiyimə görə, o qədər də çox deyil” ca-
vabını verir. Kunoş “bəs Əhməd Vəfiq Paşanın (1823-1891) “Atalar sözü” kita-
bı, yaxud Nəsrəddin Xocanın bütün dünyada məşhur və bütün Qərb dillərinə tər-
cümə olunan “Lətaif” əsəri xalq ədəbiyyatı deyilmi?” sualını verdikdə Vamberi 
“bax, türklərin xalq ədəbiyyatı elə bu qədərdir. Başqasını da bilmirəm” – deyir. 
Kunoş isə qarşılığında “dünyanın heç bir milləti – cahil olsa, bütlərə sitayiş etsə, 
istər  müsəlman,  istər  xristian  olsun,  xalq  ədəbiyyatsız  olmaz.  Tanrı  yaratdıq-
larının söylədikləri onsuz da xalqın düşüncəsidir, dodaqlarının gülüşüdür, ruhu-
nun  əyləncəsidir,  dərdlərinin  fəryadıdır.  Düşüncələrə  dalsa,  düşüncəsidir,  qəmi 
varsa,  könlünün  yarasıdır,  bəxti  varsa,  bəxtinin  gülü,  sünbülüdür.  Türk  xalqı 
düşünməzmi? Kəndlisinin ahu-vahı göyə çıxmazmı? Bağçasındakı gülünün rən-
gi, qoxusu yoxdurmu? Siz necə türklərin xalq ədəbiyyatı yoxdur deyə bilirsiniz, 
inanmaram” – deyir. Müəllimi bir xeyli düşündükdən sonra sevinə-sevinə onun 
üzünə baxır və cavab verir: 
– Bəlkə də sən haqlısan. Bəlkə də mənim duyduqlarım səhvdir. Ən yaxşı-
sı, sən Türkiyəyə get, türk ədəbiyyatını araşdır. Allah köməyin olsun... 
Bundan  sonra  Vamberi  Kunoşun  diqqətinə  Yanos  Krcsmarikin  (1857-
1943) “Türk xalq türküsü haqqında” (“A török népdalról”) adlı əsərini çatdırır. 
O dövrdə türkü və şərqi arasındakı fərqi dərindən sezə bilməyən Avropa alimləri 
üçün normal qəbul olunan bu əsəri İqnats Kunoş oxuyanda bunların əslində ərəb 
və fars dilinin təsiri altında söylənən türkcə şərqilər olduğunu duydu.  
1884-cü ildə Kunoş Macar Krallıq Ali Müəllimlik məktəbində bir il əvəz-
ləyici müəllim vəzifəsində çalışdı. Lakin akademik fəaliyyətini davam etdirməyi 
düşünürdü. O, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvləri olam müəllim-
ləri  Jozsef  Budenzin,  İqnat  Qoldzieherin  və  Armin  Vamberinin  təkidi  ilə  Ana-
dolu  şivələrini  və  xalq  dilini  araşdırmaq  məqsədi  ilə  Macarıstan  Elmlər  Aka-
demiyasına müraciət etdi. 1885-ci ildə isə araşdırma aparmaq üçün icazə aldı və 
Osmanlı  dövlətinə  yola  düşdü.  Ona  bu  işdə  maddi  və  mənəvi  dəstək  olanlar 
arasında  dostu  Bernat  Munkacsi,  Budapeşt  Yəhudi  Cəmiyyəti,  xüsusilə  bu  cə-
miyyətin rəhbəri Mor Vormann, onun katibi, musəvi kimi tanınan məşhur şərq-
şünas  İqnat  Qoldzieherin  və  müəllimi  Jozsef  Budenzin  əvəzsiz  xidmətləri  ol-
muşdur. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     112 
 
 
Kunoş  Budapeştdən  Zimoni  əyalətinə  getmək  üçün  pulsuz  qatar  bileti, 
İmperatorluğun  və  Krallığın  Buxarlı  Gəmi  şirkətindən  Zimonidən  Ruscuğa  və 
Ruscuqdan Lom Palankaya (Bolqarıstan) qədər getmək üçün də pulsuz gəmi bi-
leti ilə təmin edilmişdir. O, bu biletlerin müqabilində tədqiqatlarının nəticələrini 
Macarıstan Elmlər Akademiyasının bülletenində yayımlayacağına söz vermişdir. 
Kunoş  Türkiyə  səfərini  Tuna  sahillərində  yerləşən  əhalisinin  əksəriyyəti-
nin türk olduğu Ruscuqla  başlamışdır. Burada  yaşadığı  müddətdə türk dilini  və 
türk adət-ənənələrini öyrənmişdir. Ruscuqda Adaqala xalq türkülərini toplamış-
dır (6; 24). Bu səyahətdən çox razı qalan alim xatirələrində yazır ki, bu səyahət-
dən  sonra  o,  yuxularında  türkcə  danışırdı  (8).  Kunoş  Ruscuqda  təxminən  100 
türkü toplamışdır. Onun bu toplama işində bölgənin dialekti mühafizə edildiyin-
dən  Türkiyə  dialekt  və  şivələrinin  öyrənilməsi  (9)  baxımından  bu  işlər  əvəzsiz 
mənbədir. 
Qeyd  edək  ki,  Adaqala  Rumınyanın  Orşova  şəhərinə  yaxın  Tuna  çayının 
üzərində  yerləşirdi.  1691-ci  ildə  Osmanlılar  tərəfindən  fəth  edilmiş,  1878-ci  il 
13  iyunda  imzalanmış  Berlin  traktatında  kimə  tabe  olacağı  unudulduğundan 
1923-cü ildə Lozan sülh müqaviləsi ilə Rumınyaya verilmişdi. Müdafiə məqsədi 
ilə  salınan  bu  ərazi  əhalisinin  hamısının  türklərdən  ibarət olduğu  yeganə  bölgə 
idi. Əhali tütünçülük, qayıqçılıq, balıqçılıq və ticarətlə məşğul olurdu. Ada baraj 
suları altında qaldıqdan sonra əhalinin böyük bir hissəsi Türkiyəyə köç etmişdir. 
Adaqalanın  folkloru,  etnoqrafiyası  və  dili  haqqında  ilk  məlumatı  məhz  İqnats 
Kunoş vermişdir (25, 173). 
Kunoşun verdiyi məlumata görə, adadakı evlər birmərtəbəli, kərpic tavanlı 
tikililərdir. Burada tək minarəli bir məscid də var idi. Alim burada olduğu müd-
dətdə adanın təxminən 550 nəfər sakini olduğunu, onların da getdikcə azaldığını 
yazır. Adaqalada bir həbsxananın olmasına baxmayaraq, həmişə boş imiş, yayın 
istisində insanlar oraya sərinləmək üçün toplaşırmışlar. Adada bir nəfər də olsun 
zəngin  adam  yox  idi.  Lakin  buna  baxmayaraq,  adada  dilənçi  də  yox  idi  (28, 
126).  Kunoş  burada  etnoqrafik  ənənələri  əks  etdirən  60-dan  çox  fotoşəkil,  80 
mənzum  əsər,  100-dən  çox  türkü,  43  nağıl,  tapmacalar,  uşaq  oyunları,  batil 
inanclar toplamışdır.  
Adaqala səfərinin ardından Kunoş Varnaya yola düşmüşdür. Orada da türk 
əhalisinin  folklorunu  və  etnoqrafiyasını  dərindən  öyrənmiş,  ərazi  ilə  bağlı  bir 
sıra dəyərli  məlumatlar  vermişdir.  Alim Varna torpaqlarının tarixi  haqda  məlu-
mat verərkən burada tarix  boyu “mühüm  bir türk nüfuzu”nun (4, 160; 2, 5696-
5697) yaşadığını qeyd etmişdir.  
VI  əsrdə  yunan  kolonyası  kimi  tanınan  Odesos  şəhərinin  adına  XII  əsrə 
aid tarixi  mənbələrdə Varna şəhəri kimi rast gəlirik. Bolqarıstanın  ikinci  böyük 
şəhəri  olan  Varna  əhəmiyyətli  nəqliyyat  yolu  olmaqla  yanaşı,  ölkənin  iri 
mədəniyyət mərkəzlərindən biridir. Varna, eyni zamanda Bolqarıstanın Qafqaz, 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə