Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə56/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     127 
 
 
munu  anlayanlar  üçün  ”xalq  ədəbiyyatı”  istilahı  doğru  sayılmayır.  Bu  ədəbiy-
yata sadəcə “ağız ədəbiyyatı” demək uyğun olardı” (9, s.37). 
Məlumdur  ki,  çox  sayda  atalar  sözlərinə  və  onların  ifadə  etdiyi  məna  ça-
larlarına  hələ  Türk-Azərbaycan  ədəbiyyatının  şah  əsərləri  olan  M.Kaşğarlının 
“Divani-lüğəti-türk” əsərində (10), “Kitabi-Dədə Qorqud” dastanında (11) və s. 
abidələrdə də rast gəlinir. Hənəfi Zeynallı "Xalq ağız ədəbiyyatı" məqaləsininin 
“Atalar sözü” bölməsində folklorumuzda atalar sözlərinin əhəmiyyətindən bəhs 
edərək yazırdı: “Zərbülməsəllər, atalar sözü və yaxud ən son təqsimat üzrə sav-
məsəl adlanan qısa  və  həkimanə sözlər də, ağız ədəbiyyatının ən geniş  növünü 
təşkil edir. Bu suallar və məsəllərlə xalq keçirdiyi günlərin təcrübələrini, sınaq-
larını, fəlsəfələrini ən qısa, lakin dərin və şüumllu cümlələrdə bütün görünüşünü, 
nəzəriyyəsini  də  ifadə  etmiş  olur”  (1,  s.246).  Göründüyü  kimi,  Hənəfi  Zeynal-
lının atalar sözü haqqında söylədiyi nəzəri fikirlər indi də öz əhəmiyyətini saxla-
mışdır. 
Hənəfi  Zeynallının  folklorşünaslığa  dair  fikirlərinin  konkret  təhlilini  ver-
məzdən  əvvəl,    H.Zeynallıya,  həm  XX  əsrin  20-30-cu  illər  folklorşünasığına 
münasbətin oyektivliyi üçün zəruri olan, nəzərdə tutulması mühüm sayılan bəzi 
metodoloji mülahizələri bildirməyi vacib sayırıq. Bu mənada bizi , ilk növbədə,  
H.Zeynallının  folklorşünaslığın  bu  gün  bizə  məlum  olan  nailiyyətləri  nöqteyi-
nəzərindən  hansı  fikirləri  irəli  sürməsi  yox,  özündən  əvvəlki  folklorçünaslığa, 
məsələn, A.Sur yaxud F.Köçərliyə nisbətən nəyi və necə inkişaf etdirdiyi maraq-
landırır. Əgər H.Zeynallının hələ XX əsrin 30-cu illərində qaldırdığı problemlər 
bu gün bizə “məlum”, “tanış” təsiri bağışlayırsa, bu, Hənəfi Zeynallının günahı 
deyil, bizim folklorçünaslıq elmi naminə xidmətidir. Bu gün bizə tanış görünən 
və məlum olan fikrlərin XX əsrin 20-ci illərində necə doğulmasını tədqiq etmək 
müasir elmin aktual vəzifəsidir. Lakin bu heç də o demək deyil ki, biz, məsələn, 
XX əsrin 20-ci illər folklorçünaslığını tədqiq edərkən folklorçünaslıq elmimizin 
bu  sahədəki  nəzəri  nailiyyətlərinə  biganə  qalmalıyıq.  Hənəfi  Zeynallıdan  sonra 
Azərbaycan  folklorşünaslığının  qazandığı  elmi  uğurlar  bizim    H.Zeynallı  epo-
xasına  münasibətimizin  arsenalında  iştirak  etməli,  fəqət  modernləşməyə  səbəb 
olmamalıdır.  
İkinci cəhət: biz məsələn, “folklorun təsnifi ümumən necə olmalıdır?” mə-
qaləsini yox, “ H.Zeynallı folkloru necə təsnif edirdi?” məsələsini nəzərdə tutu-
ruq. Əgər həmin təsnifat bu gün məlum informasiyanı xatırladırsa, bu nə Hənəfi 
Zeynallının,  nə  də tədqiqatçının  elmi  səviyyəsi  deyil.  Biz  mövcud  olanı  aşkara 
çıxarmağa  çallışmışıq.  Azərbaycan  folklorşünaslığının    H.Zeynallı,  S.Mümtaz, 
Ə.  Abid,  H.  Əlizadə  və  b.  kimi,  XX  əsrin  20-30-cu  illər  folklorşünaslarından 
sonra gördüyü yeni işlərə hələ lazımi qiymət verilməmişdir. Ona görə də bu gün 
“məlum”,” adi” görünən, “sadə” səslənən bir çox məsələlər məhz həmin imzala-
rın, çox zaman sonrakı nəsillər tərəfindən qiymətləndirilməmiş, hətta mənimsə-
nilmiş elmi-nəzəri xidmətləridir.  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     128 
 
 
Üçüncü  vacib  xüsusiyyət: XX əsrin 20-30-cu illər folklorçünaslarının  ya-
radıcılığında  folklorun  toplanılması,  nəşri,  və  tarixinin  və  poetikasının  tədqini 
bir-birindən ayırmaq mümkün deyil. Onlar bu hər üç istiqamətlə çulğaşıq şəkil-
də hər an, imkanda məşğul olmuşlar. Ona görə də, məsələn, o dövr folklorşünas-
larından birindən bəhs edərkən onun bu sahədəki fikirlərini vəhdətdə araşdırmaq 
tələb olunur. Çünki, H.Zeynallı ayrı-ayrı məsələlər həll etmir, folklorşünaslıq el-
mi  yaratmaqdan  ibarət  vahid  bir  iş  görürdü.  Bu mənada  H.Zeynallının  ötəri  və 
ya ciddi elmi yaradıcılıqla, şüurlu surətdə, yaxud sövq-təbii ilə toxunduğu məsə-
lələr, həllinə çalışdığı problemləri şərti olaraq belə təsnif etmək olar: 
1. Folklorun toplanılması və nəşri. 
2. Milli folklorumuzun tarixi mənşəyi. 
3. El ədəbiyyatının yaranması və inkişafında şəxsiyyətin rolu. 
4. Ağız ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi. 
5. Folklorun tarixi-poetiktəsnifi və janrlara bölünməsi. 
6. Aşıq ədəbiyyatının tarixi və nəzəriyyəsi.(2, s.54) 
Azərbaycan xalq ədəbiyyatının toplanması, çap olunma və öyrənilmə mə-
sələlərinə də H.Zeynallı diqqətlə  yanaşmışdır. O, folklor nümunələrinin toplan-
masının nəzəri-elmi prinsip və üsullarına dair müsbət fikirlər söyləmişdir. Müəl-
lif  bu  barədə  belə  yazırdı:  “Toplayanlar  geniş  xalq  kütləsi  içərisinə  girərək  bu 
materialları olduğu kimi yazıya almayıblar. Yəni hər bir yerin özünəməxsus bir 
leksikonu, şivəsi olduöu halda buna fikir verilmir”(1, s.3). 
H.Zeynallının  fikrinə görə “Materialların toplandığı  yerin etnoqrafiyasını, 
coğrafiyasını” təsvir etmək lazımdır. Çünki toplanan materialların hansı ərazidə 
yayıldığının  elm  üçün  əhəmiyyəti  vardır.  Çünki  hər  məhəllənin  özünəməxsus 
ayrı-ayrı  ədəbiyyat  forması  və  məzmunu  görünür.  Bir  yerdən  digər  yerə  keçən 
mənzum və mənsur parçalar, dastan və hekayələr mütləq o yerin yaçayışına uy-
ğun bir hala gəlir... Buna görə də toplanməş  materialların  hansı kənddən, hansı 
qəzadan,  o  yerin  hansı  təbiətə  malik  olmasından,  kimdən:gəncdən  ya  qocadan 
toplandığının əhəmiyyəti vardır” (1, s.4). 
İstər  Azərbaycan  folkloruna  həsr  olunmuş  ümumi-nəzəri  məqalələrində, 
istərsə də ayrı-ayrı folklor lanrlarını əhatə edən toplulara yazdığı onlarca müqəd-
dimədə H.Zeynallı milli folkloru dərindən tədqiq və təhlil etmiş, onlara öz elmi 
münasibətini  bildirmişdir.  “El  ədəbiyyatının  yaranması  və  inkişafında  şəxsiy-
yətin rolu”, ” Folklorun tarixi-poetiktəsnifi və janrlara bölünməsi” məsələləri bir 
problem kimi  H.Zeynallı yaradıcılığında geniş, nəzəri-problem səviyyədə digər 
məsələlər  isə  nisbətən  gündəlik  ehtiyaclara  cavab  kimi  əhatə  olunmuşdur.  Bü-
tövlükdə  isə  yuxarıda təqdim olunan problem  və məsələlər  məntiqi surətdə bir-
birini  tamamlayıb,  H.Zeynallının  folklora  dair  görüşlərinin  konseptual  xarak-
terdə olduğunu nümayiş etdirir.  
 Bu günkü  milli  müstəqillik dönəmində H.Zeynallının  fəaliyyətlərini çağ-
daş elmi təfəkkür işığında araşdırmaq müasir folklorşünaslığın həlli vacib prob-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə