Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə32/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   28   29   30   31   32   33   34   35   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     72 
 
 
11. Zeynallı H. Ağız ədəbiyyatı. /”Maarif və mədəniyyət” jurnalı, 1926, N8, səh. 
35-37 
12. Zeynallı H. Seçilmiş əsərləri./Toplayanı və tərtib edəni Rasim Tağızadə. 
Bakı, Yazıçı, 1983 
13. Zeynallı H. Ağız ədəbiyyatı. /”Maarif və mədəniyyət” jurnalı, 1926, N8, səh. 
35-37 
14. Azərbaycan xalq ədəbiyyatından bayatılar. Ədəbiyyat Cəmiyyətinin nəşri, 
Bakı, 1925. 
15. Atalar sözləri. “Bakı işçisi” nəşriyyatı, Bakı, 1926.  
16. Azərbaycan folklorşünaslığı (müntəxabat), Bakı, ADPU nəşri, 2000 
17. Əhmədova F. «Nəriman Nərimanovun siyasi fəaliyyəti (1920-1921-ci illər)» 
adlı namizədlik dissertasiysının avtoreferatı. Bakı, 2000, 22 səh. 
18. Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı, Nurlan, 
2011, 600 səh. 
19.Bünyadov Z. Qırmızı terror. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,1993, 331 
səh. 
20. Qasımov C. Cavidi məhbəsə aparan yol. Bakı, Nurlan, 2007, 191 səh. 
21. Xəlilov H. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində 
ədəbiyyat məsələləri (namizədlik dissertasiyası), Bakı, 2001.  
22. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı 1920-1930-cu illər. Bakı, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəşriyyatı, 1997 
 
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy 
 
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     73 
 
 
Mətanət ABBASOVA 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
e-mail: abbasova_metanet@rambler.ru  
 
XALQ ŞEİRİNDƏ İSLAM MOTİVLƏRİ 
 
Xülasə 
Məqalədə xalq şerinin poetik sistemində islam motivləri araşdırılmış, bu motivlərin dini 
təlim, mifologiyadan doğan qaynaqları diqqət mərkəzində saxlanılmışdır. İslam mifopoetik mo-
dellərinin  fərqləndirilməsi,  İslama  transformasiya  olunan  inancların  xalq  şeirindəki  özəllikləri 
tədqiqata cəlb edilmişdir. 
Açar sözlər: İslam, şeir, poetika, mifoloji, zaman, kult, metafora, model, düşüncə. 
 
ISLAMIC MOTIVES IN FOLK POET 
 
Summary 
In the article Islamic motives of folk poet in poetic system are investigated, the sources of 
these motives coming from religious training, mythology are kept in the focus of attention. The 
differentiation of Islamic mythopoetic models, the specifications of beliefs which tarnsformed to 
Islam in folk poems are involved to the investigation. 
Key words: Islam, poet, poetics mythological, time, cult, metaphor, model, thought  
 
ИСЛАМСКИЕ МОТИВЫ В НАРОДНОЙ ПОЭЗИИ 
 
Резюме 
В  статье  исследуются  исламские  мотивы  в  поэтической  системе  народной  поэзии. 
В центре внимания остается уходящие своими корнями в мифологию религиозное учение. 
Привлечено  к  исследованию  особенности  народной  поэзии,  трансформация  поверий  в 
ислам и дифференциация его в мифопоэтическую модель. 
Ключевые слова: ислам, поэзия, поэтика, мифологический, время, культ, 
метафора, модель, размышление. 
 
Məsələnin  qoyuluşu. İslam dini  və dünyagörüşü xalq ədəbiyyatının  məz-
mun  və  forma  quruluşuna  bilavasitə  təsir  göstərmişdir.  Xalq  şeirində  də  İslam 
motivləri bütöv bir sistem təşkil etməklə ayrıca təhlilə cəlb olunmuşdur. 
İşin məqsədi. Xalq şeirinin ayrı-ayrı janrları – bayatı, mahnı, ovsun mətn-
ləri  və.s. İslam dini  və  mifologiyasının təsiri  mexanizmlərinin qruplaşdırılması, 
mətnlərin mifopoetik strukturunun bu istiqamətdə araşdırılması. 
 
Qədim  Şərqin  tarixi  yaddaşında  zəngin  ədəbiyyat,  folklor,  elm,  fəlsəfəsi 
və. s.  ilə seçilən  Azərbaycan  mədəniyyəti zamanla  müxtəlif  ictimai-siyasi şəra-
itdən asılı olaraq fərqli və yaxın mədəniyyətlərin təsiri şəraitində formalaşmış və 
inkişaf  etmişdir.  VII  əsrdən  etibarən  Şərqdə  İslam  dininin  bərqərar  olması  və 
surətlə  yayılması  nəticədə  İslamın  Azərbaycanda  da  böyük,  dini  sosial  tənzim-
lənmə sistemini yaradır. Sosial, siyasi sahədəki yeniliklər sözsüz ki, mənəvi də-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     74 
 
 
yərlərin də inkişaf istiqamətinə öz təsirini göstərir. Tezliklə tətbiqi, təsviri sənət, 
memarlıq,  arxitektura  və  s.  maddi  mədəniyyət  abidələrinin  islami  ornament, 
motivlərlə  zənginləşməsi  mənəvi  irs,  xüsusilə  folklor  və  ədəbiyyatımıza  da  öz 
təsirini  göstərir.  İslam  din  tarixi,  müxtəlif  mifoloji  rəvayətlərin  folklor  ədəbiy-
yatında  ayrıca  mövzuya  cevrilməsi  həm  də  burada  folklor  poetikası,  dil  tex-
nikasının yeni xüsusiyyətlərini bir araya gətirir. Qeyd etmək lazımdır ki, İslamin 
Azərbaycanda  ideoloji  təbliğatı  hec  də  mədəniyyətin  azad  inkişafına  qarşı 
dayanmamış,  etnik-milli  inam  və  düşüncə  sistemində  möhkəmlənməklə  xalq 
təfəkküründən  qopub  gələn  orijinal  irsə  cevrilmişdir.  Başqa  sözlə  desək,  İslam 
mədəniyyəti,  onun  özünəməxsus  motiv,  elementlərinin  Azərbaycan  söz  sənəti, 
ayrıca  folkloruna  təsiri  xaiq  ədəbiyyatının  öz  daxili  imkanları,  potensialına  uy-
ğunlaşmış,  inam,  etiqadların  mövcud  qapalı  sisteminə  qoşulmaqla  inkişaf  et-
mişdir. 
Məlumdur  ki,  qədim  türklərin  ilkin,  ibtidai  inamları  tarixən  tanrıcılığın 
etiqad və düşüncəsinə bağlı olmuşdur. İslama qədərki dini təssəvürlərdə yer alan 
tanrıcılığın  yaradılış  pantionunda  Tanrı  dünyanın  (kosmosun)  yaradıcısı  kimi 
obrazlaşdırılmışdır.  Xüsusilə,  oğuz-türk  mifologiyasında  mifoloji  Tanrı  Qara 
xan, varlıq  Ağ ana kosmosu bərpanın  başlıca  hərəkətverici qüvvəsində ontoloji 
motivlərdə yer almışdır. Folklor, mifologiyanın yeni motiv, mövzularla zəngin-
ləşməsi  ilk  öncə  “yerli”,  “mövcud”  kultların  islam  müqəddəslikləri  ilə  qarşı-
laşma və nüfuzolunmasındakı dəyişən mexanizmi ilə seçilir. İslamaqədərki xalq 
mifik  düşüncəsinin  yerli  kultları  bu  prosesdə  aktivləşməklə  yeni-gəlmə  mədəni 
kultların qəbulunda bir-birini tamamlayan, paralel, yanaşı prosesə qoşulur.  
Oğuz  epik  abidələrinin  obraz  və  motivlərinin  genezisini  araşdıran  Xalıq 
Koroğlu  müqəddəs  obrazların  “yerdəyişməsi”ni  Oğuz  folkloru  üzərində  müşa-
hidə  edərək  yazırdı:  “...Müsəlmanlığın  təsiri  ilə  Şərqdə  türkdilli  xalqların 
folklorunda göy elçisi motivi də dəyişmişdir. Uyğur “Oğuznamə”sində bu rolda, 
“göy  yeləli,  göy  tüklü  boz  qurd”  görünür.  Koroğlu  və  başqa  dastanlarda  burda 
ərənlərlə  Xəlifə  Əli,  yaxud  Xıdır  İlyas  (Xızır)  yerinə  yetirirlər,  bəzən  onları 
çiltanlar (qırxlar) əvəz edirlər. İslam dövründə meydana çıxmış göy paltarlı atlı 
(Xızır) öz epik funksiyası ilə qədim türk “ağ atlı, gümüş əlbisəli, qəhrəmana yol 
göstərən” (“Olonxo”, “Er Soqotox”) obrazını xatırladır” (9, 41). 
Türkmən, tacik, özbək xalqlarının folklorunda Burkut havanı- yağışı idarə 
edən,  hətta  İslam  Allahı  ilə  qarşılaşmada  daha  böyük  gücə  malik  qüvvə,  kult 
olaraq səciyyələndirilməkdədir. Orta Asiya xalqlarının əfsanə və rəvayətlərindən 
çıxış  edərək,  «yerli»  kultların  İslamda  təmsil  olunma  və  qarşıdurmasını  araş-
dıran V.N.Basilov bu  xüsusda kultların  islam dini, mədəniyyəti qarşısında evo-
lusiyasında eyni obraz üzərində aşağıdakı uyğun təsnifatı aparmışdır (18, 38): 
1. 
İslamaqədərki mərhələ ( Miflərdə Burqut-Burx öz gücü ilə seçilir). 
2. 
İslamla qarşılaşma (Əvvəlcə Burqut-Burx müqəddəsliyi müvəffəqiy-
yətlə islam Allahı ilə “əməkdaşlıq” edir). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə