Dədə Qorqud ● 2015/I I I 130
təlimində zamanın məkandan ayrılmazlığı bədii mətnlərin şərti-məzmun kateqoriyası
hesab edilir. Ümumiyyətlə, insanın metaforik düşüncəsində zaman və məkan əlamət-
ləri iki halda bir-birinə qarışır, daha doğrusu, biri digərini tamamlayır. Birinci halda,
insanın iradəsindən asılı olmayaraq baş verir, zaman yığcamlaşdırılır, «bədii görün-
tülü olur; məkan isə intensivləşir, zamanı hərəkətə gətirir, süjetin, hadisənin inkişafı
ilə genişlənir. Zamanın əlamətləri məkanla açıqlanır, məkan isə zamanın ölçülməsi
ilə dərk olunur» [5,10]. İkinci halda düşünülmüş şəkildə insanların özləri tərəfindən
zaman məkanla birləşdirilir.
Zaman-məkan vəhdətinin mifoloji görüşlərdə əksinin də iki forması müəyyən-
ləşdirilmişdir:
1) Mifoloji və bədii düşüncədə sosial-ədalət kateqoriyalarının (məqsədəçatma,
haqq-ədalət, bütövləşmə, cəmiyyətin və insanların harmonik vəziyyətləri və s.)
məhdudlaşdırılması keçmişlə gələcəyin eyniləşdirilməsindən irəli gəlir. Məsələn,
cənnət, Qızıl dövr, qəhrəmanlıq əsri, qədim həqiqətlər zamanı kimi ideyaların yaran-
ması və yeri keçmişlə əlaqələndiyi halda arzulanan gələcək şəklində çatdırılır. «Biri
var idi, biri yox idi» mifik qənaətində dünyada hələ heç nəyin start götürmədiyi mə-
qamlarda zamanla məkanın bünövrəsinin vəhdətdə qoyulmasından bəhs olunur.
Kainatda durğunluq hökm sürür. Xaos hələ parçalanmamış, ünsürlərə ayrılmamışdır.
Çünki «zamanın hərəkəti başlamayıbsa, deməli, məkan və zamanın anı da yoxdur»
(M.M.Baxtin). Misalda «var olmaq» gələcəyin, «yox olmaq» isə keçmişin nişanəsi-
dir. «Bir diyarda bir padşah var idi» təsdiqi ilə hərəkət meydana gətirilir və zamanla
məkanın vəhdəti baş tutur, durğunluq aradan götürülür. Bundan sonra isə arzulanan
gələcəyə çatma yolları axtarılır.
2) Məkanla zamanın vəhdəti esxatologizmə əsaslanır. Zamanla-məkan vəhdətinin
mifoloji dərkinin bu formasında gələcək işıqlı deyil, hər şeyin sona çatması, məhvi
şəklində təsəvvürə gətirilir. M.M.Baxtin yazırdı ki, «bu münasibətdə dünyanın so-
nunun fəlakətlə və təmiz dağılmaqla, ya yeni xaos, ya da İlahi hakimliklə nəticələn-
məsinin heç bir əhəmiyyəti yoxdur, - əsas odur ki, bütün mövcudatın sonu vardır və
bu son çox yaxındır» [5,77]. Beləliklə, insanın məkan və zaman haqqında mifik gö-
rüşləri ilə bağlı problemlər müxtəlif aspektli olduğu üçün araşdırılmasında çətinliklər
meydana çıxır. Lakin xarakterik və tipik cəhətlərini ümumi şəkildə göstərməklə də
olsa, dünyanın mənzərəsini canlandıran kateqoriyalardan ikisinin (məkan və zaman)
özünəməxsusluğunu və mühümlüyünü nəzərə çatdırmaq mümkündür.
Türk-oğuz eposunda mifoloji kontinuum (zaman-məkan sistemi). V.M.Jir-
munskiyə əsaslansaq, söyləyici tərəfindən eposda Bayındır xan, Salur Qazan və Qor-
qudun çağı Oğuz tayfalarının törədicisi Oğuz xanın mifik zamanı ilə müqayisədə gu-
ya tarixi əsaslarla çatdırılır. Lakin «Dədə Qorqud»da göstərilən «oğuz əsri» oğuzların
heç bir məhdud tarixi ilə uyğun gəlmir: «burada bütöv xalqın tarixi keçmişi monu-
mental ölçüdə, epik ideallaşdırılma formasında əks olunur» [7, 526].
Epik mətndə zaman və məkanın təsviri məsələsinə toxunanda aydınlaşır ki, das-
tanda konkret vaxt və yer aydın, anlaşıqlı olmaqla bərabər, həm də (çox hallarda)
mücərrəd və qaranlıqdır. Şübhəsiz, boyların hər birinin bünövrəsi müəyyən bölgədə
və bir xalq çərçivəsində qoyulmuşdur, sonra başqa türk elləri yaşayan geniş ərazilər-
də yayılaraq, demək olar ki, bəşər oğlunu ümummədəni dəyərlər səviyyəsinə yüksəl-
mişdir. Özül kökdə olduğundan eposun əsas obraz və motivləri həmin kökdən pöhrə-
Dədə Qorqud ● 2015/I I I 131
lənən digər millətlərin də epik ənənəsində dərin izlər buraxmışdır. Bu səbəblərdən də
abidənin guya kənarda düşünülüb guya bilinməz səbəbə görə yazıya alındığı ərəfədə
Azərbaycana gətirilməsi haqqındakı qənaətlər əsassızdır. «Dədə Qorqud» kökdən
mayalansa da, V.V.Bartoldun müşahidə etdiyi kimi, bütün hallarda yerli materiallar-
la, Qafqaz bölgəsində [4, 120] türkdilli əhalinin qədim tarixi, etnoqrafiyası, coğrafi
şəraiti, mifoloji görüşləri ilə yoğrulmuşdur. O, mayasını nə Orta Asiya, nə də Altay-
dan almışdır. Köçərilər vasitəsilə Azərbaycana, yaxud Antaliyaya gətirilərək [3, 321]
yazıya köçürüldüyünü irəli sürmək isə ən azı Qafqaz və Ön Asiya türklərinin kökü-
nü dədə-baba yurdundan ayırmaq deməkdir.
Eposun boylarında zaman və məkan anlayışlarına münasibət bir daha təsdiqləyir
ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar nə köçəri-
gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də bura-
larda yerləşir. Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və
Trabzoniçi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları turukların,
sakların, midiyalılaran, massagetlərin, albanların varisləridirlər. Eyni kökdən olduq-
ları üçün Şimallı qıpçaqlarla (Beyrək qıpçaq qalasında 16 il əsir qalsa da), Orta
asiyalı türkmənlərlə (Qanturalı «cici-mici»
1
[1, 85] türkmən qızlarını bəyənməsə də)
daha çox qaynayıb qarışmış, osmanlılarla siyasi dövlət idarəçiliyi və din arasında iki-
tirəliyin yaranmasından müəyyən çağlarda uzaqlaşma meyilləri yaransa da, mənəvi
dəyərlərə, adət-ənənələrə, ozan və aşıq sənətlərinə bağlılıq bu sapınmalardan hər iki
qardaş xalqı xilas etmişdir. Bu məsələdə tarix meydanında keçmiş nüfuzunu itirmiş
farslar, ərəblər və xristian dünyası od rolunu oynasa da, qopuza, saza sığınan oğuz
nəslini kökündən, soyundan ayıra bilməmiş, qardaşın biri «həpimiz», digəri «hamı-
mız», biri «sultanım», «paşam», digəri «xanım», «bəyim» desə də, türklüyünə qayıt-
mışdır. Çünki bayatlı Dədə Qorqudun söylədiyi kimi, «gəlimli-gedimli dünyada qarı
düşməndən dost olmaz». Və dar günlərdə yenə ulu ozanın sözlərini yada salıb bir-bi-
rilərinə bağlılıqlarını nümayiş etdirmişlər:
Ağzın üçün ölüm qardaş!
Dilin üçün ölüm, qardaş! [1, 211].
Mifoloji-arxaik qəhrəmanlıq və tarixi qəhrəmanlıq dastanlarında zamanın əsas
çıxış fərqləri, tədqiqatçılar tərəfindən aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:
1. Eposlarda zamanın ilkin mühüm əlaməti ondan ibarətdir ki, təsvir «başlan-
ğıc»la – «dünyanın uşaqlıq» çağlarıyla və hər hansı bir etnosun əsasını qoyan ilk nü-
mayəndə ilə əlaqəli şəkildə – sonrakı inkişaf mərhələlərində təbəqələşərkən yaranan
bütün müxtəlifliklər nəzərə alınmaqla verilir (Propp V.Y., Neklyudov S.Ö., Koroğlı
X.Q., Şarakşinova N.O., Kudiyarov A.V.). Bu dövrü ümumiləşmiş halda «mifik za-
man» kimi işlətmək daha düzgündür. «Oğuz kağan» dastanında zamanın çıxışı məhz
bu şəkildədir:
1
V.V.Bartoldun dediyi kimi, dastandakı oğuzlar türkmənlər olsaydılar, «Qanlı Qoca oğlu Qanturalı
boyu»nda bu sözlər əsas qəhrəmanın dilindən çıxardımı? «Pəs varasın, bir cici-bici türkman qızını
alasan, nagahandan tayanım, üzərinə düşəm, qarnı yırtıla?..»//«Bəs gedəsən, bir cici-mici türkmən
qızını alasan, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?..» Mətndəki «cici-mici» indiki dildə «incə-
mincə» şəklində işlənən söz mənasında başa düşülməlidir.
Dostları ilə paylaş: |