Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

136 
Bakterial soluxma xəstəliyi,  əsasən, xəstə toxumdan alınmış 
şitillərlə yayılır.  İxtisaslaşmış  şitil istehsalçıları toxumları mütləq 
səpinqabağı  dərmanlamalıdırlar ki, xəstəlik geniş  ərazilərə yayıl-
masın. Xəstə  şitil  əkildiyi torpaq artıq sirayətlənmiş hesab olunur. 
Patogen torpaqda yaşamaq qabiliyyətinə malikdir. Buna görə 
şitillərin alınıb, gətirilməsi məqsədəuyğun hesab edilmir. Torpaqda 
xəstəlik mənbəyi varsa, köklərin ilk mexaniki zədələnmiş hissəsin-
dən daxil olan patogen tezliklə bütün bitkini yoluxdurur. Yoluxma 
həmçinin  əlavə köklər vasitəsi ilə  və  əmici tellərdən də baş verir. 
Torpaqda olan nematodlar, gəmirici cücülər və ya istiqanlılar 
tərəfindən zədələnmiş yerlərdən bitkiyə daxil ola bilir. Aqrotexniki 
qulluq zamanı  zədələnmiş köklərdən, suvarma suyu vasitəsi ilə 
yoluxma artır və yayılma bütün sahəni  əhatə edir. Törədicinin 
inkişafı üçün optimal temperatur 20-30°C olduğu vaxt xəstəlik 
kütləvi yayıla bilər.  
Apardığımız tədqiqatlarla müəyyən olunmuşdur ki, xəstəliyə 
qarşı mübarizədə toxumların səpinqabağı 1-2 saat müddətində Qa-
mair  (Bacillus subtilis şt. M-22 titr > 1011 KOE/q) 0,015%-li məh-
lulunda 2 saat müddətində isladılması və sonradan təmiz su ilə yu-
yularaq cücərməyə qoyulması, 2 gündən sonra səpilməsi bakterial 
soluxma xəstəliyinə qarşı 75-89% səmərəlilik göstərmişdir. 
Xəstəliyin qarşısının alınmasında sağlam şitildən istifadə olun-
malı, torpaq yoluxmuşdursa, torpaq funqisidləri ilə fumiqasiya edil-
məli, alaq otlarından təmiz saxlanmalıdır. Növbəli  əkin sisteminin 
tətbiqi bakterial soluxmanın minimuma enməsində başlıca  şərtdir. 
Əgər xəstəliyə qarşı davamlı sortlar varsa, istifadə olunması səmərə-
li hesab olunur (Şəkil 74). 
Gövdə bakteriozu. Törədicisi  Pseudomonas corrugata Ro-
berts and Scarlett. tərəfindən törədilir. Patogen Pectobacterium 
şöbəsinin,  Gammaproteobacteria  sinifinin, Pseudomonadales sıra-
sının, Pseudomonadaceae fəsiləsinin, Pseudomonas cinsinə aid 
olub, qram-mənfi bakteriyadır.  
Xəstəlik törədicisi kök, kökboğazı, gövdə, saplaq və meyvələri 
sirayətləndirir. Azərbaycanda açıq və örtülü şəraitdə becərilən po-


137 
midorun,  əsasən, gecyetişən sortlarında müşahidə edilir. Xaçmaz, 
Şabran rayonlarında açıq sahədə, Abşeron yarımadası ərazisində ör-
tülü və açıq sahədə yayılmışdır. Xəstəliyin ilk əlamətləri 1-ci çiçək 
topasında meyvə əmələ gəldiyi dövrdə kolun yuxarı yarusunda olan 
tər yarpaqların saralması  və qismən soluxması ilə  nəzərə çarpır. 
Xəstəliyin intensivliyi artdıqca gövdənin aşağı hissəsində kökboğa-
zından başlayaraq meyvə çətirinə qədər gövdənin rəngi dəyişir. Bu 
sarımtıl-yaşıldan qonurumtul-qara rəngə  qədər dəyişir. Uzununa 
kəsik etdikdə görürük ki, gövdənin ortasında köklü hissəsindən 
başlayaraq tünd yaşılımtıl-qara rəngli örtüklə örtülmüş  və borulaş-
mış hissələr mövcuddur. İlk  əvvəl bu hissələrdə olan toxumalar 
(ötürücü hissə) rəngini dəyişərək struktur dəyişikliyinə-parça-
lanmaya məruz qalır. Sonradan gövdə tamamilə borulaşır vegeta-
siyanın axırına çatmamış bitki tamamilə soluxur və quruyur. 
Patogenin yayılması mexaniki zədələnmə yerlərindən, toxum-
larla və torpaqda qalan bitki qalıqları ilə baş verir. Əgər əvvəlki ildə 
həmin sahədə pomidor əkilmişdirsə, aqrotexniki tədbirlərin yerinə 
yetirildiyi zaman zədələnmiş kök, gövdə  və yarpaqlar vasitəsi ilə 
bakteriya bitkiyə daxil olur. Odur ki, növbəli əkin sisteminin tətbiqi 
əhəmiyyətlidir.  
Meyvələrdə xəstəlik toxumluqlara qədər sirayət etdiyindən to-
xumların üzərində qalmış mənbə daha təhlükəlidir. Bunu nəzərə ala-
raq toxumlar sterilləşdirilməli və xəstə bitkilərdən toxum alınmama-
lıdır. Pomidor sahəsində  xəstəlik müşahidə olunarsa, xəstə bitkilər 
kökündən çıxarılaraq sahədən kənarlaşdırılmalıdır. 
Azot gübrəsi ilə birtərəfli və normadan artıq yemləndirmə göv-
də bakteriozunun inkişafını  və yayılmasını sürətləndirir. Bitkinin 
həddindən artıq şirəli və lətli olması bakteriyaların inkişafını stimul-
laşdırır. Meyvələrin yaşıl texniki yetişkənlik dövründə həddən artıq 
suvarılması, süni yağışla havanın nisbi rütubətinin  yüksəldilməsi 
yolverilməzdir. 
Xəstəliyə qarşı mübarizədə patogen ehtiyatının minimuma en-
dirilməsi üçün pomidor növbəli  əkin sistemində öz əvvəlki yerinə 
minimum 2 il sonra gəlməlidir.  Ən yaxşı  sələf qarğıdalı, arpa, 


138 
buğda və yoncadır. Toxumlar səpinqabağı KMnO
4
-ün 1%-li məhlu-
lunda 1 saat ekspozisiya ilə  nəmləndirilməli və  təmiz suda yuyu-
laraq 2 gün sonra səpilməlidir. 5-10%-li xörək duzu məhlulunda da 
eyni metodla dezinfeksiya səmərə verir. 
Qamair 3 AB İT (Bacillus subtilis ştamm M-22 VİZR) prepara-
tının 1-2 qr/kq hesabı ilə işçi məhlulun sərfiyyatı 1-1,5 l/kq hesabı 
ilə toxumların səpinqabağı nəmləndirilməsi xəstəliyə qarşı 75-80% 
səmərəlilik verir. Alınmış nəticələr toxumların süni yoluxdurulması 
şəraitində  və  xəstə meyvələrdən alınmış toxumların üzərində apa-
rılmışdır. 
Birtərəfli nitrat azotu ilə yemləmədən imtina edilməsi, gövdə 
və strukturun vaxtında və normal formalaşması üçün Bravo K, 
Favor (10:10:40) yemləmə gübrələrindən istifadə olunması bitkinin 
ümumi davamlılığının yüksəlməsinə  səbəb olur. Vegetasiya döv-
ründə 2 dəfə 5-6 yarpaq və çiçəkləmədən qabaq çiçəkləmə  və da-
mlama üsulu ilə yemləmə verilməsi xəstəliyin qarşılayıcı  tədbiri 
kimi səmərəlidir. 
Qeydə alınan xəstəliklərlə yanaşı PB bir sıra başqa bakterial 
xəstəliklərlə yoluxur. Bu sırada  Pseudomonas campestris pv.  vesi-
catoriaPectobacterium carotovorum (Jones) Waldee, (Erwinia ca-
rotovora subsp. carotovora), Ralstonia solanacearum (Smith 1896) 
Yabuuchi et al. 1996) yayılaraq ziyan vurur (Şəkil 75). 
 
Chromista aləminə aid olan xəstəliklər 
 
Fitoftoroz 
 
Törədicisi  Phytophthora infenstans (Mont.) de Bary. Hetero-
kontophyta şöbəsi, Oomycota sinifi, Peronosporales sırası, Pythia-
ceae fəsiləsi, Phytophthora cinsinə aid olub, müşahidə aparılan bü-
tün bölgələrdə geniş yayılmışdır. Dünya ədəbiyyatında Fitoftoroz 
xəstəliyi geniş öyrənilmişdir. Xəstəliyin təsirindən ayrı-ayrı illərdə 
30-50%, epifitotiya illərində isə 100%-ə qədər məhsul itkisi yaranır. 
Bu göstərici fitoftora ilə mübarizənin  əhəmiyyətinin böyük oldu-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə