124
lərdən meyvə, üzüm, giləmeyvə kolları kompleks mikrogübrələrlə
kökdənkənar yemləndirilməlidir (Şəkil 64).
Kobalt çatışmazlığı
Xəstəliyin spesifik əlaməti pomidor bitkisində yarpaqların rən-
ginin açıq-yaşıl olması ilə səciyyələnir.
Kobalt (Co) kök sisteminin, gövdənin və çiçək tozcuqlarının
normal inkişafında mühüm rol oynayır. bitkinin tərkibində
0,00002% təşkil edir, lakin kök yumrucuq bakteriyalarının havanın
və torpağın mənimsənilə bilməyən azotunun bitki tərəfindən mə-
nimsənilən formaya salınmasında mühüm rola malikdir. Yumrucuq-
larda toplandığından burada azotfiksasiya edən bakteriyaların
fəaliyyətini aktivləşdirir. Co, əsasən, B
12
vitaminin tərkibində olur.
Torpaqda və ya yumrucuqlarda bakteriyalar tərəfindən sintez edilən
B
12
kök vasitəsi ilə bitkiyə daxil olur və onun ümumi davamlılığının
artırılmasında əvəzolunmazdır. Co DNT (dezoksiribonuklein tur-
şusu) sintezində və hüceyrələrdə generativ bölünmədə yaxından işti-
rak edərək bu prosesləri aktivləşdirir. Paxlalılar, soğan, yaşıl
lobyada daha çox toplandığı üçün bu bitkilərdən sonra torpaqda Co
normal səviyyədə olur. Növbəli əkin tətbiq olunması mümkün
olmayan yerlərdə CoSO
4
və CoCl
2
duzlarının kiçik dozalarda tətbiqi
bu qıtlığı aradan qaldıra bilər. CoSO
4
kristal duzdur. Tərkibində
21% Co olub, suda yaxşı həll olur. CoCl
2
-nin tərkibində isə 2,7%
Co var. CoSO
4
0,5 kq/ha normada əkindən qabaq şum altına verilir.
Vegetasiya dövründə kökdənkənar yemləmə kimi 0,02-0,05%-li
məhlulunun çilənməsi stasionar-2-də olan pomidor şitillərinin daimi
yerlərində boy və inkişafına müsbət təsir etmişdir.
Pomidor bitkisinın virus xəstəlikləri
Azərbaycanda son 20 ildə açıq və örtülü sahədə müxtəlif namə-
lum mənbələrdən toxum daşınması PB-nın əkinlərində müxtəlif vi-
rus xəstəliklərinin yayılması ilə nəticələnib. Beynəlxalq fitopatoloji
125
elm mərkəzlərində bitki virusologiyası üzrə yüksək ixtisaslı alimlə-
rin olması və onların apardıqları tədqiqatlarla kartof, pomidor və bi-
bərin müxtəlif növlərə aid olmaqla 20-dən artıq virus xəstəliyinə
məruz qalması müşahidə olunur. Mövcud vəziyyət fitosanitar
nəzarət sistemində elmi-metodiki yanaşmanın tətbiqini zəruri edir.
Virus xəstəlikləri PB üzərində mozaika, xloroz, ləkəli soluxma,
yarpaqların sarımtıl qıvrılması, adi qıvrılma, yarpaqın qırışlı qıvrıl-
ması, strik, kolşəkilli karlik, üst yarpaqların qıvrılması, bürüncvari
ləkəlik əlamətləri yaradır. Apardığımız çoxillik müşahidələr göstərir
ki, Azərbaycanda virus xəsətlikləri pomidor istehsalçılarına ciddi zi-
yan vurur və ildən-ilə şiddətlənir. Marşrut müşahidələri və istehsal-
çıların təqdim etdikləri materialların tədqiqi nəticəsində qeydə alın-
mış başlıca virus xəstəlikləri aşağıdakılardır.
Qırışlı qıvrılma. Törədicisi Potato Y virusudur (PYV). Təsni-
fata görə 4-cü müsbət RNT qrup viruslarının Potyviridae fəsi-
ləsinin Potyvirus cinsinə aiddir. Azərbaycanın Abşeron, Quba-
Xaçmaz, Şirvan bölgələrində yayılmışdır. Açıq və örtülü şəraitdə
yoluxaraq, güclü ziyan vurur. Xəstəliyin başlıca əlaməti yarpaqların
qırışması, sonradan qıvrılması və damarlararası lətin üst hissəsinin
əvvəlcə sarımtıl-yaşıl rəng alması, sonradan saralması ilə səciyyə-
lənir. Virus toxumla keçdikdə ilk əsl yarpaq fazasından xəstəliyin
əlamətləri müşahidə olunur. Şitil istehsalı ilə məşğul olan ixtisas-
laşmış təsərrüfatlarda xəstəlik xroniki xarakter daşıyır. Bu onunla
əlaqədardır ki, virusun aralıq keçiricisi Myzus persicae, M.certus,
M.humuli, Aphis fabae, A.gossypii, A.nasturtii olduğundan sahə
təmizlənsə də, toxum sterilləşdirilsə də, virus onun daşıyıclarının
daxili orqanlarında uzun müddət həyatılıq qabiliyyətini saxlayır.
Yeni şitillik əmələ gəldikdə bu cücülər neştərini bitki hüceyrəsinə
daxil etdiyi andan xəstəliyin yayılması başlanır.
PYV güclü yayılan sahələrdə məhsul itkisi 70-90%-ə çatır.
Erkən yoluxma zamanı yarpaqlar inkişafdan qalır, qırışır və defor-
masiya edir, çiçək topaları əmələ gəlmir və ya bitki böyümə-
diyindən həddən artıq zəif olur ki, onun üzərində hətta meyvə əmələ
gəlsə belə, normal meyvədən 5-8 dəfə kiçik olur. Belə məhsullar
126
istifadəyə yararsız olur, çünki meyvə daxilində toxumluqlar və lətli
hissənin inkişafı çox zəif olur. PYV bibər, yabanı quş üzümü, lobya
bitkilərini də sirayətləndirir. Virusla yoluxmuş ağqanadlı bu bitki-
lərdən hər hansı biri ilə qidalandıqda infeksiyanı yayır. Məlumdur
ki, ağqanadlı tez-tez uçaraq müxtəlif bitkilərə qonur və onların
şirəsini sormaqla qidalanır. Bu xüsusiyyətdən PYV tez bir zamanda
bütün əkin sahəsinə yayılır.
Xəstəliyə qarşı mübarizədə fitosanitar və karantin tədbirləri,
toxum materialı ilə yayılma ehtimalı olduğundan toxumların səpin-
qabağı termiki dezinfeksiyası aparılmalıdır. Əgər buna imkan yox-
dursa, kalium permanqanatın (KMnO
4
) 0,1-0,2%-li məhlulunda 20-
30 dəqiqə isladılmalıdır. İslatmadan sonra toxumlar steril suda yu-
yulmalı və 2-3 gün ərzində səpilməlidir. Dezinfeksiya olunmuş to-
xumların rüşeyminin ayılması üçün 15-20°C-də saxlanılmalıdır.
Proses otaq temperaturunda da yerinə yetirilə bilər. Vegetasiya döv-
ründə sorucu ağız aparatına malik olan zərərvericilərdən ağqana-
dlılar, mənənələr, tripslər, gənələrə qarşı Hekplan 20 İT (Mospilan,
20% Asetamiprid) preparatının 0,2-0,25 kq/ha normada 400 l/ha işçi
məhlulu sərfiyyatı ilə çiləmə aparılması səmərəlidir. Çiləmələr hər
yarpaqda 3-4 ağqanadlının yetkin fərdi müşahidə edildikdə yerinə
yetirilməlidir. İstixanalarda və şitilliklərdə hər mövsümdən sonra
istixanalar kip qapanaraq, fumiqantlarla dezinfeksiya tədbirləri ke-
çirilməlidir. Səpin üçün sağlam və viruslara davamlı sortların
toxumları seçilməlidir (Şəkil 65).
Qırışlı mozaika. Törədicisi Alfalfa mosaic virusdur (AMV)
Təsnifata görə 4-cü müsbət ss RNT qrup virusların Bromoviri-
dae fəsiləsinin, Alfa mosaic cinsinə mənsubdur.
Xəstəliyin başlıca aralıq keçiriciləri mənənələrdir ( Aphis gos-
sypii, Myzus persicae). Xəstəlik zamanı cavan yarpaqlar sarımtıl
rəng alır, bəzən gümüşü-sarı örtüklə müşayiət olunan üst yarus yar-
paqlarının kənarları aşağıya doğru qıvrılır. Xəstə bitkilərin boy və
inkişafı zəifləyir, gövdə hissədə floemanın tündləşməsi müşahidə
olunur. Gövdənin eninə və uzununa kəsiklərində qaralma və qonur
ştrixlər açıq görünür. Meyvələrdə deformasiyalar əmələ gəlir, to-
Dostları ilə paylaş: |