Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

124 
lərdən meyvə, üzüm, giləmeyvə kolları kompleks mikrogübrələrlə 
kökdənkənar yemləndirilməlidir (Şəkil 64). 
              
Kobalt çatışmazlığı 
 
Xəstəliyin spesifik əlaməti pomidor bitkisində yarpaqların rən-
ginin açıq-yaşıl olması ilə səciyyələnir.  
Kobalt (Co) kök sisteminin, gövdənin və çiçək tozcuqlarının 
normal inkişafında mühüm rol oynayır. bitkinin tərkibində 
0,00002% təşkil edir, lakin kök yumrucuq bakteriyalarının havanın 
və torpağın mənimsənilə bilməyən azotunun bitki tərəfindən mə-
nimsənilən formaya salınmasında mühüm rola malikdir. Yumrucuq-
larda toplandığından burada azotfiksasiya edən bakteriyaların 
fəaliyyətini aktivləşdirir. Co, əsasən, B
12 
vitaminin tərkibində olur. 
Torpaqda və ya yumrucuqlarda bakteriyalar tərəfindən sintez edilən 
B
12
 kök vasitəsi ilə bitkiyə daxil olur və onun ümumi davamlılığının 
artırılmasında  əvəzolunmazdır. Co DNT (dezoksiribonuklein tur-
şusu) sintezində və hüceyrələrdə generativ bölünmədə yaxından işti-
rak edərək bu prosesləri aktivləşdirir. Paxlalılar, soğan, yaşıl 
lobyada daha çox toplandığı üçün bu bitkilərdən sonra torpaqda Co 
normal səviyyədə olur. Növbəli  əkin tətbiq olunması mümkün 
olmayan yerlərdə CoSO
4
 və CoCl
2
 duzlarının kiçik dozalarda tətbiqi 
bu qıtlığı aradan qaldıra bilər. CoSO
4
 kristal duzdur. Tərkibində 
21% Co olub, suda yaxşı  həll olur. CoCl
2
-nin tərkibində isə 2,7% 
Co var. CoSO
4
 0,5 kq/ha normada əkindən qabaq şum altına verilir. 
Vegetasiya dövründə kökdənkənar yemləmə kimi 0,02-0,05%-li 
məhlulunun çilənməsi stasionar-2-də olan pomidor şitillərinin daimi 
yerlərində boy və inkişafına müsbət təsir etmişdir. 
 
Pomidor bitkisinın virus xəstəlikləri 
 
Azərbaycanda son 20 ildə açıq və örtülü sahədə müxtəlif namə-
lum mənbələrdən toxum daşınması PB-nın əkinlərində müxtəlif vi-
rus xəstəliklərinin yayılması ilə nəticələnib. Beynəlxalq fitopatoloji 


125 
elm mərkəzlərində bitki virusologiyası üzrə yüksək ixtisaslı alimlə-
rin olması və onların apardıqları tədqiqatlarla kartof, pomidor və bi-
bərin müxtəlif növlərə aid olmaqla 20-dən artıq virus xəstəliyinə 
məruz qalması müşahidə olunur. Mövcud vəziyyət fitosanitar 
nəzarət sistemində elmi-metodiki yanaşmanın tətbiqini zəruri edir.   
Virus xəstəlikləri PB üzərində mozaika, xloroz, ləkəli soluxma, 
yarpaqların sarımtıl qıvrılması, adi qıvrılma, yarpaqın qırışlı qıvrıl-
ması, strik, kolşəkilli karlik, üst yarpaqların qıvrılması, bürüncvari 
ləkəlik əlamətləri yaradır. Apardığımız çoxillik müşahidələr göstərir 
ki, Azərbaycanda virus xəsətlikləri pomidor istehsalçılarına ciddi zi-
yan vurur və ildən-ilə şiddətlənir. Marşrut müşahidələri və istehsal-
çıların təqdim etdikləri materialların tədqiqi nəticəsində qeydə alın-
mış başlıca virus xəstəlikləri aşağıdakılardır. 
Qırışlı qıvrılma. Törədicisi Potato Y virusudur (PYV). Təsni-
fata görə  4-cü    müsbət RNT qrup viruslarının  Potyviridae  fəsi-
ləsinin  Potyvirus cinsinə aiddir. Azərbaycanın Abşeron, Quba-
Xaçmaz,  Şirvan bölgələrində yayılmışdır. Açıq və örtülü şəraitdə 
yoluxaraq, güclü ziyan vurur. Xəstəliyin başlıca əlaməti yarpaqların 
qırışması, sonradan qıvrılması  və damarlararası  lətin üst hissəsinin 
əvvəlcə sarımtıl-yaşıl rəng alması, sonradan saralması ilə  səciyyə-
lənir. Virus toxumla keçdikdə ilk əsl yarpaq fazasından xəstəliyin 
əlamətləri müşahidə olunur. Şitil istehsalı ilə  məşğul olan ixtisas-
laşmış  təsərrüfatlarda xəstəlik xroniki xarakter daşıyır. Bu onunla 
əlaqədardır ki, virusun aralıq keçiricisi Myzus persicae,  M.certus
M.humuli,  Aphis fabae,  A.gossypii,  A.nasturtii olduğundan sahə 
təmizlənsə  də, toxum sterilləşdirilsə  də, virus onun daşıyıclarının 
daxili orqanlarında uzun müddət həyatılıq qabiliyyətini saxlayır. 
Yeni  şitillik  əmələ  gəldikdə bu cücülər neştərini bitki hüceyrəsinə 
daxil etdiyi andan xəstəliyin yayılması başlanır. 
PYV güclü yayılan sahələrdə  məhsul itkisi 70-90%-ə çatır. 
Erkən yoluxma zamanı yarpaqlar inkişafdan qalır, qırışır və defor-
masiya edir, çiçək topaları  əmələ  gəlmir və ya bitki böyümə-
diyindən həddən artıq zəif olur ki, onun üzərində hətta meyvə əmələ 
gəlsə belə, normal meyvədən 5-8 dəfə kiçik olur. Belə  məhsullar 


126 
istifadəyə yararsız olur, çünki meyvə daxilində toxumluqlar və lətli 
hissənin inkişafı çox zəif olur. PYV bibər, yabanı quş üzümü, lobya 
bitkilərini də sirayətləndirir. Virusla yoluxmuş  ağqanadlı bu bitki-
lərdən hər hansı biri ilə qidalandıqda infeksiyanı yayır. Məlumdur 
ki, ağqanadlı tez-tez uçaraq müxtəlif bitkilərə qonur və onların 
şirəsini sormaqla qidalanır. Bu xüsusiyyətdən PYV tez bir zamanda 
bütün əkin sahəsinə yayılır.  
Xəstəliyə qarşı mübarizədə fitosanitar və karantin  tədbirləri,  
toxum materialı ilə yayılma ehtimalı olduğundan toxumların səpin-
qabağı termiki dezinfeksiyası aparılmalıdır. Əgər buna imkan yox-
dursa, kalium permanqanatın (KMnO
4
) 0,1-0,2%-li məhlulunda 20-
30 dəqiqə isladılmalıdır. İslatmadan sonra toxumlar steril suda yu-
yulmalı və 2-3 gün ərzində səpilməlidir. Dezinfeksiya olunmuş to-
xumların rüşeyminin ayılması üçün 15-20°C-də saxlanılmalıdır. 
Proses otaq temperaturunda da yerinə yetirilə bilər. Vegetasiya döv-
ründə sorucu ağız aparatına malik olan zərərvericilərdən ağqana-
dlılar, mənənələr, tripslər, gənələrə qarşı Hekplan 20 İT (Mospilan, 
20% Asetamiprid) preparatının 0,2-0,25 kq/ha normada 400 l/ha işçi 
məhlulu sərfiyyatı ilə çiləmə aparılması  səmərəlidir. Çiləmələr hər 
yarpaqda 3-4 ağqanadlının yetkin fərdi müşahidə edildikdə yerinə 
yetirilməlidir.  İstixanalarda və  şitilliklərdə  hər mövsümdən sonra 
istixanalar kip qapanaraq, fumiqantlarla dezinfeksiya tədbirləri ke-
çirilməlidir. Səpin üçün sağlam və viruslara davamlı sortların 
toxumları seçilməlidir (Şəkil 65). 
Qırışlı mozaika. Törədicisi Alfalfa mosaic virusdur (AMV) 
Təsnifata görə 4-cü müsbət ss RNT qrup virusların Bromoviri-
dae fəsiləsinin, Alfa mosaic cinsinə mənsubdur. 
Xəstəliyin başlıca aralıq keçiriciləri mənənələrdir (Aphis gos-
sypii,  Myzus persicae). Xəstəlik zamanı cavan yarpaqlar sarımtıl 
rəng alır, bəzən gümüşü-sarı örtüklə müşayiət olunan üst yarus yar-
paqlarının kənarları  aşağıya doğru qıvrılır. Xəstə bitkilərin boy və 
inkişafı  zəifləyir, gövdə hissədə floemanın tündləşməsi müşahidə 
olunur. Gövdənin eninə və uzununa kəsiklərində qaralma və qonur 
ştrixlər açıq görünür. Meyvələrdə deformasiyalar əmələ  gəlir, to-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə