Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

115 
yüksək nəticələrlə özünü göstərir. Belə  məhsulun satış qiyməti və 
çeşidi daha yüksək, daşınmaya və saxlanmağa isə daha davamlı 
olduğundan iqtisadi səmərəlilik digər variantlarla müqayisədə 
yüksək olmuşdur. 
Beləliklə, aparılmış ilkin tədqiqatlar Favor (10:10:40) prepara-
tının vegetasiya dövründə kalium çatışmazlığı qeyri-infeksion xəs-
təliyinin aradan qaldırılması üçün səmərəli olduğunu nəzərə alaraq 
onun geniş təsərrüfat təcrübəsində istifadə edilməsi məqsədə müva-
fiqdir (Şəkil 58). 
 
Kalsium çatışmazlığı 
 
Kalsium (Ca) humusla az təmin olunmuş torpaqlarda daha çox 
müşahidə edilir. Ca azot, karbohidratlar və su mübadiləsində yaxın-
dan iştirak edir. Başlıca xüsusiyyətlərindən biri üzvi turşuların 
təsirini neytrallaşdıra bilməsidir. Maddələr mübadiləsinin nizam-
lanmasında  əhəmiyyətli rolu ilə seçilir. Bitkinin inkişaf dövründə 
daha çox tələb olunur. Ca-un bitkinin fizioloji proseslərində rolu 
kaliumla üst-üstə düşür, lakin əks göstəriciləri də mövcuddur. Ca 
ionlarının çox olması kaliumdan fərqli olaraq hüceyrənin su 
itirməsinə  səbəb olur, kolloidlərin hidrofillik qabiliyyətini azaldır. 
Bitkinin fizioloji tarazılığı    və hüceyrənin su balansı Ca və K-un 
optimal səviyyədə olmasından asılıdır. Hüceyrə membranının ya-
ranması və qurulmasında, membran potensialının artmasında, müx-
təlif ionların hüceyrəyə daxil olmasında yaxından iştirak edir.                           
Ca-un meyvə və tərəvəz bitkilərində vaxtından qabaq qocalma-
nın qarşısının alınmasında əhəmiyyəti böyükdür. Ca nuklein turşu-
larının əmələ gəlməsində iştirak edir ki, bu fotosintez və enerji mü-
badiləsi ilə sıx əlaqədardır. O, bitkinin kök sisteminə başqa kation-
ların daxil olmasını, həmçinin onların miqdarının nizamlanmasını 
təmin edir, hidrogen ionlarının zərərli təsirlərinin qarşısını alır. Po-
midor bitkisində Ca çatışmazlığında bitkilərin meristema toxumala-
rının inkişafı dayanır və  təpə çürüməsi  əlamətləri ilə müşayiət 
olunur. Ca qıtlığı tərəvəz bitkilərində başlıca olaraq cavan yarpaq-


116 
larda Xloroz əmələ gətirməklə nəticələnən açıq-sarı ləkələrlə müşa-
hidə olunur. Yaşlı yarpaqlar əksinə, tünd-yaşıl rəng alır və ölçüləri 
böyüyür. Pomidor əkinlərində  Təpə çürüməsi ilə  nəticələnir. Bu 
xəstəlik örtülü sahədə daha çox üstünlük təşkil edir. 
Bəzən kalsiumun artıq olması bitkidə dəmirin (Fe) çatışmazlığı 
və yarpaqların xlorozu (saralma) ilə nəticələnir. Abşeron bölgəsinin 
quru subtropik iqliminin qumsal torpaqlarda yaratdığı xüsusiyyət-
lərdən biri də kalium çatışmazlığıdır. K qıtlığı  nəticədə torpaqda 
Ca-un miqdarının maneəsiz yüksəlməsinə səbəb olur (Şəkil 59). 
 
Maqnezium çatışmazlığı 
 
Maqnezium (Mg) qələvi torpaq metallarına aiddir. Bitkinin 
normal inkişafında, bir çox fizioloji proseslərində  və maddələr 
mübadiləsində  iştirak edir. Mg-un başlıca rolu xlorofilin əmələ 
gəlməsində iştirak etməsidir. Bu elementin çatışmazlığından yarpaq 
ayasında alabəzəklik, lətli hissənin saralması əlamətləri təzahür edir. 
Bu zaman yarpaqlarda damarlar və onun ətrafı yaşıl rəngini itirmir. 
Xəstəliyin əlamətləri ilkin olaraq yaşlı və aşağı yarus yarpaqlarında 
müşahidə edilir. Mg çatışmazlığı çiçəkləmə, meyvə tutumu və 
pomidorun yetişkənliyi dövründə daha çox müşahidə edilir. 
Hüceyrənin qlafında pektin maddəsinin formalaşmasında Ca
2+
 ionu 
ilə yanaşı  Mg
2+
 ionu da iştirak edir. Pektinin həm hüceyrə qlafında, 
həm də qida elementi kimi böyük əhəmiyyəti var. Bir sıra fizioloji 
proseslərində mühüm rol oynayan fermentlərin  aktivləşməsində 
Mg yaxından iştirak edir. Bitkilərdə kimyəvi enerji mənbəyi rolu 
oynayan fosfor üzvi və qeyri-üzvi maddələrinin toplanmasında və 
ötürülməsində Mg
2+
 və Ca
2+
 ionlarının iştirakı əvəzolunmazdır. Bit-
kinin normal inkişafında və yaşamasında başlıca proseslər olan 
fotosintez, tənəffüs, azot mübadiləsi və ehtiyat maddələrin toplan-
masında bilavasitə  iştirak edir. Hüceyrədə ribosomların struktu-
runun nizamlanması prosesində iştirak edən fosforun nəqlini sürət-
ləndirir.    
Abşeron bölgəsinin qumsal, humusla az təmin olunmuş torpaq-


117 
larında Mg çatışmazlığı tez-tez müşahidə edilir. Örtülü sahədə po-
midorun  əksər hissəsi qumsal və gillicəli torpaqlarda becərildiyin-
dən bu hal normal qidalanmanı pozur, yarpaqlarda alabəzəklik əmə-
lə  gəlir, fotosintez zəifləyir. Fotosintezin getdiyi xlorofil az oldu-
ğundan üzvi maddə sintezi zəifləyir, tənəffüs çoxalır, beləliklə  də, 
bitkinin ümumi məhsuldarlığı  aşağı düşür. Meyvələrdə quru mad-
dənin miqdarı azalır, ehtiyat qida maddələri azalır və bitki tez qoca-
lır. Mg çatmayan pomidor kollarında elastiklik zəifləyir, budaqlar 
sərtləşir. 
Müşahidələr zamanı qumsal torpaqlarda selləmə suvarma tət-
biq olunan zaman Mg çatışmazlığı  əlamətləri daha tez və qabarıq 
üzə çıxması qeydə alınmışdır. Belə ki, qumsal torpaqlar yuyulmağa 
daha tez məruz qaldığından selləmə suvarmada yuyulma sürətlənir 
və qida elementlərinin defisiti yaranır. 
2011-ci ildə AzETBMİ-nin Abşeron Təcrübə Stansiyasında Mg 
çatışmazlığının aradan qaldırılması üçün bir sıra aqrokimyəvi və 
qeyri-üzvi maddələrin tətbiqi üzrə təcrübələr qoyulmuşdur. 
Mg(NO
3
)
2
-Maqnezium nitrat maddəsinin tərkibində həm Mg
2+

həm də NO
3
 nitrat ionu var. Torpağa verildikdə bitki üçün əhəmiy-
yətli olan nitrat ionu yerüstü hissənin qidalanma və inkişafında, Mg 
isə çatmayan qələvi torpaq metalı kimi bitkiləridə fizioloji proses-
lərin aktivləşməsində  iştirak edir. Bundan başqa, Mg çatışmazlı-
ğında MgSO
4
 maqnezium sulfat və Mg(PO
4
)
3
 Mg fosfat duzla-
rından da istifadə etmək olar. Suvarma suyunda S çox olan yerlərdə 
MgSO
4
 verilməsi məqsədəuyğun sayılmır.  
Bəzən cavan bağlarda və tingliklərdə maqnezium fosfat duzu-
nun verilməsi daha məqsədəuyğundur. Belə ki, inkişafda olan bitki-
lərdə fosforun çatışmaması ona tələbatı artırır. Göstərilən qeyri-üzvi 
maddələrdən istifadə etməklə Mg çatışmazlığının aradan qaldırılma-
sı məqsədi ilə 2011-ci ildə polietilen örtüklü damcı suvarma sistemi 
olan örtülü sahədə becərilən pomidorun Franko sortuna aid bitkilər 
üzərində  təcrübələr aşağıdakı sxem üzrə qoyulmuşdur. 1-ci çiçək 
topasında yaşıl meyvələrin əmələ gəlməsi vaxtı Mg(NO
3
)
2
-un məh-
lulu ilə yemləmə verilmişdir. Vegetasiyanın ilk meyvələr əmələ gə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə