Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

103 
vamlı sortlardır. Mənimsənilən kalsium gübrələrindən torpaq altına 
verilməklə  əhəngdən istifadə torpaqda kalsium çatışmazlığını ara-
dan qaldırır. Aparılmış  tədqiqatlar üzrə etdiyimiz təhlillər göstərir 
ki, vegetasiyanın meyvə əmələgəlmə dövründə Elfer-Ca qatı yarpaq 
gübrəsi ilə 2 dəfə (10 gün intervalla) çiləmə  xəstəliyə qarşı 84% 
səmərəli olmuşdur (Şəkil 53). 
 
Pomidor meyvələrinin çatlaması 
 
Qeyd olunan xəstəliyin başlıca səbəbi  ətraf mühitin əlverişsiz 
şəraiti hesab edilir. Çiçəklərin mayalanması zamanı baş verən tem-
peratur dəyişkənliyi, havanın dumanlı,  şehli olması, örtülü sahədə 
isə buxar damlalarının çiçəklərin kasa yarpaqlarını islatması, xəsət-
liyin erkən meyvə əmələgəlmə vaxtı yaranmasına səbəb olur. Sonra-
dan istixanalarda süni tozlandırıcı preparatların tətbiqi nəticəsində 
meyvələrin sürətli böyüməsi epidermisi nazik olan sortlarda belə 
əlamətlər meydana gəlir. Meyvə yetişkənliyi dövründə gündüz və 
gecə vaxtlarının temperaturunda baş verən kəskin fərqlər, suvarma 
rejiminə əməl olunmaması ulduzvari çatlamanı yaradan başlıca sə-
bəblərdir. Çatlamış və zədələnmiş epidermisdən daxil olan müxtəlif 
bakteriya və saprotrof göbələklər çatların dərinləşməsinə və meyvə-
lərin çürüməsinə səbəb olur. 
Birtərəfli azot gübrəsinin normadan artıq verilməsi və suvarma 
suyunun selləmə yolla axıdılması epidermisi nazik olan meyvələrdə 
çatlamalara səbəb olur. Xəstəlik bir qayda olaraq meyvələrin yetis-
kənliyi mərhələsində  və iri meyvəli sortlarda daha çox müşahidə 
olunur. 
 Pomidor  meyvələrinin çatlaması  xəstəliyinə qarşı mübarizədə 
nazik qabıqlı sortlarda daha çox müşahidə olunduğundan bu xəstəli-
yə davamlı sortlar seçilməlidir. 
Bitkilərin cərgəarasının becərilməsi, çiçəkləməyə qədər şitillər-
in diblərinin 2 dəfə doldurulması, suvarma rejiminə düzgün əməl 
olunması  xəstəliyin aradan qaldırılmasında başlıca tədbirlər hesab 
edilir. Toprağın makroelementlərlə (azot, fosfor, kalium) təminatı-


104 
nın normada olması sağlam pomidorun formalaşması üçün başlıca 
şərtdir.  Əkinqabağı torpağın analiz edilməsi və çatmayan element-
lərin bərpası üzrə gübərlərin torpaqaltına verilməsi ən düzgün mü-
barizə tədbirlərindəndir (Şəkil 54). 
 
Termiki yanıqlar 
 
Termiki yanıqlar,  əsasən, günəşin intensiv şüalanması zamanı 
əmələ gəlir. Pomidor meyvəsinin üzərində günəşin düşdüyü gümüşü 
ağ rəngdə nisbətən qırışmış epidermisli, dairəvi formada sahə əmələ 
gəlir. Məhsulun  əmtəəlik keyfiyyəti pisləşir, bu sahədə qabığın al-
tında toxumaların (lətli hissənin) bərkiməsi müşahidə olunur. Xəstə-
liyin  əlaməti yaşıl yetişkənlik mərhələsində daha tez və qabarıq 
olur. Günəşin intensiv şüalanma dövründə pomidor kolları üzərində 
20 kq/ha normada kükürdlə tozlanma tədbirinin xəstəliklə mübari-
zədə səmərəsi olmuşdur. Şehli havada tozlama əməliyyatı daha ef-
fektli olduğundan mübarizə  tədbirinin sakit və  şehli günlərdə ke-
çirilməsi preparatın bir sıra zərərli  orqanizmlərə (Unlu şeh, Boz 
çürümə xəstəliyi yaradan göbələklərə və sorucu ağız aparatına ma-
lik olan tor gənələrinə, mənənələrə, tripslərə və ağqanadlılara) qarşı 
öldürücü təsiri olmuşdur. Sorucu və  gəmirici cücülər virus xəs-
təliklərinin daşıyıcısı olduğundan eyni zamanda mozaika virus xəs-
təliklərinin yayılmasının qarşısının alınmasında müsbət nəticələr 
müşahidə edilmişdir. Təsiri yüksək sahələrdə tozlama şüalarının 
birbaşa təsirindən qoruyur. İntensiv  şüalanma ilə  səciyyəvi iqlimə 
malik olan Abşeron və Muğan bölgələrində xəstəliklə zədələnmənin 
qarşısının alınması üçün möhkəm gövdəli, soluxmaya davamlı  və 
tez  əyilməyən sortlardan istifadə olunmalıdır. Meyvələrə kölgə 
salan yarpaqların qoparılması  xəstəliyin yayılmasına  şərait yaradır 
(Şəkil 55). 
 
 
 


105 
Kimyəvi maddələrin təsirindən yaranan zədələr 
 
Pomidor müxtəlif və çox sayda xəstəlik və zərərvericilərlə zə-
dələndiyi üçün onlara qarşı mübarizədə zəhərli pestisidlər aqrokim-
yəvi maddələr və gübrələr tətbiq edilir. Bir çox hallarda pestisid-
lərin istifadə qaydalarına əməl olunmadıqda bitkidə yanıqlar, ləkə-
liklər və başqa  əlamətlər yaradır. Bu əlamətlər çox vaxt herbisid-
lərin tətbiqindən sonra baş verir. Bəzi istehsalçılar tətbiq etdiyi her-
bisidin istiqamətini düzgün seçmədən tətbiq edir və  nəticədə 
bitkiləri yandırır. 
Kontakt və sistem təsirli herbisidlərin səhv tətbiqi zamanı bitki-
nin orqanlarına düşdüyü yerdə nekrotik ləkələr və yanıqlar  əmələ 
gəlir. Sistem təsirli herbisidlərdə isə təsiredici maddə bütün bitkiyə 
yayıldığına görə, ümumi quruma, soluxma və ya yanma əmələ gəti-
rir. Çox hallarda sistem herbisidlərin təsirindən yarpaqların ümumi 
saralması, damararası  lətin saralması  və ya tamamilə nekrozlaşma 
əlamətləri müşahidə olunur. Saplaq və budaqlar deformasiyaya uğ-
rayır bərkimə və ağaclaşma əlamətləri müşahidə olunur. İnsektisid-
lərin, funqisidlərin, akarisidlərin normadan artıq istifadəsi zamanı 
yarpaqların kənarlarının yuxarı  və ya aşağı istiqamətdə  qıvrılması 
(əyilməsi) yarpaq kənarlarının qaralması  və yanaraq quruması  əla-
mətləri rast gəlinən ən geniş yayılmış əlamətlərdir. 
Bitkilərdə pestisid və b. kimyəvi maddələrin təsirindən yaran-
mış yanıqların baş verməsində başlıca səbəb standarta uyğun, dövlət 
sınağından və qeydiyyatından keçməmiş preparatlar istifadə olun-
masıdır. Çox zaman istifadə olunan pestisidlərin təlimatına uyğun 
norma və qaydalara əməl olunmaması bitkilərdə  fəsad verməklə 
başa çatmır. Zəhərlənmiş bitkilərin üzərindən toplanmış məhsul ba-
zara çıxarılaraq satılması ilə insanlar arasında kütləvi zəhərlən-
mələrlə müşahidə olunur. 
 
Qida elementlərinin çatışmazlığından əmələ gələn xəstəliklər 
 
Azot çatışmazlığı zamanı köhnə yarpaqlar təzə yarpaqlara nisbə-
tən tez saralır, xarab olur, bitkinin ümumi boy və inkişafı  zəif olur, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə