Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

94 
Cəlilabad rayonunun Maşlıq və Naftuluq kəndləri ərazisində qeydə 
alınmışdır. 
Xərçəng xəstəliyi başlıca olaraq bir neçə il dalbadal eyni yerdə 
kartof becərildikdə (həyətyanı sahələrdə və kiçik fermer təsərrüfat-
larında) daha şiddətlə yayılır. Güclü sirayətlənmiş yumrular saxla-
ma yerlərində tamamilə çürüyür. Xəstəliyin başlıca xarakterik əla-
məti yeraltı hissədə, yumrular üzərində  şişlərin  əmələ  gəlməsidir. 
Şişlərin ölçüləri 15 sm-ə  qədər olur. Bu, yumruların ölçülərindən 
asılı olaraq dəyişir. Şişlərin rəngi əvvəlcə ağımtıl, sonradan açıq-şa-
balıdı və sonda tünd-qonur rəngdə olur. Yerüstü hissələrdən gövdə 
və budaqlar üzərində  də kiçik ölçülü şişlər  əmələ  gəlir, lakin bu 
şişlər xlorofillə örtüldüyündən yaşılımtıl rəngə çalır. Xəstəliyin baş-
lıca mənbəyi kartof yumruları  və patogenlə yoluxmuş torpaq və 
sirayətlənmiş torpaqda əkilən digər kökümeyvəlilər və soğanaq-
lılardır. Torpaqda törədicinin uzun müddət qalması (10-12 ilə qədər 
həyatilik qabiliyyətini saxlayır), sirayətlənmiş sahənin kartof əkini 
üçün təkrar istifadəsi 12-15 ildən sonra mümkündür. Xərçəng xəstə-
liyinin belə uzun müddət torpaqda qalması  və bitkiləri sirayət-
ləndirmə qabiliyyətinis axlaması ona qarşı mübarizəni çətinləşdirir. 
Patogen torpağın 60-70 sm-ə qədər dərinliyində anabioz halın-
da rast gəlinir. Bu halda yatmış sporların uzun müddət yaşaması tö-
rədicinin spesifik xüsusiyyəti sayılır.  S. Endobioticum peyinlə 
yayıla bilər. Sirayətlənmiş bitkinin yerüstü hissəsi və ya yumrularla 
qidalandıqda qış sporları heyvanın həzm sistemindən salamat çıxır. 
Peyinin tərkibində uzun müddət qalır və torpağa düşdükdə xəstəlik 
mənbəyinə çevrilir. 
S. endobiotocum Pers.-in inkişafı üçün torpağın rütubət həddi-
nin optimal göstəricisi genişdir. Belə ki, 30-95% rütubətdə törədici 
inkişaf edə bilir. Optimal rütubət həddi 60-80%-dir. Sporların inki-
şafının optimal temperatur həddi 14-20°C, minimal 4°C, maksimal 
həddi isə 32-35°C-dir. Qışlama sporları ətraf mühitin temperaturu-
nun 83°C həddinə 48 saat, 100°C temperatura isə 1 saata qədər dö-
zür. 
Patogenin inkişafında mühitin reaksiyası (pH) geniş  həddi 


95 
əhatə edir. Torpağın pH göstəricisinin 4-8,5 həddində normal inki-
şaf edən  S.endobioticum demək olar ki, əksər torpaqlarda  yaşaya 
bilir. Bitkiyə daxil olduqdan sonra ifraz etdiyi fermentlərə qarşı 
toxumalarda sürətli bölünmə yolu ilə özünü bərpa prosesi başlayır. 
Beləliklə, yoluxma yerində eybəcər  şişlər  əmələ  gəlməyə başlayır. 
Şişlərin ölçüləri sahib bitkinin xəstəliyə davamlılıq və ya immu-
nitetin səviyyəsindən asılıdır. 
Xərçəng xəstəliyinə qarşı davamlı sortların istehsalı və tətbiqi 
xəstəliyin qarşısının alınmasında başlıca tədbirlərdən biridir. Karan-
tin tədbirlərinə  əməl olunmalıdır. Xərçəng xəstəliyi qeydə alınmış 
sahədən kartof tədarük olunmamalı, çıxarılmış kartofun başqa yerə 
daşınması  dərhal dayandırmalı  və bütün məhsul məhv edilməlidir. 
Digər kökümeyvəlilər (yerkökü, çuğundur) və soğanaqlarla da 
xəstəliyin yayılması baş verdiyinə görə sirayətlənmiş sahədə bu 
məhsulların istehsalı və daşınması qadağan edilməlidir. Sirayətlən-
miş sahədə istifadə olunan əmək alətləri, kənd təsərrüfatı texnikası 
və ayaqqabılar başqa sahələrdə istifadə edilməməli və ya qaydalara 
uyğun dezinfeksiya edildikdən sonra istifadə edilməlidir. 
Torpağa (şum altına) yüksək dozada üzvi gübrələrin, xüsusilə 
quş peyinin verilməsi törədiciləri kütləvi surətdə inkişaf etdirir, sa-
hib bitkinin kartofun olmamasından patogenlər bütünlüklə  məhv 
olur və başlanğıc infeksiya mənbəyi minimuma enir. 
Növbəli  əkinin düzgün təşkil olunması 8-9 il xərçəngə yolux-
mayan bitkilərin əkilməsi. Bu baxımdan kələm, qarğıdalı, taxıl bit-
kiləri gənələri hesab edilir. 
Profilaktik tədbir hər hansı toxum materialının  əkilməmişdən 
qabaq dərmanlanması və götürülmüş nümunələrin mikroskopik ana-
lizə cəlb olunmasıdır (Şəkil 49). 
Alternarioz xəstəliyinin törədicisi  Alternaria solani Sorauer, 
Alternaria alternata (Fr.) Keissl. Göbələyi geniş yayılmaqla bütün 
respublika ərazisində yayılmışdır. Ascomycota şöbəsi, Dothideomy-
cetes sinifi, Pleosporales sırası, Alternaria cinsinə mənsubdur. 
Quru isti iqlimi ilə seçilən Cəlilabad rayonu ərazisində daha 
geniş yayılmışdır. Hər il kartof becərən fermerlərə 5-7%-ə  qədər 


96 
məhsul itkisi verir. Yaz isti və quru keçən illərdə Alternarioz daha 
şiddətlə yayılır. Xəstəliyin başlıca xarakterik əlaməti yarpaqlarda 
müxtəlif diametrli (0,5-4 sm) dairəvi və ya ovalvari şəkildə qara-
qonur ləkələrin meydana gəlməsidir. Bəzən budaqlarda və yum-
rularda da xəstəlik müşahidə edilir. Yumruların sirayətlənməsi baş-
lıca olaraq zədələnmədən sonra baş verir. Bəzən budaqlarda və 
yumrularda da xəstəlik müşahidə edilir. Yumruların sirayətlənməsi 
başlıca olaraq zədələnmədən sonra baş verir. 
Alternaria solani və A.alternata göbələklərinin hər ikisinin əla-
mətləri və törədiciləri çox yaxın olduğundan xəstəlik eyni ad və 
əlamətlə qiymətləndirilir. Havanın orta temperaturu 19-20
o
C olduğu 
vaxt alt yarus yarpaqlardan başlayaraq bitkini sirayətləndirir. Ləkə-
lər əvvəlcə kiçik, sonradan üst yarusa qalxdıqca böyüyür və yarpaq 
səthinin  əhəmiyyətli hissəsini tutur. Beləliklə, fotosintez pozulur, 
nişasta yığımı azalır, bitki öz ömrünü tez başa vurmaqla məhsul-
darlığı azalır. Havanın temperatur rütubət həddindən asılı olaraq 
Alternarioz bütün vegetasiya ərzində kartofu sirayətləndirə bilir. 
Xəstəlik yumrularda müxtəlif ölçülü yaralar əmələ gətirir və onunla 
yayılır. Başlıca olaraq azot və kalium çatışmazlığında, fosfor artıq 
verildikdə, virus və traxeomikozlarla sirayətlənərək zəifləmiş kol-
larda Alternarioz daha şiddətlə inkişaf edir. 
Torpağa makroelementlərin düzgün verilməsi təmin olunmalı-
dır. Tez yetişən sortlardan istifadə edilməlidir. Bravo-K qatı yarpaq 
gübrəsindən kökdənkənar yemləmə verilməsi xəstəliyə qarşı da-
vamlılığın artırılmasında  əhəmiyyətli rol oynayır. Alternariozun 
kütləvi yayıldığı illərdə Herodion 50 WP (Hektaş-Türkiyə) islanan 
tozunun 0,45 kq/ha normada çilənməsi səmərəlidir.  İşçi məhlulun 
sərfiyyatı 400 litr/ha-dır (Şəkil 50). 
Rizoktonioz soluxma xəstəliyini Rhizoctonia solani Kuhu tö-
rədir.  Basidiomycota  şöbəsi,  Basidiomycetes sinifi, Polyporales  sı-
rası, Corticiaceae fəsiləsi, Rhizoctonia cinsinə mənsubdur. 
Torpaq mənşəli göbələkdir. Dağ  və dağətəyi rayonlarda yaz 
yağışlı və soyuq keçən illərdə daha geniş yayılaraq məhsul itkisinə 
səbəb olur. Xəstəlik kartof yumrularının əmtəəlik keyfiyyətini aşağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə