Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

100 
qeyri-infeksion və infeksion mənşəli  müxtəlif xəstəliklərlə sirayət-
lənir. Subtropik iqlimə malik Lənkəran, Astara, Abşeron və Xəzər-
yanı bölgələrdə yayılan başlıca infeksion xəstəliklər Fitoftora, Sep-
torioz, Alternarioz, Fuzarioz, Boz çürümə, Ağ çürümə, Rizoktonioz, 
Vertisillioz, Kökçürüməsi və soluxma yaradan müxtəlif patogenlər 
və müx.təlif meyvə çürümələridir. 
 
Qeyri-infeksion xəstəliklər 
 
Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün onu törə-
dən səbəb aşkar edilməlidir. Xəstəliyin səbəbini aşkar etmək üçün 
bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı  və sağlam bitki ilə 
olan hər bir fərq müqayisə edilməlidir. Azərbaycanda pomidor bit-
kisi üzərində qeydə alınmış qeyri-infeksion xəstəlikləri mənşəyinə 
görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Qida çatışmazlığı və ya artıqlığından yaranan xəstəliklər; 
2. Ətraf mühit və iqlim amillərinin təsirindən baş verən xəstə-
liklər; 
3. Mexaniki zədələnmələr; 
4. Pestisidlərin, mineral üzvi gübrələrin səhv tətbiqi nəticəsində 
yaranan yanıqlar, xloroz və s.; 
5. Sənaye tullantıları, radioaktiv çirklənmə  və bu kimi başqa 
səbəblərdən meydana gələn xəstəliklər. 
Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəlik-
lərin meydana gəlməsinin başlıca səbəblərindən biri Azərbaycanda 
müxtəlif torpaq-iqlim şəraitinin mövcud olmasıdır. Belə ki, tərəfi-
mizdən aparılmış  tədqiqatlarla müəyyən olunmuşdur ki, torpağın 
aqrokimyəvi tərkibində, suvarma suyunda olan müxtəlif ionların 
miqdarının az və ya çox olması meyvə, tərəvəz və başqa kənd təsər-
rüfatı bitkilərində müxtəlif  əlamətlərlə müşayiət olunur. Bunlarla 
yanaşı, torpaq-iqlim amillərinin mənfi təsirləri nəticəsində bitkilərdə 
fizioloji proseslərin pozulması, termiki yanıqlar, qurumalar, solux-
malar və başqa əlamətlərlə müşahidə olunan qeyri-infeksion xəstə-
liklər meydana gəlir. Abşeronda təbii su mənbələri həddən artıq az 


101 
olduğundan şirin su çatışmazlığı həmişə hiss olunur. Bölgənin əksər 
yerlərində qrunt suyundan suvarmada istifadə edilir. Müxtəlif böl-
gələrdə qrunt sularında olan elementlərin ion tərkibi müxtəlifdir. 
Hətta 0,5-1 km arası olan quyularda ion tərkibində  kəskin fərqlər 
müşahidə edilir. Aparılmış  tədqiqatlarla müəyyən olunmuşdur ki, 
Abşeron yarımadasının, Maştağa qəsəbəsi ərazisində qrunt suyunun 
tərkibində Ca
2+
, Mg
2+
, Ba
2+
, S
2-
 ionları üstünlük təşkil edirsə, ondan 
1,5-2 km aralıda yerləşən Albalılıq  ərazisindəki sularda Fe
2+
, K
+

Na
+
, Cl
-
 ionları üstünlük təşkil edir. Suvarma suyunun belə müxtəlif 
tərkibli olması  nəticəsində eyni meyvə  və dekorativ bitkilər üzə-
rində bir-birindən tamamilə  fərqlənən müxtəlif  əlamətli xəstəliklər 
müşahidə edilir. Bölgədə badam, ərik, albalı,  şaftalı, gavalı  ağac-
larında kitrənin axması, bitkilərdə boy və inkişafın dayanması, təpə 
tumurcuqlarının quruması müşahidə olunur. Belə bitkilərin ana-
lizləri göstərir ki, suvarmada istifadə olunan suyun tərkibində Fe
2+

Ca
2+
, Mg
2+
 ionları normadan artıqdır. Bu isə mis ionlarının qıtlığına 
səbəb olur. Beləliklə, göbələklərə öldürücü təsir göstərən mis ionla-
rının az olması, immunitetin artmasına kömək edən askorbinoksi-
daza, polifenoloksidaza fermentlərinin miqdarının aşağı düşməsinə 
və immunitetin azalmasına səbəb olur. Buna görə bitkilər müxtəlif 
stressslərə qarşı dözümsüz olur, göbələk və bakteriyalarla asanca 
sirayətlənir. Aparılmış  tədqiqatlarla pomidor üzərində  aşağıdakı 
qeyri-infeksion xəstəliklər qeydə alınmışdır. 
 
Pomidor meyvələrinin təpə çürüməsi 
 
Xəstəlik açıq və örtülü sahədə yayılmışdır. Başlıca  əlaməti 
meyvələrin qurtaracaq hissəsinin əvvəlcə kiçik ölçülü (2-5 mm) çox 
sayda, meyvələrin rəngindən azaçıq seçilən, qeyri-konsentrik ləkə-
lər şəklində müşahidə olunur. Sonradan bu ləkələr böyüyərək bütün 
qurtaracağı əhatə edir. Quru və isti havalarda təpə nahiyəsində olan 
ləkədə batıq əmələ gəlir. Bu batıqlar quruma və rəngin tündləşməsi 
ilə müşayiət olunur. İlkin sirayətlənmə zamanı qabığın mikroskopik 
analizi göstərir ki, parenximada struktur dəyişikliyi var. Əlamət yal-


102 
nız epidermisə yaxın hissədədir. Dərinləşmə qeyd olunmur. 7-10 
gün ərzində yara dərinləşir, genişlənir və meyvə çürüyür. Tədqiqat-
larla aşkar olunmuşdur ki, əgər hər hansı meyvədə ilkin əlamət mü-
şahidə olunarsa, mütləq meyvənin çürüməsinə  qədər davam edir. 
Meyvələr əlamətlərin ilkin vaxtında aparıldıqda sonrakı inkişaf mü-
şahidə olunur. Beləliklə, xəstəliyin səbəbinin, əsasən, qidalanma və 
su təminatı ilə bağlı olması qənaətinə gəlmək olar. Tədqiqatçılar bu 
xəstəliyin kalsium çatışmazlığından, qida və su balansının pozulma-
sından, bakterial mənşəli törədicilərin təsirindən  əmələ  gəldiyini 
qeyd edir. Abşeron bölgəsi şəraitində aparılmış tədqiqatlar göstərdi 
ki, xəstəlik,  əsasən, qumsal torpaqlarda cərgəarası becərilmədikdə 
və bitki suyu dərindən götürmədikdə bu xəstəlik daha çox müşahidə 
olunur. Cərgəarası becərildikdə, suvarma suyu və torpaq əkinə ya-
rarlı olduqda, bitki suyu dərindən qəbul etdikdə  xəstəliyin  əlamət-
ləri minimuma enir. Bitkilərin kök sisteminin müxtəlif səbəblərdən 
(mexaniki, zərərvericilər tərəfindən və s.) zədələnməsi, suvarma su-
yunun tərkibində codluğun (duzluluq) çox olması, havanın tempera-
turunun gün ərzində dəyişməsi (gündüz havanın həddən çox isti, ax-
şamlar şehli və dumanlı olması) meyvələrdə təpə çürüməsini yara-
dan və sürətləndirən başlıca səbəblərdəndir.  
Xəstəliyə qarşı mübarizədə cərgəaralarının becərilməsi, bitkilə-
rin diblərinin doldurulması,  şor suyun suvarmada istifadə edilmə-
məsi, qumsal torpaqlarda 5:1 nisbətində çürümüş peyin verilməsi, 
qızmar istilərdə torpağın qaysaqdan və çatlardan qorunması  məq-
sədi ilə becərmə tədbirlərinin aparılması Təpə çürüməsinə qarşı ye-
rinə yetirilən səmərəli aqrotexniki tədbirlərdəndir. Torpaqda mə-
nimsənilən kalsium çatmırsa, o zaman meyvə əmələgəlmə dövründə 
qaya təbəqəsi üzdə olan Abşeron torpaqlarında Anatoliya Sal pre-
paratından istifadə edilir. Birtərəfli qaydada ammonium mənşəli 
azot gübrəsinin verilməsi xəstəliyin şiddətlənməsinə səbəb olur. 
Toxum seçərkən təpə çürüməsinə davamlı sortların seçilib sə-
pilməsi başlıca tədbirlərdən hesab edilir. Titan, Noviçok, Volqaqrad 
323 sortları Təpə çürümə xəstəliyi ilə daha çox zədələnir. Müqayis-
əli təhlillər göstərir ki, Leyla, Vətən 1 sortları  Təpə çürüməyə da-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə