Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

97 
salır. Xəstəliyin başlıca əlaməti cücərtilərin yoluxması, onlarda qo-
nur ləkələrin əmələ gəlməsi, cücərmiş gövdəciklərin, kökboğazının 
və torpağa yaxın hissələrin ağımtıl-boz rəngdə örtüklə örtülməsidir. 
Yağmurlu havalarda torpağa yaxın yerlərdə bazidisporların  əmələ 
gəlməsi müşahidə edilir. Kartof yumruları üzərində qara dəmgilin 
əmələ gəlməsi xəstəliyin spesifik əlamətidir. Odur ki, çox zaman bu 
xəstəlik “qara dəmgil” adlandırılır.  
Aqrotexniki tədbirlər sırasında növbəli əkinlərin tətbiqi çox sə-
mərəlidir. Yonca, dənli paxlalılar, taxıl bitkiləri sələf kimi seçilə bil-
ər. Yerkökü və çuğundurun sələf kimi istifadə olunması  məsləhət 
deyil. Kartofun eyni sahədə bir neçə il becərilməsi torpağın Rizo-
ktoniozla tam çirklənməsinə səbəb olur. Odur ki, bu xəstəliklə yo-
luxmuş torpaqlara 3-4 ildən sonra kartof əkilə bilər. Toxumluq 
kartof seçilərkən yalnız sağlam yumrulardan istifadə edilməlidir. 
Xəstəliyin yayılması yumrularla baş verdiyi üçün səpindən qabaq 
toxumluq material dərmanlanmalıdır. 
Toxumların dərmanlanması  məqsədi ilə Fludioksonil tərkibli –
Maksim, Kerbendazim tərkibli-Kolfuqo super, Tiabendazol tərkibli-
Vist, Tiram tərkibli-TMTD və başqa bu qrupa daxil olan preparat-
lardan istifadə olunmalıdır. Qeyd olunan preparatlardan hər hansı 
dövlət qeydiyyatından keçməyibsə, uyğun təsiredici maddəyə malik 
olan digər dövlət qeydiyyatından keçmiş preparatlardan istifadə edi-
lə bilər (Şəkil 51). 
Tozlu dəmgili  Spongospora subterranea f. sp. subterranea 
J.A.Toml. göbələyi törədir.  Ascomycota  şöbəsi,  Dothideomycetes 
sinifi, Pleosporales sırası, Spongospora cinsinə aiddir.  
Kartof yumrularının geniş yayılmış xəstəliyidir. Xəstəliyin təsi-
rindən məhsulun keyfiyyəti pisləşir və saxlanma yerlərində tez 
xarab olması ilə  nəticələnir. Yumrularda yaranan müxtəlif ölçülü 
yaralara ayrı-ayrı bakteriya və göbələklər daxil olur, nəticədə çü-
rümə baş verir. S.Subterrana virus xəstəliklərinin aralıq keçiricisi 
kimi də xüsusiyyətə malik olması öyrənilmişdir. Belə ki, bitkiyə 
daxil olan göbələyin hüceyrəsində müxtəlif viruslar bitki daxilinə 
keçir və sürətlə çoxalır. 


98 
S.Subterrana kartofun yeraltı orqanlarının bütün hissələrini yo-
luxdurur. Xəstəliyə yoluxmuş bitkilərdə soluxma və qurumalar mü-
şahidə edilir. Nəticədə məhsuldarlıq kəskin azalır və məhsulun key-
fiyyəti aşağı düşür. Kütləvi yayılma illərində kartof üzərində əmələ 
gələn yaralar quruduqdan sonra partlayır və altından tozşəkilli, tez 
dağılan kütlə xaricə  çıxır. Bu, göbələyin sporlarıdır. Xəstəlik bu 
sporlar vasitəsi ilə yayılır və bu ildən gələn ilə keçir. Xəstəliyin baş-
lıca yayılma mənbəyi xəstə yumrular, bitki qalıqları  və torpaqdır. 
Bu mənbələrdə  qışı keçirən patogenin yatmış sporları  əlverişli 
şəraitə düşdükdə (optimal temperatur 10-25
o
C və rütubət 70-90%) 
ilk olaraq zoosporlar şəklində sonradan isə ameboid halında müşa-
hidə olunur. Yeraltı orqanlara bu halda daxil olduqdan sonra inkişaf 
edərək çoxnüvəli plazmodi halına keçir. Əmələ  gəlmiş çox nüvəli 
göbələk sonradan kiçik hissələrə ayrılaraq, nəslinin yayılması  və 
saxlanması üçün yatmış sporlara çevrilir (Şəkil 52). 
 
 
 


99 
POMİDOR BİTKİSİNİN 
 (Solanum lycopersicum L.) XƏSTƏLİKLƏRİ 
 
Azərbaycanda PB-nın ayrı-ayrı  xəstəlikləri müxtəlif illərdə 
V.İ.Ulyanişev, V.V.Belousova, C.H.Abdullayev, B.B.Eyyubov, 
Ü.A.Rəhimov və başqa alimlər tərəfindən öyrənilmişdir. Lakin son 
25 ildə pomidor bitkisinin sort tərkibinin, becərmə texnologiyasının 
müxtəlifləşməsi, onun üzərində  xəstəliklərin növ tərkibinin dəyiş-
məsi, yeni yarımnövlərin və rasaların respublikaya daxil olması 
yerli  şəraitə uyğunlaşaraq kütləvi yayılmsı ilə  nəticələnmişdir. 
Yaranmış  şəraitdə  xəstəliklərin növ tərkibinin dəqiqləşdirilməsi, 
yeni öyrənilməmiş  və hazırda yüksək məhsul itkisi yaradan xəstə-
liklərin öyrənilməsi və onlara qarşı inteqrir mübarizə  tədbirlərinin 
hazırlanması günün tələbidir. Bu məqsədlə Azərbaycanın müxtəlif  
bölgələrində pomidor bitkisinin (PB) xəstəliklərinin növ tərkibinin 
dəqiqləşdirilməsi məqsədi ilə marşrut müşahidələri aparılmışdır. 
Müşahidələr bölgəni əhatə edən 3 ərazidə, hər ərazini əhatə edən 3 
əkin sahəsində keçirilmişdir. Müşahidələr Abşeron, Quba-Xaçmaz 
və  Lənkəran-Astara bölgələrində olan fermer və toxumçuluq 
təsərrüfatlarında keçirilmişdir. Müşahidələr zamanı pomidorun və 
digər badımcançiçəklilərin zədəli orqanları herbariləşdirilmişdir. 
Zədəli orqanların analizi ilə onların göbələk, bakteriya, virus 
mənşəli olanları qruplaşdırılmışdır.  İnfeksion xəstəliklərlə yanaşı 
qeyri-infeksion xəstəliklərin xarici mühit şəraiti, qida rejimi və tor-
paqda olan qida elementlərinin çatışmamasından meydana gələn 
xəstəliklər qeydə alınmışdır. 2000-2014-cü illərdə pomidoru sira-
yətləndirən xəstəliklərin növ tərkibi aparılmış  tədqiqatlarla dəqiq-
ləşdirilmişdir. Xəstəliklər sistematik qaydalara uyğun təyin olunmuş 
analizlərlə və vizual müşahidələrlə xəstəliklərin əlamətləri, zədənin 
forması, anatomik, morfoloji quruluşları  əks olunmuşdur. 2000-
2012-ci illərdə aşağıda göstərilən xəstəliklər aşkar edilmişdir. 
Açıq və örtülü sahədə becərilməklə müxtəlif sortlar rayonlaşdı-
rılmışdır (Şahin, Şəlalə, İlkin, Elim, Titan, Utro, Vətən-1, Leyla və 
s.) Azərbaycanın malik olduğu mülayim iqlim şəraitində pomidor 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə