Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
  1   2   3   4   5   6   7   8   9   ...   37


 

  



 

ANN.Az 


 

Kitabın adı: Aftafalı antrakt 

 

Müəllif: Şərif Ağayar 



 

Redaktor: Əsəd Cahangir 

 

 

Annotasiya: 



 

“Aftafalı  antrakt”  müəllifin  üçüncü  kitabıdır.  Kitabdakı  hekayələr  müxtəlif  illərdə 

müxtəlif  qəzet  və  jurnallarda,  internet  saytlarında  yayımlanıb,  ədəbiyyat 

adamlarının, tənqidçilərin diqqətini çəkib, müzakirələrə səbəb olub.  Düşünürük ki, 

bu  nümunələrin  kitab  halında  nəşri  müəllifin  bir  nasir  kimi  daha  yaxından 

anlaşılması üçün yardımçı olacaq.     



 

 

 



 

 

 




 

Müəllifdən 



 

Atam  atın  tərkində  məni  xaraba  kəndimizin  üstündəki  yaşıl  yaylağa  qaldıranda 

gördüyüm  ilk  mənzərə  uşaq  yaddaşıma  ömürlük  həkk  olundu.  Bu,  bir  çiçək 

dəryasıydı  və  sərin  mehlə  sağa-sola  dalğalanır,  rəngdən-rəngə  düşürdü.  Çiçəklər 

gün  işığında  parıldaşır,  oynaşır,  gülüşür,  qaqqıldaşır,  uğunub  gedirdilər.  Onların 

səsini eşidirdim desəm, gülməyin.  

Uşaq ağlımla soruşdum: “Çiçəklər niyə belə eləyir?”  

Atam  indinin  özündə  də  məni  heyrətləndirən  qeydi-adi  bir  istedadla  cavab  verdi: 

“Sən yaylağa gəldiyinə görə sevinirlər”. 

Nəsr  yazmağa  atamın  yalan  dediyini  anlayandan  sonra  başladım.  O  zaman  ki, 

gəlişimə  dünyanın  sevinmədiyini,  üstəlik  bunun  ilahi  bir  qanunauyğunluq 

olduğunu dərk etdim. 

Bəlkə  elə  bu  səbəbdən  hardansa  ağlımda  qalan  aşağıdakı  cümləni  həyat  amalına 

çevirdim:  

 

Zərreyi xali məgər cahan qunəst və cahan qunəst qu xali zərrə mədarəst 



 

...Baş sındırmayın. Bu cümlənin dünyanın heç bir dilində heç bir anlamı yoxdur.       

 

 

K.T.B 



      

“Həyat  nədir?”    sualına  ən  fərqli  cavablar  vermək  olar.  Biri  də  budur    –  şeirdən 

nəsrə  doğru  yol!  Gənclik  həyatın  poeziyası,  qocalıq  prozasıdır,  orta  yaş  keçid 

dövrü.  Səni  nəsrə  gətirən  yolu  bir  az  dumanlı  da  olsa,  on  il  öncəki  gənclik 

şeirlərindən  də  görürdüm.  Fəhmim  məni  aldatmadı.  “Aftafalı  antrakt”  dumanı 

dağıtdı.  Ədəbsiz  mühiti  bürümüş  saxta  reklam,  əssassız  (və  gülünc!)  iddia 

dumanlarının  arasından,  nəhayət  ki,  nasir  səsi  gəlir.  Və  demək,  sən  də  qocalırsan, 

əziz Şərif! 

Ən  vacibi  odur  ki,  sən  tarixi  zamanı,  vaxtı  duyursan.  Vaxt  sənin  üz-gözünü 

yalamır,  damarlarından  axır.  Bu,  kitabın  ilk  baxışdan  qəribə  adından  da  görünür. 

Axı  yaşadığımız  son  iyirmi  il  qlobal  bir  tamaşanın,  doğrudan  da,    möhtəşəm 

antraktıdır:  siyasi  yöndən  –  təkpartiyalı  sistemlə  çoxpartiyalı  sistem  arasında; 

mənəvi  yöndən  –  ateizmlə  din  arasında;  iqtisadi  yöndən  –  planlı  təsərrüfatla  azad 

rəqabət arasında; çoğrafi yöndən - şərqlə qərb arasında, ədəbi yöndən sosrealizmlə 

postmodernizm  arasında…  Biz  keçirik,  biz  köçürük!  Biz  keçidin,  keçhakeçin, 

köçhaköçün,  körpünün,  antraktın  yavrularıyıq.  Dayanmaq  qadağandır!  Kitabdakı 

hekayələrin  hər  biri  mənə  vaxtın  əqrəblərinin  irəliyə  doğru  növbəti  hərəkəti  kimi 

görünür. Onlar həm də bədii salnamələrdir. 

Əgər  baxsan,  sənin  özünün  də  həyatının  keçid  dövrüdür:  şeirdən  nəsrə  keçirsən, 

gənclikdən ahıllığa, ilk qələm məşqlərindən ciddi ədəbiyyata, bədii etüdlər, qeydlər 

və  hekayələrdən  povest  və  romanlara,  realizmdən  postmodernizmə…  Kitab  bu 

keçidi bütün yönləriylə əks etdirir. 




 

Sən  mənim  üçün  bir  az  aşağı,  bir  az  yuxarı  ədəbi  yaşıdlarının  demək  olar  ki,  heç 



birində olmayan bir cəhətinlə həmişə maraqlısan  – bədii fikrinin sturktural özülü, 

altyapısı,  onurğası  var.  Hörgünü  qaldırmazdan  öncə  özülü  qoyursan.  Bu,  ilk  nəsr 

kitabının  ümumi  quruluşundan  da  görünür.  Üç  hissədən  ibarət  kitabın  birinci  və 

üçüncü  hissələri  arasında  yer  alan  ikinci  hissəsini  “Aftafalı  antrakt”  yarımbaşlığı 

ilə  verməyini  kitabın,  ümumən  bədii  sözün  tamaşa,  teatr,  oyun  səciyyəsinə  dair 

gizli  işarən  kimi  anladım.  Sənin  əksər  hekayələrini  həm  intellektual  elita,  həm  də 

kütləvi  oxucuya  ünvanlamağını    –  ikili  kodlaşdırmanı  da  tuta  bildim.  Müəllif 

təhkiyəsindəki loru danışıq leksikonu, vulqarizm və rusizmləri aşağı, gizli işarələri 

yuxarıya  hesablamağın  da  aydındır.  Quş  dilini  süleymanlar  bildiyini  bilirsən. 

Amma rusizmlər məsələsində, məncə, bəzən lüzumsuz ifratlara varırsan.            

Kitabının keçid səciyyəsi özünü ən qabarıq şəkildə ədəbi-bədii metod məsələsində 

göstərir. “Kosmos əsrinin gerçəklərindən” silsiləsinə daxil etüdlər, “Corcinin evi”, 

“Balabəy”,  “Laçınsız  ilk  gün”,  “Mənim  16  saatım”  hekayələrində  özünün  sevimli 

realizminə  sadiqsən.  “Estafet”  hekayəsində  estefeti  heç  cür  əldən  vermək 

istəməyən qocaların yeni nəslin başına açdığı iyrənc oyunlardan sənin üçün o qədər 

də  səciyyəvi  olmayan  xalis  simvolist  dillə  danışırsan.  Və  Borxesin  məşhur  bir 

fikrini  unudursan  ki,  simvollar  yalnız  gerçək,  konkret    həyat  faktının  özündən 

doğanda  ədəbiyyat  faktına  çevrilir.  “İşğaldan  bir  gün  əvvəl”də  isə  lap  vurub 

kəlləçarxa çıxmısan. Son iyirmi ildə başımıza gələn faciələrin kökünü, nəhayət ki, 

təkcə  yerdə  yox,  həm  də  göydə  axtarır,  magik  realizm  məşqi  edirsən.  Pis  də 

eləmirsən  və…  yaxşı  eləyirsən.  Yazıçı  dünyanı  bütöv  görməli  və  göstərməlidir. 

Yer  və  göy,  insan  və  Tanrı  sözün  konseptual  mənasında  reallıqda  olduğu  kimi 

mətndə də birləşməlidir. Əski bir türk daş bitiyində deyildiyi kimi,  yuxarıda  mavi 

göy,  aşağıda  qonur  yer  yarandıqda,  ikisinin  arasında  insan  oğlu  yaranmışdır. 

Amma  sənin  gələcək  nasir  uğurlarını  daha  çox  “Hərbi-siyasi  məsələ”  hekayəsi  və 

“Kərpickəsən  kişinin  dastanı”  povestindəki  ikibaşlı  ironiya,  dekonstruktivizm    və 

intertekstuallıqla  şərtlənən  postmodernistik  cəhdlərində  görürəm.  Çaylar  bir-

birinnə qovuşub dənizə töküldüyü kimi sənin bütün  izmlərin  də postmodernizmdə 

aram tapır. 

Narahatlıq duymaya bilərsən. Bu, metodoloji xaos yox, cavan nasir üçün keçilməsi 

zəruri  olan  özünüaxtarış  mərhələsidir.  Amma  inanmıram  (və  istəmirəm!)  ki,  bu 

axtarışlar  nə  vaxtsa  bitsin.  Xüsusən  son  vaxtlar  özünün  hamıyla  yola  gedən  adam 

imicini  formalaşdırmağa  xeyli  qüvvə  sərf  eləsən  də,  səni  qarşıda  yalnız  və  yalnız 

təkbaşına  keçilən  bir  yol  gözlədiyini  hiss  edirəm.  Kaş  ki  yanılmayaydım! 

Adamlarla  üzülüşməkdən,  onları  domino  daşları  kimi  bir  kənara  atmaqdan  niyə 

ehtiyatlanırsan ki?  Adamlar  Allahı  görməyə sənə ancaq əngəl olacaqlar. Onlardan 

ədalət də gözləmə! Məncə, bu ədalətsizliyi bir neçə dəfə artıq görmüsən! “Kino +” 

qəzetinin  sabiq  baş  redaktoru,  bu,  hələ  ancaq  jurnalıdır,  film  qabaqdadır.  Kaş  ki 

yanılaydım… 

Hekayələrinin  iki  cəhətini  ayrıca  vurğulamaq  istəyirəm.  Birincisi,    Qarabağ 

müharibəsi,  qaçqınların  yeni  ərazilərə  əzablı  adaptasiya  prosesindən  tutmuş 

urbanizasiyanın  gətirdiyi  mənəvi  aşınma,  romantik  idealların  kədərli  süqutuna 

qədər  mövzu  aktuallığı  –  bədii  sənət  həm  də  bədii  sənəd  olarsa,  bu,  onun  kəsiri 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə