Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 

19 


Çaşıb  qaldım,  ilk  dəfə  idi  ki,  belə  söz  eşidirdim.  Necə  yəni  itkin  düşüb?!  Heç 

adam da itərmi?  

«Qohumlarnan  bir  yerdə  heyvanlarını  Kəlbəcər  üzə  aparırmış.  Bir  dəstə  silahlı 

adam  qarşılarını  kəsib,  elə  biliblər  ermənidi.  Silahsız  olduqlarına  görə  qorxublar.  Elə 

ki,  həmin  adamlar  heyvanı  alıb  bunlara  dəyməyib,  əmim  şübhələnib.  Sonra  məlum 

olub  ki,  Kəlbəcər  oğrularıdı.  Təzədən  kəndə  qayıdıb  yiyəsiz  heyvanlardan  adama  bir 

dəstə  düzəldib,  gəliblər  Kəlbəcərə.  Əmim  soyuqladığından  yoldaşlardan  icazə  alıb 

Murovdan  Gəncəyə,  ordan  da  «çerez»  Ağcabədi  keçib  Füzuliyə  –  “Horadizin 

kruqu”na.  Ailəsinin-uşaqlarının  sığınacaq  tapdığı  yerə…  Orda    -  «Vadaproz»da 

qohumlarımız  çoxdu.  Hamısı  istinin  dərdindən  doluşub  ictimai  tövləyə.  Əmim  də 

tövlənin  bir  küncünü  taxta  ilə  kəsib  «ev»  düzəldib,  qəpik-quruşdan  uşaqlara  xərclik 

verib,  sonra  yollanıb  babamgilin  qaldığı  yerə  –  Beyləqanın  Binnətli  kəndinə… 

Xəstəliyi  şiddətli  imiş.  Kürəyinə  bankə  salıblar,  deyiblər  bir  az  qal,  sonra  gedərsən. 

Deyib  yox,  yoldaşlara  söz  vermişəm.  Səhəri  babamgillə  bir  maşında  Ağcabədinin 

girəcəyinə  qədər  gəlib.  Gəncəyə  gedən  maşınlara  minmək  üçün  orda  –  Qarabağ 

kanalının yanında düşüb.  

Bir  aydan  sonra  yoldaşlar  gəlib  çıxıblar  ki,  əmim  yoxdu.  Onlar  elə  bilirmişlər 

xəstəliyinə görə Horadizdə qalıb» - qardaşım udqunub susdu. 

***  

Dədəm  kənddə  mağazada  işləyirdi.  İmkanına  söz  ola  bilməzdi.  Əmim  kasıb  idi 



amma.  Bir  gün  dədəmdən  nisyə  nəsə  istəyir,  dədəm  vermir,  inciyir  dədəmdən. 

Yadımdadı,  hamımızla  dost  idi,  dədəmdən  başqa.  Ona  görə  bizə  gəlmirdi.  Dədəmlə 

salamlaşmırdı  da.  Bir  gün  dədəm  bizi  göndərdi  ki,  gedin,  Cəfərqulugildən  (yəni 

əmimgildən) tüfəngimizi alın, gətirin. Əmim yaxşı ovçu idi. Öz tüfəngi yox idi amma. 

Qardaşımla gedib tüfəngi istədik. Dinməz-söyləməz gətirib verdi. Bütün ləvazimatı ilə 

bir  yerdə:  patrondolduran,  ehtiyat  gilizlər,  ölçü  qabı,  qırma,  barıt,  piston, 

pistonçıxaran,  lüləni  silib  yağlamaq  üçün  polad  məftil,  qatar  və  s.  Sevindiyimizdən 

atılıb düşürdük. Uşaq ağlımızla özümüz ova gedəcəkdik…  

*** 

Evdə  ali  məktəbə  hazırlaşmağımı  istəyirdilər.  Heyvanlarımızı  maşına  doldurub 



Ağcabədiyə  –  Cəfərbəyli  kəndində  anamgilin  yığışdığı  evə  gəldik.  Dədəm  yox  idi. 

Soruşdum,  dedilər  qohumlarına  dəyməyə  gedib.  Qohumlar  da  hərəsi  bir  rayonda… 

Gecikməyi  təbii  idi,  amma  bu  qədər  yox.  Az  qala  iki  ay  tamam  olurdu.  Arada  xəbər 

gəldi  ki,  bəs  qohum-əqrəbanın  başbilənləri  əmimi  axtarmaqla  məşğuldu.  Televizorda 

elan veriblər, pasportunun surətini Qızıl Ayparaya çatdırıblar, Kəlbəcərə gediblər, onu 

görənlərlə söhbət ediblər və bizim bilmədiyimiz daha hansısa işləri görüblər. Dədəmə 

görə qayğımız bir az azaldı. Amma üçüncü ayın tamamından sonra anam gecələr yata 

bilmirdi. Evdə on nəfər idik, əksəriyyəti də azyaşlı. Dədəm demiş, qanayaqlı körpə… 

Göz görə-görə acından ölmək təhlükəsi varıdı.  

*** 


İsti  yay  günəşi  qaldığımız  məhəllənin  həyətindəki  budanmış  tut  ağacının  lüt-

üryanlığından  istifadə  edib  pəncərədən  ədəbsizcəsinə  içəri  soxulur,  adamın    əhvalını 

doğrudan-doğruya  təlx  edirdi.  Aranın  istisi  Murovun  soyuğunu  laçınlıların 

sümüyündən çoxdan çıxarmışdı. İt kimi ləhləyirdi camaat.  




 

20 


Pəncərənin  qabağında  üzümü  qırxırdım,  yaxınlarda  qəbul  imtahanları  başlamalı 

idi. Dədəm isə gəlmək bilmirdi.  

Qəflətən  gözümə  bir  qaraltı  sataşdı  və  tez də  pəncərənin  qarşısından  ötüb  keçdi. 

Üzü  köpüklü  qapıya  yüyürdüm.  Üst-başı  cır-cındır,  əlində  ağac,  qəddi  əyilmiş,  uzun 

və  çal  saqqalı  toqqasına  sallanmış,  dərvişvari  bir  kişi  gördüm.  Dilənçi  zənn  etdim, 

hətta pul üçün əlimi cibimə də atdım. Birdən səsini çıxardı: 

“Salamməlöyküm!” 

Dədəm idi. 

***  

Axşam  hamı  heyrətdən  böyümüş  gözlərini  dədəmin  ağzına  dikmişdi.  Kişi  elə 



şirin-şirin  danışırdı  ki,  adamın  ağzı  sulanırdı.  Protez  dişlərinin  hərdən  zəif 

şaqqıldaması  da  söhbətə  bir  şirinlik  qatırdı.  Heç  vaxt  belə  yaxından  görmədiyimiz 

uzun, çal saqqalın müdrikcəsinə qalxıb-enməsi isə bambaşqa aləm idi.    

«Kəlbəcər  tərəfdə,  onun  gedə  biləcəyi  bütün  binələrə,  yaylaqlara,  köç  yollarına 

getdik, yüzlərlə laçınlı gördük, hər şeyi yerli-yataqlı danışdıq, gördüm deyən olmadı» 

– söylədi dədəm. Dedi, əmimin Kəlbəcərə gedib çıxmadığına əmin olublar:  

«Necə ola bilər ki, bu qədər adamdan biri ona rast gəlməsin?» 

Dədəm  kimə  hesabat  verdiyini,  bu  qəribə  sualı  bu  dəqiqə  cavabını  alacaqcasına 

inamla kimə ünvanladığını özü də bilmirdi, odur ki, cavab üçün çox yubanmadı.   

«Bircə  ehtimal  qalır:  təsadüfən  maşın  vurub,  meyitini  gizlədiblər.  Onu 

soyğunçuluq məqsədi ilə öldürməzdilər, çünki pulu yox idi. Davakar adam da deyildi 

ki, deyəsən kiməsə ilişib».  

Dədəmə  görə  daha  ağıllı  ehtimal  bu  idi:  əmim  babamgildən  ayrılıb  Gəncə 

yolunda  düşdüyü  vaxt  hava  çox  isti  imiş.  Ağcabədinin  həmin  yerində  kölgəlik 

olmadığından  və  Gəncə  maşınları  seyrək  gəldiyindən  istiyə  dözməyib,  yuyunmaq  və 

ya  çimmək  üçün  Qarabağ  kanalına  yaxınlaşıb.  Yuyunmaq  ehtimalı  daha  məntiqidir. 

Çünki  əmim  xəstə  olduğundan  və  axşam  kürəyinə  bankə  qoyulduğundan  soyunub 

suya  girməzdi.  Həm  də  əgər  belə  olsaydı,  paltarı  kanalın  kənarında  olardı.  Sözündən 

belə  çıxırdı  ki,  dədəm  Qarabağ  kanalının  sahilini  qarış-qarış  gəzib,  hər  daşa-kəsəyə 

əli, ya ayağı ilə toxunub, nəsə bir nişanə axtarırmış.  

Bəli,  əmim  əlini  yumaq  üçün  kanala  əyiləndə  huşunu  itirbmi,  gözü  qaralıbmı, 

sürüşübmü, hər nə  isə düşüb kanala boğulub.  Amma belə  yarımçıq ehtimalla əmimin 

dörd azyaşlı qızının,  iki oğlunun qarşısında duruş gətirmək çətin  idi.  Bunu dədəm  də 

yaxşı  bilirdi,  elə  bu  qədər  gecikməyinin  səbəbi  də  işin  axırınacan  getməyi  olub.  O, 

Qarabağ kanalı boyu piyada gəzməyə başlayıb. Az qala rastına çıxan qarğı-qamışdan, 

şüvərək  yulğun  kollarından  belə  nəsə  soruşub.  Harda  gecəyə  düşübsə,  ora  yaxın 

obalardan bir gecəlik yer istəyib. Verən də olub, verməyən də…  

«Yer  verməyənin  pisliyi  özünə  qaldı.  Dünyanın  üzünü  su  almayıb  ha?  İsti  yay 

gecələridi, istədiyin yerdə yıxıl, yat! Uzağı ağcaqanadlar bir az incidəcək səni».  

Qarabağ kanalının Beyləqan civarlarında çimişən cavan uşaqlardan biri xəndəyin 

üstündə oturub ayaqlarını bulanıq sulara çırpa-çırpa dədəmə deyib: 

«Dayı,  təxminən  bir  ay  əvvəl  bax  orda»  –  əlini  kanalın  nisbətən  burularaq 

dayanan  sahilinə  uzadıb  –  «üzüqoylu  çevrilmiş  bir  meyit  gördüm.  Toqqadan  yuxarı 

paltarsız idi. Uşaqlara da göstərdim, amma qorxudan yaxınlaşa bilmədik. Tez geyinib 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə