Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 

23 


Neçə dəfə qışın günü ən qəlbi dağların başında ocaq çatıb səhəri dirigözlü açmışdılar. 

Belə bir adam necə yoxa çıxa bilərdi.  

Mən  anamla  əmimgilə  gedəndə  uşaqları  bizi  görüb  ağlaşdılar.  Görünür, 

uydurduqları  yalana  özləri  də  inanmırdılar.  Bibim  isə,  deyəsən,  əməllicə  incimişdi 

ərindən:  «Yekə  kişisən,  adam  da  altı  uşağını  bir  tövlənin  küncündə  qonum-qonşu 

umuduna qoyub itkin düşər?!» 

Bir də açıqca dədəmdən gileyləndilər:  

«Gərək  heylə  söz  danışmayaydı.  Cəfərqulu  uşaq-zaddı  bəyəm  kanalda 

boğulsun?!» 

Dədəm qohumların tənəsindən  bombardman edilmiş şəhərə bənzəyirdi. Daşı-daş 

üstdə qalmamışdı. Hətta əmimin iki-üç yaşlı ürəyi xəstə qızı da deyirdi dədəm gələndə 

filan şey belə olacaq, bizim həddimiz nə idi o yan-bu yan danışaq.  

Və birdən dədəmə zərbələrin ən ağırını endirdilər. Bacısı qızı televizorda əmimi 

«görmüşdü»: «Televizor İstəpanakertdəki girovları göstərirdi, dayımı gördüm». Hətta 

deyilənə görə, qız qışqırıb, haray salıb, ata-ana, qardaş-bacı  gəlincə  veriliş bitib. Qızı 

sorğu-suala  tutublar.  Göyüm-göyüm  göynəyib  ki,  dayım  idi,  hələ  mənə  də  (yəni 

kameraya) baxdı.  

Bibim qızı savadsz idi, məktəb üzü görməmişdi. Üstəlik gözlərində zəiflik varıdı. 

Anası yandığından deyib, ay bala, qardaşımın uşaqları cüyür kimi mələşir, yazıqdılar, 

bu nə hay-küydü salmısan qohumların arasına. A səni qarabaxt olasan, günün günorta 

vaxtı inəyi camışdan ayıra bilmirsən, bu boyda şüşənin içində dayını necə tanıdın?!  

Bu  xəbər  əmimin  arakəsmə  ilə  ayırdığı  «ev»ində  bomba  kimi  partladı.  Uşaqlar 

elə  şivən  salırdılar  ki,  yaxınlıqdakı  kələsərdə  üzüm  yığmağa  gələn  qadınlar  da 

ağlayırdı.  Hərdən  çəkinə-çəkinə  ictimai  tövlənin  yırtıq-deşiyindən  böcək  kimi  girib-

çıxan qaçqınlara yanaşıb soruşurdular: «O kişidən səs-soraq yoxdu?» 

*** 


Hələ  qabaqda  məşum  Ağcabədi  həyatı  vardı.  Taxtakörpü  qəsəbəsinin  on-on  bir 

kilometrliyində,  düzəngah  səhranın  ortasında  yerləşən  Ağbulaq  yatağında…  Dədəmi 

vaxtı ilə göstərdiyi sübutsuz inada görə daha çox qınayacaqdı qohumlar. Çünki əmimə 

şəhid statusu almaq lazım idi. Bu dolanışıq üçün uşaqlara kömək edərdi.  

Əmim  hər  ölənlə  yada  düşəcək,  kəndimizin  bütün  yas  məclislərinin  qeydsiz-

şərtsiz  qəhrəmanına  çevriləcəkdi.  Camaatımız  bundan  sonra  anlayacaqdı  ki,  vaxtlı-

vaxtsız ölüb basdırılanlardan ötrü  Allaha şükr etmək  lazımdı.  Torpağın  üzü soyuqdu. 

Amma itkinliyin sonu, nəhayəti olmur, bu dərd həmişə təzə-tərdi. 

İtkinlyinin  onuncu  ilində  də  əmimin  qızları  «ay  dədə,  gəl»  deyəcəkdilər.  Hətta 

biri-birləri ilə dalaşıb ağlayanda da! Və bəzən bu ağlaşmaya bibim də, artıq bığ yerləri 

tərləmiş  əmim  oğlanları  da  qoşulacaqdı.  Günlərin  bir  günü  əmimin  sonbeşiyi  ürəyini 

tutub  yorğan-döşəyə düşəcək, uşaq ikən ayağı altına taburetka qoyub öpdüyü portreti 

indi onun  yatdığı çarpayıya  gətirəcəkdilər. O da bu on  ildə söyləməkdən yorulmadığı 

sözləri zəif səslə təkrar edəcəkdi: «Qoy dədəynən görüşüm».  

…Və bir gün son sözünü deycəkdi əmim qızı:  

«Dədəm gəlsin».  

«Gəlsin də, ay bala… qoymuruq bəyəm?» 



 

24 


Bu  sözləri  isə  doğma  qardaşı  qızının  son  nəfəsinə  özünü  çatdıran,  ata  əvəzi  onu 

qollarının arasına alan dədəm söyləyəcəkdi.  

*** 

…Əmim  iri  əli  ilə  boynumun  arxasını  sığallaya-sığallaya  dedi  ki,  tüfəng  məndə 



olsaydı heç kimdən qorxmazdım. Sonra güldü, heç qorxana oxşamırda və birdən mənə 

elə gəldi ki, gülməli əhvalat danışır və mən də güldüm… 

 

 

 



Kərpickəsən kişinin dastanı 

Povest  


 

Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə 

ciddi  bir  iş  var:  «İlyaz  kişi  dedi,  evi  gələn  ayın  başınacan  boşaldın».  Hamımız  biri-

birimizə  baxdıq,  nə  deyəcəyimizi  bilmədik.  «Gələn  ayın  başınacan?!»  –  anam 

həyəcanla soruşdu. Dədəm uzun fasilədən sonra «hə» dedi. 

İlyaz  qonşumuz  idi.  Daha  doğrusu,  biz  onun  qonşuluğundakı  iki  otaqlı,  kürsülü 

evin müvəqqəti sakinləri idik. Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb 

bu  kimsəsiz  evin  tarixçəsini  bizə  danışmışdılar.  Ev  Teylur  adında  bir  kişinin  olub. 

Teylur  İlyazın  ögey  qardaşı  imiş,  traktor  sürürmüş.  Bir  gün  qohumlarından  biri  ova 

gedəndə  kənddən  bir  az  aralı  əkin  sahəsində  Teylurla  rastlaşır.  Görüşürlər,  adama  bir 

siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir. Ovçu patronun 

az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşirlər. Çəkhaçək, vurhavur… birdən 

tüfəng açılır. Açılan kimi Teylurun boğazında ağ deşik görünür…  

Teylur  yerə  yıxılıb  xırıldaya-xırıldaya  çabalayanda  qohumu  qorxusundan  silahı 

atıb qaçır. 

İlyaz  kişi  vaxtı  ilə  Teyluru  güllələyən  oğlanın  anasını  boşayıbmış.  Kənddə 

danışırdılar  ki,  arvadını  çox  incidirmiş  İlyaz.  Guya  arvad  özü  durmayıb  onda.  İndi  də 

oğlunu öyrədib ki, hayıfını alsın bu törəmədən. İlyaz qoca kişidi; bir ayağı burda, o biri 

gorda,  onu  öldürməyəcəkdilər  ha!  Ən  yaxşısı  Teylurdu…  Cavan,  yaraşıqlı,  təzə  ailə 

qurub, körpə uşağı var. Teylurun ölümündən sonra həyat yoldaşı dözməyib bu kənddə. 

Övladını da götürüb gedib rayondakı qohumlarının yanına. 

Qonşuluğumuzda  Sənəm  adlı  bir  qadın  vardı.  Köçümüz  maşından  daşınıb 

rəhmətlik  Teylurun  xaraba  evinə  yığışan  vaxtı  bizə  üzü  yumurtalı  təndir  çörəyi,  camış 

qatığı  gətirmişdi:  «Yeyin  siz  Allah.  Allah  erməninin  bəlasını  versin.  Hamımız 

müsəlmanıq…» 

Sənəm  arvad  dil-ağızdan  qalmırdı:  «Vallah  savabdı,  bu  komadan  da  işartı  gələr, 

insan hənirtisi eşidilər. Evlər boş qalanda, işığı gəlməyəndə Allaha ağır gedir». 

Arada  anamı  yanlayıb  başqa  vacib  xəbərləri  də  çatdırmışdı:  «Bu  ev  əslində 

Teylurun  arvadınındı.  İlyaz  kişiynən  qannı-bıçaqdılar.  Bilsə,  qiyamət  qopacaq.  Yaman 

hayasızdı haaa!» - Əlini əvvəl yavaşca dizinə vurub sonra çənəsini bürmələmişdi. 

Laçında, öz doğmaca evimizdə başımız üstündən müharibə xofu asılmışdısa, burda 

Teylurun arvadının zəhmi basmışdı bizi. Hər an gələ, bizə dişinin dibindən çıxanı deyə, 

mitilimizi bayıra vızıldada bilərdi. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə