Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 

27 


Dədəmin  pəsdən  gözəl  oxumağı  vardı.  Yola  pilləkən  salmaq  üçün  ruha  sakitlik 

gətirən, adamı kövrəldən, az qala ağladan yanıqlı bir avazla oxumağa bşladı: 

 

Mən Kərəməm, Gəncə mənim bağlarım, 



Duman gəldi çiskin aldı dağlarım… 

 

«Ay dədə, bizdən başqa qaşqın yoxdu bu kənddə?» - mən soruşdum. 



«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər». 

«Bunun fərqi var ki?» 

«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu». 

*** 


Kişini  belə  savadlı  bilməzdim.  Səməd  Vurğun  kalxozunun  sovet  sədri  ilə  bir 

söhbət elədi ki…. 

«Siz elə bilirsiz, xalqın azadlığa görə bu qədər qan tökməsinin qiymatını bilmirəm! 

Azadlıq  qurbansız  olmur  ha!  Əsas  odu  ki,  ölkəmiz  azaddı,  torpaqlarımızı  gec-tez  geri 

alacağıq». 

Sovet sədrinin tüksüz başı daha da parıldadı. 

«Biz  hörmətli  prezidentimizin  ətrafında  yumruq  kimi  birləşməliyik.  Bütün  çətin 

işlərin  həlli  yolu  budu.  Allah  prezidentimizə  köməy  olsun,  onun  sayəsində  bax  bu 

oğlum test üsuluynan instuta girdi». 

Sovet sədrinin gülümsər gözləri məni başayaq süzdü: 

«Haaaa… Təbrik edirəm, təbrik edirəm. Hara düşmüsən, a bala?» 

«Nəsrəddin Tusiyə» - şeşələndim. 

«Lap yaxşı, mən də Tusini bitirmişəm». 

Dədəm  ayaq  üstə,  qoltuğunda  balta,  əlində  toza  batmış  kepka  nazik  boynunu  irəli 

uzada-uzada nitqinə davam etdi: 

«Qarabağ  məsələsini  düyünə  salanlar  salır.  Bu,  rus  işpiyonlarının  işidi.  Yoxsa 

ermənidə  cürət  nə  gəzir  ki,  torpaq  ala,  camahatı  qovalaya…  Bax  elə  götürək  bizim 

rayonu.  On  iki  imam  haqqı,  yoldaş  sədr,  «Eşşək  meydanı»ndan  o  üzdə  bir  dördayaqlı 

qoymamışdıq.  Dədələrinin  üçündə-yeddisində  kəsməyə  heyvan  tapmırdılar»  -  güldü  - 

«Camahat  zarafatla  danışırdı  ki,  ermənilər  bizə  xəbər  göndərif  -  siz  Allah  heç  olmasa 

damazlıq  bir-iki  inək  saxlayın,  gələn  il  də  oğurlamağa  bir  şey  olsun.  Ha-ha-ha!  Bizim 

qonşu  kənddə  bir  İrəsul  vardı,  anan  ölsün,  oğul!  Çartaz  fermasından  erməni  heyvanı 

aparırmış,  postda  saxlayıllar  ki,  sənədlərini  göstər,  cibindən  erməni  qulağı  çıxardır, 

deyir  mənim  arayışım  budu.  Çox  qoçaq  oğlanlar  vardı,  çoox!  Bax,  sənnən  soruşuram, 

yoldaş sədr, öz qapısının heyvanını qoruya bilmiyən adam özgə torpağını ala bilərmi?» 

Sədr dinmədi. 

Dədəm: 

«Hə, ala bilərmi?» 



Sədr yenə dinmədi. 

Dədəm bir də təkrarladı: 

«Torpağı deyirəm e… ala bilərmi?» 

Sədr dədəmin əl çəkməyəcəyini görüb könülsüz «yox» dedi. Dədəm tutuldu bir az, 

tez söhbətinin əvvəlinə qayıtdı: 



 

28 


«Camahat  da  gərəy  öz  taleyinə  biganə  qalmasın,  vətənin  gələcəyi  üçün  əlindən 

gələni  eləsin»  –  boğazını  arıtladı  –  «Ölkəmizin  gələcəyi,  xalqın  ağ  günə  çıxması  sizin 

kimi gözəl irəhbər işçilərdən də asılıdı. Allah sizə də köməy olsun». 

«Sağ olun, sağ olun. Niyə oturmursuz, əyləşin…» 

Dədəm  «T»  şəkilli  stolun  sol  tərəfinə  düzülmüş  döşəkli  stulların  birində  oturdu. 

Arıq  boynunu  irəli  uzadıb  nəsə  demək  istədi,  ancaq  boğazını  arıtlamaqla  kifayətləndi. 

Kişinin  tərəddüd  içində  var-gəl  etdiyini  açıqca  hiss  edən  sovet  sədri  dodağının  altında 

balaca qımışıb tez ciddiləşdi. Dədəmin nə deyəcəyini və bəlkə daha çox bu «nəyi» necə 

deyəcəyini səbrlə, həm də böyük maraqla gözləməyə başladı. 

«Allah ölənlərinizə irəhmət eləsin, rəhmətlik dədəm həmişə deyərdi ki, dağ kişinin 

atasıdırsa,  aran  anasıdır.  Çətin  gündə  dağ  adamları  arana  üz  tutublar,  burda  dolanışıq 

tapıblar.  Yoxsa,  iraq  olsun,  arandakılar  biz  tərəfə  qaçqın  gəlsəydilər,  qarda-boranda 

çətin  ki  salamat  qalardılar»  –  duruxdu,  sözünün  bir  balaca  yersiz  olduğunun  fərqinə 

vardı  deyəsən.  Belə  məqamlarda  həmişə  misallar  gətirir,  şeir  deyir,  şeir  deyəndə  də 

həmişə karıxır. Üryəimdə Allaha yalvardım ki, şeirə keçməsin. Çifayda… 

«Aran doğrudan gözəl torpaqdı. Böyük şairmiz Vaqif də yaxşı deyib: 

 

Kür qırağının əcəb seyrəngahı var 



Ya… Yaş… Yaşılbaş… Yaşıldbaş» - qaşları düyünləndi - «Yaşılbaş…» 

«Yaşılbaş sonası var bu yerlərin» - sədr düzəliş verdi. 

«Hə…  Hə…  Yaşılbaş  sonaları  da  var  bu  torpağın…»  -  duruxdu,  şeirin  düz 

getmədiyini anladı, ancaq  üzə vurmadı –  «Doğrudan qızıldı bu topaq. Hərdən  uşaqlara 

deyirəm  aclıqdan  qorxmuyun,  Qarabağ  bərəkətli  yerdi,  bərk  ayaqda  kövşən  yerlərində 

başaq eləyib çörəyimizi ovcumuzla toplayarıq». 

Soved sədrinin səsi gərləşdi: 

«Elə niyə deyirsən, ağsaqqal, ölməmişik ha! Şükür olsun Allahın birliyinə, indi hər 

hektardan üç-dörd ton taxıl çıxır». 

Dədəm müticəsinə gülümsündü: 

«Bizim  torpağımız  yoxdu  də,  o  mənada  deyirəm,  yoxsa  sizdən  bir  narazılığım 

yoxdu ha». 

Sovet  sədrinin  sifətində  güclə  seziləcək  bir  təəssüf  ifadəsi  dolaşdı.  Dolaşdı  və  tez 

də sovuşub getdi. Söhbət yenidən əvvəlki məcrasına qayıtdı. Sovet sədrinin tüksüz başı, 

kostyumu,  qalstuku,  qarşısındakı  telefonlar,  başının  üstündəki  bayraq,  gerb,  bunlar 

azmış  kimi  bayaqkı  vətənpərvər  nitq  dədəmin  gözünün  odunu  almış,  onu  tərksilah 

eləyib  sovet  sədrinin  hüzurunda  əsir  gününə  salmışdı.  Sovet  sədri  heç  nə  demir, 

təbəssümlə  qıyılan  biləndər  gözlərini  dədəmə  dikib  susur  və  bəlkə  də  onun  bu 

vəziyyətindən ləzzət alırdı. 

Nəhayət dədəm utana-utana sözə başladı: 

«Bilirsiniz  də,  qabaqdan  qış  gəlir…  Biz  də  əvvəllər  İlyazın  evində  olurduq…  Ev 

əslində  İlyazın  deyil,  onun  qardaşınındı…  Qardaşının  arvadı  isə  evi  bizə  vermişdi… 

Bilirsiz, onları da qınamıram, camahatın evini əlindən alası döyülük ha…» 

Sovet  sədrinin  heyrətdən  böyümüş  gözləri  bu  dəfə  mənə  zilləndi.  Sual  dolu 

nəzərlərlə… Onun üz cizgiləri açıqca deyirdi: «Bu kişi nə danışır?» 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə