Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 

21 


evə  gəldik,  yataqdakılara  xəbər  verdik.  Onlar  da  gəlib  baxdılar,  amma  çıxarmadılar. 

Təxminən bir gündən sonra kanal yenişə axıb getdi». 

Dədəm cavan oğlandan xahiş edir ki, onu meyidi görən yaşlıların yanına aparsın. 

Uşaq  getmir,  uzaqdan  yataq  yerini  göstərir  ki,  özün  get.  Kişi  çar-naçar  düşür  yolun 

ağına. Gözü zəif olduğundan yolunu azır, çoban itlərinin boğanağından birtəhər keçib 

özünü həmin yatağa çatdırır. Yatağın bütün yaşlı kişiləri toplaşırlar dədəmin başına və 

Qurandan don geyirlər ki, belə hadisə olmayıb, o uşaq kimdirsə səni aldadıb.  

«Bilmədim  neyləyəm.  Dedim,  əyər  uşağı  bura  çağırtdırmasanız  heç  yana  gedən 

deyiləm. Məni qovmaq  istədilər, dedim, sizi polisə verəcəm.  Bir  insaflısı çıxdı,  uşağı 

gətirtdi.  Qancığın  qarnından  çıxan  bayaq  dediyi  sözləri  dandı:  «Mən  meyit-zad 

görməmişəm».  

Əvvəlcə  elə  bildim  məni  ələ  salıb  uşaq,  sonra  hiss  elədim  ki,  öyrədiblər  onu. 

Öyrədiblər  ki,  denən  görməmişəm.  Axırda  kişilərdən  biri  qoluma  girib  camaatdan 

araladı, dedi, sənə baxıram, ürəyim ağrıyır, ay rəhmətliyin oğlu, bir ay bundan əvvəlki 

meyitin  arxasınca  nəyə  düşmüsən?  Çoxdan  balıqlara  yem  olub.  Dedim,  bilmək 

istəyirəm,  o  mənim  qardaşımdı,  ya  yox.  Kişi  dedi,  meyiti  öz  gözlərimlə  gördüm, 

amma  qorxudan  nə  polisə  xəbər  verdik,  nə  də  yaxın  düşdük.  Bilirsən  ki,  rayonda  it 

yiyəsini tanımır, ağrımaz başımıza niyə duz bağlayaq. Bu kanalnan o qədər meyit axıb 

gedir ki…» 

«Sən özün o meyiti gördün eləmi?» – dədəm soruşub. 

«Gördüm». 

«Kürəyində nə var idi?» 

«Bankə yerləri…» 

Dədəm  qaşlarını  qaldırdı  və  söhbətinə  ara  verdi.  Sonra  başını  aşağı  salıb  baş  və 

orta  barmaqlarını  balaca  gözlərinin  üstünə  qoydu.  Biz  biri-birimizə  baxdıq,  ağlamaq, 

yoxsa  beləcə  sakit  dayanmaq  lazım  olduğunu  anlaşdıra  bilmədik.  Anamın  səsi  gəldi: 

«Elə o imiş… Allah rəhmət eləsin».  

Amma  biz  dədəmin  son  sözünü  gözləyirdik.  Çünki  bu  maraqlı  nağılı  üç 

almayacan  danışmaq  yalnız  onun  haqqı  idi.  Dədəmsə  sarsaq  bir  qəhərin  zibilinə 

keçmişdi. 

*** 

«Sənə qurban olum, Xanış!» 



Ay  gözəl dünya!  Sən demə dos-doğma kəndçimiz Xanalı kişi Qarabağ kanalının 

İmişli  həndəvərində  yaşayırmış.  Biz  ona  Xanış  deyirdik.  Dədəm  Xanışı  görən  kimi 

boynuna  sarılıb  başlayıb  hönkürməyə.  Xanış  da  qoşulub  dədəmə,  sıqqasıq  ağlaşıblar. 

Əmimin  itkin  düşdüyünü  o  da  bilirmiş.  Yenə  də  adamın  öz  eli!  Daxal.  Rəngli  çay. 

Şirin söhbət. Və təbii, gəliblər mətləb üstünə: 

«Ziyad» – dədəmə ən doğma adamaları belə müraciət edir – «bu nə sir-sifətdi?» 

«…» 

«Gözdərim tökülsün, əmoğlu, bə Cəfərqulunun başına nə gəldi?» 



«…» 

«Uşaqları hayandadı?» 

«Füzulidə, Horadizin yanında olullar».       

Xanış yenə ağlayıb. Bu dəfə dədəm sözə başlayıb: 




 

22 


«Ay Xanış, deyillər bir ay əvvəl kanaldan bir meyit axıb». 

«Hə… Mən də gördüm». 

Dədəm diksinib. 

«Hələ  meyit  buralara  çatmamış  xəbərini  eşitmişdim.  Uşaqlara  dedim  gözdə-

qulaqda  olun.  Günlərin  birində  balacamız  atın  belində  xəbər  gətirdi  ki,  meyit  gəlib 

çıxıb.  Getdim,  kotyanka  məftildən  qarmaq  eləyib  toqqasına  keçirdim.  Əprişmişdi 

tamam,  birtəhər  çəkib  çıxartdıq.  Uşaqlar  şalvarını  açıb  baxdılar  ki,  ermənidi,  təzədən 

qaytarıb suya atdıq». 

Dədəm ümidini üzmək istəməyib. 

«Kürəyində bankə yeri yoxudu ki?»    

«Vallah  dəqiq  baxmadım  ona,  amma  olsaydı  da,  bilinməzdi,  pis  vəziyyətə 

düşmüşdü, əti sümüyünün üstündə durmurdu». 

«Bə elə idisə, erməni olduğunu necə bildilər?». 

«Onu uşaqlar dedi, mən görmədim. Deyirsən yanı Cəfərqulu ola bilərmiş». 

« …» 

«Deyirəm başın xarab olub e, sənin. Cəfərqulu ola,  mən onu tanımıyam?!  Heylə 



şey  olar!  Meyidin  əynində  «vayenni»  şalvar,  ayağında  «patinkə»  vardı.  Toqqadan 

yuxarı lüt idi, sifəti də çox çürüməmişdi. Həm də boyu Cəfərquludan qısa idi». 

Meyidi görən başqa adamlar da Xanışın dediklərini təsdiq ediblər.  

Qürub  vaxtı  imiş.  Həmin  vaxt  Qarabağ  kanalının  xırda  ləpələri  günəş  şüaları 

altında gümüş sikkə kimi parıldayırmış.  

***  


Dədəmin  ehtimalında  hərbi  şalvar  və  əsgər  çəkməsi  olmasa  da,  düşünürdü  ki, 

Xanış  səhv  sala  bilər.  Yaxud,  o,  meyitə  baxanda  ağlına  gəlməz,  sonra  anlayar  ki,  bu 

filankəs  də  ola  bilərmiş.  Day  indi  durub  deməyəcək  ki,  şübhələnmişdim,  amma 

qaytarıb suya atdım. 

Bir də toqqadan  yuxarı  lüt olması  yuyunmaqdan ötəri soyunmaq anlamına  gəlir. 

Amma  o  da  ola  bilərdi  ki,  toqqadan  yuxarı  paltarı  kanalda  harasa  ilişib  cırılsın  və 

tədricən əynindən çıxsın. Yəni bu həqiqətən də erməni olsun.  

«Lap  ermənidi,  nə  olsun  ki!  Hamımızı  Allah  yaradıb,  götür  bir  yerdə  basdır 

dəəə…» - bu da dədəmin fikri idi.  

Xülasə,  kişi  mehrini  Qarabağ  kanalına  salmışdı,  elə  hey,  «mənim  qardaşımı  bu 

kanal  aparıb»  -  deyirdi.  Amma  bir  gün,  balaca  bir  ismarışla  onun  aylarla 

möhkəmləndirdiyi  qənaəti  məhvərindən  oynatdılar.  İsmarış  əmimin  qızlarından 

gəlmişdi: «Dədəmizi axtarmağın dərdindən orda-burda danışır ki, kanalda boğulub!» 

***     


Bu  ismarışdan  sonra  dədəm  susdu,  heç  nə  danışmadı.  Amma  ötən  hər  gün,  hər 

həftə  onun  fikirlərini  təsdiq  etməkdə  idi.  Əmimdən  səs-soraq  gəlmirdi  ki,  gəlmirdi. 

Dəyişən  bircə  o  idi  ki,  bu  günlərdə  camaat  fikirləşib  onun  üçün  yaxşı  bir  «alqış» 

tapmışdı: «Sağdısa, Allah yolunu açsın, ölübsə, rəhmət eləsin».  

Bir də bolluca xatirələr danışırdılar. 

Əmim  uşaqlarının  yaşadığı  «ev»də  əhvali-ruhiyyə  xeyli  dəyişmişdi.  Nədənsə 

inanırdılar  ki,  ataları  Kəlbəcərdədir,  qayıdıb  gələcək,  qohumlar  boş  hay-küy  salırlar. 

Bir-iki  ay  nədir  ki?!  Kənddə  həftələrlə  qalxıb  yaylaqlarda  ov  dalınca  gəzmirdilərmi? 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə