Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   ...   37

 

13 


Camaatın  ölü  sükutunu  Çoban  Səlimin  qışqırığı  pozdu.  O,  tütəyinin  də, 

barmaqlarının  da  al  qan  içində  olduğunu  indi  görmüşdü.  Səlim  tütəyini  atdı, 

əllərindəki qana baxa-baxa geri çəkildi, sonra qışqıra-qışqıra kəndə tərəf götürüldü. 

 

*** 



O  gecə  kənddə  Çoban  Səlimdən  başqa  heç  kəsin  gözünə  yuxu  getmədi.  Hətta 

quşların,  həşaratların  belə.  Külək  də  rahatlanmır,  ağacları  ahəstə  xışıldadıb  bir  neçə 

saatdan sonra baş verənlərə şahid olmaq üçün oyaq saxlayırdı. 

Səhərə yaxın ilk atəş səsi eşidildi. 

Kəndxuda  “evimiz  yıxıldı”  söylədi.  İsfəndiyar  kişi  “Allah  sən  saxla”-  deyə 

titrək  səslə  dua  etdi.  Gərəhməz  isə  şeytani  bir  şövqlə  parıldayan  gözlərini  evinin 

balaca pəncərəsindən səs gələn tərəfə zilləyib ürəkdən pıçıldadı: “Xoş gəldiniz!” 

 

 



Laçınsız ilk gün 

 

...Mən  Əhmədbəyliyə  –  Əşrəf  əmigilin  yatağına  çatanda  gördüm  kəndçimiz 



Zaman  su  maşınının  içindən  uşaq  çıxarır:  əlini  çənin  bacasından  içəri  sallayıb  nəsə 

axtarır,  yuxarı  dartır,  maşının  üstündə  və  yanında  dayanan  çobanlar  pencəklərinin 

boynu,  yaxası  «quzğun  çaynağı»na  keçmiş  uşaqları  ziyanlıq  mal  kimi  biri-birinə 

ötürüb  yerə  qoyurlar.  Uzun  müddət  tifillər  ayaqlarının  keyini  açıb  yeriyə  bilmir. 

Zaman  yenə  zarafatından  qalmırdı.  Kimin  peysərindən  yapışıb  çəndən  çıxarırdısa, 

alnına yağlı bir söyüş də şappıldadırdı: 

«Əlini  ver  görüm,  sənin  xalanı...  Nə  təhər  gəldiniz?  Köpəyuşağı!  Çənin  pasını 

üst-başınızla yaxşıca təmizləmisiz. Basırığa düşəniniz yoxdu ki...» 

Hər uşağın qucağında öz dəyişək paltarı vardı. Ata-anaları Laçında qalmışdı bu 

uşaqların.  Uzağı  Kəlbəcər  üzdən  piyada  gələrdilər.  Ayağı  yer  tutmayan  uşaqları, 

qocaları isə beləcə arana yola salırdılar. Ağcabədi uzaq idi. Ona görə əlsiz-ayaqsızları, 

xəstələri  Füzulidə,  Cəbrayılda  məskunlaşan  tanış-bilişin  evində  qoyub  geri  qayıtmaq 

lazım idi. Kənddə hələ çox adam qalmışdı, vaxt isə daralırdı. 

Əşrəf əmi məni görən kimi təlaş içində olduğumu anladı: 

«Niyə  belə  sınıxmısan,  ə!  Çörək  vermillər  sənə?  Qorxma,  sizin  eviniz  bir  az 

bundan əvvəl keçdi Ağcabədi tərəfə. Öz gözümnən gördüm». 

Mən 

Füzulinin 



Alxanlı 

kəndi 


həndəvərindəki 

yataqların 

birində, 

qohumlarımgildə  olurdum.  Qoyun-quzu  saxlayırdıq.  Qorxum  ondan  idi  ki,  dədəm 

kənddə  deyildi.  Bakıya  müalicəyə  getmişdi.  Yel  xəstəliyi  vardı  kişinin.  Laçın  soyuq 

yer olduğundan həmişə ağrıyırdı. Ağrıyan kimi də qanı qaralırdı. 

«Bu xarabadan nə vaxt canımız qurtaracaq. Ay bura daş qoyanın...» 

 

***   



İki gün sonra aşağı yataqlardan bir uşağı mənim ardımca Alxanlıya göndərdilər: 

«Dədən dedi, təcili gəlsin Əhmədbəyliyə...» 

Getdim.  



 

14 


«Şuşanın  alınmasını  eşidən  kimi  işimi  bildim,  dava-dərmanı  yarımçıq  qoyub 

gəldim. Laçını alıblar da, gedib də! Qohum-övladın çoxu qalıb kənddə, inanmırlar ki, 

torpaq alınacaq… Qız-gəlini güdaza verəcəklər!» - dədəm çox həyəcanlı idi.  

Sonra  izah  elədi  ki,  biz  dayımı  və  əmimi  qarşılamaq  üçün  Laçına  tərəf 

getməliyik. Onlar köç yolu ilə heyvan gətirirlər. 

*** 


Köç  yoluna  maşın  işləmirdi.  Asfaltla  gedənlər  isə  yalnız  ev-eşik  yığmaq  üçün 

tutulan «partavoy» maşınlar idi. Allah işimizi rast saldı. Asfaltdan köç yoluna tərəf ağ 

bir «Qaz 53» buruldu. Dədəm kepqasını yelləyə-yelləyə maşına tərəf yüyürdü: 

«Ə, saxla! Ə, saxla! Belə gündə adam adamı yolda qoyar?!» 

 Maşın dayandı, onlar da bizim kimi adam qarşılamağa çıxımışdılar. 

«Kuza»ya  qalxdıq.  Yol  boyu  heyvanlarını  qabağına  salıb  gələn  yüzlərlə  adam 

varıdı. Soraqlaşa-soraqlaşa ta Laçının qənşərinəcən gəldik. Xoşbəxtlikdən mindiyimiz 

«Qaz  53»-ün  sahibləri  axtardığı  adamı  tapa  bilmirdilər,  yoxsa  qalan  yolu  piyada 

getməli  olacaqdıq.  Dağtumasdan  Muradxanlıya  tərəf  sallananda  əmimlə  rastlaşdıq. 

Saqqal  basmışdı  tamam.  Onu  belə  görməmişdim  heç  vaxt.  Dədəm  maşının  salonunu 

orta  barmağı  ilə  taqqıldatdı,  maşın  dayandı,  düşdük.  Xahiş  elədik,  bizi  bir  dəqiqə 

gözləsinlər. Əmimlə görüşdük, dedi, dayımı görməyib. O biri əmim isə kənddə qalıb, 

gəlmək  istəmir.  Bir dəstə kənd adamına qoşulub gedənlərə  gülür  və deyir, qayıdanda 

sizi kəndə buraxmayacağıq. Dədəm başını buladı və biz maşına qayıtdıq. 

«Kuza»da  azca  saman  varıdı.  Dədəm  samanı  ayağı  ilə  küncə  toplayıb  üstündə 

oturdu, kepqasının arxasını qaldırıb başını «port»un taxtasına söykədi və mürgülədi: 

«Necə gündü yuxusuzam. Yerimə qor dolub elə bil». 

Maşın qəflətən çalaya düşüb atdandı,  «port» dədəmin başının arxasına dəyincə 

kepqası  atılıb  «kuza»nın  ortasına  düşdü.  Cəld  kepqanı  götürüb  çırpdım  və  dədəmə 

qaytardım. Dədəm əli ilə başının arxasını ovuşdura-ovuşdura dedi: 

«Görəsən buralardan maşın tapmaq olarmı? Gedib Cəfərqulunun da evini yığıb 

gətirək». 

Cəfərqulu dədəmin ortancıl qardaşı idi. 

 

***     



Muradxanlıdan  azca  yuxarı,  Laçına  tərəf  dikləşmişdik  ki,  yolun  içində  böyük 

qələbəlik  gördük.  Elə  bir  basabas,  itələşmə  vardı  ki,  torpaq  atsan  yerə  düşməzdi:  bir 

tərəfdə hərbçilər – tank, top, qrad qurğuları, bir tərəfdə camaat – qohumları o bir  üzdə 

qalan laçınlılar... 

Hərbçilərdən biri tankın üstünə çıxıb qışqırdı: 

«Ay  camaat,  Laçını  ermənilər  aldı!  İndi  Qayğı  qəsəbəsindən  də  yolu 

bağlayacaqlar! İrəli getmək olmaz!» 

«Bəs siz harda ölmüşdünüz ki, Laçını aldılar? Həə, a qurumsaxlar!» – səsindən 

tanıdım,  Əliqulu  kişi  idi...  Uzun  müddət  qonşu  kənddə  briqadir  işləmişdi,  qoçaq 

adamıdı. 

Bu  sözün  arxasınca  bir  qışqırıq,  bir  haray-həşir  düşdü  ki,  adamı  lap  vahimə 

basırdı. Kişilər də arvadlara qoşulub şivən qoparırdı. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə