Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 

38 


döyər!  Bundan  sonra  adam  içinə  çıxmaq  bir  yana,  dədəmin  gözünə  görünməyəydim 

gərək. Dədəmə görə Kərimə döyülsəm, üzüsulu köçüb getməliydik bu kənddən. 

«Kərim, məni niyə elə vurdun?» - sözə başladım 

«Gəl o söhbətə qayıtmayaq. Oldu getdi, səhvimi başa düşdüm». 

Hirsimi, həyəcanımı mümkün qədər gizləməyə çalışırdım: 

«Bə  camaatın  içində  söydüyün  o  söyüşləri  hara  yazaq?  Məni  vurmağını 

bağışladım, amma razı olarsanmı sənə, sənin atana o qədər adamın içində sən söydüyün 

söyüşləri söyüm?». 

«Gəl o söhbət qayıtmayaq dəəə… Oldu getdi». 

«Necə qayıtmayaq. Heç olmasa təklikdə ye o söyüşlərin cavabını». 

Məni  başayaq  süzdü.  Baxışları  əlimdəki  ağaca  ilişib  qaldı.  Gözlərindəki  qorxunu 

sezcək ürəkləndim. Amma özünü qorxan kimi göstərmirdi: 

«Səndən  neçə  bayram  böyüyəm,  bir  şillə  vurmuşam,  nə  olsun,  niyə  kin 

saxlayırsan». 

Səsimi qaldırdım: 

«Şilləyə görə yox, söyüşə görə cavabını almalısan». 

O da səsini qaldırdı: 

«Sən məni söyə bilməzsən!» 

«Söyərəm, lap bacını da …!» 

Qəfil  bir  addım  dala  çəkilib  bayaqdan  əlimdə  rahladığım  ağacı  var  gücümlə 

Kərimin  təpəsinə  endirdim.  Əllərini  başına  aparıb  çökdü,  oturacağı  yerə  gəldi. 

Barmaqlarının  arasından  şoralayan  qan  sifətinə  töküldü.  İkinci,  üçüncü  ağacı  vurdum, 

yıxıldı.  Yerdə  budalamağa  başladım.  Ağacların  zərbi  altında  ilan  kimi  qıvrılıb  açılan 

Kərim dəhşətli səslə bağırdı: «Neynirsəəən! Neynirsəəəəəən!!! Ay camahat, qoymuyun, 

öldürdü məniiiii!!!» 

Əl  saxladım.  Kərim  ağır-ağır  yerindən  qalxdı,  ağzına-burnuna  dolan  qanı  toz-

torpaq  qarışıq  fınxırıb  üstümə  cumdu.  Qana  batan  əlləri  ilə  boğazımdan  yapışdı. 

Biləkləri güclü idi, heç yuxuda gördüyüm adama oxşamırdı. Nəyin bahasına olur-olsun 

dözməli  idim.  Gec-tez  heydən  düşəcəkdi  Kərim.  Bu  qədər  qan  itirmək  havayıdırmı. 

Amma hələ güc-qüvvəsi yerində idi. Arada dizlərimi yerə gətirdi də! Atdığı yumruqları 

boynumun  və  başımın  arxası  ilə  dəf  edirdim.  Yaxalaşdığımızdan  ağac  bir  kənara 

düşmüşdü. 

Az  keçməmiş  Kərimin  əllərinin  əsdiyini  gördüm.  Onu  arxaya  basıb  sifətinə  daha 

bir-iki qapaz vurdum. Kərim məğlubiyyətlə barışa bilmir, hikkəsindən zır-zır ağlayırdı: 

«Alçaqlar, gör başınıza  nə oyun açacağıq. Sən  məni  vurursan? Sən  mənim başımı 

dağıdırsan? Hı!». 

«Səni  vuraram  da,  o  qəhbə  ananı  ….  də!»  -  daha  qorxum  yox  idi.  Ağacı  təkrar 

əlimə  almışdım.  Çox  o  yan-bu  yan  etsə  Kərimi  təzədən  al  qanına  qəltan  edə  bilərdim. 

Bunu  Kərim  də  hiss  edirdi,  odur  ki,  çox  dərinə  getmədi,  «Görərsən,  görərsən»  -  deyib 

hirsli-hirsli kəndə tərəf addımladı – «Sən hələ məni tanımırsan!». 

Kərimin  kanalın  tilindəki  şərit  bağlanmış  qarğısını  dizimdə  iki  bölüb  kanala 

tolazlayanda  hiss  elədim  ki,  hirsim  hələ  soyumayıb.  Öfkəm  tədricən  qəribə  bir 

kövrəklik duyğusu ilə əvəz olundu. 



 

39 


O gün axşamacan kənddən gələn yoldan gözümü çəkə bilmədim. Bir qaraltı görən 

kimi ürəyim tup-tup döyünürdü.  

*** 

Qardaşımla  heyvanın  yanında  ikən  kənddə  nələr  baş  verib…  Bunu  sonralar 



öyrəndim. 

Kərimin  atası  da,  anası  da  oğlanlarını  al  qanın  içində  qabaqlarına  salıb  aparıblar 

rayon  polis  şöbəsinə.  Kərimi  xəstəxanaya  yerləşdirib  sahə  müvəkkilini  iki  yekəpər 

serjantla mənim arxamca göndəriblər. Polislər gəlib ki, dədəm saman-palçıq yoğurur. 

«Oğlun hanı?» 

Dədəm işi anındaca başa düşüb. Deyib, nə bilim hanı. Tapsanız, deyin gəlib mənə 

kömək eləsin. Görürsünüz ki, zığ-batdağın içində əlləşirəm. 

«Oğlunu vermirsən, onda səni aparacağıq». 

«Elə bu vid-fasonda?». 

«Otur maşına, çox uzatma!» 

Bu  vaxt  xoşbəxtlikdən  qohumlardan  biri  bizdə  imiş.  Tez-tələsik  taksiyə  oturub, 

yataxlara  xəbər  aparıb.  Kərimin  bacıları  isə  daş-qaya  ilə  biz  olan  evə  –  Dəli  İlyazın 

qonşuluğuna hücuma keçiblər. Pəncərələri sındırıb, evin çardağını daşa tutublar. Söyüş-

küfür  də  öz  yerində…  Anam  bacımı  qucağına  sıxıb  ağlayırmış  evdə:  «Balamı 

tutacaqlar,  instuta  gedə  bilməyəcək»  (Sonralar  anamı  bu  sözə  görə  lağa  qoyub 

güləcəkdik). Birdən İlyaz çıxıb öz həyətlərindən. Əlində də yaba: 

«Ha  sizin  körpə  əmcəyinizi!!!  Qızıxmısız,  ləçərlər!  Bilmirdiniz,  söyəni  söyəllər, 

döyəni döyəllər! Lap əcəb eləyib, əlinin içinnən gəlib!» 

Sən  demə  Kərimin  məni  vurması  İlyaza  yaman  dəyibmiş.  Necə  olmasa,  biz  onun 

adını  tutub  gəlmişdik  bu  kəndə,  bizə  münasibət  İlyaza  münasibət  idi.  Bacımın 

ağlamağını  görüb  lap  əsəbiləşib  Kərimin  bacılarına:  «O  Teylurun  goru  haqqı,  sizi 

buralarda tutsam bu yabanın sapını soxacam sizə. Rədd olun, qəhbə törəməsi!». 

Yataqdakı  qohumlar  xəbər  tutar-tutmaz  yığışıb  məsləhət  eləyiblər.  Bir-iki  nəfər 

bizim evə gəlib, qalanları dədəmin arxasınca gedib. Tanış-biliş, dostluq-kirvəlik… rəisi 

razı  salıblar  ki,  ağsaqqal  kişini  içəridən  çıxarsınlar,  barışıq  olsun.  Polislər  alaqaranlıq 

təcridxanaya yaxınlaşıb qapıları şaqqaşaraq açıblar: 

«A kişi qalx!» 

Dədəmdən səs gəlməyib. Əli zopalı serjantlardan biri yaxınlaşıb ki, dədəm palçığı 

qurumuş  əllərini  başının  altına  qoyub  ayaqları  döşəməyə  bərkidilmiş  dəmir  oturacağın 

üstündə yatıb. 

«Qalx, a kişi!» 

Gözlərini açıb. Əsnəyə-əsnəyə qalxıb oturub. 

Polis: 

«Deyəsən yerin rahatdı». 



«Günün  altında  o  qədər  əlləşmişəm  ki…  Bura  çox  sərindi,  and  olsun  Allaha 

çıxmaq istəmirəm». 

«Qalx, qalx, səni gözləyirlər». 

*** 


Kərimgilnən  barışmağımız  uzun  çəkdi.  Allahtərəfi,  kənd  camaatı  barışıq  istəyirdi. 

Kərimin atasını birtəhər yola gətirdilər, anası ram olmurdu. Axırda razılaşdılar ki, sahə 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə