Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 

45 


şəxsiyyətinin cazibəsini duymamış da deyildi. Anlayırdı ki, burjuyların «qrmızı 

terror»  damğası  vurub  təpkilərə  məruz  qoyduğu  sosial  bərabərlik  və  inqilab 

ideyası  həmişə  aktualdır.  Bu  ideologiya  adamı  tezliklə  tanıtdıra,  məşhurlaşdıra 

və  sevdirə  bilər.  Son  zamanlar  inqilab  mövzusunun  mətbuatda  daha  çox  yer 

alması  onu  həvəsə  gətirirdi:  Janna  Dark,  Trotski!  Çenin  fotoşəkillərini 

məməsinin  üstündə  gəzdirən  xanımlar,  alovlu  nitqlər...  Təntənəli  köşə  yazıları: 

bir  az  məmurların  etirazı,  bir  az  dostların  tərifi,  dissident  poza!  Doğrudan 

maraqlıdır.  Hətta  bir  dəfə  düşündüklərini  qələmə  almaq  istəmişdi.  Hekayə 

kimi...  İntəhası  hekayəsinin  lokal  mahiyyət  kəsb  edəcəyindən  çəkinirdi. 

Azərbaycandakı  absurd  inqilab  ideyasından  yazmaq  bəzi  qəzet  redaktorları  və 

bir  ovuc  idealist  gəncdən  başqa  kimin  marağını  çəkəcəkdi  ki?!  Bəlkə  Qərb 

ədəbi  mühiti  üçün  sürpriz  olacaqdı?  Çətin.  Qərb  Azərbaycandan  hər  şey 

gözləyir, inqilabdan başqa.  

Məsələn,  yazmaq  istəyirdi  ki,  Azərbaycanda  sosialist  ideyanın  millətçiliyə  və 

dinçiliyə  nisbətən  bir  qarışqa  addımı  irəlidə  olmasını  Qarabağ  fiaskosu,  kəskin 

bahalaşmalar  və  əsil  müxalifətin  gücdən  düşməsinə  rəğmən  mütəllibovçuların 

fəallaşması  ilə  izah etmək olar. Bunu kim  anlayacaqdı?  Ayaz Mütəllibovu kim 

tanıyır  ki?  Rusiyanın  ölkəyə  müdaxiləsindən  ehtiyat  edən  qüvvələr,  siyasətlə 

məşğul  olan  bəzi  şirvanlılar,  Hacı  Əbdül  və  SSRİ-nin  dağılması  ilə  barışa 

bilməyən  sadə  insanlar.  Vəssəlam!  Oda  ki,  Qərb  ola!  Sonra  ağlına  gəldi  ki,  bu 

cür  vacib  adların  üstünə  ulduz  işarəsi  qoyub  səhifənin  axırında  ətraflı  izahat 

vermək  olar.  Yazmaq  olar  ki,  Ayaz  Mütəllibov  Rusiyaya  meyilli  siyasətçi, 

Azərbaycanın  ilk  prezidenti,  müsəqillik  aktına  imza  atmaqla  tarixə  düşən 

şəxsdir. On beş  il əvvəl  kommunist rejiminə  nifrət edən  kütlə  Ayazı  necə rədd 

edirdisə,  azadlıq  hərkatının  gətirib  çıxardığı  nəticələrdən  sonra  onu  o  sayaq 

sevməyə  başladılar.  Bir  yandan  da  rus  kəşfiyyatı...  Amma  mövzu  yenə  də 

maraqsız  olaraq  qalacaqdı.  Dünyanın  çox  vecinədi  ki,  Bakının  ağ  evində  kim 

oturub? Kim olur-olsun, təki müharibə etməsin, əmin-amanlıq olsun. 

Düşünə-düşünə  saçlarını  arxaya  sığallayıb  milli  parkda,  dənizin  on-on  beş 

metriliyindəki  zeytun  ağacının  altında  qoyulmuş  skamyaya  baxdı.  Boş  idi.  Ay 

işığı  göylərin  bağrını  dəlib  gecəni  insanın  ruhuna  sakitlik  gətirən  süd  rənginə 

boyamışdı.  Ah,  bu  ağ  işığın  altında  dəniz,  sahilə  çırpılan  dəcəl  ləpələr,  zeytun 

ağacının ulduzları əks etdirərək bərq vuran yarpaqları və uzaqlardan əsib bütün 

vücuduna yayılan sərin meh necə də gözəl idi. Belə yerdə şair olmamaq, qələmi 

ələ götürüb nəsə yazmamaq günahdır, inan ki! Elə Nazim Hikməti yadına salan 

da  bu  zeytun  ağacı,  daha  doğrusu,  ağacın  altına  qoyulmuş  skamya  oldu. 

Nazimin  iki  şeiri  var  –  biri  guya  arvadının  məktubu,  o  biri  isə  bu  məktuba 

cavabdır.  Bu  şeirlər  təbii  ki,  ard-arda  nəşr  edilməlidir.  Ancaq  Azərbaycan 

dilində  çap  olunan  kitabda  şeirlər  nəinki  yanaşı  deyil,  üstəlik  cavab  kitabın 

əvvəlində,  məktub  isə  ondan  on  beş-iyirmi  səhifə  arxada  verilib.  Adamda  belə 

bir  qənaət  yaranır  ki,  kitabın  tərtibatçıları  Nazimin  doğru  anlaşılmasını 

istəməyib  bu  qarışıqlığı  qəsdən  yaradıblar.  Nə  isə...  Nazim  Avropada  qeyri-

rəsmi  sürgün  həyatı  keçirir,  qadını  isə  Türkiyədədir.  Onun  qadını  Sofiyada 

doğulub  və  kiçik  yaşlarında  ailəsi  bu  şəhəri  tərk  edib.  Qadın  yazır  ki, 




 

46 


doğulduğum  şəhəri  mənə  təsvir  elə,  Nazim.  Filan  parka  get,  ən  yaşıl  şabalıd 

ağacını  tap,  altındakı  skamyada  otur  və  yalnız  məni  düşün.  Necə  də  gözəldir. 

İnqilabçı  olasan,  gördüyün  işlər  qəzetlərin  manşetini  bəzəyə,  yazarlar 

köşələrində  sənin  inqilabi  fikirlərindən  epiqraf  verələr,  üstəlik  gözəl  xanımlar 

vurula sənə, Çenin əvəzinə sinəsində sənin fotoşəklini gzdirələr, hərdən də belə 

romantik  məktublar  yazalar...  Bəh-bəh-bəh!  Gözəldir,  çox  gözəldir.  O  günü 

qəzetlərin  birində  Həmid  Herisçi  adında  (hekayə  yazası  olsa,  Həmid  Herisçi 

barədə  də  məlumat  verməyə  məcbur  idi.  Ən  azı  bunları  yazacaqdı: 

Azərbaycanan  ilk  postomodernist  yazarı,  əslən  təbrizlidir,  atası  Pişəvərinin 

yaxın dostu və silahdaşı olub) bir yazarın «Acların gözbəbəkləri» adlı yazısı çap 

olunmuşdu.  Gözəl  yazı  idi!  Di  gəl,  müəllif  yazıdan  əlavə  Türkiyədə,  aclıq 

aksiyalarında  həlak  olan  gənclərin  fotoşəkillərini  vermişdi.  Adam  baxanda 

başının tükləri biz-biz olurdu. İnqilab gözəldir, belə işləri olmaya... Təsəvvür et 

ki,  gözün  görə-görə,  ağlın  kəsə-kəsə  canın  əriyib  gedir,  əzab  və  ağrılar  içində 

qvrılıb ölürsən. Ah, müqəddəs Məryəm! 

Gözlərini yumdu. Başını sağa-sola bulayıb bu yorucu düşüncəni mümkün qədər 

kənara,  uzağa  tolazlamaq  istədi.  Gözlərini  açanda  zeytun  ağacını  qarşısında 

cilvələnən  gördü.  Gözəlliyə  bax,  tanrım!  Ay  işığı  ağ  və  qatı  məhlul  kimi 

tökülürdü  ağacın  üstünə.  Altındakı  boş  skamya  isə  adama  kimsəsizlik, 

unudulmuşluq  əhval-ruhiyyəsi  bəxş  edirdi.  Maraqlı  bir  eşq  macərası 

yaşayasaydı  süjetinə  inqilabla  altı  skamyalı  bu  zeytun  ağacı  da  daxil  olardı. 

Təəssüf, onu nə sevən vardı, nə də inqilabçı kimi qəbul edən... 

***  

Gün  tavan  mismarı  kimi  başına  sancılırdı.  Bu  isti  havada  milli  parka  nə  üçün 



gəldiyinin  səbəbini  özü  də  anlamırdı.  Elə  bil  beyni  əriyib  kəllə  çanağının  bir 

küncünə  yığışmışdı.  Düşünə  də  bilmirdi.  Amma  günlərlə  onun  ən  munis 

duyğularını  ovxarlayan  zeytun  ağacını  görən  kimi  «hıq»  eləyib  diksindi.  Ayaq 

saxladı.  Ağacın  qoturlamış  yarpaqları,  çürümüş  gövdəsi,  budaqlarındakı  xəstə 

meyvələr  könlünü  bulandırmaqdan  daha  artıq  onu  dəhşətə  gətirdi.  Toy  gecəsi 

nazənin bir xanımla yatağa girib, səhər oyananda yanında timsah görən adam da 

onun  qədər  həyəcanlana  bilməzdi.  Hələ  skamya!  Vay-vay-vay!  Guya  üçrəngli 

boyayıblar.  Böyür-başı  çürüyüb,  taxtanın  çürüyündə  qarışqalar  qaynaşır.  Bu 

azmış kimi skamyanın yanındı qap-qara, iri və tüklü it nəcisi... Başını yana əyib 

tüpürdü,  üzü  küləyə  iri  addımlarla  irəlilədi.  Bir  anlıq  gözlərindən  yaş 

süzüldüyünü  hiss etdi. Gözləri küləkdən sulanmışdı, yoxsa ağlayırdı, anlamağa 

çalışdı. 

*** 

Düz  altı  gün  idi  ki,  ay  çıxmırdı.  Qəribədir,  o,  indi,  məhz  indi,  30  yaşın 



astanasında müşahidə etmişdi ki, gündüzlər hava aydın, gecə səhərəcən buludlu 

ola  bilər.  Sağ  olsun  hidrometeroloqlar,  yeddinci  gün  hava  barədə  lazımlı 

proqnozu  verdilər.  O,  efirdən  yalnız  ayın  tarixinə,  bir  də  hava  haqqında 

məlumata inanırdı. İnamında yanılmayıbmış. Budur, hava qaralan kimi ulduzlar 

göründü.  Milli  parka  gəlib  çatana  qədər  ay  da  çıxmışdı.  Ancaq  qaranlıqda 

zeytun  ağacını  seçmək  mümkün  deyildi.  İndi  də  təbiətin  başqa  bir  qanununu 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə