Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 

47 


özü üçün kəşf etdi: ay günəşdən fərqli olaraq təbiətin hər tərəfini həmişə və eyni 

cür  işıqlandırmır.  Nə  etməli?  Qərara  gəldi  ki,  bir  həftə  əvvəlki  gecə  dayandığı 

yeri  tapsın.  Tapdı.  Zeytun  ağacı  yenə  görünmürdü.  «Zamanı  gözləmliyəm»  - 

deyə düşündü – «Ay gərək zeytun ağacının üstünə qədər gəlsin».  

Bu, cəmiyyətin dili ilə gecə saat 1 demək idi.  

*** 


Saat  1-ə  az  qalırdı.  Ayaqlarını  saniyə  əqrəblərinə  uyğun  atırdı  ki,  artıq  zamanı 

qalmasın.  Zeytun  tərəfə  baxmırdı.  Amma  arada  gözləri  oğurlanıb  ayın  yerini 

təyin  etdi.  O,  zeytun  ağacını  birdən,  qəflətən  görmək,  həmin  anda  keçrdiyi 

hissləri  yadda  saxlamaq,  sonra  nələrsə  yazmaq,  öz  sadədilliyinə  gülmək 

istəyirdi. Ola bilərdi ki, ay  işığının  mistik cazibəsi onu  yoldan çıxarıb bu qotur 

ağacı  yenə  də  xəyallarının  istinad  nöqtəsinə  çevirsin.  Axı,  adam  evinin  içində 

olanda  belə,  gecəki  ovqatı  günüzkü  ilə  eyni  olmur.  Bir  də  ki,  İsa  Məsihin 

məşhur  it  dişi  məsəlinə  əsaslanıb  zeytun  ağacının  yalnız  gözəl  tərəflərini 

görməsinə  haqq  qazandıra  bilərdi.  Dünya  böyük  və  qədimdir.  İstənilən 

düşüncənin  doğru  olduğunu  sübut  etmək  üçün  en  qədər  kitab-dəftər  tapmaq 

olar.  Bircə  dediklərinə  özün  inanasan,  əsas  məsələ  budur.  O,  ay  işığına 

inanmırdı artıq. 

Addımlarını  yeyinlətdikcə  Cem  Qaracanın  «Ceviz  ağacı»  mahnısının  getdikcə 

artan  tempini  xatırladı  və  növbə  ilə  «obyektivdə»  peyda  olan  ayaqlarına  baxa-

baxa sözləri təkrarladı: 

 

Mən bir ce-viz a-ğa-cı-yım  



Gülhaaa-nə parkın-da... 

 

Başını  qəflətən  qaldırdı.  Zeytun  ağacının  altındakı  skamyada  iki  nəfər 



əyləşmişdi.  Ay  işığı  yenə  həmişəki  kimi  qatı  maye  şəklində  ağacın  başından 

tökülür, bu adamları müşahidə etmək üçün yaxşıca fürsət yaradırdı. 

Adamların  biri  sırtını  skamyaya  dayamış,  başının  arxasını  laqeydcəsinə 

kürəyinin ortasına atmışdı. Boğazı ay işığında süd rənginə çalırdı. Digər birinin 

başı  isə  onun  qucağında  elektriklə  işləyən  neft  nasosları  kimi  fasiləsiz  qalxıb 

enirdi.  Skamyaya  söykənən  şəxsin  ölü  olmaması  yalnız  ayaqlarının  passiv 

hərəkətindən  hiss  olunurdu.  Xeyli  müşahidə  apardı.  Nəhayət  zeytunun  altında 

nələr  baş  verdiyini  anladı.  Əvvəlcə  gic  bir  gülmək  gəldi  ona,  sonra  içində 

yarpaq  qımıltısı  duydu.  Bu  həyəcan  daha  çox  cinsəl  idi.  Şalvarının  relyefinin 

dəyişdiyini  hiss  etdi,  bədəninin  ən  həssas  və  isti  çıxıntısı  ləzzət  qarışıq  ritmlə 

bir-neçə dəfə hülqum  vurdu və bu ləzzət bütün əzalarına - dırnaqlarının  ucuna, 

tüklərinin dibinə qədər yayıldı. Özü də udqunub ətrafa baxdı və asta addımlarla 

yaxınlıqdakı ağacların arasına çəkildi. Baş verənləri daha rahat görmək üçün bir 

az qəddini aşağı əyib gözlərini qıydı.  

Skamyaya  söykənən  şəxsin  hərəkətlərində,  nəhayət  ki,  gərginlik  hiss  olundu. 

Ayaqları  irəli  uzandı,  dizləri  düzəldi,  incəsi  yuxarı  qalxdı,  başı  yavaş-yavaş 

dikəlib sinəsinə sallandı. Qucağındakı adamı bədəninə daha bərk sıxdı və təkrar 



 

48 


geri  yayxandı.  İkinci  şəxs  təxminən  beş-altı  saniyədən  sonra  uzun  saçlarını 

qulağının arxasına keçirib başını yana əydi və tələsik tüpürməyə başladı. 

Paltarlarını  qaydaya  salıb  hərəyə  bir  siqaret  yandırdılar.  Çəkib  qurtarandan 

sonra  onun  dayandığı  ağacların  yanından  keçən  səki  ilə  irəlilədilər.  Tuş-tuşa 

çatanda adamların biri ona tərəf çevrilib diqqətlə baxdı. Kişi səsi eşidildi: 

“Kto eto?” 

İkinci kişi səsi: 

“Kto?”  


Qəddini  dzüəltdi.  Hündürboy  qaraltılar  xeyli  ona  tamaşa  etdilər.  Bir  şey 

anlamayıb biri-birinə baxdılar: 

Biri: 

“BOMJ?” 


O biri: 

“Naverno”. 

Və gülüş... İri addımlar… Gülüş səsləri pərdə-pərdə söndü. 

Yenə  udqundu,  boğazı  xırçıldıdı.  Yerində  xeyli  lal-dinməz  dayandı.  Başının 

içində palaz çırpırdılar elə bil. Dəli olmaqdan qorxdu. Məşhur ekstrosenslərdən 

brinin  onu  müayinə  edərkən  dediyi  sözləri  xatırladı:  «Nə  qədər,  dəli  olmaqdan 

qorxursan,  deməli  ağlın  başındadı».  Əlini  cibinə  saldı,  nəsə  çıxarıb  ay  işığına 

tutdu:  «Fenozepam  001  mg».  Gilənin  birini  dilinin  altına  qoydu,  dadlı  idi. 

Dərindən ah çəkib, iti addımlarla zeytun ağacına yaxınlaşdı. Minalanmış ərazini 

vərəvürd  edirmiş  kimi  ehtiyatla  skamyanın  ətrafına  dolandı.  Sonra  dayanıb 

skamyanı, ağacı, sanki hər bir yarpağı, meyvəni diqqətlə gözdən keçirdi. Ağaca 

baxa-baxa  özünü  unutdu,  çənəsi  sallandı.  Əli  ixtiyarsız  şalvarının  qabaq 

düymələrinə uzandı...  

Ağacın,  skamyanın  üstünə  işəməyə  başladı.  Arxasını  büzüb  sidiyi  mümkün 

qədər yuxarı, yarpaqlara, meyvələrə çatdırmağa çalışdı.  

...Şalvarını  səhmana  sala-sala  islatdığı  yerləri  təkrar  gözdən  keçirdi.  Əsəbdən, 

həyəcandan  ağzına  dolan  suyu-seliyi  udmadı  bu  dəfə.  Lombasıyla  skamyanın 

üstünə tüpürdü. Tüpürdü və başını qaldırıb Aya baxdı. Ləkələri çoxalmışdı. 

 

  

 



Kosmos əsrinin gerçəkləri       

 

  



Daxal 

 

Daxal  daxmanın  bir  növü  olub,  qaçqın  düşərgələrində  geniş  yayılmış  "tikili" 



növüdür. 

Daxalı ərsəyə  gətirmək  üçün ağacdan, qarğıdan, qamışdan, saman-palçıqdan, bir 

də kələsər məftilindən istifadə olunur. Bu materialların hər biri xüsusi məbləğ hesabına 

başa gəlir və qaçqınların harada məkunlaşmağı qiymətin çeşidlərinə təsir edir. Məsələn, 

İsmayıllıda  yaşayanlar  üçün  ağac,  Ağcabədidə  -  Ağ  göl  yaxınlığında  məskunlaşanlar 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə