Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 

49 


üçün  qarğı  və  qamış,  hansısa  kənd  qulağında  sığınacaq  tapanlar  üçün  saman-palçıq, 

Füzuli  rayonuna  və Ağdamın,  ya Tərtərin  ərazisinə pənah gətirənlərə  məftil  ucuz otura 

bilər. O da ola bilər ki, daxal qurmaq istəyənin adı çəkilən bölgələrdə qohumu olsun və 

məskunlaşdığı  ərazinin  imkanlarına  uyğun  kömək  əlini  uzatsın.  Amma,  bu  da  pulsuz 

başa gəlmir. Ən azı yolxərci çıxır. 

Ağban evlərindən köçürülən  insanlar Muğan-Mil düzlərində tösmərək daxalların 

boyuna sevinirlər. Eyni ilə Taxtakörpü düzənliyində sığınacaq tapanlar... 

Taxtakörpü-qış  yataqları  (qohumlardan  biri  bura  yatax  yox,  yatab  deyir)  barədə 

tələsik epitet  işlətmək  məcburiyyətində qalsam, Ağcaqum çölünün adını çəkərəm. Yay 

vaxtı ayağın bu  bozumtul çöllüklərə dəyibsə "cəhənnəmi  görməmişəm" demə. Su  yox, 

kölgəlik  yox.  Bəs  insanları  buraya  bağlayan  nədir?  Hərənin  beş-on  qoyunu  var,  qışda 

heyvanları  yalnız  qış  yatağında  saxlamaq  mümkündür.  Ən  əsası  isə  burada  heç  kimə 

qaçqın  deyilmir  və  görünür  bu  kəlmənin  ağırlığı  qış  yatağının  işgəncələrindən  daha 

dözülməzdir. 

...Qış  yatağının  başqa  özəllikləri  də  var;  kişiləri  kövrək,  qadınlar  ağlağan, 

uşaqları könlüsınıqdır... 

Bakıda  hər  şeyin  qiyməti  dollarla  müəyyənləşdiyi  kimi  burada  quzu,  toğlu, 

qoyun, balalı qoyun, erkək, saz erkək kimi "ekvivalent"lərlə təyin olunur. Daha yüksək 

məbləğlər  inək,  balalı  inək,  yanıbalalı  camış  və  s.  ilə  ifadə  edilir.  Məbləğ  külli 

miqdardadırsa,  ifadənin  qarşısına  rəqəm  əlavə  olunur;  iki  balalı  inək,  beş  yanıbalalı 

camış və ilaxır. 

Bu  qiymətlərin  özünün  kursu  var  və  dollardan  fərqli  olaraq  bu  kurs  tez-tez 

dəyişmir. Nuh-nəbidən bu yana iki toğlu bir erkəkdir. Üç toğlu bir saz erkəkdir. Üç saz 

erkək bir balalı inəyə bərabərdir. 

Daxal "tikməyin" xırdapara işləri çox olduğundan bu işləri "toğlu" ekvivalenti ilə 

dəyərləndirirlər.  Məsələn,  ağac  üçün  Kürün  qırağındakı  meşəyə  bir  toğlu  verməlisən. 

Qarğı-qamış  da  təqribən  bu  qədər  tutur.  Saman-palçıq  və  su  pulu  da  həmçinin.  Əgər 

Füzulinin  dağılan  üzüm  bağları  yaxınlığında  qohumların  varsa,  məftili  pulsuz  düzəldə 

bilərsən,  əks  halda  bir  quzu  xərcləməli  olacaqsan.  Bir  toğlu  da  ayırmalısan  daxalın 

"açılışına". Daxalı qondaran ustaya və bəzi yaxın qohum-əqrəbaya qonaqlıq verməkdən 

ötrü... İstəsən, Aşıq  Famili də çağırarsan  yorğunluqdan  və içkidən  məstixumar olanları 

"Dağlar"  deyin  kövrəldib  ağlatmağa.  Aşıq  Famil  qış  yataqlarında  daxal  rahatlığını 

adamın burnundan tökən yeganə adamdır. 

Daxalın axmaq bir xüsusiyyəti var; saz səsini əməlli əks eləmir. 

Ən maraqlısı bu qəribə yaşayış obyektinin "tikintisidir". Əvvəlcə onu qondarırlar. 

Qondarmaq düz ağac və taxtalardan daxalın "skeletinin" hazırlanmasıdır. ("Qondarma" 

sözünün  mənşəyi  buradandır).  Dirəklərin  tuşu  ilə  yeri  dörd  tərəfdən  qazıb  qamışların 

kəlləsini  dik  həmin  cıza  vururlar,  başını  daxalın  hündürlüyünə  uyğun  qırıb  içəri 

qatlayırlar.  Sonra  içəridən  və  çöldən  biri-birinə  paralel,  şaquli  qamışlara  isə 

perpendikulyar qamışlar qoyulur və məftil ilə biri-birinə bağlanır. Buna "tapan" deyirlər 

(Sözün nə məna verdiyini bilən yoxdur). 

Şirvani  qondarılmış  daxalların  üstünü  örtmək  üçün  "tərəcə"  hörülür;  qarğılar 

qəşəngcə  arıtlanır,  bir  boyda  kəsilir  və  düz  xətt  boyu  iki-üç  sıra  məftilin  üstündə  yan-

yana  qoyulub  iplə  biri-birinə  bağlanır.  "Tərəcə"  daxalın  qabırğaları  üstünə  atılır  və 




 

50 


ölçülərə  uyğun  yerləşdirilir,  artıq-əskik  yerləri  kəsilib  düzəldilir.  "Tərəcə"nin  üstünə 

müşəmbə çəkilir, onun da üstünə seyrək torpaq tökülür. 

Bu  vaxtacan  yoğrulan saman-palçaq əməlli-başlı qıcqırır  və  istifadə  üçün  yararlı 

hala  gəlir.  Arvadlı-uşaqlı  bütün  ailə  üzvləri  qollarını  çırmayıb  palçığa  cumurlar  və 

daxalın  "divarlarını"  içəridən  də,  çöldən  də  yaxşıca  suvayıb  əlləri  ilə  sığallayırlar.  On-

on beş ilin daxalları var ki, divarında barmaq yerlərini asanlıqla görmək olur. Bəzən ailə 

üzvü  vəfat  edir,  yaxud  ailə  qurub  gedir,  ya  evlənib  ayrılır,  barmaq  yerləri  isə  ata 

"ev"inin  divarlarında  qalır.  Əlbəttə,  qaçqınların  bu  poetik  görüntünün  fərqinə  varmağa 

elə də həvəsləri yoxdu. 

İki-üç  gün  gözləyirlər  ki,  daxal  qurusun.  Bundan  sonra  "tikinti"  istismara  verilə 

bilər.  

Otuz-qırx il ömrü olan daxallar ən güclü zəlzələ vaxtı tam təhlükəsizdir.  

Daxalı qarabağlılar kəşf edib. Bu şərəfli tarix hardasa müşəmbənin kəşfi ilə eyni 

vaxta  təsadüf  edir.  Müşəmbə  olmayan  vaxtlarda  yataq  sakinləri  yeraltı  damda 

yaşayıblar. Yeraltı damların üstünə yarım metrəcən torpaq tökülür ki, yağan yağışı içəri 

buraxmasın. Yataqlarda belə tikililər hələ də qalmaqdadır. 

Qarabağın  kəndlərində  də  daxallara  rast  gəlmək  olur.  Bu  evciklərdə  ev  tikməyə 

imkanı olmayan insanlar yaşayır. Bəli, kasıblıq həm də köhnəlikdir! 

...Elektrik  lampaları  və  rəngli  yapon  televizorları  daxalların  qədimlik 

harmoniyasına xələl gətirir... 

Hər kəs ürəyi istəyən kimi layihə cızıb daxal qura bilər. Təki materialı bol olsun. 

Material bol olanda usta da həvəslə işləyir. 

Yataqlarda üçgözlü, dördgözlü, hündür, sərin daxallara rast gəlmək olar. İnsanlar 

belə  tikililər  barədə  güclü  mübaliğələr  işlədirlər:  "Filankəsin  daxalı  daxal  döyül  ha, 

evdir, ev!" 

Ağsaqqallar  cavan  qohumlarına  nəsihət  edirlər:  "Əl-ayağını  yığ,  bir  daxal 

qarala."  Cavanlar  nə  vaxtsa  Ağcaqum  çölündən  çıxıb  uzaqlara  getmək  ümidi  ilə 

yaşadıqları  üçün  daxalı  o  qədər  də  sevmirlər.  Qocalar  isə  bu  tikililərə  gorgah  kimi 

baxırlar.  

 

 



Dimanın qeydləri  

 

Mən  Usubam,  Usub  müəllim,  hörmət  xatirinə  demirəm,  doğrudan  müəlliməm. 



Özü  də  rus-dili  müəllimi.  Ancaq  hamı  məni  Dima  kimi  tanıyır.  Uşaqlıqdan  tay-

tuşlarımın  mal  təzəyi  kimi  kürəyimə  yapışdırdığı  bu  ayamanın  ixtisasımla  heç  bir 

əlaqəsi  yoxdur.  Yəni  mən  Dima  olanda  rus-dili  müəllimliyini  oxuyacağım  heç  kəsin 

ağlına  gəlmirdi.  Sadəcə,  xaraba  kəndimizdə  oxumaq  dəb  idi.  Dədəm  də  hamı  kimi 

köhnə pulnan on min  manat düzəltdi və fikirləşdi ki, məni hara qoysun, hara qoysun, 

maraqlanıb gördüm ən yaxşısı rus dili müəllimliyidi. Dərs saatı çox, oxuyub gələn isə 

demək  olar  ki  yox!  Əsgərlikdə  olduğumdan  az-maz  qırıldadırdım.  Bir  az  da  xala 

xatirəsi  üçün  kitabdan-zaddan  oxudum.  Pul  kəsən  başa  sorğu-sual  yoxmuş.  Diplomu 

alıb  çıxanda  institutun  həyətindəcə  tarixi  bir  söz  işlətdim.  Dedim,  Dima,  sən  ki, 

Axundovu bitirdin, Sovet hökuməti dağılacaq. Hi-hi-hi-hi... İkicə il  işləməmişdim ki, 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə