Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 

40 


müvəkkilinin  «şirinliyindən»  başqa  Kərimgilə  üç  qoyun  verək.  İki  erkək  də  sahə 

müvəkkili aldı. Dədəmin köhnə borcu da vardı axı… 

Elə bil hər şey Kərimin döyülməyinə bənd imiş. Kəndin təftiş komissiyasının sədri 

gəlib dədəmlə görüşdü: 

«A kişi, sədrimiz məhəllənin şirinliyini istəyir». 

«Bir toğlu verərəm, dostdarıynan kəsib yeyər». 

«İki  elə»  -  təftiş  dirəşdi  -  «Bilirsən  ki,  burdan  başqa  adamlar  da  yer  istəyir. 

Camaatın ağzını yummaq olmur. Deyillər, qıraqdan gələnə yer verirsiz, bizə yox». 

«İndən sonra başımı ağrıdan olmayacaq ki?!» 

«Olmayacaq» - təftiş əminliklə bildirdi. 

«Razıyam» - dədəm əlini ona uzatdı. 

Təftiş dədəmin əlini sıxıb gülümsədi: 

«Bir toğlu da ağaclar üçün istəyir sədr». 

«Nə» - dədəm təəccübləndi – «Elə bilirdim ağacları pay verib». 

Təftiş çürümüş dişlərini göstərdi: 

«Rəhmətliyin oğlu, biz hansı zamanda yaşayırıq». 

*** 

Sonralar  öyrəndik  ki,  sədr  Sonyanın  atasını  qəsdən  salıbmış  üstümüzə.  Deyibmiş, 



qaçqına  nə  etibar,  bir  şey  verməsə  neyləyərik?  Sən  irəli  dur,  şirinliyini  verməsə  yeri 

əlindən  alacağıq.  Bu  xəbəri  də  Sənəm  arvad  verməli  idi  bizə.  Amma  biz  Sonyanın 

atasını  yaxından tanıyanda Sənəm arvad çoxdan  rəhmətə  getmişdi. Bəlkə elə o  yox  idi 

deyin  qonşu  olduğumuza  baxmayaraq  Sonyanın  atasını  yaxşı  tanıya  bilməmişdik.  Bir 

də  ki,  Sənəm  arvad  sədr  barədə  nə  lazımdırsa  demişdi.  Sadəcə  dədəm  qulaqardına 

vurmuşdu  onun  sözlərini.  Xüsusən  ağacları  alanda  qınamışdı  rəhmətlik  arvadı.  Hətta 

yarızarafat, yarıciddi demişdi: «Birin ağı pis adam deyilmiş». 

*** 


Çoxdan  dədəmi  belə  xoşbəxt  görməmişdim.  Əlləri  ilə  palçığı  taxta  qəliblərə 

doldurur,  çılpaq  ayağı  ilə  üstündən  basıb  bərkidir,  sonra  qəlibi  arxasınca  məhəllənin 

açıq yerinə sürüyüb üzüqoylu çevirirdi. Özü də oxuya-oxuya: 

Bu qəlbimin sevinci 

Sənin yadigarındı 

Mən də sevinirdim: 

- Ay dədə, sovet sədrinin yanında yaman karıxdın haaa… - zarafatlaşmaq istədim. 

- Karıxmadım. Şeirin ikinci misrası işimizin ziyanına idi. İstəyirsən deyim: 

 

Kür qırağının əcəb seyrəngahı var, 



Yaşılbaş sonası hayıf ki, yoxdur. 

Ucu tər cığalı siyah tellərin 

Hərdən tamaşası hayıf ki, yoxdur 

 

*** 



 

«Dur, ay oğul, evimizə gedirik». 




 

41 


Hövlank  ayağa  durdum.  Üzümə  bir-iki  ovuc  su  vurub  dədəmin  dalınca  düşdüm. 

Kəndin  aralığında  Sonya  ilə  qarşılaşdıq.  Sonya  ərkyana  bir  təbəssümlə  bizi  süzüb  başı 

ilə dədəmə salam verdi. Ardınca da: 

«Sabahınız xeyir, dayı» – dedi. 

Qulaqlarıma inanmadım. O, gülmürdü, o, ciddi idi! 

«Aqibətin xeyir, bala» – dədəm də təəccübləndi deyəsən. 

Azca aralanmışdıq ki, mənə baxmadan soruşdu: 

«Bu qızı tanıyırsan?» 

«Təzə qonşumuzdu» – uçmağa qanad gəzirdim. 

Sonyagilin  çubuşu  yenə  darvazanın  ağzında  idi.  Bizə  baxdı,  səsini  çıxarmadı, 

quyruğunu laqeydcəsinə bulaya-bulaya çəpərin dibinə tərəf yürüdü. 

Daxalımızın  hər  şeyi  hazır  idi,  üstünü  də  örtmüşdük.  Bircə  qapı-pəncərəsini 

salmamışdıq.  Uzaqdan  çox  da  pis  görünmürdü.  Çardağını  şiferləsəydik  evdən 

seçilməzdi. Pulumuz olmadığından üstünə müşəmbə çəkib nazik torpaq tökmüşdük. 

Dədəm  içəri  keçdi.  Mən  həyətdə  Sonyanın  qayıtmağını  gözlədim.  İçəridən 

dədəmin qışqırığı eşidildi: 

“Bay sənin evini allah yıxsın! Yıxsın Allah sənin evini!!!” 

İçəri qaçdım. Sədrin verdiyi ağac ortası qırılacaq həddə əyilmişdi – tavan çökürdü. 

Dədəm qaşlarını uzun-uzadı oynadandan sonra bu qərara gəldi:  

«Evin ortasına haça qoymasaq mümkün olmayacaq».  

 

 

 



 

Aftafalı antrakt 

 

 



Estafet  

 

Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı.  Sonra yalın döşəməyə toxunan 



əsanın  səsi  eşidildi:  “tak!  tuk!  tak!  tuk!”  Qocanın  uzun  koridora  tərəf  yeridiyini 

təsəvvür  etmək  elə  də  çətin  deyildi.  O,  koridordan  geniş  və  çıraqban  otağa,  geniş 

və  çıraqban  otaqdan  isə  yenicə  tikilən  lakin,  hələ  tam  təmir  olunub  istifadəyə 

verilməyən hündür, işıqlı eyvana keçməli idi:  

“Tak! Tuk! Tak! Tuk!”  

Koridorun  ortasında  nəvəsi  iməkləyə-iməkləyə  ona  sarı  gəldi  və  başını  qaldırıb 

qocanın  üzünə  –  çal  saqqalına,  müdrikcəsinə  arxaya  daranmış  pənbə  saçlarına 

baxdı  və  gülümsündü.  Onu  yerdən  qaldırmağa  qocanın  nə  gücü  vardı,  nə  həvəsi. 

Əksinə, qınayan olmasa, əsanın ucu ilə boynunun ardından basıb başını ilan balası 

kimi  əzər,  bulud  kimi  təmiz  sifətinin,  bulaq  kimi  şəffaf  gözlərinin  qanını  bir 

eləyərdi.  Uşağın  yanından  ötüb  yoluna  davam  etmək  istədi.  Körpə  onun  arıq  və 

heysiz  qıçlarına  sırmanıb  addım  atmağa  qoymadı.  Sonra  təzədən  başını  qaldırıb 

qocanın yaxantı kimi bulanmış batıq gözlərinə tamaşa elədi. Tamaşa elədi və şirin, 

şaqraq bir gülüşlə onu daha da hövsələdən çıxardı.   




 

42 


“ Tak...”  

Körpənin  arxası  üstə  yıxılıb  əziləcəyini  nəzərə  almadan  addım  atmaq  istədi. 

Ayaqlarına  dolanan  qolların  əhatəsindən  çıxmağa  gücü  çatmadı.  Qəflətən  içini 

saran dəhşətli ağrıdan zarıdı, üz-gözünü qırışdırdı. Gözləri dah çox çuxura düşərək 

görünməz oldu. Xeyli beləcə qaldı, sonra düşündü və qəflətən ağlına gələn fikirdən 

səksəndi.  Gözləri  çuxurdan  çıxıb  parıldadı,  titrəyən  əllərini  kəfən  rəngli  alt 

paltarının  düyməsinə  uzatdı.  İndi  ona  yalnız  ifrazat  üçün  lazım  olan  orqanı 

yuvasından çıxarıb körpənin təbəssümlə dolmuş sifətinə tuşladı və ... 

Maye  əvvəlcə  damcılar  şəklində  uşağın  sifətinə  səpələndi.  Az  keçməmiş 

damçıların  birinin  trayektoriyası  bütünlükdə  maye  cığırına  çevrildi.  Əvvəlcə 

körpənin  alnı,  gözləri,  ağzı,  çənəsi  və  boğazı,  başını  aşağı  əyib  yerə  oturandan 

sonra  isə  bütün  saçları  ilıq  maye  ilə  islandı.  Körpə  incəsini  arxaya  çəkdi  və 

qocadan  təxminən    bir  qarış  aralandı.  Nişangahın  pozulduğunu  görən  qoca  bir 

gözünü  qıydı  və  şəhadət  barmağı  ilə  maye  ifraz  edən  orqanı  vəziyyətə  müvafiq 

gələnədək  yuxarı  qaldırdı.  Maye  yenidən  uşağın  alnına  töküldü  və  bütün  sifətini, 

yaxasını,  paltarını  islatdı.  Uşaq  bundan  sonra  gözlərinə  və  ağzına  dolan  ilıq 

mayenin  acı,  yandırıcı  dadını  duydu  və  gözlərini  ovxalaya-ovxalaya  qışqırmağa 

başladı.  

Az  sonra  gözlərini  ovuşdura-ovuşdura  arxaya  çəkildi.  Qoca  şəhadət    barmağının 

təkanını  bir  az  da  artırdı  ki,  maye  körpəni  son  damlasınadək  müşayiət  etsin. 

Nəhayət,  qurtardı  hər  şey...  Taqətdən  düşən  qoca  koridordaca  yerə  çökdü.  Uşaq 

acışmış gözlərindən  yaş axa-axa təzə, hündür və işıqlı eyvana tərəf iməklədi. Başı 

eyvan  qapısının  kandarına  dəydi,  daha  bərkdən  qışqırdı.  Ardınca  koridora    yıxılıb 

can verməkdə olan qocanın xırıltılı gülüşü eşidildi:  

“Xaxxxxx-xaxxxa-xax...”                                           

 

Aftafalı antrakt 



 

İşıq  yanan  kimi  hamı  ayağa  durdu.  Yenə  antrakt  boyu  teatrın  tualetində  növbə 

olacaqdı.  Zal  soyuq  idi  və  bu  soyuq  say  xatirinə  zala  doldurulan  ən  sağlam 

kursantların belə böyrəklərini kamança kimi sızıldadırdı.  

Zaldan  axan  insan  selinə  qarışıb  tualetə  düşdü.  Düşündüyü  kimi  idi. 

Düşündüyündən  bir  barmaq  da  ötə!  Antrakt  başlamamış  zaldan  çıxıb  tualetdə 

növbə  tutanlar  vardı.  Bəxtəvər  işini  ayaq  üstə  görənlərin  halına:  şalvarlarının 

qabağını  qurdalaya-qurdalaya  yarım  metr  hündürlükdə  dilənçi  ovcu  kimi  açılan 

pisuara yaxınlaşır, rahatlanır, üstəlik gözaltı biri-birinin şeyinə baxırdılar. Teatrdan 

yüz  dəfə  maraqlı  bir  əyləncə!  Əslində,  pisuara  yaxınlaşanların  da  sayı  az  deyildi. 

Ara-sıra  siqaret  tüstülətmək  xatirinə  növbə  tutanlara  da  rast  gəlmək  olurdu.  İşi 

yazılı  olanlara,  yəni  unitazsız  keçinməyənlərə  daha  çətin  idi.  Siqaret  də  çəkə 

bilmirdilər.  Növbə  elə  sıx  idi  ki,  adamın  burnu  qarşısındakının  boynunun  ardına 

dirənirdi.  

Onun  işi,  əslində,  şifahi  idi.  Tualetdəkilərin  tən  yarısı  kimi  «dilənçi  ovcu»na 

yanaşar,  rahatlanıb  geri  dönə  bilərdi.  Cəmi  üç  dəqiqəyə...  Di  gəl  ki,  iki  ay  öncə 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə