Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 

57 


 

 

General   

 

“İsgəndər əsir düşüb!” 



Xəbər təzə-təzə binələnən qaçqın düşərgəsinin üstündə ildırım kimi şaqqıldadı. İsgəndər 

kolxoz  sədrimiz  idi  və  kənddə  elə  bir  adam  tapılmazdı  ki,  yaxşılığı  keçməsin.  Kölgəli 

adam idi İsgəndər, igid adam idi! İndi gəl yurdunun dağılan, yuvanın yağmalanan vaxtı 

belə xəbərlərin ağırlığına tab gətir. 

Qış  yatağına  bir-bir,  iki-bir  gələn  köç  maşınları  ilə  bahəm  qara-qara  xəbərlər  də 

gəliridi. 

“İsgəndər əsir düşüb!” 

“Vay aman, Allah hey!” - bunu dədəm dedi və  maşından yenicə tökdüyümüz veş-

vüşü  günün  altında  sərili  qoyub  yatağın  ortasına  -  İsgəndərin  qardaşı  Əlimərdangilə 

yollandı.  

“Qardaş heeyyy..! Qarnın yansın, ay nənə!” - Əlimərdan papağını yerə atıb başına-

başına döyür, arvad kimi hıçqırıb ağlayırdı. 

Kimsə tutmaq istəyirdi onu: 

“Səbrin olsun, Əlimərdan, işin dəqiqini bilən yoxdu hələ.” 

Əlimərdan    heç  nə  eşitmirdi,  başını  nağaraya  döndərmişdi.  O,  bədəncə  nəhəng 

adamıdı, ortasına örkən dolanmazdı. Qızıl  dişləri toppuş sifətinə xüsusi yaraşıq verirdi. 

Odu ki, ağlamaq yaraşmırıdı bu kişiyə, heç yaraşmırdı. 

Əlimərdan  ruslar  demiş,  «delavoy»  hərəkətləri  ilə  rayonda  ad  çıxarmışdı.  Buna 

görə ona «general Akberov» deyirdilər. Kənddəki evi sarayı xatırladırdı. Bir bağı vardı 

gün axşamacan gəzib qurtarmaq olmazdı. 

General  Akberovda  heç  çavuşluq  da  qalmamışdı.  Dərd  oynadırdı  onu.  Bir  yana 

baxanda  günahı  yoxudu  kişinin.  Yetim  böyümüşdülər  hər  iki  qardaş,  çox  əziyyətlər 

görmüşdülər.  Hələ-hələ    çörək  tapıb  adam  kimi  yaşayırdılar  ki,  belə  oldu.  Həm  də 

İsgəndər elə adam idi ki, ona bütün camaat yanırdı, onda qalmış, doğmaca qardaşı ola. 

“Qardaş heeyyy... Namərd qardaş!” - qıyya çəkirdi Əlimərdan. 

Generalın başına toplaşanlar xısın-xısın pıçıldaşırdılar: 

“Bir  dəstə  adam  kolxozun  mal-qarasını  kənddən  çıxarmaq  istəyib.  Laçının  çayına 

enəndə  görüblər  ki,  yol  bağlanıb.  Naxırı  Həkərinin  qırağında  qoyub  geri  dönüblər. 

Kəlbəcərə  tərəf...  Gecə  vaxtı  erməni  mühasirəsinə  düşüblər.  Hərə  özünü  bir  kolun 

dibinə  atıb.  Təsadüfən    üç  yoldaş  yolun  bir  tərəfinə  düşüb,  tək  İsgəndər  bir  tərəfinə. 

Ermənilər  maşınla  gəlib  onların  arasında  dayanıb.  Düşüb  başlayıblar  axtarmağa. 

Yoldaşlar yolun altı ilə  özlərini meşəyə verib aradan çıxıblar, İsgəndər qalıb.” 

Barıt  qoxusu  çəkilməmiş  hadisəyə  qeybət  donu  geydirənlər  də  tapıldı:  «İsgəndəri 

öz yoldaşları öldürüb, heyvanı da Kəlbəcərdə satıblar. Bu şayiəni də yayıblar ki, onları 

sorğu-suala çəkən olmasın». 

 Əlimərdan  üçün  bu  söhbətlərin  əhəmiyyəti  yox  idi,  deyəsən.  Hər  iki  halda,  özü 

demiş, bir kəndə bab gələn qardaşını itirirdi. 

Daha  bir  köç  maşını  vığıltıyla  yatağa  daxil  oldu.  Əlimərdan  kiridi.  Köç  sahibi 

düşüb ağır-ağır camaata yaxınlaşdı:  



 

58 


“Əmir  müəllimi  Laçının  girəcəyində  yaralayıblar.  İsgəndər  əmidən  xəbər  yoxdu. 

Bir də eşitdiyimə görə, şair Möhübbətgilin köçü mühasirəyə düşüb.” 

“Qardaş hey!” 

Qollarını tutmuşdular generalın, başına çırpa bilmirdi daha. 

Oğlanları  sakit-səssiz  dayanıb,  general  atalarının  yesir  gününə  tamaşa  edirdilər. 

Əslində, bu mənzərənin özü İsgəndərin əsir düşməsindən heç də az təsirli deyildi. Mən 

hələ  anlamırdım  bunu.  Üç  il    sonra  biləcəkdim  ki,  atanın  acizlikdən  ağlamasını  seyr 

eləmək  övlad  üçün  nə  deməkdir.  Üç  il  sonra  qoca  nənəmin  meyitini  yumağa  su 

tapılmayacaqdı.  Bir  qızın  minnətinə  düzələn  traktor  daş  yola  çıxar-çıxmaz  «xoddan» 

düşəndə,  dədəm  heç  yana  əl  çatmayan,  ün  yetməyən  bu  sonsuz,  palçıqlı  düzəngahın 

ortasında  oturub  hönkür-hönkür  ağlayacaqdı.  Mən  də  dədəmin  palçıqlı  əllərinin 

arxasıyla işığı sozalan gözlərini  necə quruladığına  baxa-baxa  güvəndiyim  dağların qar 

altında  qaldığını  bütün  ağırlığı  ilə  anlayacaqdım  və  könlümü  qara  bir  bədbinlik 

çulğayacaqdı. 

İsgəndərin körpə uşaqları səs-səsə verib ağlaşırdılar. Yenicə ayaq tutub yeriyən yaş 

yarımlıq  qızı  da  ağlayırdı.  Təbii,  o,  nə  baş  verdiyini  anlamırdı,  ancaq  «əmi»nin 

dəliliyindən hiss edirdi ki, nə isə «yaxşı iş» olmayıb.  

“Qardaş  heyyy...” 

General  zabitəli  səslə  bağırdı.  Amma  həm  istinin  bürküsü,  həm  də  dərdin  ağırlığı 

əldən  salmışdı  kişini.  Yatağın  ortasında  stul  qoyub  əyləşdirdilər.  General  artıq  səyyar 

haray-həşirdən  oturaq  ağıya  keçmişdi.  Yana-yana  ağlayırdı.  Ona  verilən  təsəllilər  boş 

və mənasız idi. Dədəm də dinmirdi.  

Növbəti köç  maşını yatağa daxil oldu: 

“İsgəndər əmidən xəbər yoxdu. Kənddən çıxan axırıncı dəstə Kosalar yaxınlığında 

mühasirəyə  düşüb,  İmranla  Nabatı  əsir  götürüblər,  uşaqları  burda  yataqdadı.  Qara 

müəllimi yolun ortasındaca güllələyiblər. Zəriş xala  maşından düşəndə yıxılıb, ayağını 

sındırıb.  Ona  görə,  qoyub  qaçmağa  məcbur  olublar.  Gülgəz  arvadı  gecə  çınqılın 

ətəyində  itiriblər.  Şair  Möhübbətgili  də  tutublar.  Qardaşını  da,  qardaşı  oğlunu  da  əsir 

aparıblar.” 

“Bəs Möhübbət?” – Əlimərdan soruşdu. 

“...” 

“A bala, Möhübbətə nə gəlib?” 



”...Başını kəsiblər ...Yolun qırağındakı tut ağacının altında.” 

“Vay-vay-vay! Ay Allah, nədi günahımız? Kərəm elə, İlahi! 

General azca fikrə getdi, bir azdan yorğun səsi yenidən eşidilməyə başladı: 

“Qardaş heeyyyy...” 

Kimsə dözmədi artıq, qranat kimi partlayıb daxaldan çölə sıçradı: 

“A qeyrətsiz, camaatın ölüsü ölü döyül?!” 

O idi... İnarənin bacısı... 

“Özünü qoymusan həyasızlığa. Bilirsən bala itirmək nədi? Gecə... Qaranlıq meşə... 

Ər  şəhid...  Üç  yaşlı  körpə  itkin...  Bir  yandan  da  tanklar,  avtomatlar...  Həəə,  a 

qeyrətsiz?! 

“Ay ləçər! Ay ləçər!”- daha heç nə demədi Əlimərdan.  



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə