Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 

59 


İnarənin  bacısının  əsəbləri  pozulmuşdu.  Bayaqdan  rabitəsiz  cümlələrlə  Xocalıya 

ərə  gedən  İnarənin  başına  gələnlərdən  danışırdı.  Əri  şəhid  olub,  üç  yaşlı  oğluyla 

qalıbmış  yazıq  gəlin.  Xocalı  alınan  gecə  meşədə  oğlunu  itirir.  Nə  qədər  çalışırlar, 

qonum-qonşuya qoşulub  Ağdama  gəlmir.  Tək-tənha qayıdıb uşağını axtarır. Təsadüfən  

meyidinin  üstünə  çıxır.  Uşaq  əvvəl  yaralanıb  və  xeyli  iməkləyib.  Barmaqlarına  tikan 

batıbmış.  Sonra  qan  itirdiyindən  keçinib.  İnarə  bacısına  deyirmiş,  onu  basdırmaq 

istədim, amma mənə elə gəldi barmaqlarındakı tikanlar qəbirdə incidəcək onu, tikanları 

bir-bir çıxartdım, sonra dəfn elədim. 

 Bu  hadisə  İnarədən  çox  bacısına  təsir  etmişdi.  Amma  arvadlar  danışırdılar  ki, 

anası  çəkdiyini  içində  çəkir,  heç  yas  yerlərində  də  ağlamır.  Eləcə  oturub    matdım-

matdım baxır. Çoxu da deyirdi, başı xarab olub ona görə. 

İnarənin bacısı  danışdı, danışdı birdən başladı oynamağa. 

“Bu də sənin Laçının! Dovşan kimi qovaladılar hamınızı. Hökumət hanı, hökumət? 

Tamah  çəkdi apardı, yedi-yedi doymadı! A general, a general, soxdun papağını yerə...” 

“A ləçər!”- başını buladı Əlimərdan, buladı, buladı və susdu. 

“İsgəndər əmi gəlir!!!” – kimsə qışqırdı. 

Hamı  həyəcanla  çevrilib  yatağa  daxil  olan  növbəti  köç  maşınına  baxdı.  İnarənin 

bacısı  oyununu  saxladı,  general  oturduğu  stuldan  üzüqoylu  yıxılıb,  tozun  içinə 

yumalandı. 

 

   Şəhid məktubları  



 

Morqda  işləyən  Kubra  xanım  şəhid  olmuş  əsgərlərin  cibindən  çıxardığı  bu 

məktubların  güllə  yerlərini  və  qan  ləkələrini  olduğu  kimi  sizə  təqdim  edə  bilmədiyi 

üçün  təəssüflənir  və  nöqtəsinə,  vergülünə,  hətta  qrammatik  səhvlərinə  belə 

toxunmadan  çap  etdirməklə  ovunmağa  çalışır.  Üstəlik  zamanın  öz  dəsti-xətti  ilə 

qələmə aldığı bu hekayətləri ixtiyarınıza buraxmaqla təskinlik tapır, düşünür ki, indən 

sonra bu kağız parçaları əvvəlki qədər ağır olmayacaq, onları kitab rəfindən götürmək, 

o üzə, bu üzə çevirmək, hətta işığa tutub oxumaq mümkün olacaq. 

***         

Hörmətli məktub 

Əvvəlan  salam.  Necəsüz  Lələ  Güli  Elçin  Feyruz  Hikmət  necədir.  İşləriniz  necə 

gedir.  Bilirəm  indi  iş  əlindən  başuzu  qaşımağa  vaxtuz  yoxdur.  Əgər  mənim  kefimi 

xəbər  almaq  istəsəz  sağ-salamatam.  İşlərim  də  yaxşı  gedir.  İndi  biz  bir  neçə  gündür 

təlimi  başa  vurmuşuq.  İndi  isə  pexota  təlimi  keçirik.  Pexota  təlimi  minemiyot 

təlimindən çətindir. Günüzlər dəniz qırağında dağda paliqona gedirik  gecələr isə çölə 

hücumu öyrənirik. Yorulmayasan çox əladır maraqlıdır. 

Burda  bir  leytnatla  tanış  olmuşam,  nə  vaxt  istəsəm  məni  kağızsız  buraxa  bilər. 

Amma  qorxuram  gələm.  Gəlsəm  birdən  yoldaşlarım  döyüşə  gedər.  Komandirimizə 

demişəm, döyüşdən kağıznan buraxacaq. Day lələm mənim üçün gəzməsin. 

Burda  yanımda  Kolinofkadan  2-i  nəfər  var.  Biri  Məmmədin  oğlu  Mehrabın 

arvadının  qoxumu  Elmidar  təyyar  oğlu  biri  Xavizənin  oğlu  idrisin  gəlininin  qardaşı 

Tehran  gülseyin oğlu. Mənim sözüm bu qədər. Yazın görüm öz kefiniz  necədir.  Lələ 




 

60 


necədir. Vaxt tapıb çölə gedə bilir. Gəlsəm çəlləyin birin mən yeyəcəm. İki aydı balıq 

yemirəm.  

İki  yarım  aydı  gəlməyimə  inanmıram.  Hələ  billəm  iki  üç  gün  bundan  qabaq 

gəlmişəm. Günlərim çox xoş keçir. 

Burda  türklərnən  aram  yaxşıdı.  O  gün  bizi  çağırdılar  dayananda  türklər  ürəyimə 

qulağın  dayadılar.  Çoxu  dedi  iki  dənədi.  Komutan  deyir  türkiyədə  belə  saldat 

görməmişəm. Mənə deyir ağ ciyərin hardadı deyirəm qarnımda deyir qarında ağ ciyər 

olmaz dedim ürəyi iki dənə olanın ağ ciyəri qarnında olur.  

Çülü necədir. Almaz gilə deyin onu çox işdədməsin. Kömək eləsin. Mənim üçün 

darıxmasın sağlıq olsun. Eravanı alanda onunçün erməni gəlni gətirəcəyəm. 

Elçin  necədi.  Deyin  işində  olsun  day  mənə  molla  lazım  deyil.  Mamaçanın 

uşaqlarından biri molladır: cibində quran. 

Fiyruz  necədi.  quşa  gedə  bilir.  Deyin  seçmə  qurtaran  deyil  atsın  vursun.  Almaz 

necədi deyin uşaqdan madı olsun. Gəlib əmi deyən görüm. 

Mehri necədi. deyin ondan qabaq lalə corab toxuyub göndərdi. Ovşim sözüm bu 

qədər.  Məndən  məni  soruşanlara  çoxlu-çoxlu  salamlar.  Mənə  kəddə  qohumlardan 

hasının toyu olacaqsa həmən günü yazın bəlkə döyüşdən gəldim. 

***     


Dünyalar  qədər  istəkli  sevgilim  Qabil  sən  bilsən  mən  bu  məktubu  necə 

yazmışam.  əzizim    bu  məktubu  mən  kövrələ-kövrələ  yazıram.  Əzizim  mən  səni  başa 

düşürəm  ki  sən  əsgərliyə  məni  qoyub  getmək  istəmirsən.  Bilirəm  ki  məni  bir  gün 

görməyəndə  darıxırsan.  Sevgilim  elə  mən  də  sənin  kimi  darıxıram.  Nə  etməliyik 

dözməli  və  səbr  etməliyik.  Bəlkədə  sən  gedəndən  sonra  orada  1-2  yaxutda  1  ay 

çətinlik  çəkəcək  məni  görmək  istəməyəcəksən.  Elə  mən  də  sənin  kimi  darıxacam. 

əzizim Qabil mən sənin  məktubunu ağlaya-ağlaya oxudum. Bəlkə sən də bu məktubu 

kövrələ-kövrələ oxuyacaqsan sevgilim  mən sən gedənə kimi səninlə olmaq istəyirəm. 

Bəlkədə  sən  də  bu  fikirdəsən.  Bilirəm  əzizim  sənin  mənə  olan  sözün  nədir.  Qabil  nə 

olar  məni bağışla. Sənin o  gecə  məni öpməyinə razı olmadım.  Ancaq indi peşmanam 

ki  niyə  belə  elədim.  Mən  nə  biləydim  ki  sən  belə  tez  əsgər  gedəcəksən.  Axı  mən  elə 

fikirləşdim ki, biz həmişə görüşəcək və  nə vaxt olsa öpüşəcəyik. Yalnız belə olmadı. 

Bilirəm əzizim dura bilməyəcəyik. Elə isə görüşəndə öpməyə hazır ol. Nə vaxt istəsən 

öp. Amma özümə demə. Sağ ol. 

Mənimçün sənin getməyin çox çətindir. 

İmza: sevgilin Amaliya 

***  

Unudulmaz məktub. 



Əziz  qardaşım  Rəsul  salam.  Salamdan  sonra  sağlıq  və  salamatlıq.  Yaz  görüm 

necəsən.  Rəsul  mənim  məktub  yazmağım  ancaq  əmin  sənin  yanına  gələndən  gələnə 

olur.  Rəsul  bibin  səndən  ötrü  yaman  darıxır.  Yenə  pəpiş  başını  qatır.  Minir  bibiyin 

belinə, qolun, üzün dişdiyir. Nə qədər eliyirik bizdə qalmır. 

Yaz  görüm  nə  iş  görürsən.  Xüsusi  kefin  necədir.  Başar  üzüyola  ol.  Hamımızın 

sənə  çoxlu  salamı  var.  Arzu  eləyirik  ki,  müharibə  qurtarsın  sağlıq  salamatlıq  olsun. 

Rəsul  özün  neçə  aydı  ordasan  gör  imkan  olsa  icazə  al  əminnən  gəl.  Əminə  də 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə